Məhkəmə qərarları › İş №2(102)-5529/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5529/2019

20.09.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5529/2019 20.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi X5, vəkili X4, Cavabdeh1 və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2(105)1198/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı rayon məhkəməsinin 24 avqust 2016-cı il tarixli, 2(074)-740/2016 saylı qətnaməsi ilə (sədrlik edən, h akim E.Z.Hümbətov) İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı “qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə geri qaytarılmalı olan əşyalardan çatışmayan əşyaların dəyəri məbləğində pulun alınaraq ona verilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehdən 14.358,40 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2018-ci il tarixli, 2(105)2176/2018 saylı qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, E.G.Rəhimov və S.A.Qafari) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Şamaxı rayon məhkəməsinin 24 avqust 2016-cı il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi rədd olunub. İddiaçı qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli, 2(102)-7477/2018 saylı qərarı ilə (hakimlər Ə.M.Rüstəmov sədrlik edən, məruzəçi, M.T.Əhmədova və Ə.G.Nurməmmədov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2(105)1198/2019 saylı qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən, məruzəçi, G.F.Tağızadə və A.Ə.Abbasov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Şamaxı rayon məhkəməsinin 24 avqust 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia ərizəsi rədd olunub. İdd iaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə geri qaytarılmalı olan əşyalardan çatışmayan əşyaların dəyəri məbləğində pulun alınaraq ona verilməsi” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində qeyd olunan, ona aid olan özbaşına gətirib saxladığı yerdən geri götürülmə zamanı müəyyən olunmayan 150 adda, ümumilikdə 15.516 manat dəyərində ev əşyalarının, özünə və uşaqlarına məxsus olan əşyaların, eləcə də 14 adda ümumi çəkisi 400 qram, ümumi dəyəri 27.300 manat olan və ona hədiyyə şəklində verilmiş qızıl-zinyət əşyalarının, həmçinin cavabdeh tərəfindən uzun müddət qapalı, havalandırılılmamış, nəmli şəraitdə saxlanıldığı ü çün xarab olmuş, çürümüş, çirklənmiş ev və yataq əşyalarının yuyulması, bərpa olunması nəticəsində çəkdiyi 1.000 manat əlavə xərcin, cəmi 43.816 manat pulun cavabdehdən tutulub ona ödənilməsi, həmçinin icra sənədinin tam icra edilməsinin Cavabdeh2nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Sonradan iddiaçı iddia tələbinin dəqiqələşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cehiz əşyalarının, ona hədiyyə şəklikdə verilmiş əmlakların, özünə və uşaqlarına məxsus olan əşyaların siyahıya alınaraq ona geri qayınatası, 15 oktyabr 2013-cü il tarixdən baxımsız şəraitdə saxlanılan, yəni Şamaxı rayonu, Məlikçobanı kəndində cavabdehin atasına məxsus evdən götürülərək əşyaların əvvəlki yerinə, yəni gəlin gəldiyi və uzun müddət yaşadığı, üç övladının dünyaya gəldiyi və böyüdüy ü, ünvan 1 ünvanda yerləşən evə qaytarılması barədə qətnamə çıxarılmasmı xahiş edib. Şamaxı rayon məhkəməsinin 19 fevral 2014-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilib. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verib və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 may 2015-ci il tarixli qətnaməsi ilə sözügedən qətnamə qismən- ona məxsus cehiz əşyalarının ünvan 3 ünvanda yerləşən onun gəlin gəldiyi otağa qaytarılması hissəsində ləğv edilib, həmin hissədə iddia ərizəsi rədd olunub və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilib. 20 noyabr 2015-ci il tarixli akta əsasən icra sənədi qismən icra olunaraq mübahisəli əşyaların bir hissəsi cavabdehin saxladığı evdən çıxarılaraq ona təhvil verilib. Lakin, qətnamədə qeyd olunan əşyaların bir hissəsi cavabdeh tərəfindən saxlanılan yerdə müəyyən edilmədiyi üçün icra məmuru tərəfindən bu barədə müvafiq arayış tərtib edilib. Dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh götürdüyü və uzun müddət atasına məxsus olan evdə saxladığı əşyaları, yəni qətnamədə göstərilən və 20 noyabr 2015-ci il tarixli aktda öz əksini tapmayan əşyaların cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməy ib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh1 kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı nümayəndəsi X və vəkili X1 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh1 və vəkili X2 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı və cavabdeh Şamaxı rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilm ədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edərkən, cavabdehin Şamaxı rayon məhkəməsinin 19 fevral 2014-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar olaraq iddiaçının nümayəndəsi Xa 25.000 manat pul ödəməsinə, sonuncunun bu barədə gələcəkdə heç bir tələbinin olmayacağını bildirməsinə, bu faktın məhkəmə iclasında şahid qismində dindirilmiş X3, X4un ifadələri ilə və digər sübutlarla təsdiq edilməsinə, ev, yataq əşyalarının yuyulması, bərpa olunması nət icəsində çəkdiyi 1.000 manat əlavə xərclərə dair iddiaçının məhkəməyə heç bir sübut təqdim etməməsinə və beləliklə də iddia ərizəsini yuxarıda göstərilən məbləğdə qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiy a qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 03 avqust 2008-ci il tarixdə iddiaçı cavabdehin oğlu X5lə ailə qurub və sonuncunun yaşadığı cavabdehə məxsus ünvan 4 ünvanda yerləşən evə gəlin köçüb. İddiaçının həmin evdə X5lə ər-arvad münasibətindən üç uşaqları doğulub. 2013-cü ilin mart ayında iddiaçı ailədə münasibətlərin dəyişməsi səbəbindən üç uşağını da götürərək valideynlərinin yaşadıqları evə qayıdıb. Bundan sonra iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, onun cehiz əşyalırının, hədiyyə şəklində ona verilmiş əmlakların, özünə və uşaqlarına məxsus olan əşyaların siyahıya alınaraq hazırda baxımsız və şəraitsiz saxlanılan Şamaxı rayonu, Mə likçobanlı kəndində yerləşən evdən götürülərək əşyaların əvvəlki yerinə, yəni gəlin gəldiyi və uzun müddət yaşadığı ünvan 4 ünvanda yerləşən evə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edib, Şamaxı rayon məhkəməsinin 19 fevral 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçının iddia etdiyi əşyaların Şamaxı rayonu, Məlikçobanlı kəndində cavabdehə məxsus evdən götürülərək, onun gəlin gəldiyi ünvan 4 ünvanda yerləşən evə qaytarılması qət edilib. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Şamaxı rayon məhkəməsinin 19 fevral 2014-cü il tarixli qətnaməsi qismən- “əşyaların ünvan 4 ünvanda yerləşən iddiaçının gəlin gəldiyi otağa qaytarılması hissəsində ləğv edilib, həmin hissədə iddia ərizəsi rədd edilib, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Sonradan həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilib və 20 noyabr 2015ci il tarixli akta əsasən, icra sənədi icra olunaraq mübahisəli əşyaların bir hissəsi cavabdehin saxladığı evdən sayılaraq siyahıya alınmaqla iddiaçıya geri qaytarılıb. Eləcə də həmin aktdan görünür ki, icra sənədində göstərilən qızıl-zinət əşyaları, məişət avadanlıqları və cehiz əşyaları evdə aşkar edilmədiyi üçün siyahıya alınmayıb və bu barədə akt tərtib edilərək, aktı müvafiq surətdə icra məmuru, tələbkar İddiaçı, nümayəndəsi X və digər şəxslər imzalayıb. Lakin akt borclu Cavabdeh1 tərəfindən imzalanmayıb. İddia ərizəsindən görünür ki, hazırda iddiaçı cavabdehdən icra zamanı yer ində aşkar edilməyən 150 adda ev əşyalarına görə 15.516 manat, özünə və uşaqlarına məxsus olan əşyalara, eləcə də 14 adda, ümumi çəkisi 400 qram olan qızıl-zinət əşyalarına görə 27.300 manat, həmçinin cavabdeh tərəfindən uzun müddət qapalı, havalandırılılmamış, nəmli şəraitdə saxlanıldığı üçün xarab olmuş, çürümüş, çirklənmiş ev və yataq əşyalarının yuyulması, bərpa olunması nəticəsində çəkdiyi xərclərə görə 1.000 manat olmaqla, cəmi 43.816 manat pul, həmçinin icra sənədinin tam icra edilməsinin Cavabdeh2nə həvalə edilməsi iddia olunur. Birinci instansiya məhkəməsi iddia tələblərini qismən- 14.358,40 manat məbləğdə təmin edib, qalan hissədə iddianı rədd edib. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb və qey d edib ki, cavabdeh, Şamaxı rayon məhkəməsinin 19 fevral 2014-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar olaraq iddiaçının hazırda iddia etdiyi əmlakların dəyərinə görə onun nümayəndəsi Xa 25.000 manat pul ödəyib və sonuncu bu barədə gələcəkdə heç bir tələbinin olmayacağını bildirib. İddiaçının nümayəndəsi X da izahatanda cavabdehdən həqiqətən 25.000 manat pul aldığını inkar etməyib, lakin həmin pulu hazırda iddia olunan əmlakın, qızıl-zinət əşyalarının dəyərinə görə deyil, Bakı şəhərində yerləşən mənzilin satılmasına görə aldığını bildirib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, maddi və p rosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kassasiya instan siyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, iddiaçının tələbinin qanuni əsasını sadalanan maddələrin tələbləri təşkil edir. Həmin maddələrin mənasına görə, iddiaçının iddia tələbinin təmin edilməsi üçün maddələrin özündə sadalanan üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: birincisi, iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; ikincisi, iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir; üçüncüsü, cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırki işdən görünür ki, iddiaçının iddia etdiyi əmlakların, qızıl-zinət əşyalırının ona qatarılması barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır və həmin məhkəmə aktlarına görə, cavabdeh mübahis əli əmlakları, qızıl-zinət əşyalarını naturada və ya dəyərini iddiaçıya ödəməyə borcludur. Lakin, hazırki işdən görünür ki, tərəflər arasındakı hazırki mübahisə əslində həmin əmlakların, qızıl-zinət əşyalarının dəyərinin cavabdeh tərəfindən iddiaçıya ödənilib-ödənilməməsi ilə bağlı yaranıb. Birinci instansiya məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını işə əlavə edilmiş digər sübutlarla, o cümlədən Şamaxı rayon İcra Qrupu tərəfindən tərtib edilən 20 noyabr 2015ci il tarixli aktla, “xxxx” MMC-nin qiymətləndiricisinin 14 iyul 2016-cı il tarixli hesabatı ilə müqayisəli şəkildə tədqiq edib müəyyən edib ki, iddiaçı tərəfindən iddia olunan qızıl-zinyət əşyalarının ümumi dəyəri 11.390 manat, iddia olunan digər əşyaların dəyəri isə 2.968,40 manat olmaqla, cəmi 14.358,40 manat təşkil edir. Eləcə də Şamaxı rayon Polis Şöbəsinin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 06 sentyabr 2014-cü il tarixli qərarı ilə müəyyən olunur ki, iddiaçının nümayəndəsi Xun müraciəti əsasında cavabdehin onun qızı İddiaçı məxsus qızıl-zinət əşyalarını oğurlayaraq, həmin əşyaları qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan X7 adlı şəxsə 4.500 manata satmasını göstərməklə həmin şəxs barəsində qanuni tədbir görülməsinə dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilib. Bundan sonra Şamaxı rayon Prokurorunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 sentyabr 2014-cü il tarixli qərarı ilə iddiaçının nümayəndəsi Xun müraciətinə əsasən, sözügedən qərar əsassız olduğundan ləğv edilərək, material yenidən araşdırılması üçün Şamaxı rayon Polis Şöbəs inə qaytarılıb və Şamaxı rayon Polis Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 oktyabr 2014-cü il tarixli qərarı ilə cavabdehin əməlində cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanılması təkrar rədd edilib. Bundan başqa Şamaxı rayon Polis Şöbəsinin 06 iyun 2018-ci il tarixli məktubu ilə müəyyən olunur ki, Xun iddiaçıya məxsus cehiz əmlakları və qızıl-zinət əşyaları ilə bağlı verdiyi şikayət ərizəsi mülki xarakterli olduğundan, 2015-ci ilin fevral ayında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilib. Bundan sonra şikayətçi müxtəlif təşkilatlara Polis Şöbəsindən şikayətlər edib. Ona görə də tərəflər Polis Şöbəsinə dəvət edilib və cavabdeh cehiz əmlakları və qızıl-zinət əşyaları ilə bağlı 25.000 manat pulu Polis Şöbəsində iddiaçının nümay əndəsi Xa verib və sonuncu heç bir şikayətinin olmadığını bildirib. Apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi X8 və müstəntiqi X9 da ifadələrində təsdiq ediblər ki, cavabdeh, Şamaxı şəhərində olan evini təxminən 60.000 manata sataraq onların və Polis Şöbəsinin rəisinin yanında 25.000 manat pulu qızıl-zinət əşyalarının və cehiz əmlaklarının dəyəri kimi iddiaçının nümayəndəsi Xa verib. Bundan sonra, onlar arasında heç bir qızıl-zinət əşyaları və cehiz əmlakları ilə bağlı mübahisə və narazılıq qalmayıb. Apellyasiya instansiyası məhkəməsi şahid qismində dindirilmiş X8 və X9un ifadələrini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq edib müəyyən edib ki, cavabdeh iddiaçının nümayəndəsi Xa cehiz və qızı l-zinət əşyalarının dəyərinə görə 25.000 manat pul ödəyib. Eyni zamanda iddiaçı ev, yataq əşyalarının yuyulması, bərpa olunması nəticəsində 1.000 manat əlavə xərc çəkməsini iddia etsə də, məhkəməyə heç bir sübut təqdim etməyib. İddiaçı kassasiya şikayətində cavabdehin onun nümayəndəsi Xa 25.000 manat pul ödədiyini inkar etmir, lakin cavabdehin həmin pulu onun nümayəndəsi Xa hazırda iddia etdiyi əmalakların, qızıl-zinət əşylarının dəyərinə görə deyil, Bakı şəhərində yerləşən və anası X10nın adına olan mənzilin cavabdeh tərəfindən satılmasını görə ödənildiyini iddia edir. Kassasiya instansiyası məhkəməsi iddiaçının bu dəlili ilə razılaşmır. Belə ki, əvvəla, işə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının anası X10nın mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu, Qasımzadə küçəsində y erləşən, 15 saylı evin 18 mənzili etibarnamə üzrə nümayəndəsi kimi Cavabdeh1 tərəfindən tərəflərin münasibətlərinin korlandığı 2013-cü il tarixdən sonra deyil, 13 mart 2009-cu il tarixdə notarial qaydada təsdiq edilməklə alqı-satqı müqaviləsinə əsasən satılıb və ötən müddət ərzində X10 tərəfindən bu barədə heç bir mübahisə qaldırılmayıb. Digər tərəfdən işdən, şahid ifadələrindən, eləcə də istintaq orqanının “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” çoxsaylı qərarlarından görünür ki, iddiaçının nümayəndəsi Xun müxtəlif qurumlara çoxsaylı müraciətləri arvadı X10ya məxsus olan sözügedən mənzilin dəyərinin ona ödənilməməsi ilə bağlı deyil, qızı İddiaçı iddia etdiyi əmlakların və qızıl-zinət əşyalarının dəyərinin ödənilməməsi ilə bağlı olub. Ona görə də kassasiya instansiyası məhkəm əsi belə qənaətə gəlir ki, iddiaçının nümayəndəsi Xun 25.000 manat pulu cavabdehdən məhz 13 mart 2009-cu il tarixdə satılmış mənzilin dəyərinə görə alması inandırıcı, ağlabatan görünmür. Bundan başqa iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, cavabdehin 25.000 manat pulu onun nümayəndəsi Xa hazırda iddia etdiyi mübahisəli əmlaklara, qılız-zinət əşyalarına görə ödəmədiyini və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllə nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi kassas iya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya inst ansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayətitəmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2(105)-1198/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar