Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5526/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)5100/2020 saylı qərardadından cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1 verdiyi şikayət üzrə işə baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)-732/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim E.M.Mustafayev) iddiaçı X2 cavabdeh “xxxx” MMC qarşı “dividend məbləğinin ödənilməsi” iddiasına dair mülki işin məhkəmə aidiyyəti üz rə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə cavabdeh “xxxx” MMC-nin nümayəndəsi xxxun ərizəsi təmin edilməyib. Cavabdeh təşkilatın nümayəndəsi xxx qərardaddan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)5100/2020 saylı qərardadı ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və A.V.Tanrıverdiyev) şikayət təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılıb. Cavabdeh təşkilatın nümayəndəsi xxx qərardaddan şikayət verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı X5 məhkəmədə cavabdeh “xxxx” MMC-yə qarşı “dividend məbləğinin ödənilməsi” barədə iddia qaldırıb. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh “xxxx” MMC nümayəndəsi xxx yazı lı ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mübahisənin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən X5 ilə hüquqi şəxs “xxxx” MMC arasında yarandığını əsas tutub, mülki işin məhkəmə aidiyyəti qaydasında baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. Azərbaycan Respublikası MPM-nin 403-1.7-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri düzgün tətbiq edilmədiyindən və məhkəmə ai diyyəti ilə bağlı mülki prosessual qanunverciliyin tələbləri kobud şəkildə pozulduğundan, iş üzrə məhkəmə aktları ləğv edilərək, mülki işin məhkəmə aidiyyəti qaydasında baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair cavabdeh “xxxx” MMC nümayəndəsi xxxun ərizəsi təmin edilməlidir. Belə ki, xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişikliyə əsasən xx xxxxxx 2020-ci il tarixdən birinci instansiya məhkəməsinin işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadından verilmiş şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən deyil, kasasiya instansiyası məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası MPM-nin 32.1-ci maddə sinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.4-cü maddəsində göstərilir ki, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 269.1-269.3-cü maddələrinin mənasına görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəy işdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti haqqında qərardaddan verilmiş şikayətə xx xxxx 2020-ci il tarixdə baxarkən səlahiyyətli məhkəmə olmayıb və sadalanan prosessual normaların tələblərini kobud şəkildə pozaraq kasasiya instansiyası məhkəməsinin səlahiyyətlərini mənimsəyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsində göstərəlir ki, məhkəmə aidiyyətinə dair mübahisə lərə kasasiya instansiyası məhkəməsində baxılır. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403-1.2-ci maddəsinin tələblərinə görə, kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 217.2-ci maddəsinin mənasına görə məhkəmə aktları işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apelyasiya instansiyası məhkəməsi cavabdeh “xxxx” MMC-nin nümayəndəsi xxxun məhkəmə aidiyyəti ha qqında qərardaddan verdiyi şikayət üzrə apelyasiyanı qeyri-mümkün hesab edib, ona həmin qərardaddan kasasiya şikayəti vermək hüququnu izah etmək əvəzinə, işin baxılması zamanı qüvvədə olmayan prosessual normalara istinad edərək şikayəti icraatına qəbul edib ona apelyasiya qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1, 418.3-cü maddələrinin tələblərinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qərardadının kasasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qərardadın qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə məhkəmə aktları ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün məhkəmə aidiyyəti qaydasında səlahiyyətli məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Sadalanan prosessual normaların mənasına görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması yolverilməzdir. Eyni zamanda həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, məhkəmə aidiyyəti dedikdə- mülki hüquq münasibətlərindən irəli gələn mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. İşlərin kommesiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər də aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə bilavasitə şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmış olsun. Hazırki mübahisənin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs X6 ilə kommersiya hüquqi şəxs olan “xxxx” MMC arasında bilavasitə onların sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə bağlı yaranması mülki iş materialları ilə istisna edilmir. İşə baxan məhkəmələr sadalanan prosessual normaların tələblərini pozaraq, iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətinin xarakterini nəzərə almadan işin məhkəmə aidiyyəti qaydasında ümumi məhkəmədə baxılmasına dair səhv nəticəyə gəlmişlər. Göründüyü kimi hazırki iş əvvəldən aidiyyət qaydalarını pozmaqla ümumi məhkəmənin icraatına qəbul edilib və işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə işə məhkəmə aidiyyəti qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respubl ikası MPM-nin 403-1.8-ci və 403-1.8.2-ci maddələrinin mənasına görə kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə aidiyyəti haqqında cavabdeh “xxxx” MMC nümayəndəsi xxxun ərizəsinin rədd edilməsi barədə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı və bununla bağlı digər məhkəmə aktları tamamilə ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə ərizə təmin olunmalı və mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1 şikayəti təmin edilsin, iş üzrə məhkəmə aidiyyətinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(001)732/2020 saylı, xx xxxx 2020-ci il tarixli, 2(001)-732/2020 saylı qərardadları, eləcə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(103)-5100/2020 saylı və xx xxxx 2020-ci il tarixli, 2(103)-5100/2020 saylı qərardadları ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1 mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair ərizəsi təmin edilsin, mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı Kommesiya Məhkəməsinə göndərilsin. Qərar qəbul e
Məhkəmə qərarları › İş №2(102)-5526/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5526/2020
30.09.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver