Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5489/2018 13.08.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5489/2018 13 avqust 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı və vəkili X5in, Cavabdeh, X18, X21, X19, vəkillər X6nın iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.04.2018-ci il tarixli 2(105)-1288/2018 nömrəli qətnaməsindən Cavabdeh və 3-cü şəxslər X18, X21, X19 və onların vəkilləri X6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mü lki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, o, 1957-ci ildə Xaçmaz rayonu, Qımıl Qışlaq kəndində anadan olmuşdur. Onun valideynləri X14 və X5 Həmin kənddə o, valideynləri və digər qardaş, bacıları ilə böyümüşdür. Atası X8 isə 14 noyabr 2005-ci il tarixdə, anası X9 11 iyul 2011-ci il tarixdə vəfat etmişdir. Valideynlərinin ölümündən sonra həmin kənddə miras qalmış mülk vərəsələr arasında bölünmədən rəsmiləşdirilməmiş qalmışdır. Valideynlərinin sağlığında, xəstəliyində, qocalığında və dəfn mərasimlərində çəkilən xərclər və verilən ehsanlar onun hesabına olmuşdur. Mübahisəli mülkdə kiçik övlad olduğu üçün Cavabdeh qalır. Qardaşı Cavabdeh Rusiya Federasiyasına gedərək uzun müddət orda qalır və işləyir. Belə olan halda isə onun atasından miras qalmış evdən istifadəsinə maneə yaranır və mülkdən istifadə edə bilmir. Ona görə də payların ayrılaraq rəsmiləşdirilməsinə zərurət yaranmışdır. Qanunvericiliyə uyğun olaraq o, Xaçmaz Rayon Notariusuna ərizə ilə müraciət etmiş, lakin vərəsəlik şəhadətnaməsinin verilməsi və bölgünün aparılması məhkəmə qaydasında edilməsi tövsiyə edilmişdir. Ona görə də, atası X3 miras qalmış Xaçmaz rayonu, QımılQışlaq kəndində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evi və pay torpaq sahəsinin qanun üzrə vərəsəlik qaydasında onun və Cavabdeh adına pay ayrılaraq rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X18, X21, X19, X25 və X8 ərizə verərək iş üzrə 3-cü şəxs qismində cəlb edilmələrini və mirasdan onlara pay verilməsini xahiş etmiş dirlər. Xaçmaz Rayon Məhkəməsinin 11 noyabr 2014-cü il tarixli, 2(067)-1768/2014 saylı qətnaməsi ilə (hakim F.B.Mirzəquliyev) İddiaçı Cavabdeh və maraqlı şəxs Xaçmaz Rayon Notariusuna qarşı atası X3 miras qalmış Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evi və pay torpaq sahəsinin qanun üzrə vərəsəlik qaydasında onun və cavabdehin adına pay ayrılaraq rəsmiləşdirilməsinə dair iddia ərizəsi, cavabdehin və üçüncü şəxslərin ərizələri təmin edilərək, İddiaçı mərhum atası X1 miras qalmış Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yerləşən həyətyanı torpaq sahəsini, həyətyanı torpaq sahəsi üzərində yerləşən evin, pay torpaq sahəsinin miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi, həmin miras əmlakdan 0.29 ha həyətyanı torpaq sahəsinin 1/16 (on altıda bir) hissəsi, həyətyanı torpaq sahəsi üzərində yerləşən evin 1/16 (on altıda bir) hissəsi, 0.48 ha pay torpaq sahəsinin 1/16 (on altıda bir) hissəsi miqdarında payının müəyyən edilməsi, Cavabdeh mərhum atası X1 miras qalmış əmlakı qanun üzrə və mərhum anası X2 miras əmlakı vəsiyyətnamə üzrə miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi, həmin miras əmlakdan 0.29 ha həyətyanı torpaq sahəsinin 25/64 (altmış dörddə iyirmi beş) hissəsi, həyətyanı torpaq sahəsi üzərində yerləşən evin 25/64(altmış dörddə iyirmi beş) hissəsi, 0.48 ha pay torpaq sahəsinin 25/64 (altmış dörddə iyirmi beş) hissəsi miqdarında payının müəyyən edilməsi, üçüncü şəxs X10 mərhum atası X11 və mərhum anası X2 miras qalmış Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yerləşən həyətyanı torpaq sah əsinin, həyətyanı torpaq sahəsi üzərində yerləşən evin, pay torpaq sahəsinin qanun üzrə miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi, həmin miras əmlakdan 0.29 ha həyətyanı torpaq sahəsinin 7/64 (altmış dörddə yeddi) hissəsi, həyətyanı torpaq sahəsi üzərində yerləşən evin 7/64 (altmış dörddə yeddi) hissəsi, 0.48 ha pay torpaq sahəsinin 7/64 (altmış dörddə yeddi) hissəsi miqdarında payının müəyyən edilməsi, üçüncü şəxs X15 mərhum atası X11 və mərhum anası X2 miras qalmış Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yerləşən həyətyanı torpaq sahəsini, həyətyanı torpaq sahəsi üzərində yerləşən evin, pay torpaq sahəsinin qanun üzrə miras əmlak kimi, qəbul etməsi faktının müəyyən edilməsi, həmin miras əmlakdan 0.29 ha həyətyanı torpaq sahəsinin 7/64 (altmış dörddə yeddi) hissəsi, həyətyanı t orpaq sahəsi üzərində yerləşən evin 7/64 (altmış dörddə yeddi) hissəsi, 0.48 ha pay torpaq sahəsinin 7/64 (altmış dörddə yeddi) hissəsi miqdarında payının müəyyən edilməsi, üçüncü şəxs X16 mərhum atası X11 və mərhum anası X2-yə miras qalmış Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yerləşən həyətyanı torpaq sahəsinin, həyətyanı torpaq sahəsi üzərində yerləşən evin, pay torpaq sahəsinin qanun üzrə miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi, həmin miras əmlakdan 0.29 ha həyətyanı torpaq sahəsinin 7/64 (altmış dörddə yeddi) hissəsi, həyətyanı torpaq sahəsi üzərində yerləşən evin 7/64 (altmış dörddə yeddi) hissəsi, 0.48 ha pay torpaq sahəsinin 7/64 (altmış dörddə yeddi) hissəsi miqdarında payının müəyyən edilməsi, üçüncü şəxs X12 mərhum atası X11 və mərhum anası X2-yə miras qalmış Xaçm az rayonu, Qımıl-Qışlaq kəndində yerləşən həyətyanı torpaq sahəsinin, həyətyanı torpaq sahəsi üzərində yerləşən evin, pay torpaq sahəsinin qanun üzrə miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi, həmin miras əmlakdan 0.29 ha həyətyanı torpaq sahəsinin 7/64 (altmış dörddə yeddi) hissəsi, həyətyanı torpaq sahəsi üzərində yerləşən evin 7/64 (altmış dörddə yeddi) hissəsi, 0.48 ha pay torpaq sahəsinin 7/64 (altmış dörddə yeddi) hissəsi miqdarında payının müəyyən edilməsi, üçüncü şəxs X7 mərhum atası X11 və mərhum anası X2-yə miras qalmış Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yerləşən həyətyanı torpaq sahəsinin, həyətyanı torpaq sahəsi üzərində yerləşən evin, pay torpaq sahəsinin qanun üzrə miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi, həmin miras əmlakdan 0.29 ha həyətyanı torpaq sahəsinin 7/64 (altmış dörddə yeddi) hissəsi, həyətyanı torpaq sahəsi üzərində yerləşən evin 7/64 (altmış dörddə yeddi) hissəsi, 0.48 ha pay torpaq sahəsinin 7/64 (altmış dörddə yeddi) hissəsi miqdarında payının müəyyən edilməsi və iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (Telma Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Azər Qəmbər oğlu Hüseynov və Gülnare Fikrət qızı Tağızadə) 04.04.2018-ci il tarixli 2(105)-1288/2018 nömrəli qətnaməsi ilə İddiaçı verdiyi apelyasiya şikayəti qismən təmin edilərək Xaçmaz Rayon Məhkəməsinin 11 noyabr 2014cü il tarixli, 2(067)-1768/2014 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaç ı Cavabdeh qarşı atası X3-ə miras qalmış Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evi və pay torpaq sahəsinin qanun üzrə vərəsəlik qaydasında onun və cavabdehin adına pay ayrılaraq rəsmiləşdirilməsinə dair tələbinin təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 (on) manat və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 5 (beş) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilməsi qət edilmişdir. Cavabdeh, 3-cü şəxslər X18, X21, X19 və onların vəkillər X6 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.04.2018-ci il tarixli 2(105)-1288/2018 saylı qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya in stansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir. Qətnamənin əsaslandırıcı hissəsindən göründüyü kimi apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasən Mülki Prosessual Məcəlləsinin tələblərinin pozulmasına istinad etmişdir. Bu zaman qətnamədə hər hansı maddi hüquq normasının pozulmasına istinad edilməmişdir. İşə baxmış birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi barədə qənaətə gələrkən Azərbaycan Respublikası MPM-nın 217ci 218.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Bundan da əlavə birinci instansiya məhkəməsi həm iddia tələbinin təmin edilməsi, həm də miras əmlakda cavabdehin və üçüncü şəxslərin paylarını mü əyyən edərkən Mülki Məcəllənin müvafiq maddələrə istinad etmişdir. Apellyasiya instansiya məhkəməsi mübahisənin qanuni həllinə heç bir təsir göstərməyən guya birinci instansiyası məhkəməsi tərəfindən tələblərin pozulmuş prosessual hüquq normalarına istinad etməklə qanuni və əsaslı qətnaməsini ləğv etmişdir. Göstərilənlərə əsasən iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1288/2018 saylı 04 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə Xaçmaz rayon Məhkəməsinin 2(067)-1768/2014 saylı, 11 noyabr 2014-cü il tarixli qətnaməsinin məzmununda qərar qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında Cavabdeh, X18, X21, X19 və vəkillər X6 kassasiya şikayətinin müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə koll egiyasının iclasında İddiaçı və vəkili X5 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. İş üzrə digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə mü əyyən etmişdir ki, JN-174 kod 30214018 saylı Dövlət Aktına əsasən X14 və X4 mülkiyyətinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə 0.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, JN-174F kod 30214018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən isə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə X6 və X4 mülkiyyətinə 0.29 ha həyətyanı torpaq sahəsi verilmişdir. X14 14 noyabr 2005-ci il tarixdə kəskin miokard infarktından, X13 isə 11 iyul 2011-ci il tarixdə kəskin miokard infarktından vəfat etmişlər. Tərəflər və 3-cü şəxslər onların övladlarıdır. İşin materiallarından həmçinin görünür ki, 17 mart 2006-cı il tarixli vəsiyyətnaməyə əsasən X13 əmlakını oğlu Cavabdeh vəsiyyət etmiş dir. 20 iyul 2014-cü il tarixli, 450 saylı Xaçmaz Rayon Notariat Kontorunun İddiaçı ünvanladığı məktubdan görünür ki, notariat hərəkətlərinin aparılması üçün zəruri olan hüquqmüəyyənedici sənədlər olmadığından məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. 18 oktyabr 2014-cü il tarixli aktdan görünür ki, Xaçmaz rayon Qımıl-Qışlaq kənd sakinləri X14 və X13 vəfat etdikdən sonra onlardan qalan mülkdən, mənzildən oğlu X22 daimi olaraq yaşamış, mənzildən istifadə etmiş, vərəsəlik payını qəbul etmişdir. Həmin akt kənd sakinləri X40, X8, X35, X26 və X41 imzaları ilə təsdiq etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 04.04.2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin 11.11.2014-cü il tarixli qətnaməsini ləğv edib, iddia tələbini rədd edilməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Mülkiyyətçinin (vəsiyyət edənin) ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş mülkiyyət hüququndan irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il tarixli (Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanmasına dair) Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras əmlaka qanunla müəyyən olunmuş qaydada mülkiyyət hüququnu əldə etmiş və onu dövlət qeydiyyatından keçirmiş şəxslərin belə hüququ ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsi nin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Apelyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, X9 adına Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yerləşən yaşayış evinə aid hüquqmüəyyənedici sənəd əlavə edilməmiş və təklif edilməsinə baxmayaraq iddiaçı mübahisə predmeti olan yaşayış evinin mülkiyyət hüququnun DƏDRX-də qeydiyyata alınması barədə heç bir sübut təqdim edə bilməmiş və daşınmaz əmlakın rəsmiləşdirilməsinə dair sənədin mövcud olmadığını göstərmişdir. Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yerləşən torpaq sahəsi üzərində yerləşən yaşayış evi və pay torpaq sahəsi üzərində mərhum X10un mülkiyyət hüququ müəyyən edilmədən sonuncunun vəfatından sonra miras ə mlakdan qanun üzrə vərəsəlik qaydasında onun və Cavabdeh adına pay ayrılaraq rəsmiləşdirilməsi barədə qətnamə çıxarılması mümkün deyildir. Eyni zamanda, apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia ərizəsində Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində X10un adına yaşayış evinin mülkiyyət hüququnun təsdiq edilməsi, həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsinin və üzərində yerləşən evin, pay torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi tələbi olmadığı halda, birinci instansiya məhkəməsi həmin faktları müəyyən etmiş və bununla da, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmçinin məhkəmə kollegiyası iş üzrə 3-cü şəxslərin cəlb edilməsi, onların və Cavabdeh tələblərinin təmin edilməsi ilə bağlı birinci ins tansiya məhkəməsi tərəfindən yol verilmiş prossesual hüquq normalarının pozulması barədə apellyasiya instansiya məhkəməsinin mövqeyini düzgün hesab edir. Belə ki, cavabdeh 11 noyabr 2014-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, atası X8 və anası X9-un ölümündən sonra miras qalmış əmlakı o, faktiki olaraq qəbul etmiş və hazırda həmin əmlakı idarə edir. Ona görə də, mərhum anasının onun adına saxladığı vəsiyyətnaməni də nəzərə almaqla, mərhum valideynlərindən miras qalmış əmlakda vərəsəlikdə ona çatası payın ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin həmin ərizəsini əsas kimi qəbul edib, qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla bu barədə ilk iddia və qarşılıqlı iddia tələbləri olmadan, qanunsuz olaraq həmin ərizə təmin edilmiş və ərizədə göstərilən tələblər üzrə qərar qəbul edilmişdir. Bundan əlavə, X18, X21, X25, X19 və X17 hər biri ayrı-ayrılıqda 11 noyabr 2014-cü il tarixli ərizələrlə birinci instansiya məhkəməsinə müraciət edərək göstərmişlər ki, mərhum valideynlərinə qarşı birinci növbədə vərəsədirlər, valideynlərinin ölümündən sonra mirası qəbul etmişlər və onların üçüncü şəxs qismində işə cəlb olunaraq mirasdan onların hər birinə pay verilməsini xahiş etmişlər. Qanunvericiliyə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin icraata qoşulması, bunun kimin təşəbbüsü ilə baş verməsindən asılı olmayaraq, onun təqdim etdiyi iddia ərizəsi əsasında həyata keçirilir. Bu zaman onun iddia ərizəsi, aidiyyətə dair tələblər, habelə mübahisələrin məhkəməyə qədər (pretenziya) həlli qaydası istisna olmaqla, MPM-nin 149-cu, 150-ci və 151-ci maddələrinin tələblərinə cavab verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu qənaətə gəlmişdir ki, iş materialları ilə üçüncü şəxslərin müstəqil tələblər irəli sürən və ya sürməyən olması bəlli deyildir və birinci instansiya məhkəməsi tərəfindən həmin ərizələr icraata qəbul edilərkən, bu barədə qanunvericiliyin tələbinə əsasən məhkəmə aktı qəbul edilməmiş və onların prosessual vəziyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerini müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan fakt ları o zaman müəyyən edə bilər ki, ərizəsi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunvericiliyə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini xahişini nəzərdə tutan ərizənin məhkəmə tərəfindən qəbul edilməsi üçün konkret tələblərə riayət edilməlidir.Müəyyən (təsdiq) edilməsi xahiş olunan faktlar hüquqi əhəmiyyət kəsb etməlidir, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və ya xitamına səbəb olmalıdır.Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi sonradan baxılıb həll edilməsi məhkəmənin səlahiyyətinə aid olan hüquq haqqında mübahisə ilə əlaqələndirilməlidir.Ərizəçi hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada (məhkəmənin qətnaməsi olmadan) ala bilməməlidir, yaxud həmin sənədləri bərpa edə bilməməlidir.Təsdiq edilməsi xahiş olunan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin qanunvericiliklə başqa qaydası nəzərdə tutulmamalıdır. Göstərilənlərə əsasən, kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçün tətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdüzgüntətbiqetmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh, 3-cü şəxslər X18, X21, X19 və onların vəkili X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.04.2018-ci il tarixli 2(105)-1288/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.
Məhkəmə qərarları › İş №2(102)-5489/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-5489/2018
13.08.2018 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver