Məhkəmə qərarları › İş №2(102)-553/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-553/2025

18.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-553/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə köçürülmə, özbaşına tikili, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlunun ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1087/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 kassasiya şikayətinə 18 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Azəriqaz” İB ilə istehlakçı İddiaçı1 arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli müqavilə ilə, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı1 ilə X8 xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşdurlar.

3. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh yaşayış hüquqlarının tanınması tələbi mülki xarakter daşıdığından ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, tərəflər arasında mülklə bağlı mütəmadi mübahisələr baş verməsini nəzərə alaraq, gələcəkdə xoşagəlməz halların qarşısının alınması məqsədilə profilaktik tədbirlər görülməsindən ötrü qəbul edilmiş qərar icra edilməsi üçün Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır.

4. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16, mənzil 28-də yaşayan İddiaçı1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmə si, İddiaçı1 irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1, Cabbarov Rəşid Cabbar oğlu, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onların azyaşlı X3 ilə birlikdə Xırdalan şəhəri, Quşçuluq massivi ərazisində yerləşən kürsülü 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ailə üzvləri olan atası İddiaçı2, anası İddiaçı3, həyat yoldaşı İddiaçı4 və azyaşlı övladı X3 ilə atası İddiaçı2 şəxsi vəsaiti hesabına 2004-cü ildə tikdirdiyi Xırdalan şəhəri, Quşçuluq yaşayış mas sivi ərazisindəki kürsülü 1 mərtəbəli, 3 otaqlı evdə, ev tam təmir olub istifadəyə verildikdən sonra 2007-ci ildən həmin evdə yaşamağa başlamışdır. İddiaçı1 ailə üzvləri olan atası, anası isə 2019-cu ildən, həyat yoldaşı isə 2020-ci ildə evlərinə gəlin köçərək orada yaşamağa başlamışdır. İddiaçının X13 arvadı (cavabdeh) Cavabdeh ilə 2004-cü ildə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra cavabdeh ünvan 1, yəni ata evinə gəlin gəlmişdir. Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisindəki kürsülü 1 mərtəbəli, 3 otaqlı evi İddiaçı1 atası İddiaçı2 öz şəxsi vəsaiti hesabına tikdirmişdir. İddiaçının əmisi xxxun arvadı Səlminazla birlikdə yaşamağa yeri olmadığı üçün, həmçinin əmisi infarkt keçirdiyi və başqa xəstəlikləri olduğu, ev almağa imkanı olmadığı üçün iddiaçının atası qardaşı xxxa və onun arvadı Səlminaza evdə müvəqqəti yaşamağa icazə vermişdir. 2023-cü ilin fevral ayında iddiaçının əmisi xxx vəfat etdikdən sonra onun arvadı Səlminaz da evdən çıxıb bacısıgilə getmişdir. 2004-cü ildə evin qaz, işıq, su sayğaclarının ödəniş sərfiyyatları əmisi xxxun adına rəsmiləşdirilsə də, sonradan 2019-cu ildə onun, yəni İddiaçı1 adına rəsmiləşdirilmişdir.

7. Evin İddiaçı1 atası İddiaçı2 şəxsi vəsaiti hesabına tikilməsini evi tikən ustalar, qonşular, həmçinin həmin evdə yaşamaqlarını qohumları, qonşular, qohumlar da təsdiq edə bilər. Evi atası öz şəxsi vəsaiti hesabına onun üçün tikdirmişdir. İddiaçı1 2007-ci ildən atasının tikdirdiyi evdə yaşamışdır. 2020-ci ildə ailə həyatı qurduqdan sonra həyat yoldaşı Dürdanə də həmin evə yerləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2022-c i il təvəllüdlü X3 anadan olmuşdur. Lakin Cavabdeh onlar evdə olmayan vaxt bacıları Zərifə, Fatma, Nəcimə, Sona ilə evə gələrək evlərini zəbt etmiş, onlar evə gələndə öz evlərinə girməyə imkan verməmiş, maneçilik törətmişlər. Cavabdeh İddiaçı3ı pilləkənlərdən itələyir, onları, qonşuları təhqir edir, hədələyir, qəsdən səs-küy yaradaraq, polis çağırırlar.

8. Cavabdeh bacıları ilə birgə otağının qapısının şüşəsini, televizorunu sındırmışlar. Evdə olan əşyaları bunlardır: 1 ədəd kondisioner, 2 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd ətçəkən, 1 ədəd şirəçəkən, tozsovuran maşınlar, 2 ədəd paltar ütüləyən, 2 ədəd ventilyator, qonaq servizi, mətbəx servizi, əlavə qab-qacaq, bəzək əşyaları, 2 ədəd kolyaska, həm böyük, həm körpə uşağa aid pal-paltar, yay-qış ayaqqabıları, yorğandöşək, pərdə-tüll ər, 2 ədəd həm odun, həm elektrik sacı, mətbəx stolu, 3 ədəd yuxayayan, 1 ədəd 2 qapılı dolab, 2 ədəd istifadə olunmayan taxta qapı, bundan başqa soyuducuda qalan ərzaqlar.

9. İddiaçılar tələblərini hüquqi əsası kimi Mülki Məcəllənin 158, 159.1 və 164-cü maddələrinə istinad etmişlər.

10. İddiaçı1 Rəşid iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh 1670 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Ərizə onunla əsaslandırılmışdır ki, onlar birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə, həmçinin müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X15 evə baxış keçirərkən, 12 adda əşya evdə aşkar edilməmişdir. Cavabdeh və onun bacıları səs-küy salaraq, onlara öz evlərinə girməyə imkan verməmişlər. İcra məmuru tərəfindən aktlaşdırılan əşyalar və onlarıın dəyərləri belədir: 1) 1 ədəd ətçəkən maşın 200 manat dəyərində, 2) 24 ədəd nəlbəki 30 manat dəyərində, 3) 4 ədəd meyvə qabı 160 manat dəyərində, 4) 1 ədəd fujer bəzək qabı 30 manat, 5.) 8 ədəd dərin kasa 20 manat, 6) 24 ədəd böyük kasa 80 manat, 7) 2 ədəd balaca kasa 10 manat, 8) 14 ədəd böyük qaşıq 15 manat, 9) 17 ədəd böyük çəngəl 20 manat, 10) 14 ədəd kiçik çəngəl 15 manat, 11) 4 ədəd ləbləbi qabı 20 manat, 12) 6 ədəd salat qabı 30 manat.

12. Bundan başqa, İddiaçı1 cavabdehin və onun bacılarının evlərini qanunsuz zəbt etmələri, evlərinə girməyə imkan verməmələri, onlara hədə-qorxu gəlmələri barədə şikayət ərizəsi ilə həm Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, həm də Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Polis əməkdaşları ilə evə baxış keçirərkən 1000 manat dəyərində olan televizorlarının ekranının sındığını, evin 2 qapısının açarının qırıldığını, hər açarın dəyəri 10 manat olmaqla, 20 manat dəyərində, qapının sındırılan şüşəsi isə 10 manat dəyərində, ümumilikdə isə 1670 manat məbləğində onlara ziyan dəymişdir.

13. İddiaçı2 iddia tələbini müdafiə edərək göstərmişdir ki, həyət evini tikiblər, evi qardaşına verib. Qardaşını övladı olmadığı üçün Cəfəri övladlığa götürüb. 2019-cu ildə qardaşı kommunal xidmətləri Cəfərin adına keçirdib.

14. İddiaçı Natəvan Cabbarova da iddianı müafiə edərək eyni məzmunda izahat vermişdir.

15. Birinci instansiya məhk əməsində Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, o, İddiaçı1 övladlığa götürməmiş, nə də Cəfər onlarda yaşamamışdır. O, mərhum əri xxx Cəfərovla ər-arvad kimi yalnız evdə ikisi yaşamışdır. Evi əri tikib, ustalara yemək bişirib-aparıb. Həmin cehiz əşyalarını iddiaçılar sonradan götürəcəkləri məqsədi ilə yığmışlar.

16. Birinci instansiya məhkəməsində şahid X4 göstərmişdir ki, o, Cavabdeh ilə qonşuluqda yaşayır. İddiaçı1 ailə həyatı quranadək həmin evdə yaşamışdır. İddiaçı4 cehiz əşyaları həmin evdə olmuşdur. xxx Cabarov vəfat edərkən cehiz əşyaları orada idi. Toynişan da həmin evdə keçirilmişdir. Sözügedən evdə Cavabdeh da yaşamışdır.

17. Birinci instansiya məhkəməsində şahid X1 göstərmişdir ki, o, evlərin tikintisində usta kimi fəaliyyət göstərir. Cavabdeh tanımır. Evi Xırdal an şəhərində tikmiş, lakin hazırda həmin ünvanı xatırlamır. Ev 3 otaqdan ibarət idi. Evin plan-cizgisi yadında qalmamışdır. Evin bünövrəsini qazıb, layihəsini çəkmişdir.

18. Birinci instansiya məhkəməsində şahid X5 göstərmişdir ki, tərəfləri tanıyır. O, usta kimi həyət evini təmir etmişdir. 2006-cı ildə onu evin təmiri üçün xxx Cabbarov çağırmışdır. Evi Cəfər üçün tikmişlər. Əsas vəsaiti Cəfər və Rəşid Cabbarovlardan almışdır.

19. Birinci instansiya məhkəməsində şahid X9 göstərmişdir ki, o, İddiaçı1 arvadının bibisidir. Cəfər həmin evdə yaşamışdır.

20. Birinci instansiya məhkəməsində şahid X6 göstərmişdir ki, o, 2004-cü ildən mərhum xxx Cabarovun bacanağı olmaqla yanaşı, həm də qonşudurlar. O, həmin evə 4 ədəd qapı bağlamış və həmin vaxt pulu xxxdan almışdır.

21. Birinci instansiya məhkə məsində şahid X7 göstərmişdir ki, o, İddiaçı2 bacısı qızıdır. Sözügedən ev 2005-2006-cı illərdə tikilmişdir. X24 özü tikmiş, heç kəs kömək etməmişdir. X22 şəhərində yerləşən bazarda işləmişdir. İddiaçı1 həmin evdə yaşamamışdır. Cəfər oraya gəlin köçürməmiş, lakin Cəfərin bacısı Durna həmin evdən gəlin köçmüşdür.

22. Birinci instansiya məhkəməsində şahid X2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, xxx Cabarovun bacısı oğludur. Sözügedən ev 2005-ci ildə tikilmişdir. Həmin evi o, 2006-cı ildə təmir etmişdir. Evi təmir etməyi ondan xxx Cabarov xahiş etmişdir. Cəfər Cabarov evləri yaxın olduğuna görə həm onlarda, həm də xxx Cabarovgildə qalmışdır. Cehiz əşyaları ilə bağlı heç bir məlumatı yoxdur. O, dayısından 7000 manat pul istəməmişdir.

23. Abşeron rayon Məhkəməsinin 4 mart 2024-cü il tarixli 2(012)-478/2024 nömrəli qərardadına ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı evə köçürülmə tələbi barədə iddia ərizəsi İddiaçı4 münasibətdə baxılmamış saxlanılmışdır.

24. Abşeron Rayon Məhkəməsinin 4 mart 2024-cü il tarixli 2(012)-478/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. (hakim Habil Əhmədov)

25. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin olaraq mübahisənin obyektiv və düzgün həlli üçün mübahisəli əmlakın hüququ statusu müəyyən edilməlidir. İş materiallarına əsasən mübahisəli tikintinin yerləşdiyi torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qeydə alınmasa da, həmin əmlaklar uzun müddət xxx Cabarovun və Cavabdeh sahiblik və istifadəsində olmuşdur. Mübahisəli daşınmaz əmlak hər hansı ş əxsin adına dövlət reyestrində qeydiyyata alınmamışdır. İşin faktiki hallarına görə mübahisəli tikintiyə faktiki sahibliyi həyata keçirən və ondan ən azından 2006-cı ildən istifadə edən Cavabdeh mübahisəli daşınmaz əmlak barədə mülkiyyətə dair qanuni gözlənti hüququ istisna edilmir.

26. Birinci instansiya məhkəməsi göstərmişdir ki, işin faktiki hallarından da göründüyü kimi, mübahisəli tikintinin iddiaçılar tərəfindən inşa edilməsi barədə işdə hər hansı mötəbər sübut yoxdur. Eyni zamanda, bu tikinti ilə bağlı iddiaçıların hər hansı iqtisadi marağının (tikintidə iştirak etməsi və s.) olması iş materialları ilə öz təsdiqini tapmır, mübahisəli tikintinin inşa və təmir edilməsində iddiaçıların vəsaitinin xərclənməsi barədə işdə hər hansı sübut mövcud deyildir.

27. Birinci instansiya məhkəməsin in mövqeyinə görə iddia tələbinə obyektiv və düzgün hüquqi qiymət verilməsi üçün zəruri 3 hal araşdırılmalıdır - 1) şəxs köçmək istədiyi evdə yaşamışdırmı; 2) şəxs yaşadığı yerdən məhrum edilmişdirmi; 3) bu məhrum etmə qanunidirmi. Bunlar üçün də köçürülmə tələb edilən evin mövcud olması və evin hüquqi rejimini müəyyən edən sənədlərinin olması; iddiaçının belə tələb irəli sürməyə hüququnun olması və bu tələbə məhz cavabdehin cavab verməli olması zəruri şərt kimi müəyyənləşdirilməlidir. Əlavə olaraq müəyyən edilməlidir ki, hüquq münasibəti hansı zaman yaranmışdır ki, mübahisəyə də həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilə bilsin.

28. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, iddiaçılar hazırda yaşadıqları evə köçürülmələri barədə iddia qaldırsalar da, evin onlara ay rılması, hansı əsasla onların istifadələrinə və ya mülkiyyətlərinə verilməsi, ümumiyyətlə hüquqi rejimi barədə hər hansı sübut təqdim etməmişlər. İddiaçıların köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənəd mövcud deyildir.

29. Belə ki, iddiaçılar mübahisə predmeti olan evin İddiaçı2 şəxsi vəsaiti hesabına tikilməsini bildirmiş olsalar da, mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Tərəflərin vəsatəti əsasında dindirilmiş şahidlər biri-birinə zidd ifadələr vermişlər ki, həmin şahid ifadələri tərəflərin mənafeyinin müdafiə edilməsi kimi qiymətləndirilməklə Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübut kimi nəzərə alına bilməz.

30. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçılar cavabdehdən 12 predmetdən ibarət əmlaka görə 1670 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini də xahiş etsələr də, cavabdeh iddiaçıların icra məmurunun məlum aktına əsasən müəyyən edilmiş əmlakları götürə bilmələrini və bu barədə onun tərəfindən heç bir maneə törədilmədiyini bildirmişdir. Buna görə də mövcud olan əmlaklara görə onların dəyərini tələb etmək hazırda qüvvədə olan qanunvericiliyə ziddir. Bu baxımdan, iddia bu hissədə də əsassızdır.

31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139.1, 139-1.1.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

32. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ayrı-ayrılıqda apellyasiya şika yəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişlər.

33. Apellyasiya şikayətləri oxşar məzmunlu olmaqla onunla əsaslandırılmışdır ki, mübahisəli evin İddiaçı2 tərəfindən tikilməsinin məhkəmə iclasında təsdiq edilməsinə, kommunal xidmətlərin İddiaçı1 adına olmasına məhəl qoymayaraq, məhkəmə iddia tələbini əsassız olaraq rədd etmişdir. İşdə Cavabdeh həmin evdə heç bir yaşamaq hüququ və həmin evə hüquq müəyyənedici sənədi olmadığı halda məhkəmə iddianı rədd etmişdir. Cavabdehin onlardan hansı üstün hüququ var idi ki, onların iddiaçı olaraq öz tikdikləri evlərinə məhkəmə öz maraqlarını üstün tutaraq köçürülməklərini təmin etməmişdir. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşın alıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Evin sahibi iddiaçılar olmasına baxmayaraq, cavabdeh və onun qohumları tərəfindən iddiaçılara evlərinə girməyə imkan verilmir.

34. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1087/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli, Almaz Süleymanova)

35. Apellyasiya instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iddia - dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi status etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Buna görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir.

36. İddiaçılar mübahisəli evin İddiaçı2 şəxsi vəsaiti hesabına tikildiyini, mərhum xxx Cabarova müvəqqəti yaşamaq üçün verildiyini, həmin evin iddiaçılara məxsus yaşayış sahəsi olması əsası ilə iddia qaldırsalar da, məhkəməyə bu halı təsdiq edən mötəbər sübut növü təqdim etməmişlər. Digər tərəfdən, İddiaçı1 mərhum əmisi xxx Cabarovun onu 2004-cü ildə övladlığa götürdüyünü göstərsə də, bu barədə məhkəməyə rəsmi sənəd təqdim etməmişdir.

37. İddiaçı3 bildirmişdir ki, evin tikintisinə 2003-cü ildən başlanmış və 2009-cu ildə başa çatmışdır. Mübahisəli evə onların gediş-gəlişi ol muşdur. Belə ki, indi hazırda yaşadıqları bina evi ilə həmin evin arasında təxminən 150 metr məsafə vardır. O, həmin mübahisəli evdə yaşamamış, gedib-gəlmişdir.

38. Həmçinin İddiaçı2 da bildirmişdir ki, o, həmin evdə yaşamamış, ora gedibgəlmişdir. Oğlu İddiaçı1 əşyaları isə həmin evdə yerləşir.

39. İddiaçı Cəfər Cabarov isə bildirmişdir ki, məktəbdə 5-ci sinifdə oxuyan zaman mübahisə olunan evdə yaşamış, təxminən on üç yaşı olub. Həmin evdə Cavabdeh ilə birlikdə yaşamışdır. Ailə qurduqdan sonra gəlinin cehizlərini həmin evə gətirmişlər. Ev soyuq olduğu üçün və şərait olmadığına görə atasıgil yaşayan evdə yaşamağa məcbur olmuşlar.

40. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı1 tərəfindən xx.xx.2023-cü il il tarixdə "xxxx" ASC-nin hesabına 8 manat, “Azəriqaz” İB-nin hes abına 25.72 manat "xxxx" ASC-nin hesabına 7.93 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi və işə materiallarına əlavə edilmiş müqavilələrin surətinə əsasən göstərilən müqavilələr müvafiq olaraq "xxxx" ASC ilə xx.xx.2019-cu il tarixdə, “Azəriqaz” İB ilə xx.xx.2020-ci il tarixdə, "xxxx" ASC ilə xx.xx.2024-cü il tarixdə İddiaçı1 ilə bağlanmışdır. Daha əvvəl isə həmin kommunal xidmətlərlə bağlı müqavilələrin mərhum X19 ilə bağlanıldığı işin mübahisəsiz halıdır.

41. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, cavabdehin bir müddət mübahisəli evdə yaşamaması da işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı tərəf cavabdehin evdən bacıları tərəfindən aparıldığını, cavabdeh isə onun evdən hədə-qorxu gəlinərək çıxarıldığını və buna görə prokurorluğa müraciə t etdiyini, iddiaçı tərəfə məxsus işlədilməyən müəyyən əşyaların isə onun evinə məhz həmin vaxt yığıldığı bildirmişdir.

42. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə iddiaçılar cavabdehin, cavabdeh isə iddiaçıların ailə üzvü hesab olunmurlar. Hazırkı işdə iddiaçıların köçmək istədiyi evin iddiaçılar, o cümlədən İddiaçı2 tərəfindən inşa etdirilməsi, iddiaçıların əvvəllər həmin evdə yaşamaları, cavabdeh tərəfin onları yaşadıqları evdən məhrum etməsi işin araşdırılmış halları ilə müəyyən olunmur.

43. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıların birlikdə köçmək istədikləri yaşayış sahəsi özbaşına tikili olmaqla, onların həmin tikili üzərində hər hansı hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddiaçıların köçürülməsi ilə cavabdehin mübahisəli evdə əvvəlki qaydada yaşaması şəraiti məhdudlaşdırılmamalıdır. İddiaçı tərəf dəyəri tələb olunan aşkar edilməyən əşyaların əvvəllər mübahisəli evdə mövcud olmasını sübut edə bilməmiş, məhkəmə iclasında isə cavabdeh tərəfin izahatı ilə müəyyən olunmuşdur ki, mübahisəli evdə olan iddiaçı tərəfə məxsus əşyaların götürülməsinə cavabdeh etiraz etmir və heç bir maneə törətmir.

44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 11.1, 13.4, 139.1, 139.3, 1461, 146.2, 180-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci və Mülki Prosessual Məcəllənin 14.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilm əsini xahiş etmişdir.

46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iş üzrə obyektiv araşdırma aparmamış və apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, qanunvericiliyin normasını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə qanunun analogiyasına istinad edərək, yeni Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etmişdir. Halbuki, mübahisəli fərdi yaşayış evi özbaşına tikilidir və özbaşına tikililərlə bağlı Mülki Məcəllə ilə tənzimlənir. Mübahisəyə baxılarkən, məhz cavabdehin 16 il ərzində əmlaka fasiləsiz sahiblik etməsi, iddiaçının buna qarşı heç bir tələbinin olmaması, həmçinin, iddiaçının bir ailə üzvü kimi tikinti işlərinin aparılmasına nəzarət etməsinin mümkün olması, bu halın, eləcə də bələdiyyə uçotu üzrə vergi ödəyicisi olma sının mübahisəli tikilinin sırf onun vəsaiti hesabına inşa edilməsi anlamına gəlməməsi, uzun illər ərzində mübahisəli tikili üzrə kommunal xidmətlərə dair abonent saldolarının cavabdehin ərinin adına olması halı da araşdırılmalı, işə təkrar baxılarkən sübutların qiymətləndirilməsi zamanı tikilinin həqiqətən də iddiaçının vəsaiti hesabına tikilməsi ilə bağlı təqdim edilən sübutların mötəbərliyi, o cümlədən şahid ifadələrinin işin əhəmiyyəti baxımından sübut kimi nəzərə alınıb-alınmamalı olması qiymətləndirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz göndərilmişdir. Etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qan un pozuntularına yol verməmişdir. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və i stifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və y a başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə poz maqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

49. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib, buna görə də kollegiya qətnaməni tam yaxlayır.

50. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəmə sinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

52. İddia tələbi özbaşına inşa edilmiş tikiliyə köçürülmə barədədir. İddiaçılar tələbin əsası kimi mübahisə predmeti olan evin İddiaçı2 vəsaiti hesabına tikilməsinə, cavabdehin həmin evdə yaşamaqla onların evdə yaşamasına mane olmasına istinad etmişlər. Başqa sözlə, iddia tələbi sahibliyin müdafiəsi ilə bağlıdır.

53. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə isə iddiaçılar tələblərinin əsası kimi istinad etdiyi halları, yəni evin İddiaçı2 vəsaiti hesabına tikilməsini, eləcə də evin onların sahibliyində olmasını sübuta yetirməyiblər.

54. Mülki Məcəllənin 159.1-ci maddəsinə görə sahiblik əşyaya faktik sahibliyə nail olmaqla ə ldə edilir.

55. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçıların mübahisə predmeti olan evə faktiki sahiblik əldə etməsi müəyyən edilməyib. Belə olan halda iddiaçıların sahibliyinin pozulması halı da yoxdur və sahibliyin müdafiəsi də istisna edilir.

56. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

57. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

58. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1087/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar