Məhkəmə qərarları › İş №2(102)-551/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-551/2023

15.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-551/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul edilmiş hesab edilməsi və s. tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və alqı-satqı müqaviləsinin etib arsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul edilmiş hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2022-ci il tarixli 2(105)-1627/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Rzayev Dadaş Nəbi oğlu ilə 29 yanvar 2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Həmin nikahdan övladları olmamışdır.

2. Rzayev Dadaş Nəbi oğlunun əvvəlki nikahından Ceyhun, Fuad və Aygün adlı üç övladı olmuş, X7 17 yanvar 2008-ci il tarixdə vəfat etmişdir. Onun Solmaz adlı bir qızı vardır.

3. Rzayev Dadaş Nəbi oğlu 01 avqust 2 012-ci ildə vəfat etmişdir.

4. Ağsu Rayon Məhkəməsinin 2(016)-46/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Ağsu rayon Qeydiyyat şöbəsinə qarşı nikahın etibarsız hesab edilməsinə dair tələbi rədd edilmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1304/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin 2(016)-46/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin 2(016)-46/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə m əhkəməyə müraciət edərək Bakı şəhəri 26 saylı Notariat ofisinin xüsusi notarisu İ.B.Hüseynov tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B1988 nömrəli bağ evinə xx.xx.2013-cü il tarixdə Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Sumqayıt şəhəri 4 saylı notariat kontorunda Cavabdeh1 ilə Cavabdeh2 arasında Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli, 4Ə-2118 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və Sumqayıt şəhəri, Novxanı bağ massivind ə yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv..m yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinin mülkiyyətə verilməsi barədə Cavabdeh2 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, Cavabdeh2 Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi üzərində olan 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv..m yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evini boşaldılaraq təhvil verilməsi, xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı reyestrdən çıxarışa əsasən həyat yoldaşı Rzayev Dadaş Zəbi oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinin onun tər əfindən miras kimi qəbul edilmiş hesab edilməsi, onun Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B1988 nömrəli bağ evinə köçürülməsi və xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı reyestrdən çıxarışa əsasən həyat yoldaşı Rzayev Dadaş Zəbi oğlunun mülkiyyətində olan, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə vərəsəliyin açılması və qeyd edilən əmlaka ½ pay əsasında iddiaçı ilə cavabdeh arasında qanun üzrə vərəsəlik əsasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan f aktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, iddiaçı Rzayev Dadaş Nəbi oğlu ilə birlikdə Novxanı bağ massivində yerləşən, B-1988 saylı fərdi evdə yaşamış və hal-hazıradək də həmin evdə yaşayır. Cavabdeh1 onu həmin evdən çıxartmaq istəmişdir, lakin başqa yaşayış yerı olmadığı üçün çıxmamışdır.Mübahisəli əmlaklar onun mərhum həyat yoldaşına məxsus olmuşdur, ona görə də onun orada qanun üzrə vərəsəlik hüququ əsasında payı mövcuddur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında izahat verən İddiaçı bildirmşdir ki, Cavabdeh1 mübahisəli bağ evinin qazını, işığını kəsmiş və bununla da 2019-cu ilin noyabrında onun oradan çıxmasına nail olmuşdur. Belə ki, soyuq aylarda belə şəraitsiz vəziyyətdə bağda yaşamaq mümkün deyildi. O, eyni zamanda b ildirdi ki, mübahisəli əmlak satıldıqdan sonra Cavabdeh1 ona 5.000 manat pul vermişdir.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil2 izahat verərək bildirmişdir ki, iş üzrə Cavabdeh1 mübahisələndirilən torpaq sahəsini və evi satmışdır. İddia ərizəsinə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən sorğuya verilmiş xx.xx.2019-cu il tarixli arayışda səhvən Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 1988 nömrəli 0.12 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt şəhəri 4 saylı notariat kontorunun xx.xx.2016-cı il tarixli 4Ə-188 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.12 ha bağ torpa q sahəsindən 0.06 ha hissəsi X1 adına xx.xx.2019-cu il tarixli 4Ə-2118 reyestr nömrəli alqı- satqı müqavilələrinə əsasən 0.06 ha bağ sahəsi Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Lakin Bakı şəhəri 26 saylı notariat kontorunun xx.xx.2013-cü il tarixli 2V 01-143 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilir ki “Şəhadətnaməyə verilən miras əmlak Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya MH, №0015180, reyestr kitab № 1 səhifə №177, qeydə alma №**********, xx.xx.2008-ci il tarixli çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivində B-1988 ünvanda mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 44.08 kv.m., yaşayış sahəsi 30.4 kv.m. yardımçı sahəsi 13.68 kv.m. olan 2 otaqlı bağ evindən ib arətdir”. Habelə, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsini və ümumi sahəsi 44.1 kv.m., yaşayış sahəsi 30.4 kv.m. yardımçı sahəsi 13.7 kv.m. olan 2 otaqlı bağ evini Cavabdeh2 satmışdır. Beləliklə, Cavabdeh1 miras əmlakları bütövlükdə Cavabdeh2 satmışdır. Nümayəndə eyni zamanda iddianın tam həcmdə təmin olunmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, iddiaçı ilə mərhum atasının nikah bağlamaları barədə məlumatı hazırkı məhkəmə mübahisəsinədək olmamışdır. O, iddiaçını atası bağda tək yaşadığından ona baxıcı kimi tutmuş və İddiaçı hər ay 500 manat məvacib qismində pul vermişdir. Mübahisəli əmlakları 72.000 mana t müqabilində satdıqdan sonra isə iddiaçıya 7.500 manat pul vermiş, sonuncu da əşyalarını toplayıb bağdan çıxmışdır. O, eyni zamanda qeyd etdi ki, Aygün Ələkbərova adlı bacısı vardır. Qardaşı Fuad isə atasının ölümündən əvvəl rəhmətə getmişdir. Onun Solmaz adlı qızı vardır. Bacısı və mərhum qardaşının ailəsi ilə mirası yalnız özünün qəbul edib özgəninkiləşdirdikdən sonra onlara müəyyən vəsait verməyi barədə razılığa gəlmişlər. Həmin vərəsələr mübahisəli bağda heç vaxt yaşamamış, eləcə də miras əmlakın hansısa hissəsini faktiki qəbul etməmişlər.

11. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, mübahisəli bağ sahəsinə özü, eyni zamanda atası və ailəsi ilə birgə bir neçə dəfə baxmış, İddiaçı orada görmüş, onunla söhbət etmiş, lakin sonuncu heç vaxt əmlakın mülkiyyətçisi Cavabdeh1 m ərhum atasının həyat yoldaşı olması, eləcə də onunla bağın satışı ilə əlaqədar hər hansı mübahisəsinin mövcudluğu barədə nəsə deməmişdir. O, hər hansı narazılıq və ya mübahisə haqqında Cavabdeh1, eləcə də bağın alqı satqısından vasitəçilik edəndən heç nə eşitməmişdir. Cavabdeh eyni zamanda qeyd etdi ki, əvvəl bağ sahəsinin forması xoşuna gəlməmiş, sonra isə evlə birlikdə qiyməti barədə razılaşmamışlar. Lakin sonradan Cavabdeh1 qiyməti aşağı saldığından sövdələşmə baş tutmuşdur. Evə isə həmin ərəfədə videoyazısı ona göstərildiyindən baxmamışdır.

12. Məhkəmədə şahid X2 ifadə verərək, iddiaçını uzun müddət olar ki, tanıdığını, İddiaçı ilə bağ sahəsində qonşu olduğunu bildirdi. O, eyni zamanda qeyd etdi ki, cavabdehi mübahisəli evdə görməmişdir. Həmin evdə iddiaçı həyat yoldaşı Dadaşla birli kdə yaşamış, sonuncu rəhmətə getdikdən sonra da yaxın vaxtlaradək yaşamağa davam etmişdir.

13. Məhkəmədə şahid X3 ifadə verərək, İddiaçı onun bacısı olduğunu, bacısının 2006cı ildən mübahisəli bağa köçdüyünü, 29 yanvar 2009-cu ildə Dadaş Rzayev ilə ailə həyatı quraraq mübahisəli evdə yaşadığını bildirdi.

14. Məhkəmədə şahid X5 ifadə verərək, Cavabdeh1 ilə sinif yoldaşı olduğunu bildirdi. O, eyni zamanda İddiaçı baxıcı kimi tanıdığını, onun, Ceyhunun atası Dadaşa qulluq etdiyini, Şölə ilə Dadaşın nikahlarından xəbəri olmadığını və iddiaçı ilə Cavabdeh1 arasında söz-söhbət olduğunu, Ceyhunun iddiaçıya 7.000 manat pul verdiyini və iddiaçının evdən çıxıb getdiyini bildirdi.

15. Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, X- 503 №-li qərardan görünür ki, İddiaçı qanun üzrə şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Belə ki, Bakı şəhəri, ünvan 2 ünvanında yaşamış və xx.xx.2012-ci ildə vəfat etmiş Rzayev Dadaş Zəbi oğlunun ölümündən sonra oğlu Cavabdeh1 mirasın qəbul edilməsi, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2013-cü il tarixdə təqdim etdiyi ərizə və həmin ərizəyə aidiyyəti olan əlavə edilmiş digər sənədlərə əsasən xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri, Novxanı bağ massivində "B"-1988 ünvanında yerləşən torpaq sahəsinə və bağ evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2013-cü il tarixdə vərəsəlik işi açılmış və müəyyən edilmişdir ki, Cavabdeh1 tam əmlaka dair qanun üzrə vərəsəlik hüqu qu haqqında şəhadətnamə notarius tərəfindən verilmişdir. 16. xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş Rzayev Dadaş Zəbi oğlunun vərəsəsi Bakı şəhəri, ünvan 4 ünvanında yaşayan Cavabdeh1dur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivində "B"-1988 ünvanında Rzayev Dadaş Zəbi oğlunun mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 44.08 kv.m., yaşayış sahəsi 30.4 kv.m. yardımçı sahəsi 13.68 kv.m. olan 2 otaqlı bağ evindən ibarətdir. Bakı şəhəri 26 saylı not ariat ofisinin xüsusi notariusu İ.B.Hüseynov həmin ərizənin həqiqiliyini təsdiq etmişdir.

17. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin verdiyi MH seriyalı, ******* №-li çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində "B"1988 ünvanında Rzayev Dadaş Zəbi oğlunun mülkiyyətində olan, 0.12 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m yaşayış, 13.68 kv.m köməkçi sahədən ibarət B1988 nömrəli bağ evinin mülkiyyətçisi tam mülkiyyət hüququ ilə Rzayev Dadaş Zəbi oğludur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 177 nömrəli vərəqində ********** nömrəsi ilə xx.xx.2008-ci ildə qeydiyyata alınmışdır.

18. AR ƏMDK yanınd a DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Abşeron rayon Vəkil Bürosuna ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən Sumqayıt şəhəri, XDS-nin İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsinin xx.xx.1994-cü il tarixli, 6984 nömrəli bağ torpaq sahəsinə dair icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 1988 nömrəli, 0.12 ha bağ torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt şəhəri 4 saylı notariat kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə188 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0.12 ha bağ torpaq sahəsindən 0. 06 ha hissəsi X1 adına, xx.xx.2019-cu il tarixli, 4Ə-2118 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən 0.06 ha bağ torpaq sahəsi Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri 26 saylı notariat kontorunun xx.xx.2013- cü il tarixli, 2V 01-143 reystr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B1988 nömrəli bağ evi üzərində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt şəhəri 4 saylı notariat kontorunun xx.xx.2019-cu il tarixli, 4Ə-2119 nömrəli alqı-satqı müqaviləsinə əsasən bağ evi Cavabdeh2 adına özgəninkiləşdirilmişdir.

19. Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən Abşeron rayon V əkil Bürosunun vəkili Vəkil2 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla göndərilən xx.xx.2019-cu il tarixli, ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1988 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini Cavabdeh2 22.000 manata satmışdır.

20. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1988 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1dur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. 21. 0815139 saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 1 Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsi olan B-1988 ünvanında yerləşən, ümumi sahəsi 44.1 kv.m., 30.4 kv.m yaşayış sahəsi, yardımçı sahəsi 13.7 kv.m. olan 2 otaqlı bağ evini Cavabdeh2 50.000 manata satmışdır. 22. 0815138 saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1988 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini Cavabdeh2 22.000 manata satmışdır. 23. 0543153 saylı, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1988 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsinin 0.06 ha olan torpaq sahəsini X4 8.000 manata satmışdır.

24. AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəmənin soruğusuna əsasən göndərilən xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1988C ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi ünvan 9orunun xüsusi notariusunun təsdiq etdiyi 4Ə-188 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında X1 adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli dövlət reyestrindən çıxarış verilmişdir.

25. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-10/2022 saylı iş üzrə 30 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri 26 saylı Notariat ofisinin xüsusi notarisu İ.B.Hüseynov tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsin də 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B1988 nömrəli bağ evinə xx.xx.2013-cü il tarixdə Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evi İddiaçı tərəfindən miras kimi qəbul edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

26. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında nümayiş etdirilən və tərəflərin mübahisələndirmədiyi videoyazıda “Elgizlə izlə” televiziya verilişində iddiaçı və digər iştirakçılar tərəfindən İddiaçı hazırki iş üzrə mübahisə predmeti olan əmlakın satışından sonra 7. 000 manat pul verilməsinin müzakirə olunduğu görünür. Məhkəmə, işin mübahisəli bu halı ilə bağlı, şahid Qasımov Rafaelin ifadəsini, eləcə də qeyd olunan videoyazını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçıya Cavabdeh1 tərəfindən sözügedən əmlakın satışından əldə olunmuş vəsaitdən 7.000 manat pul verilmişdir. Cavabdeh2 sözügedən əmlakı alan zaman onun mübahisəli olması barədə bilib-bilməməsinə dair məhkəmə qeyd edir ki, cavabdehin bu hal haqqında məlumatlı olmasını təsdiqləyən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə tərəflərin izahatından, eləcə də şahid Əzimova Güldanə, Qaraşov Ərəstun və Qasımov Rafaelin ifadəsindən aydın olur ki, Cavabdeh1lə İddiaçı arasında sözügedən əmlakla bağlı hər hansı mübahisəsinin mövcudluğunu Cavabdeh2 bilməmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi göstərilsə də, tələbin əsaslandırılmasından, həmin sənədin doğurduğu hüquqi nəticələrə münasibətdən görünür ki, əslində iddianın mahiyyəti bu sənədin etibarsız hesab olunmasıdır. Məhkəmə qeyd etmişdir ki, miras qoyanın iddiaçı və cavabdehdən başqa digər vərəsələri miras əmlakını nə notarial, nə də faktiki qəbul etmədiklərindən, habelə bunun üçün qanunvericilikdə nəzərdə tutulan müddəti ötürdüklərindən miras əmlak üzərində İddiaçı və Cavabdeh1 hər birinin ½ payı vardır. Belə ki, iddiaçı miras əmlaka faktiki sahiblik etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyindən miras İddiaçı tərəfindən qəbul edilmiş sayılır. Odur ki, iddia mirasın qəbul edilmiş hesab olunması hissəsində də əsaslıdır. Cavabdeh 2 sözügedən əmlakın mübahisəli olmasını bilməsi və ya bilməli olduğu, həmçinin belə halın mövcudluğu barədə məlumatlılığı ehtimalı işin faktiki halları və iddiaçının dəlilləri ilə sübuta yetirilmədiyindən o, əmlakı vicdanlı əldə edəndir. Belə ki, Cavabdeh1 əmlakı onun üzərində qeydiyyatdan keçmiş mülkiyyət hüququ əsasında özgəninkiləşdirməsi Cavabdeh2 əmlakın mübahisəliliyi barədə şübhə yaratmamış, reyestrin həqiqiliyi prezumpsiyası belə halın yaranması ehtimalını istisna etmişdir. Ona görə də iddia Cavabdeh1 ilə Cavabdeh2 arasında mübahisəli əmlaka dair xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlaka dair Cavabdeh2 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, mübahisəli torpaq sahəsinin və bağ evinin Cavabdeh2 tərəfindən boşaldılara q iddiaçıya təhvil verilməsi, iddiaçının mübahisəli mənzilə köçürülməyi və mübahisəli əmlaka dair vərəsəliyin açılması və qeyd edilən əmlaka ½ pay əsasında iddiaçı ilə Cavabdeh1 arasında qanun üzrə vərəsəlik əsasında bölünməsi hissələrdə əmlak vicdanlı əldə edildiyindən əsassızdır. Məhkəmə, miras əmlakda tərəflərin payına qiymət verməklə, onun satışından əldə olunmuş vəsaitlə bağlı iddiaçının tələb hüququnu tanıyır, bu hüququn həyata keçirilməsində müəyyənlik yaratmaq məqsədini güdür.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1, 337.1, 337.3, 1133, 1159.1.3, 1243.2 və 1246-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia təl əbinin təmin olunduğu hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, miras qoyan Rzayev Dadaş Zəbi oğlunun "xxxx" MTK-i payla bağlı həmin MTK-ya 150000 (yüz əlli min) manat məbləğində borcu olmuşdur. İddiaçı bu barədə "xxxx" MTK-dan arayış aldıqdan sonra iddia tələbinə dəqiqləşdirmə verərək qeyd olunan əmlakla bağlı heç bir tələb irəli sürməmişdir. İddiaçının miras passivindən imtina etdiyi halda, miras aktivini qəbul etməsi isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsinin tələbləri baxımından yolverilməzdir.

30. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 26 sentyabr 2022-ci il tarixli, 2( 105)-1627/2022 nömrəli qətnaməsi ilə (hakimlər – G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin iddiaçının miras passivindən imtina etdiyi halda, miras aktivini qəbul etməsi isə qanunun tələbləri baxımından yolverilməməsi barədə dəlilinə qiymət verərək qeyd etmişdir ki, bu tərəfin Konstitusion hüququdur.

32. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1, 337.1, 337.3, 1133, 1159.1.3, 1243.2 və 1246-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarını araşdırmamış, işin hallarına tam və hərtərəfli qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ bəndinə əsasəninsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Göründüyü kimi A zərbaycan Respublikası Konstitusiyasında hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşdığı təsbit olunmuşdur. Hesab edirik ki, işin mübahisələndirilən halı ilə bağlı İddiaçı hüquqları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsində müəyyən edilmiş əsaslarla məhdudlaşdırıldığından apellyasiya instansiyası məhkəməsinin qətnaməsində gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

36. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əld ə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

38. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

39. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, m iras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

40. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

41. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

42. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli o lan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyi şdirilməsi üçün əsas yoxdur.

52. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyy ən edilmişdir.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1627/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar