Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5536/2020 05.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi X1 ibarət qarışıq tərkibdə iddiaçılar İddiaçı1, İddiaçı2, X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “öhdəliyin icra edilməsi və zərərin əvəzinin ödənilməsi” tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı X6 nümayəndəsi və vəkili Vəkil verdiyi kassasiya şikayətinə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək, Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı2, x, x1 və E.x x arasında bağlanmış xx.xx.2007-ci il tarixli “Ortaklık sözleşmesi” üzrə cavabdehlərin üzərlərinə götürdüyü öhdəlikləri icra etməklə müqavilədə göstərilən ölçüdə satış üçün nəzərdə tutulmuş 75.000 (yetmiş beş min) kvadratmetr mənzil sahəsinin 30 faizi həcmində, 22.500 (iyirmi iki min beş yüz) kvadrat metr mənzillərin və ya onların mövcud bazar qiyməti ilə hesablanmış dəyərinin X7, İddiaçı2 və X4 verilməsi, 2009-cu il tarixdən Mülki Məcəllənin 445.7 maddəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik 5 faiz - 175.000 (yüz yetmiş beş min) ABŞ dolları olmaqla, ümumilikdə 1.575.000 (bir milyon beş yüz yetmiş beş min) ABŞ dolları məbləğində vurulmuş zərərə görə vəsaitin cavabdehlərdən tutularaq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Xəlilova) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 12.294.643 manatın, Cavabdeh1 6.830.357 manatın, habelə 1.575.000 manat zərər məbləğinin 1.012.500 manatının Cavabdeh2, 562.500 manatının isə Cavabdeh1 və 30 manat dövlət rüsumunun 19,30 manatının Cavabdeh2, 10,70 manatının Cavabdeh1 iddiaçılar İddiaçı1, İddiaçı2, X3 xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun özünə aid hissədə ləğv olunmasını və iddia tələblərinin həmin hissədə təmin edilməməsini; digər Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələblərinin rədd edilməsini; maraqlarına toxunan şəxs qismində işə qoşulmuş Maraqlı şəxs MMC isə qətnamənin ləğv, iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X.Mərdanova, E.Həsənov və F.Babayev) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5616/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçılar İddiaçı1, İddiaçı2, X3 cavabdeh Cavabdeh1 və Cavabdeh2 qarşı “öhdəliyin icra edilməsi və zərərin əvəzinin ödənilməsi” tələblərinə dair iddiası təmin edilməmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və X3 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)- 1698/2019 saylı qətnaməsindən kassasiya şikayətləri verərək Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsini tam amilə ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Dəmirov, A.İsgəndərov və Ə.Əhmədov) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və X3 birgə verdikləri kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-1698/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ş.Məmmədova, E.Mehdiyev və X.Sarıyev) xx xxxx 2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5616/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, cavabdehlərin və maraqlarına toxunan şəxs Maraqlı şəxs MMC-nin vəsatətləri təmin edilərək iddiaçılar İddiaçı1, İddiaçı2, X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “öhdəliyin icra edilməsi və zərərin əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan X6 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Prossesual Məcəlləsinin 40-cı maddəsində iddiaçının seçməsinə görə ərazi ai diyyəti məsələsi öz həllini tapmış, həmin maddədə məhkəmə aidiyyəti ilə bağlı heç bir açıqlama verilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən müqavilə bağlayan şəxslərin məhkəmə aidiyyətini seçmək hüququ təsbit edilməmişdir. Mülki Prossesual Məcəlləsinin 3-cü fəslində şəxslərin müqavilə əsasında və ya başqa yolla məhkəmə aidiyyətini seçməsi müəyyən olunmamaşdır və qanunvericiliyə görə şəxslərin öz seçimi əsasında məhkəmə aidiyyətini seçməsi mümkün deyildir. Yəni tərəflər arasında bağlanılmış “Ortaklık müqaviləsi”ndə göstərilmiş “mübahisə yarandığı anda məsələyə məhkəmə müstəvisində baxmağa səlahiyyətli məhkəmə Azərbaycan Respublikası Ticarət Məhkəmələridir” bəndi heç bir hüquqi əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2019-cu il tarixli, 2(102)7336/2019 nömrəli, qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-1698/2019 saylı qətnaməsini ləğv edərkən xx xxxxxx 2007-ci il tarixli “Ortaqlıq Müqaviləsi”nin 18-ci maddəsinə tamamilə aydınlıq gətirmişdir. Belə ki, xx xxxxxx 2007-ci il tarixli “Ortaqlıq Müqaviləsi” yalnız fiziki şəxslər arasında, yəni Cavabdeh1, Cavabdeh2, İddiaçı2, x, x1 və E.x x arasında bağlanılmışdır. Yəni həmin müqavilə üzrə “xxxx” MMC müqavilə tərəfi olmamışdır. Bununla əlaqədar, apellyasiya məhkəməsi iddiaçıların qoyduqları sərmayə müqabilində cavabdehlərin öz şəxsi əmlakları ilə məsuliyyət daşımaları riskini özündə əks etdirən “Ortaqlıq Müqaviləsi”nin 18-ci maddəsinin tələblərinə hüquqi qiymət verməmişdir. Həmin 18-ci maddədə aşağıdakılar təsbit olunmuşdur. “İSR Holding ilə Maraqlı ş əxs” MMC arasında imzalanan müqavilə ilə əlaqədar hər hansı bir zərərə uğramaları vəziyyətində (maddi-mənəvi və s. hər növ) bu zərərlərini Cavabdeh1 və Cavabdeh2 Səfərəli oğlu şirkətin nəznində olmadan, şəxsən öz mal varlığı ilə dərhal kompensasiya edib ödəməyi qəbul edərək öhdələrinə götürmüşlər. İddiaçı2, M. Ali x, x1, E.x xm hər növ zərərlərin kompensasiyasını tələb etmə, iddia qaldırma hüquqları saxlanılır. Beləliklə Ali Məhkəmə artıq müəyyən etmişdir ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2dur. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının əsaslandığı MPM-nin 26.1-ci maddəsində göstərilən xüsusatlar hazır ki, mülki işdə öz əksini tapmır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə (kommersiya mübahisələrinə aid olmayan) dair işlərə mülki məhkəmələr baxır. Hazırki mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadığından xx xxxx 2018-ci ildə hazırkı mülki iş Yasamal Rayon Məhkəməsinin icraatına qəbul edilərkən, Bakı şəhərində 1 Saylı Bakı İnzibati-İqtisadi və 2 saylı Bakı İnzibati- İqtisadi məhkəmələri fəaliyyət göstərməsi işin məhkəmə aidiyyətinə təsir etməmişdir. Çünki, hazırki mübahisə məhkəmə aidiyyəti baxımından mülki məhkəmələrdə baxılmalı olduğundan birinci instansiya məhkəməsi hazırkı işə məhkəmə aidiyyəti qaydalarına əməl etməklə baxmışdır. Prosessual məsələlər: Azərbaycan Respublikası MPM-in 403-1.5-cü maddəsinə əsasən İcraata qəbul edilmiş şikayətin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verilsə də, qanunla müəyyən edilmiş 5 gün müddətində şikayətə dair hər hansı etiraz və yaxud izahat məhkəməyə g öndərilməmişdir. İşin halları: İddiaçılar iddia tələblərini Mülki Məcəllənin 72.2-ci, 73.3-cü, 73.4-cü, 74.1-ci, 21-ci, 442-ci, 443-cü və 445.7-ci maddələrinə istinadla belə əsaslandırmışlar ki, Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı2, x, x1 və E.x x arasında ünvan 1 ünvanında Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 115 saylı sərəncamı ilə “Azərşans” müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1,9 ha torpaq sahəsinin 0,63 ha torpaq sahəsində Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 267 saylı sərəncamı ilə yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün xx.xx.2007-ci il tarixli “Ortaklık sözləşməsi” imzalanmış, müqavilənin 1-ci maddəsinə əsasən ortaqlığın Azərbaycanda təsis olunan “xxxx MMC” şirkətində Cavabdeh1 25 faiz, Cavabdeh2 45 faiz, İddiaçı2 9 faiz, xın 9 faiz, Süleyman Ecevitin 3 faiz, x xın 9 faiz paya sahib olmaları ilə həyata keçiriləcəyi müəyyən edilmiş, eyni zamanda iddiaçıların “xxxx” MMC şirkətinə rəsmi qaydada ortaq olduqları tarixdən əvvəlki dövrə heç biri maddi və mənəvi öhdəliklər üçün məsuliyyət daşımayacaqları razılaşdırılmışdır. Müqavilənin 2-ci bəndinə əsasən “Ortaklık sözləşməsi”nin məqsədi şirkətin sahibi olduğu yuxarıda adı çəkilən torpaq sahəsində tikinti sahəsi 100.000 m² olmaqla satış üçün nəzərdə tutulan sahə cəmi 75.000 m² olan mənzil və iş yeri binasını inşa etmək və satmaqdır. Müqavilənin 3-cü maddəsi ilə tikinti sahəsinin ümumi alış məbləği 8.000.000 ABŞ dolları məbləğində müəyyən edilmiş, müqavilənin 4-cü maddəsi ilə həmin məbləğin 3.500.000 ABŞ dolları məbləğinin iddiaçılar tərəfindən öd ənəcəyi nəzərdə tutulmuş, 5-ci maddə ilə isə 3.500.000 ABŞ dolları məbləğin 500.000 ABŞ dollarının xx.xx.2007-ci ildə, 500.000 ABŞ dollarının xx.xx.2007-ci ildə, 1.000.000 ABŞ dollarının xx.xx.2007-ci ildə, 500.000 ABŞ dollarının xx.xx.2007ci ildə və 1.000.000 ABŞ dollarının xx.xx.2007-ci ildə ödənməsi nəzərdə tutulmuşdur. Həmin məbləğlərin ödənişi iddiaçılar tərəfindən həyata keçirilmişdir ki, bu da müqavilədə müvafiq məbləğlərin qarşısında qeyd olunan “ödəndi” qeydi ilə də öz təsdiqini tapır. Müqavilənin 6-cı bəndində tikintinin tamamlanması üçün lazım olan sərmayənin qalan hissəsinin cavabdehlər tərəfindən ABŞ dolları ilə nağd olaraq ödənəcəyi qeyd olunmuş, 7-ci bəndində tikintinin ətraf tənzimləmələri ilə birlikdə tam şəkildə xx.xx.2009-cu il tarixə qədər tamamlanaraq satılan şəxslərə təhvil verilməsi üçün hazır hala gətiriləcəyi nəzərdə tutulmuşdur. Müqavilənin 14-cü bəndində satışlardan əldə edilən gəlirlərin əvvəlcə tikinti xərclərinin maliyyələşməsində istifadə olunacağı, tikinti tamamlandıqdan və inşaat xərcləri ilə əlaqədar bütün ödənişlər həyata keçirildikdən sonra müqavilə tərəflərinin əldə edilən gəlirlərdən payları nisbətində gəlir əldə edəcəkləri qeyd olunmuş, həmçinin 15-ci bənddə satış qiymətlərinin və şərtlərinin gedişata və cari bazar qiymətlərinə uyğun olaraq əlavə protokollarla yazılı qaydada müəyyən ediləcəyi və icra olunacağı öz əksini tapmışdır. Müqavilənin 16-cı bəndində nəzərdə tutulmuşdur ki, müqavilə ilə müəyyən olunan ortaqlıq müddətində tərəflər paylarını üçüncü şəxslərə sata və ya özgəninkiləşdirə bilməzlər, 17-ci bənddə isə iddiaçıların yalnı z müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləğin ödənməsi üçün məsuliyyət daşıdıqları öz əksini tapmışdır. 4-cü bənddə həmin məbləğ 3.500.000 ABŞ dolları miqdarında müəyyən edilmişdir. Müqavilənin 18-ci bəndində əsasən “İSR HOLDİNQ” ilə Maraqlı şəxs MMC arasında 2007-ci il tarixdə ünvan 3 ünvanında Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 115 saylı sərəncamı ilə “Azərşans” müəssisəsinə gənclər diskotekası və kinozal üçün ayrılmış 1,9 ha torpaq sahəsinin 0,63 ha torpaq sahəsində Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 267 saylı sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi və tikintisi” üçün bağlanan müqavilədəki bütün maddələrdən və bu müqavilədə nəzərdə tutulmuş bütün öhdəliklərin yerinə yetirilməsi üçün Maraqlı şəxs MMC-nin iştirakçılarından yaln ız cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şəxsən məsuliyyət daşıyırlar. Həmin bənddə həmçinin nəzərdə tutulmuşdur ki, iddiaçılar Maraqlı şəxs MMC-nin ortaqları olduqlarına görə 18-ci bənddə müəyyən olunan “İSR HOLDİNQ” ilə Maraqlı şəxs MMC arasında imzalanan müqaviləyə əsasən onlara hər hansı növ zərər dəyməsi halında cavabdehlər bu zərərin əvəzini şirkət nəzdindən kənar, şəxsən öz əmlakları hesabına dərhal kompensasiya edib ödəməyi qəbul etmiş və öhdələrinə götürmüşlər. İddiaçıların onlara dəyən hər növ zərərin kompensasiya edilməsini tələb etmək və iddia qaldırmaq hüquqları mövcuddur. Göstərilən müqavilənin şərtlərinə iddiaçılar tərəfindən bütünlüklə əməl edilsə də, cavabdehlər tərəfindən müqavilənin şərtlərinə əməl edilməməklə iddiaçılara böyük məbləğdə ziyan vurulmuşdur. Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəllə ünvanında inşa edilmiş binada mənzillərin əksəriyyətinin satışı həyata keçirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. - 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflə r izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. - 403-1.7-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya məhkəməsi işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilədə gələcəkdə yaranacaq mübahisələrə Bakı şəhərində yerləşən İqtisad Məhkəmələri tərəfindən baxılması barədə razılaşma nəzərdə tutulduğundan və tərəflərin arasında olan mübahisə bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərdən yarandığından, xx xxxx 2018-ci ildə hazırkı mülki işi Yasamal Rayon Məhkəməsinin icraatına qəbul edilərkən aidiyyət qaydaları pozu lmuşdur. Həmin dördə Bakı şəhərində 1 Saylı Bakı İnzibati-İqtisadi və 2 saylı Bakı İnzibati-iqtisadi məhkəmələri (hazırda Bakı Kommersiya Məhkəməsi) fəaliyyət göstərirdilər. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və MPM-in 26.1-ci maddəsinin tələblərinə əsasən mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə tərkibi iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya məhkəməsinin bu qərardadı prossesual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. İlk növbədə məhkəmə tərkibi hesab edir ki, apellyasiya məhkəməsi iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarında tərəflər arasında bağlanmış müqavilənin 19-cu bəndi ilə bağlı şərh edilən göstərişləri düzgün başa düşməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin həmin qərarında qeyd olunmuşdur “Ortaqlıq müqaviləsi”nin 19-cu bəndində aşağıdakılar təsbit olunmuşdur:” Tərəflər arasında yaranacaq anlaşılmazlıqlar əvvəlcə danışıq yolu ilə həll ediləcəkdir. Bu yolla həll edilməməsi halında Bakıdakı Azərbaycan Respublikası ticarət məhkəmələri səlahiyyətli olub, tərəflər arasında Türkiyə Respublikasının hüququ tətbiq ediləcəkdir”. Lakin apellyasiya instansiyası məhkəməsi bununla əlaqədar “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almamışdır. Belə ki, həmin Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. Həmin Qanununun 24.1-ci maddə sinə əsasən müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. Məhkəmə tərkibi qeyd edir ki, kassasiya məhkəməsi müqavilənin 19-cu bəndinə istinad etməklə, mübahisənin məhkəmə aidiyyətinin düzgün olmamasına deyil, mübahisəyə baxılarkən Türkiyə Respublikasının hüququnun tətbiq edilməli olması barədə tərəflərin razılaşdıqlarını və “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən işə baxılarkən tərəflərin müqavilədə razılaşdırdıqları kimi Türkiyə Respublikasının h üququnun( maddi hüquq normalarının) tətbiq edilməli olmasına diqqət çəkmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Digər tərəfdən, apellyasiya məhkəməsi iki əsasla mübahisənin kommersiya məhkəməsinə aid olduğu nəticəsinə gəlmişdir: 1) tərəflər arasında müqavilədə gələcəkdə yaranacaq mübahisələrə Bakı şəhərində yerləşən İqtisad Məhkəmələri tərəfindən baxılması barədə razılaşmanın olması; 2) tərəflərin arasında olan mübahisənin bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərdən yaranması. Birinci əsasla bağlı məhkəmə tərkib qeyd edir ki, Mülki Prossesual Məcəllənin məhkəmə aidiyyətini müəyyən edən 3-cü fəslində mü bahisənin məhkəmə aidiyyətinin tərəflər arasında bağlanmış sazişlə dəyişdirilməsi imkanı nəzərdə tutulmamışdır. Məcəllənin “Müqavilə aidiyyəti” adlanan 40-cı maddə isə “ərazi aidiyyəti” adlanan 4-cü fəsilə aid olduğundan mübahisənin ərazi aidiyyətinin tərəflər arasında müvafiq sazişlə dəyişdirilməsi imkanını nəzərdə tutur və məhkəmə aidiyyətinin sazişlə dəyişdirilməsi nəticəsinə gəlməyə əsas vermir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunverici liyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbayca n Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2012-ci il tarixli qərarları) Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 19-cu maddəsində nəzərdə tutulan “yaranmış mübahisənin həllində Bakıdakı Azərbaycan Respublikası ticarət məhkəmələrinin səlahiyyətli olması” barədə şərt qanunvericiliyin tələblərinə zidd olduğundan əhəmiyyətsiz şərtdir və mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və buna görə də, kommersiya mübahisəsi olması barəd ə məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməli olduğundan hazırki mübahisənin aidiyyəti üzrə məhkəməyə düzgün qəbul edilib-edilməməsini müəyyən etmək üçün Mülki Prossesual Məcəllənin iddianın icraata götürüldüyü xx.xx.2018-ci il tarixdə qüvvədə olan normaları əsas götürülməlidir. Mülki Prossesual Məcəllənin həmin vaxt qüvvədə olan redaksiyasına əsasən: - 24.2-ci maddəsinin mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaql a, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. - 26.1-ci maddə idarə və ya digər mənsubiyyətindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qal dırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Həmin dövrdə qüvvədə olan prossesual qanunvericiliyin tələblərinə və formalaşmış məhkəmə təcrübəsinə əsasən yalnız hüquqi şəxslər və ya fərdi sahibkarlar arasında yaranmış iqtisadi mübahisələr üzrə işlərə mülki icraat qaydasında inzibati-iqtisadi məhkəmədə, tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, mübahisələrə ümumi məhkəmələrdə baxılırdı. İşdən görünür ki, iddiaçılar və cavabdehlər eyni hüquqi şəxsin təsisçiləri olan fiziki şəxslərdir və onlar arasında bağlanmış xx xxxxxx 2007-c i il tarixli “Ortaqlıq müqaviləsi” iddiaçıların qoyduqları sərmayə müqabilində gəlirdən pay almaq hüququnu müəyyən edən, bu öhdəliklər icra edilmədiyi təqdirdə isə vurulmuş ziyana görə cavabdehlərin öz şəxsi əmlakları ilə məsuliyyət daşımaları barədə müqavilədir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, həmin dövrdə qüvvədə olan prossesual qanunvericiliyin tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsasən fiziki şəxslər arasında yaranmış hazırki mübahisə Mülki Prossesual Məcəlləsi-nin 25.1-ci maddəsinə əsasən düzgün olaraq ümumi məhkəmənin icraatına qəbul edildiyindən və həm həmin dövrdə, həm də hazırda qüvvədə olan Mülki Prossesual Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiy yəti üzrə həmin məhkəmədə həll edilməli olduğundan, apellyasiya məhkəməsinin Mülki Prossesual Məcəllənin xx.xx.2020-ci il tarixdən qüvvədə olan məhkəmə aidiyyəti ilə bağlı müddəalarına edilmiş dəyişikliklərə istinad etməklə, mülki işin kommersiya məhkəməsinə aid olması və aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə gəldiyi nəticə əsassız olmuş və qərardad yuxarıda qeyd edilən prossesual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 403-1.8-ci maddəsinə əsasən kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: - 403-1.8.1-ci maddəsinə əsasən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı d əyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; - 403-1.8.2-ci maddəsinə əsasən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən, məhkəmə tərkibi hesab edir ki, qərardad ləğv edilməli, işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə cavabdehlərin və 3-cü şəxs Maraqlı şəxs MMC-nin vəsatətləri təmin edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə tərkibi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-cü maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı X6 nümayəndəsi və vəkili Vəkil verdiyi kas sasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)2737/2020 nömrəli qərardadı ləğv edilsin. işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə cavabdehlərin və 3cü şəxs Maraqlı şəxs MMC-nin vəsatətləri təmin edilməsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5536/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5536/2020
05.10.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver