Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-551/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-551/22 (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(103)-1384/2020 saylı qərardadından Maraqlı şəxs2 kassasiya şikayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyy ən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh2 və digərlərinə qarşı iddia qaldıraraq, Cavabdeh2 25 iyul 2013-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 70.688,51 ABŞ dolları, faiz borcuna görə 25.855,93 ABŞ dolları, illik 5 faizlə hesablanmış əldən çıxmış faydaya görə 10.603,27 ABŞ dolları, hesablanmış cəriməyə görə 22.000 ABŞ dolları olmaqla, cəmi 129.147,71 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyov küçəsi 63 saylı evin 47 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, satışdan əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, tutma ipoteka predmetinə yönəldikdən və o, satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin və onlar ın ailə üzvlərinin ipoteka predmetindən çıxarılması və ipoteka predmetinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim R.N.Quliyev) iddia qismən təmin edilərək, Cavabdeh2 ödəniş günü milli manata məzənnədə 25 iyul 2013-cü il tarixli krediti müqaviləsi üzrə əsas borca görə 70.688,51 ABŞ dolları, faiz borcuna görə 25.855,93 ABŞ dolları, əldən çıxmış faydaya görə 10.603,27 ABŞ dolları, hesablanmış cəriməyə görə 10.000 ABŞ dolları olmaqla, cəmi 117.647,71 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyov küçəsində istifadədə olan 0,06355 ha torpaq sahəsində yerləşən 63 saylı evin, 32 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 130.000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan artıq qalan məbləğin mülkiyyətçiyə qaytarılması, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin və onlarla birlikdə yaşayan ailə üzvlərinin mənzildən çıxmadıqları və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, habelə Maraqlı şəxs1 və Maraqlı şəxs2 ayrıayrılıqda apellyasiya şikayətləri verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 03 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh2 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Eləcə də Cavabdeh1 sözügedən qətnamədən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verib və Bakı Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməyib və kassasiya şikayəti geri qaytarılıb. Cavabdeh1 qərardaddan kassasiya şikayəti verib və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılıb. Eləcə də Maraqlı şəxs1 qətnamədən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verib və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməyib və kassasiya şikayəti geri qaytarılıb. Maraqlı şəxs1 həmin qərardaddan kassasiya şikayət i verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılıb. Hazırda Maraqlı şəxs2 da iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə verib və ərizəsini onunla əsaslandırıb ki, sözügedən qətnamənin surətini 29 fevral 2020-ci ildə əldə edib, lakin qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti 1 il, 3 ay, 10 gün ötürüb. Azərbaycan Respublikasında Koronavirus (Covid-19) inf eksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə uzun müddət qeyri iş günləri, eləcə də anası yaşlı və xəstə olduğundan, anası ilə birlikdə müəyyən müddət ərzində Bakı şəhərində olmayıb, anasının yanında qalıb, onun qulluğunda durub. Xəstəliyin artması səbəbindən Bərdə şəhərində yaşadığı evdən çıxa bilməyib. Ona görə də buraxılmış prosessual müddətin bərpası barədə qərardad qəbul edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər Q.A.Əsgərov sədrlik edən və məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) Maraqlı şəxs2 buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməyib və onun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2020-ci il tarix li qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2020-ci il tarixli qətnaməsinin surəti 24 fevral 2020-ci il tarixdə Maraqlı şəxs2 çatdırılıb və 09 avqust 2021-ci il tarixdə o, qətnamədən kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə verib. Göründüyü kimi Maraqlı şəxs2 qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddəti ötürüb və işdə, ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə heç bir sübut yoxdur. Ona görə prosessual müddətin bərpası barədə ərizə rədd edilməli və kassasiya şikayəti geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülk i Prosessual Məcəllənin 133.1, 405.0.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Maraqlı şəxs2 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, buraxılmış prosessual müddətin bərpası barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinl ənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və sair). Həmin Məcəllənin 405.0.1 və 405.0.2-ci maddələrinə əsasən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində apellyasiya instansiyası məhkəməsinin aktlar ından kassasiya şikayəti verilə bilər. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib, işdə, apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 405.0.1 və 405.0.2-ci maddələr inə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsi, sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, işin hallarını nəzərə alıb müəyyən etmişdir ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2020-ci il tarixli qətnaməsinin surəti 24 fevral 2020-ci il tarixdə Maraqlı şəxs2 çatdırılıb və 09 avqust 2021- ci il tarixdə o, qətnamədən kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə verib. Apellyasiya instansiyası məhkəməsi, Maraqlı şəxs2 kassasiya şikayəti ilə eyni mə zmunlu olan ərizəsinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, ərizədə göstərilən dəlillər prosessual müddətin üzürlü səbəbdən ötürülməsi və bərpası üçün əsas ola bilməz. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, kassatorun kassasiya şikayətində göstərdiyi dəlillər, yəni Maraqlı şəxs2 yaşlı və xəstə anasına baxması, müəyyən müddətdə Bakı şəhərində olmaması, habelə pandemiya şəraiti ona vaxtında qətnamədən kassasiya şikayəti verməsinə mane olmurdur və o, Bakı şəhərinə gəlmədən də kassasiya şikayətini faktiki yaşadığı ünvandan rabitə orqanına təqdim edə bilərdi. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də əsassız sayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Maraqlı şəxs2 prosessual müddətin bərpası barədə ərizəsini rədd edib, kassasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Maraqlı şəxs2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(103)-1384/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-551/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-551/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver