Məhkəmə qərarları › İş №2(102)-5518/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5518/2022

15.11.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5518/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması) 15.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4358/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qayda sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müavilələrinə əsasən İddiaçı Cavabdeh2 **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobili 18.000 manata, **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobili 18.000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20.000 manata, **LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20.000 manata və **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20.000 manata satmışdır.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 Razim oğluna və Cavabdeh1 qarşı müqavilələrin etibarsız hesab edilməsi və avtomobillərin qaytarılması tələbinə dair iddia sı təmin edilməmişdir. Həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış, apellyasiya məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən “Mitsubishi Pajero” markalı" **-LL-*** dövlət nömrə nişanlı, Mitsubishi Pajero markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı və Toyota Prado markalı 99LL286 dövlət nömrə nişanlı avtomobil lərə görə ödənilməli olan 96.000 manat, hüquqi yardıma görə 310 manat olmaqla, ümumilikdə 96310 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Daha sonra, iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən “Mitsubishi Pajero” markalı" **-LL-*** dövlət nömrə nişanlı, Mitsubishi Pajero markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL*** dövlət nömrə nişanlı və Toyota Prado markalı 99LL286 dövlət nömrə nişanlı avtomobillərə görə ödənilməli olan 96.000 manat, iki il müddətinə ödəni lməyən məbləğə illik beş faizlə hesablanmış 9.600 manat, hüquqi yardıma görə 310 manat olmaqla, ümumilikdə 105.910 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 2013-cü ildən tanıyır. Uzun müddət tanışlıqları dostluğa çevrildiyinə görə, 2018-ci ilin yaz aylarında onun təklifi ilə birgə biznes fəaliyyətinə başlamağı qərara almışlar və avtomobil alqı-satqısı ilə məşğul olmaq razılığına gəlmişlər. Bunun üçün 27.000 manat ödəyərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində təşkil olunmuş hərracdan o 8 avtomobil və cavabdeh olan Cavabdeh1 da 25.100 manata 8 avtomobil almışdır. Hərracdan alınmış 99LL291 dövlət nişanlı Mitsubishi Pajero marka lı, 99LL296 dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı, 99LL294 dövlət nömrə nişanlı Toyota Prado markalı, 99LL295 dövlət nömrə nişanlı Toyota Prado markalı, 99LL286 dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobillər və daha 3 üç avtomobil, X18, X18 Prado və Mitsubishi Pajero xx.xx.2018-ci il tarixdə X5 adına qeydə alınaraq, həmin avtomobillərə dair adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Qeyd edildən 3 avtomobil birgə satılıb və onlarla bağlı mübahisə yoxdur. xx.xx.2019-cu il tarixində Cavabdeh1 ona bildirmişdir ki, “alıcı var, sənə aid olan 5 avtomobili 80.000 manata almaq istəyir.” Ona bildirmilşdir ki, “o qiymətə satsaq gəlir əldə etmərik.”Ona görə də maşınların qiymətini bir qədər artırmışdır. Avtomobilləri satmaq üçün danışıq apardığı günün axşamı qar daşı vəfat etmiş, yas mərasiminə başı qarışdığı üçün alqı-satqıya gedə bilməmişdir. Cavabdeh1 2 gün sonra, yəni mayın 7-də səhər ona bildirmişdir ki, maşınları alan şəxs, yəni hazırda digər cavabdeh olan Cavabdeh2 maşınların pulunu verib, pul evdədir, təcili gedib Yol Polisində alqı-satqını rəsmiləşdirmək lazımdır. Aralarında etibar olduğundan ona inanmış və xx.xx.2019-cu il tarixdə cavabdeh N. Dadaşov ilə aralarında **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobilə dair 18000 manata, **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobilə dair 18000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobilə dair 20000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobilə dair 20000 manata və **-LL-*** dövlət nömrə nişanlı Toyota P rado markalı avtomobilə dair 20000 manata alqı-satqı müqavilələri bağlanmışdır. Alqı-satqı müqavilələrinə əsasən nəinki satılmış avtomobillərin müqavilələrdə nəzərdə rutulmuş dəyəri olan 96000 manat, hətta ilkin olaraq Ramazan tərəfindən vəd edilmiş 80000 manat pul cavabdehlər tərəfindən BDYPİ-də ona ödənilməmişdir. Həmin gün axşam Cavabdeh1 onu haqq-hesab etmək üçün evinə dəvət etmişdir. Qardaşı Babəklə birlikdə onun evinə getmiş, digər Cavabdeh2 da orada olmuşdur. Cavabdeh1 həmin şəxslərin yanında ona bildirmişdir ki, “mənə borcunuz var, maşınları borca görə səni aldadaraq Nazimin adına keçirmişəm, nə vaxt borcunuzu qaytarsanız maşınları qaytaracam.” Burada ona məlum olmuşdur ki, Cavabdeh1 avtomobilləri satmaq üçün ona alıcı tapması adı ilə aldadaraq avtomobilləri qohumu olan digər Cavab deh2 adına keçirilməsinə nail olmuşdur. Dəfələrlə məsələni sülh yolu ilə həll etməyə çalışsa da, buna nail olmadığı üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərdən müəyyən edilir ki, cavabdehlər qabaqcadan əlbir olub, onu aldadaraq mülkiyyətində olan avtomobillərə dair alqı-satqı müqavilələrinin bağlanmasına nail olmuş, beləliklə də müqavilələrə görə hər hansı pul məbləğini ödəməməklə öhdəliyini yerinə yetirməmişdir. Göstərilən avtomobillərin alqısatqısına dair müqavilələr xx.xx.2019-cu il tarixdə bağlansa da, həmin müqavilələr üzrə ödənilməli olan 96.000 manat pul vəsaiti cavabdehlər tərəfindən ödənilməmişdir. Müqavilənin bağlanma tarixindən, yəni müqavilələr üzrə ödənilməli olan 96.000 manat pul vəsaitinin cavabdehlər tərəfindən ödənilməli olan vaxtdan 2 ildən artıq müdd ət keçmişdir. Odur ki, iki ildən artıq bir müddət ərzində ödənilməli olan 96.000 manat ödənilmədiyindən və daha üstün mövqedən çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən cavabdehlər tərəfindən əlavə olaraq tələb olunan 96.000 manat pul vəsaitinə illik beş faiz də ödəmələrini tələb etmək hüququ vardır. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə cavabdehlərə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırılması ilə əlaqədar vəkillik qurumu ilə bağlanmış müqavilə üzrə xx.xx.2021-ci il tarixli, 16748 nömrəli bank qəbzi ilə həmin quruma 310 manat ödənilmişdir. Eyni zamanda 30 manat dövlət rüsumu ödənilərək bank qəbzi iddia ərizəsinə əlavə edilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3003/21 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən t əmin edilərək, Cavabdeh2 xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən “Mitsubishi Pajero” markalı **-LL-*** dövlət nömrə nişanlı, “Mitsubishi Pajero” markalı **-LL-*** dövlət nömrə nişanlı, “Toyota Prado” markalı 99LL294 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı **-LL-*** dövlət nömrə nişanlı və “Toyota Prado” markalı 99-LL286 dövlət nömrə nişanlı avtomobillərə görə ödənilməli olan 96.000 manat, iki il müddətinə ödənilməyən məbləğə illik beş faizlə hesablanmış 9.600 manat, hüquqi yardıma görə 310 manat olmaqla, ümumilikdə 105.910 (bir yüz beş min doqquz yüz on) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onu nla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqısına əsasən İddiaçı Cavabdeh2 **-LL*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobili 18.000 manata, **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobili 18.000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20000 manata və **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20000 manata satmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-7256/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 Razim oğluna və Cavabdeh1 qarşı müqavilələrin etibarsız hesab edilməsi və avtomobillərin qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

8. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələri üzrə tərəf olmadığından, iddiaçı tərəfindən avtomobillərə görə ona pul verilməsi kifayət qədər əsaslandırılmadığından, iddia tələbi digər cavabdehə münasibətdə təmin olunmamalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.3, 385.1, 425.1, 442, 443.4, 445.1, 445.7-ci, Mülki Prosessual Məcəlləsinin 121.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Qətnamədən cavabdeh a pellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) 2(103)-8120/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, alqı-satqı müqavilələri rəsmiləşdirilərkən müqavilə məbləğlərinin iddiaçıya ödənilmədiyinin cavabdeh tərəfindən məhkəmə iclasın da təsdiq edilməsi ilə müqavilələrdə həmin məbləğlərin satıcı tərəfindən alınmasına dair qeyd öz mötəbərliyini itirir. Belə ki, cavabdeh apellyasiya şikayətində müqavilədəki həmin qeydə istinad etsə də, birinci instansiya məhkəməsində izahat verərkən alqı-satqı vaxtı pul ödəmədiyini, avtomobilləri öz adına pulsuz keçirdiyini bildirmişdir (i.v.72).

13. Alqı-satqı müqavilələrinin etibarsız hesab olunması tələbinə dair iddianın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd olunmasına gəldikdə, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı həmin işdə də müqavilə məbləğlərinin ona ödənilmədiyini göstərmiş, lakin bu hal müqavilənin etibarsızlığı üçün əsas vermədiyinə görə iddia təmin olunmamışdır. Ali Məhkəmənin həmin iş üzrə xx.xx.2021-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, əşyanın d əyərinin ödənilməməsi alqı-satqı müqavilələrinin etibarsızlığı üçün deyil, Mülki Məcəllənin 421.2-ci maddəsinin tələbinə uyğun olaraq müqavilənin ləğvi və ya alqı-satqı üzrə ödənilməli olan pul vəsaitinin tutulması üçün əsas ola bilər. İddiaçı məhz bu halı nəzərə alıaraq hazırkı iddianı qaldırmışdır

14. Avtomobillərin iddiaçının mülkiyyətində olması X13 verdiyi müvafiq sənədlərlə, eləcə də alqı-satqı müqavilələri ilə təsdiq olunur. Müqavilə məbləğlərinin ödənilmədiyini isə cavabdeh təkzib etməmiş, avtomobilləri mülkiyyətinə pulsuz keçirdiyini təsdiq etmiş və bununla da iddiaçını həmin faktı sübut etmək vəzifəsindən azad etmişdir.

15. Məhkəmə mübahisəli avtomobillərinin cavabdehin vəsaiti hesabına alınması ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh avtomobillərin hərracdan onun vəsaiti hesabına alındığını, iddiaçının adına formal qeydiyyatdan keçdiyini göstərsə də, həmin halları təsdiq edən hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir. Apellyasiya baxışı zamanı isə o, cəmi 10 000 manat pulu əvvəlcədən Cavabdeh1 verdiyini göstərmişdir. Halbuki, avtomobillərin alınması üçün daha çox vəsait xərclənmiş və sonradan müvafiq təmir işləri aparıldıqdan sonra satılmışdır.

16. Göründüyü kimi, Cavabdeh2 avtomobillərə görə nə alqı-satqı vaxtı, nə də ondan əvvəl İddiaçı hər hansı məbləğ ödəməmişdir. Cavabdeh2 Cavabdeh1 pul verməsinə gəldikdə isə onun hazırkı iş üzrə İddiaçı aidiyyəti yoxdur. O, Cavabdeh1 verdiyi məbləği geri tələb etmək hüququnu özündə saxlayır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Cavabdeh kassasiya ş ikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli müqavilələrin formal xarakter daşımasına və həmin müqavilədə nəzərdə tutulmuş avtomaşınların dəyərinin əvvəlcədən cavabdehlər tərəfindən ödənilməsinə düzgün hüquqi qiymət verməmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və İ.Xəlilov) 2(102)-1319/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8120/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yen idən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

20. Kassasiya kollegiası qeyd etmişdir ki, apellasiya instansiyası məhkmsəinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən eilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.

21. Kassasiya instansiya məhkəməsi qərarında göstərir ki, iddiaçı ilə Cavabdeh1 arasında «Azfen» şirkətindən istifadə müddəti bitmiş maşınların alınaraq, təmir edildikdən sonra satışının həyata keçirilməsi ilə bağlı birgə fəaliyyət haqqında razılaşma olmuş və bu məqsədlə onlar 16 ədəd avtomaşın almışlar. Həmin maşınlardan 8 ədədi İddiaçı qalan 8 ədədi isə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixli müqavilələrlə iddiaçı eyni gündə beş avtomobili Cavabdeh2 satmışdır. Qeyd edilən hallarla yanaşı i şin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı həmin avtomobilləri Cavabdeh2 məhz Cavabdeh1 təklifi ilə satmışdır. Belə ki, iddiaçı bildirmişdir ki, avtomobillərə alıcı olan Cavabdeh2 ona Cavabdeh1 təqdim etmiş və o da sonuncunun təklifi ilə avtomobilləri pul almadan Cavabdeh2 adına keçirtmişdir. Alqı-satqı müqaviləsi bağlandığı günün axşamı ona məlum olmuşdur ki, Cavabdeh1 onu aldatmışdır. Cavabdeh bildirmişdir ki, 16 ədəd avtomobilin alınmasına görə xərclənən 61.500 manat pul vəsaiti onun tərəfindən ödənilmiş, məqsədləri bu avtomobilləri sataraq gəlir əldə etmək olmuşdur. Bu avtomobillər alındıqdan sonra iddiaçı və onun qardaşı ilə ikinci partiya avtomobil almaq qərarına gəlmiş və onlara yenidən bu məqsədlə 56.500 manat pul vermişdir. İkinci partiya avtomobilləri almaq üçün 56.500 mana t pulları verdikdən sonra iddiaçı tərəfindən aldadıldığını başa düşərək əldə olunmuş şifahi razılaşmadan imtina etmiş və 16 ədəd avtomobilin alınmasına görə çəkilən xərcləri qaytarmaq üçün avtomobilləri əvəzsiz olaraq Cavabdeh2 adına keçirilməsini tələb etmişdir. İddiaçı könüllü olaraq 16 ədəd avtomobilin alınması ilə bağlı onun qarşısında olan öhdəliyi icra etmək üçün avtomobilləri pul tələb etmədən Cavabdeh2 adına keçirmişdir.

22. Kassasiya instansiya məhkəməsi daha sonra qeyd etmişdir ki, iddiaçının göstərdiyi hallar Bakı şəhəri Yasamal RPİ-nin cinayət işinin rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarı və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təsdiq edilir. Cinayət işinin rədd edilməsi haqqında xx.xx.2019-cu il tari xli qərarla müəyyən edilir ki, iddiaçı mübahisə predmeti olan avtomobillərlə bağlı Cavabdeh2la alqı-satqı müqaviləsi bağlandıqdan dörd gün sonra yəni xx.xx.2019-cu ildə iddiaçı Cavabdeh1 56.500 borclu olduğunu və həmin məbləği 1 ay müddətinə qaytaracağını öhdəsinə götürmüşdür. Bundan başqa Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Sövdəyər oğlu və onun qardaşı X4 alqı-satqı müqavilələri bağladıqdan dörd gün sonra, yəni xx.xx.2019-cu ildə Cavabdeh1 56.500 manat borclu olduqları və həmin borcu xx.xx.2019-cu ilədək qaytaracaqları barədə qəbz vermişlər. İddiaçı bu məbləği şəxsi ehtiyacları üçün cavabdehdən aldığını göstərsə də Cavabdeh1 izahatından görünür ki, sonuncu bu məbləği iddiaçıya məhz ikinci partiya avtomobillə rin alınması üçün vermişdir.

23. Qərarda daha sonra qeyd edilir ki, iddiaçı bu məbləği geri qaytarmadığı üçün Cavabdeh1 Yasamal RPİ-yə müraciət etmiş və həmin orqanın cinayət işinin rədd edilməsi haqqında qərarının qəbul edildiyi vaxtda, yəni xx.xx.2019-cu ildə iddiaçı Cavabdeh1 borcundan 25.000 manat qaytarmaqla 31.500 manat borclu olduğunu etiraf etmişdir.

24. Yəni avtomobillər satıldığı vaxt iddiaçının cavabdehə 56.500 manat borclu olduğu Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2019-cu il tarixli qətnaməsi ilə də təsbit edilir.

25. İşin yuxarıda göstərilən hallarına istinad edərək kasaasiya məhkəməsi mövqeyini belə formalaşdırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin qeyd edilən hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsasla ndırılmamış və məhkəmə kollegiyası alqı-satqı müqavilələri bağlanan vaxt Cavabdeh1 onu aldatdığına, avtomobillərə görə pul ödəmədiyinə dair iddiaçının izahatını nəzərə almış, əslində isə iddiaçının pul almadan alqı-satqı müqavilələri bağlamaqla 16 ədəd avtomobilin alınmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi ilə bağlı onun qarşısında yaranmış öhdəliklərin icra edilməsi ilə bağlı cavabdehin dəlillərini nəzərə almamış, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir hüquqi əsas olmadan 07 may 2019-cu il tarixli müqavilələrə əsaslanaraq cavabdehin öz öhdəliklərini yerinə yetirmədiyini bildirmişdir. Belə ki, həmin müqavilələrə baxış keçirilən zaman hər bir müqavi lənin 2-ci bəndinin də məzmunundan görünür ki, ”nəqliyyat vasitələri 20.000 (20.000, 20.000, 18.000, 18.000) manata satılıb və bu məbləği satıcı alıcıdan alıb” qeydi vardır. Əvvəlki iş üzrə icraat aparılan zaman şahid qismində dindirilmiş X6, X1, X2, X9, X10 və X7 öz ifadələrində maşınların məhz Ramazana aid olduğunu təsdiqləmişlər. Onlar mübahisəli avtomobillərin dəyərinin əvvəlcədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verildiyini ifadələrində göstərmişlər. Bu sübutlar məhkəmə tərəfindən mötəbər sayılmış və Ali Məhkəməyə qədər bu sübutların mötəbərliyi öz təsdiqini tapmışdır. Tam şəkildə sübut olunur ki, cavabdehin iddiaçıya ödəməli olduğu hər hansı pul ödənişi və ya yerinə yetirilməli digər öhdəliyi yoxdur. Bunlar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Müqavilələr, şahid ifadələri və d igər bütün sübutlarla iddiaçının iddiasının təmin edilməsi üçün əsaslar olmadığı görünür.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8120/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsini göstərilşlərinə uyğun olaraq qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən avtomobillər Cavabdeh2 tərəfindən əldə edilmiş və sonuncu özünün də qeyd etdiyi kimi, müqavilə məbləğlərini təşkil edən 96”000 manat pul vəsaitini nə alqı-satqı vaxtı, nə də ondan əvvəl İddiaçı ödəməmişdir.

29. Bundan başqa, qeyd edilməlidir ki, kassasiya instansiya məhkəməsinin göstərişdən iddiaçının Cavabdeh1 31500 manat borclu olduğunu etiraf etdiyini və bu halın yoxlanılmalı olduğunu qeyd etmişdir. Bu hal təkrar apellyasiya icraatı zamanı iddiaçı da təsdiq etmişdir. Xüsusi olaraq nəzərə alınmalıdır ki, iddiaçının Cavabdeh1 qarşı iddiası təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh2 apellyasiya şikayəti əsasında yoxlanılmışdır. Yəni artıq cavabdeh R.Əhmədəova aid hissədə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Çünki apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayı r.

30. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab etmişdir ki, alqısatqı müqavilələri rəsmiləşdirilərkən müqavilə məbləğlərinin iddiaçıya ödənilmədiyinin cavabdeh tərəfindən məhkəmə iclasında təsdiq edilməsi ilə müqavilələrdə həmin məbləğlərin satıcı tərəfindən alınmasına dair qeyd öz mötəbərliyini itirir. Belə ki, cavabdeh apellyasiya şikayətində müqavilədəki həmin qeydə istinad etsə də, birinci instansiya məhkəməsində izahat verərkən alqı-satqı vaxtı pul ödəmədiyini, avtomobilləri öz adına pulsuz keçirdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirərək avtomobilləri Cavabdeh2 mülkiyyətinə versə də, sonuncu həmin avtomobillərin dəyərini ödəməmiş və bununla da müqavilə öhdəliklərini lazımınca icra etməmişdir.

31. Məhkəmə gəl diyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.4, 445.1, 445.7-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işdə olan sübutlara və daha əvvəl olan etibarsızlıq ilə bağlı olan sübutlara lazımınca qiymət verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi də heçə sayılmış və iş üzrə yenidən qanunsuz qətnamə qəbul edilmişdir. Bununla da məhkəmə öz mövqeyini təkzib etmişdir. Ca vabdeh2 pulu Cavabdeh1 verdiyini qeyd etmişdir. Pul Cavabdeh1 tərəfindən ödənilmişdir. Cavabdeh1 lazımı məbləği tamamlayaraq müvafiq ödənişi etmişdir.

34. Tərəflərdən birini əhəmiyyətli dərəcədə çətinliyə salan müqavilənin formal olması açıq-aşkardır. Belə ki, 3.400 AZN qiymətində olan maşının 20.000 AZN-ə satılması ağlabatan deyil. Belə olan halda iddiaçının belə iddianın qaldırması yolverilməzdir. Məhkəmənin isə belə qətnamə qəbul etməsi qanunsuzdur.

35. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin dəlilləri əsa ssız olduğundan təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tər zdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

25. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadü fən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

26. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

27. Maddə 458.1 Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətna mə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hal lara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

38. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

42. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini pozaraq, kassasiya məhkəməsi tərəfindən əvvəlki qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam araşdırılması, məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam baxıldıqdan sonra qiymət verilməli olmasına dair göstərişləri tam və lazımınca yerinə yetirilməmişdir.

43. Belə ki, kassasiya məhkəməsinin əvvəlki icraatında qeyd edildiyi kimi, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Sövdəyər oğlu və onun qardaşı X4 alqı-satqı müqavilələri bağladıqdan dörd gün sonra, yəni xx.xx.2019-cu ildə Cavabdeh1 56.500 manat borclu olduqları və həmin borcu xx.xx.2019-cu ilədək qaytaracaqları barədə qəbz vermişlər. İddiaç ı bu məbləği şəxsi ehtiyacları üçün cavabdehdən aldığını göstərsə də Cavabdeh1 izahatından görünür ki, sonuncu bu məbləği iddiaçıya məhz ikinci partiya avtomobillərin alınması üçün vermişdir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı bu məbləği geri qaytarmadığı üçün Cavabdeh1 Yasamal RPİ-yə müraciət etmiş və həmin orqanın cinayət işinin rədd edilməsi haqqında qərarının qəbul edildiyi vaxtda, yəni xx.xx.2019-cu ildə iddiaçı Cavabdeh1 borcundan 25.000 manat qaytarmaqla 31.500 manat borclu olduğunu etiraf etmişdir. Göründüyü kimi, avtomobillər satıldığı vaxt iddiaçının cavabdehə 56.500 manat borclu olduğu Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2019-cu il tarixli qətnaməsi ilə də təsbit edilir.

44. Kassasiya instansiyası məhkəməsi həmin halların məcmusu ola raq qeyd etmişdir ki, alqı-satqı müqavilələri bağlanan vaxt Cavabdeh1 onu aldatdığına, avtomobillərə görə pul ödəmədiyinə dair iddiaçının izahatını nəzərə almış, əslində isə iddiaçının pul almadan alqı-satqı müqavilələri bağlamaqla 16 ədəd avtomobilin alınmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi ilə bağlı onun qarşısında yaranmış öhdəliklərin icra edilməsi ilə bağlı cavabdehin dəlillərini nəzərə almamışdır.

45. Mülki Məcəllənin 567-ci maddəsinin məzmunundan müəyyən edilir ki, alqı-satqı müqaviləsi, o cümlədən daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ikitərəfli müqavilə olmaqla, hər iki tərəf üçün müəyyən öhdəliklər yaradır: satıcı əşyanı alıcının mülkiyyətinə verməli, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməlidir. Həmin öhdəliklərin tam və ya qismən müxtəlif vaxtlarda icra olunmasının razılaşdırılması qanunla istisna olunmur (Mülki Məcəllənin 569.1, 598.1, 600.1-ci maddələri).

46. Hazırki mübahisə üzrə işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, nəqliyyat vasitələri iddiaçının adına qeydiyyatdan keçmiş, iddiaçı məhz cavabdehlərdən biri olan Cavabdeh1 təkidi ilə nəqliyyat vasitələrini digər Cavabdeh2 satmış, iddiaçı göstərir ki, məhz Cavabdeh1 tərəfindən aldadılmış və müvafiq olaraq iddia tələbini cavabdehlərə yönəltmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi həmin göstərişlərinin icrası ilə bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, yalnız Cavabdeh1 qarşı iddia tələbinin təmin olunmaması, Cavabdeh2 alqı-satqı dəyərinin ödəmədiyinə dair izahatına istinad etmişdir.

48. Halbuki, kassasiya instansiyas ı məhkəməsinin göstərişlərindən birinin məhz «iddiaçının pul almadan alqı-satqı müqavilələri bağlamaqla 16 ədəd avtomobilin alınmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi ilə bağlı onun qarşısında yaranmış öhdəliklərin icra edilməsi ilə bağlı cavabdehin dəlillərinə» qiymət verilməsi ilə bağlı olmuşdur.

49. Lakin apellyasiya məhkəməsi təkrar baxışda işdə olan sübutları sadalasa da, Mülki Prosessual Məcəllənin 218.1 və 420-ci maddələrinin tələblərini pozaraq qeyd olunan sübutlar əsasında iş üçün əhəmiyyətli olan yuxarıda istinad edilən və digər halları müəyyən etməmişdir.

50. Nəzərə alınmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.

51. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətiri lməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd ed ildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

53. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

54. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

55. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2(103)-4358/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar