Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5510/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, müddətli əmək müqaviləsinə xitam verilməsi.) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n 2(103)-5222/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 27 aprel 2015-ci il tarixdə İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh ASC (bundan sonra – cavabdeh və ya bank) arasında bir il müddətinə - 27 aprel 2016-cı il tarixə kimi əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı X3 Departamentinin direktoru vəzifəsinə təyin olunmuşdur. 27 aprel 2016-cı il tarixdə müqavilə eyni müddətə uzadılmış hesab edilmişdir. 05 yanvar 2017-ci il tarixdə iddiaçı 126 gün müddətinə sosial məzuniyyətə buraxılmışdır. 11 may 2017-ci il tarixdə iddiaçı işə çıxmalı olduğu halda, doğuşun çətin keç məsinə görə ona əlavə olaraq daha 14 gün məzuniyyət verilmiş və işə çıxma vaxtı 25 may 2017-ci il tarixi müəyyən edilmişdir. İddiaçı uşağa qulluq etmək üçün daha 219 gün ödənişsiz sosial məzuniyyətə çıxmış və işə qayıtması günü 05 yanvar 2018-ci il tarixi müəyyən olunmuşdur. İddiaçı həmin gün işə çıxmamış və uşağa qulluğa görə əlavə olaraq daha 362 gün müddətinə ödənişsiz sosial məzuniyyətə çıxmışdır. Həmin məzuniyyətdən sonra 03 yanvar 2019-cu il tarixdə iddiaçı işə çıxmalı olduğu halda əlavə olaraq daha 362 gün müddətinə ödənişsiz sosial məzuniyyətə çıxmış və 03 dekabr 2019-cu il tarixdə növbəti dəfə 126 gün müddətinə analıq məzuniyyətinə getmiş və məzuniyyətin bitmə müddəti 06 aprel 2020-ci il tarixi müəyyən olunmuşdur. 07 aprel 2020-ci il tarixdə iddiaçı rəsmi olaraq işə çıxmalı olduğu halda çıxmamış və X5 sədrinin 07 aprel 2020-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankın 07.04.2020-ci il tarixli 1401 nömrəli əmrinin ləğv edilməsi, onun X3 Departamentinin direktoru vəzifəsinə bərpa edilməsi, 07.04.2020-ci il tarixdən işə bərpa olunma tarixinədək aylıq 4202 manat hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsi, mənəvi ziyanın əvəzi olaraq 8000 manat, vəkilə ödənilmiş 160 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06.04.2020-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya zəng edilmiş və bildirilmişdir ki, iddiaçı 07.04.2020-ci il tarixdə işə çıxmalıdır, 07.04.2020-ci il tarixdə əmək müqaviləsinə, müqavilənin müddətinin bitməsi əsası ilə xitam veriləcəkdir. Bundan sonra 07.04.2020-ci il tarixdə iddiaçının rəsmi e-mail ünvanına bankın İnsan Resursları və Dəstək Xidmətləri Departamentinin mütəxəssisi Nigar Abbasova online məktub göndərərək bildirmişdir ki, 07.04.2020-ci il tarixi iddiaçının rəsmi işə çıxma vaxtıdır. İddiaçı həmin məktubu 07.04.2020-ci il tarixdə saat 10:29-da almışdır. 07.04.2020-ci il tarixdə işə çıxmalı olsa da, həmin gün ərzində iş yerinə getməmişdir. Ən azından cavabdeh saat 18:00-a kimi işçinin işə gəlməsini gö zləməli idi. Sonradan, ona məlum olmuşdur ki, cavabdeh tərəfindən elektron sistemində 07.04.2020-ci il tarixdə saat 17:51-də onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi yerləşdirilmişdir. Daha sonra isə 07.04.2020-ci il tarixdə saat 14:35-də ona “Azari Express” çatdırılma servisinin kuryeri vasitəsi ilə əmək kitabçasının əslini göndərmişdir. İddiaçı çatdırılma servisinin 194420 və 201176 nömrəli qaimələrinə 07.04.2020-ci il tarixdə saat 18:20-də imza etmiş və əmək kitabçasının əslini almışdır. Əmək kitabçasını oxuyarkən məlum olmuşdur ki, bankın 07.04.2020-ci il tarixli 1401 nömrəli əmri ilə onunla bank arasında 27.04.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən xitam verilmişdir. Bu xəbəri alarkən, mənəvi sarsıntı keçirilmiş və onun halı pisləşmişdir. Bununla da ona mənəvi zərər dəymişdir. Hesab edir ki, işdən çıxarılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuzdur. Çünki, cavabdeh tərəfindən nəzərə alınmalı idi ki, iddiaçının himayəsində körpə uşaqları var və iddiaçı öz hüquqlarından istifadə etməklə ƏM-nin 244-cü maddəsinə əsasən özgəsində üç yaşına qədər uşağı olduğuna görə gün ərzində 1 saat 30 dəqiqə gec gedə bilərdi. Həmçinin, ölkədə yayılmış (COVİD-19) xəstəliklə əlaqədar izolyasiya qaydalarına riayət etmişdir. Hesab edir ki, 07.04.2020-ci il tarixdə iş yerinə faktiki gəldikdən sonra, cavabdeh onunla əmək müqaviləsinə xitam verə bilərdi. Lakin cavabdeh iddiaçının iş yerinə faktiki gəlməsini gözləmədən, onunla bağladığı əmək müqaviləsinə xitam verə bilməzdi. Həmçinin 27.04.2020-ci il tarixə kimi iddiaçı işə çıxa bilsəydi, onunla bağlanmış əmək müqaviləsi artıq 5 il müddəti tamam olması əsası ilə müddətsiz müqavilə statusuna keçmiş olardı və bundan sonra onunla əmək müqaviləsinə xitam verilə bilməzdi. Lakin cavabdeh bu müddəti gözləmədən əmək müqaviləsinə xitam vermişdir. Əmək kitabçasını 07.04.2020-ci il tarixdə iddiaçıya kuryer vasitəsilə təqdim etsə də, əmrin surəti verməmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia işəgötürən kimi işçinin sosial hüquqlarından tam istifadə etməsinə şərait yaratmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 27.04.2019-cu il tarixdə bitmişdir. Lakin iddiaçı sosial məzuniyyətdə olduğundan, əmək müqaviləsinə xitam verilməmiş, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək üçün onun işə çıxmalı olduğu günü gözləmişdir. 06.04.2020-ci il tarixdə bankın əməkdaşları iddiaçı ilə əlaqə saxlamış və ona 07.04.2020-ci il tarixdə rəsmi işə çıxma vaxtı olduğunu bildirmişlər. Həmçinin, 07.04.2020-ci il tarixdə bankın İnsan Resursları və Dəstək Xidmətləri Departamentinin mütəxəssisi Nigar Abbasova iddiaçıya yenidən işə çıxma ilə əlaqədar online məktub göndərmişdir. Lakin iddiaçı 07.04.2020-ci il tarixdə bütün gün ərzində işə çıxmamış və gəlməməsinin səbəbləri barədə işəgötürənə məlumat verməmişdir. Halbuki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin şərtlərinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmə k vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Bu səbəbdən də, bankın 07.04.2020-ci il tarixli 1401 nömrəli əmri ilə iddiaçı ilə bank arasında 27.04.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin tələblərinə əməl etməklə, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci h iisəsinin “b” bəndi ilə müqavilə müddəti bitdiyinə görə 07.04.2020-ci il tarixdən xitam verilmişdir. 07.04.2020-ci il tarixdə əmək müqaviləsinin əsli kuryer vasitəsinə iddiaçıya şəxsən təqdim edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi haqqında bildiriş 07.04.2020-ci il tarixdə saat 17:51-də elektron imza ilə portala yerləşdirilmişdir. İddiaçı öz iddia ərizəsində işdən azad olunma ilə bağlı xəbəri alarkən mənəvi sarsıntının keçirilməsini və bunun nəticəsində ona mənəvi zərərin dəyməsini qeyd etsə də, iddiaçı 07.04.2020-ci il tarixdə iş yerinə gəlmiş olsaydı, işəgötürən onun əmək kitabçasını və işdən çıxması barədə əmri ona iş yerində təqdim edərdi. İddiaçı işə gəlmədiyinə görə onun əmək kitabçası yaşadığı ünvana çatdırılmışdır. Cavabdeh iddiaçıya hər hansı maddi və mənəvi ziyan vurmamışd ır. Çünki, işçi bildirdi ki, onunla bağlanmış əmək müqaviləsi müddətlidir və müddət bitdikdə işəgötürənin həmin müqaviləyə xitam vermək hüququ vardır. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən, qanunvericiliyin tələblərinə əməl etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Vahid Hacıyev) 04.06.2020-ci il tarixli 2(004)-2809/2020 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 27.04.2019-cu il tarixdə bitmişdir. Lakin iddiaçı sosial məzuniyyətdə olduğundan, 27.04.2019-cu il tarixdə əmək müqaviləsinə xitam vermək mümkün olmamış, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək üçün onun işə çıxmalı olduğu günü gözləmişdir. 06.04.2020-ci il tar ixdə bankın əməkdaşları iddiaçı ilə əlaqə saxlamış və ona 07.04.2020-ci il tarixdə rəsmi işə çıxma vaxtı olduğunu bildirmişlər. Həmçinin, bankın İnsan Resursları və Dəstək Xidmətləri Departamentinin mütəxəssisi Nigar Abbasova 07.04.2020-ci il tarixdə saat 10:29-da iddiaçının elektron poçt ünvanına (mailto:halidehasanova@hotmail.comElektron ünvan ) yenidən işə çıxma vaxtı ilə əlaqədar məlumat göndərmişdir. İddiaçı 07.04.2020-ci il tarixdə bütün gün ərzində işə çıxmamış və gəlməməsinin səbəbləri barədə işəgötürənə məlumat verməmişdir. Göründüyü kimi, işəgötürənin 07.04.2020-ci il tarixli 1401 nömrəli əmri ilə (onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş) Əmək Məcəlləsinin 73.2-cü maddəsinə əsasən müddətli müqavilə əsasında çalışan iddiaçı əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla 27.04.2015-ci il tarixdə bağlanmış əmək müqaqviləsinə 07.04.2020-ci il tarixdə xitam verilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68, 73-cü maddələrinin tələblərinə əməl edilmişdir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, 73-cü maddəsinin 2-ci hissəsinə istinadla əsaslandırmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Rəşad Həsənov) 05 oktyabr 2020-ci il t arixli 2(103)6512/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında 27.04.2015-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi barədə 07.04.2020-ci il tarixli 1401 nömrəli əmrin ləğv edilməsi, iddiaçının X3 Departamentinin direktoru vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq iddiaçıya ödənilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 45 manat və hüquqi yardım üçün ödənilmiş 160 manat bankdan tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nət icəni onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin məzmunundan göründüyü kimi işçi iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. İşdən göründüyü kimi, iddiaçının sosial məzuniyyəti 06.04.2020-ci il tarixdə bitmiş və o, 07.04.2020-ci il tarixdə işə çıxmalı olmuşdur. Lakin cavabdeh bank onun işə çıxmasını gözləmədən işçinin işə çıxmalı olduğu gün əmək müqaviləsinə xitam vermiş, bununla da Əmək Məcəlləsinin 73cü maddəsinin 2-ci hissəsinin tələblərini pozmuşdur. Ona görə də, məhkəmə belə nəticəyə gəlmişir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək q anunvericiliyinin tələbləri pozulduğundan bankın 07.04.2020-ci il tarixli 1401 nömrəli əmri ləğv edilməli, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə X3 Departamentinin direktoru vəzifəsinə bərpa olunmalıdır. İddiaçının 160 manat hüquqi xidmət haqqı tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, “LCG” Vəkil Bürosu ilə iddiaçı arasında hüquq xidmət müqaviləsi bağlanmış və bu xidmətə görə 28.04.2020-ci il tarixli 22985 və 8459 nömrəli qəbzlərə əsasən 160 manat ödənilmişdir. İddiaçının hüquqi xidmətə görə ödənilmiş 160 manat pulun tutulması barədə tələbi sübut olunduğundan iddia həmin hissədə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iddia tələbinin mənəvi zərərin tutulması ilə bağlı hissədə qeyd etmişdir ki, iddiaçının iddiasının qismən təmin edilərək onun işə qəbul olunm ası və məcburi iş buraxmaya görə əmək haqqının ona ödənilməsi, onun iddia etdiyi mənəvi zərərin ədalətli kompensasiyasıdır. Məhkəmə gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi eyni normalarla əsaslandırmış, əlavə olaraq Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına, Mülki Prosessual Məcəllənin 384 və 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İlqar Xələfov sədrlik edən və məruzəçi, Gündüz Quliy ev və Zaur Əliyev) 10 mart 2021-ci il tarixli 2(102)2127/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edib iddiaçının əvvəlki işinə bərpa edərkən cavabdehin onun işə çıxmasını gözləmədən əmək müqaviləsinə xitam verməklə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin tələbini pozmasını əsas göstərmişdir. İş materiallarından göründüyü kimi, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müəyyən olunduğu kimi iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitsə də, onun analıq məzuniyyətinə getməsi ilə əlaqədar aralarında əmək münasibətləri davam etmişdir. İşdən görünür ki, iddiaçının analıq məzuniyyətində olma müddəti 06 aprel 2020-ci il tarixdə bitdiyi üçün o, 07 aprel 2020-ci il tarixdə işə çıxmalı idi. Lakin həmin gün iddiaçı işə çıxmamış və bunun səbəbləri barədə cavabdehə məlumat verməmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Apellyasiya instansiyası məhkəməsi həmin maddədə müəyyən olunmuş “işçi işə çıxdıqdan sonra” ifadəsinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı 07 aprel 2020-ci il tarixdə işə çıxmadığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməzdi. Məhkəmə hesab etmişdir ki, “işçi işə çıxdıqdan sonra” ifadəsi heç də belə bir nəticəyə gəlməyə əsas vermir ki, əgər məzuniyyətdən sonra işçi müəyyən olunmuş gündə işə çıxmamışdırsa, onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilə bilməz. İddiaçının analıq məzuniyyətində olduğu müddət 06 aprel 2020-ci il tarixdə bitdiyi üçün o, növbəti gün, yəni 07 aprel 2020-ci il tarixdə işə çıxmalı idi. Lakin müəyyən olunduğu kimi iddiaçı həmin gün işə çıxmamış və bunun səbəbləri barədə cavabdehə məlumat verməmişdir. Belə olduqda, işəgötürən mütləq iddiaçının işə çıxacağı günü gözləməli və yalnız işə çıxdıqdan sonra onunla əmək müqaviləsini pozmalı deyildi. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin məzmunundan göründüyü kimi, işçi ilə əmək müqaviləsinə işə çıxdıqdan sonra bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Bu, o deməkdir ki, iddiaçı ilə əmək müqaviləsinə işə çıxmalı olduğu gündən bir təqvim həftəsi ərzində xitam verilə bilər. Qanunun müəyyən etdiyi bir təqvim həftəsi işçinin işə çıxmalı olduğu gündən hesablanır. İddiaçının 07 aprel 2020-ci il tarixdə hər hansı üzrlü səbəbdən işə çıxmaması isə iş materiallarından görünmür. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şərafət Məmmədova - sədrlik edən və məruzəçi, Emin Mehdiyev və Xəyal Sarıyev) 2(103)-5222/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kassasiya məhkəməsini qərarında qeyd edilənləri nəzərə alaraq gəldiyi nəticəni onunla əsaslan dırmışdır ki, iddiaçının məzuniyyətinin müddəti 06.04.2020-ci il tarixdə bitmişdir və iddiaçı 07.04.2020-ci il tarixə rəsmi işə çıxmalı idi. Lakin iddiaçı sosial məzuniyyətdə olduğundan, 27.04.2019-cu il tarixdə əmək müqaviləsinə xitam vermək mümkün olmamış, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək üçün onun işə çıxmalı olduğu günü gözləmişdir. 06.04.2020-ci il tarixdə bankın əməkdaşları iddiaçı ilə əlaqə saxlamış və ona 07.04.2020-ci il tarixdə rəsmi işə çıxma vaxtı olduğunu bildirmişlər. Həmçinin, bankın İnsan Resursları və Dəstək Xidmətləri Departamentinin mütəxəssisi Nigar Abbasova 07.04.2020-ci il tarixdə saat 10:29-da iddiaçının elektron poçt ünvanına yenidən işə çıxma vaxtı ilə əlaqədar məlumat göndərmişdir. Cavabdeh işəgötürən kimi işçinin sosial hüquqlarından tam istifadə etməsinə şərait yaratmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 27.04.2019-cu il tarixdə bitmişdir. İddiaçı 07.04.2020-ci il tarixdə bütün gün ərzində işə çıxmamış və gəlməməsinin səbəbləri barədə işəgötürənə məlumat verməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 07.04.2020-ci il tarixli 1401 nömrəli əmri ilə Əmək Məcəlləsinin 73.2-cü maddəsinə əsasən müddətli müqavilə əsasında çalışan iddiaçı əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və onunla 27.04.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 07.04.2020-ci il tarixdə xitam verilmişdir. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68, 73-cü maddələrinin tələblərinə əməl edilmişdir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni birinci instansiya məhkəməsi istinad etdiyi eyni normalara istinad etməklə, əlavə olaraq Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 217.4, 80, 81-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki halları təhrif edilmiş və həqiqətə uyğun olmayan məlumatlar qətnamədə öz əksini tapmışdı r. Belə ki, qətnamənin 5-ci vərəqi 2-ci abzasda göstərilir ki, “06.04.2020·ci il tarixdə cavabdehin əməkdaşları iddiaçı ilə əlaqə saxlamış və ona 07.04.2020-ci il tarixdə rəsmi işə çıxma vaxtı olduğunu bildirmişlər” Həqiqətdə isə, 06.04.2020-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya zəng edilmiş və bildirilmişdir ki, iddiaçı 07.04.2020-ci il tarixindən işə çıxmasın, çünki onunla olan əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilir. Verdiyi iddia ərizəsində də məhz belə qeyd olunmuşdur. Maraqlı hal həmçinin ondan ibarətdir ki, iş materiallarında telefon zənginin səs yazısı mövcud deyildir (nəzərə almaq lazımdır ki, bank tərəfındən edilmiş və banka edilən zənglər üzrə səs yazısı aparılır. Əgər cavabdeh tərəfin iddiaya etiraz olaraq qeyd etdikləri məlumatlar doğrudu rsa, onda cavabdeh tərəf səs yazısını əlavə etməli idi.) Hazırkı halda apelyasiya instansiya məhkəməsi qətnaməsini sübutla təsdiq edilməyən iddiaçı tərəfin həqiqətə uyğun olmayan mülahizəsi ilə əsaslandırmışdır. Qətnamənin 5-ci vərəqi 2-ci abzasında qeyd olunur ki, bankın İnsan Resursları və Dəstək Xidmətləri Departamentinin mütəxəssisi Nigar Abbasova 07.04.2020-ci il tarixində saat 10:29 da iddiaçının elektron poçt ünvanına yenidən işə çıxması ilə əlaqədar məlumat göndərmişdir”. Həqiqətdə isə, bank tərəfindən 07.04.2020-ci il tarixdə saat 10:29-da iddiaçıya elektron məktub göndərilmişdir və həmin məktuba əlavə edilmiş məktubda iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi göstərilmişdir. Həmin elektron məktub və elektron məktuba əlavə edilən nömrəsi tarixi isə 07 iyun 2020-ci il kimi göstərilən məktub iş materiallarında vardır. Göründüyü kimi, 07.04.2020-ci il tarixində saat 10:29 artıq bank tərəfındən iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilmişdir. Bu isə onu göstərir ki, iddiaçının 07.04.2020-ci il tarixində isə çıxmasına, onunla əmək müqaviləsinə xitam verilməsi səbəbindən imkan verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 244-cü maddəsinin tələbinə görə yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir. Uşağın yedizdirilm əsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əmək haqqı saxlanılır. Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır. Qanun qeyd olunan müddəasına uyğun olaraq iddiaçı 07.04.2020-ci il səhər isə saat 10:30 da gələ bilərdi. Lakin 07.04.2020-ci il artıq 10:29 da iddiaçıya elektron məktub daxil olmuşdur ki, onunla olan əmək müqaviləsinə xitam verilir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsi nə faktlar baxımından, nə də ki, hüquqi baxımdan əsaslandırılmamışdır. Qətnamənin 5-cü səhifəsi 1-ci abzasında qeyd olunur ki: bank işəgötürən kimi işçinin sosial hümıqlarından tam istifadə etməsinə şərait yaratmışdır.”. Görünür ki, himayəsində azyaşlı uşaqları olan qadının tamamilə qanunsuz olaraq işdən azad edilməsi apellyasiya instansiya məhkəməsinin zənninə görə sosial şəraitin təmin edilməsidir. Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə istinad etməklə əmək müqaviləsinə xitam verilməsini yalnız iddiaçı işə çıxdıqdan sonra həyata keçirə bilərdi. Hazırkı halda, cavabdeh təşkilat iddiaçı ilə olan əmək müqaviləsinə işə çıxmadan xitam vermişdir və bununla da elə özünün istinad etdiyi Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinin tələblərini pozmuşdur. Bununla belə, apelyasiya instansiya məhkəməsi öz səlahiyyətlərindən kənara çıxaraq Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə öz mülahizəsinə uyğun şərh vermişdir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən belə anlaşılır ki. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73–cü maddəsinin 2-ci bəndi bilavasitə Qanunda yazıldığı kimi deyil, əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxmalı olduğu gündən sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxmalı olduğu gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Cavabdehin vəkili kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının guya cavabdehin əməkdaşları tərəfındən ona zəng olunması və onun işə çıxmağına icazə verilməməsi barədə qeyd etdikləri tamamilə yalandır və h eç bir fakta və hüquqi əsasa söykənmir. İddiaçı ümumiyyətlə Banka gəlməmiş və gəlməməyinin səbəbini Banka bildirməmişdir. Əgər iddiaçı öz mülahizəsinin həqiqətə uyğun olduğunu iddia edirsə, buna dair birinci instansiya məhkəməsində sübut təqdim etməli idi. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin səhv şərh edilməsi ilə bağlı qeyd etmək lazımdır ki, bu hala əvvəllər baxmış kassasiya məhkəməsinin qərarında hüquqi qiymət verilmişdir. Belə ki, bankın iddiaçının işə çıxacağı günü mütləq gözləməli və yalnız işə çıxdıqdan sonra onunla əmək müqaviləsini pozmaq öhdəliyi yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinə əsasən özünün xəstəliyi yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işçinin işə gəlməməsi əmək müqaviləsinin kobud şəkildə pozulması hesab edilən hallarından biridir. İddiaçının mülahizəsi üzrə iş materiallarında telefon zənginin səs yazısı əlavə edilməli hissəsi tamamilə əsasızdır, çünki mütləq şəkildə bütün səs yazılarını saxlamaq məcburiyyəti yoxdur. İddiaçının özündə bütün xəstəlik vərəqələri barədə məlumatlar var idi və iddiaçı nə zaman işə çıxmalı olduğu haqda məlumatlı idi Bunu iddiaçının dəfələrlə cavabdehə xəstəlik vərəqələrini vaxtında təqdim etməsi də sübut edir. İddiaçının şikayətdə qeyd etdiyi kimi, elektron məlumat 07.04.2020-ci il tarixdə 10.29-da deyil, 03:06 (PM, yəni 15:06) tarixdə göndərilmişdir. Bu səbəbdən iddiaçının şikayətində qeyd etdiyi saatda əmək müqaviləsinə xitam verilə bilməzdi. Bununla yanaşı, qanunvericilik əmək müqaviləsinin müddətini n bitməsi əsası ilə xitam verilmə halında saat fərqini müəyyən etməmişdir və məsələni işəgötürənin mülahizəsinə buraxmışdır. Beləliklə, cavabdeh qanunvericiliklə ona verilmiş hüquq çərçivəsində əmək müqaviləsinə xitam vermişdir. İddiaçı 07. 04. 2020-ci il tarixdə bütün gün ərzində işə çıxmamış və gəlməməsinin səbəbləri barədə.işəgötürənə məlumat verməmişdir. İddiaçı öz şikayətində Əmək Məcəlləsinin 244-cü maddəsinin tələblərini köçürərək, bildirir ki, guya 07. 04.2020-ci ildə səhər işə saat 10:30 gələ bilərdi və amma Bank tərəfindən onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi barədə məktub göndərilmişdir. Qeyd edilənlər tamamilə əhəmiyyətsiz və əsassız mülahizədir. İddiaçı ən azından 07.04.2020-ci il tarixində işə gəlməli idi ki, Əmək Məcəlləsinin 244-cü maddəsinin tələbləri cavabde h tərəfındən təmin olunsun. İşçi heç bir əsas olmadan işə gəlmədiyi halda maddənin tələbinin icrası mümkünsüzdür. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili kassasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək şikayətin rədd edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 73.1 Müddətli əmək m üqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 73.2 İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi k eçməmiş xitam verilə bilər. Maddə 68.2 bənd “b” Əmək müqaviləsinin müddətinin qurtarması, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya sı məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddia tələbi rədd edildiyindən iddiaçının kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin m övqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıya 06.04.2021-ci il tarixdə iddiaçıya məlumatın hansı qaydada verilməsindən asılı olmayaraq iddiaçı 07.04.2020-ci il tarixdə rəsmi işə çıxmalı olmasını bilmiş, lakin heç bir üzrlü səbəb göstərmədən işə çıxarmışdır. Ona görə də, kassasiya şikayəti nə qeyd edilən hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Əmək Məcəlləsinin 244-cü maddəsinin tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bu barədə cavabdehə hər hansı bir məlumat verməmiş, bu hüququndan istifadəsi ilə bağlı cavabdehi məlumatlandırmamışdır. Ona görə də, iddiaçının həmin normaya istinad etməsi də əsassız olmuşdur. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin apellyasiya instansiyası məhkəməsi yanlış şərh edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə əvvəlki kassasiya icraatında kassasiya məhkəməsi bu məsələyə hüquqi qiymət vermiş, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi də kassasiya məhkəməsinin hüquqi mövqeyini nəzərə almışdır. Bu halla bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması düzgün tətbiq edilmişdir. Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun rəsmi şərh edilməsi hüququ yalnız Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətinə aiddir. Lakin işə baxan hər bir məhkəmə maddi hüquq normalarının tətbiqi zamanı mübahisəyə tətbiq etdiyi maddi hüquq normasının dispozisiya şərtlərinin işin faktiki hallarına uyğun olubolmamasına qiymət verməlidir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasi ya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5222/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5510/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5510/2021
15.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver