Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-554/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh XXX qarşı iş üzrə QƏRARİ iş № 2(102)-554/22 (Açar sözlər: tələbin iki min manatdan az olmasına görə kassasiya şikayətinin geri qaytarılması) Bakı şəhəri, 28 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə İddiaçı cavabdeh XXX qarşı “əşyanın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5749/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli qərarda dından cavabdeh XXX kassasiya şikayətinə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının mülkiyyətində olan “Laptop Lenovo İP-330- 15İSK/15,6’ HD/i57200U/4GB/500GB/İntel HD/DVD/Free D/Black” markalı komputerin və “Jedel CP70” markalı kompüter siçanının cavabdeh Kandemir Ahmet Feyzi oğlunun qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya geri qaytarılması, vəkilə ödənilmiş 150 manat xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)1621/2021 saylı, 12 aprel 2021-ci il tarix li qətnaməsi iddia təmin edilərək İddiaçı MMC-nin mülkiyyətində olan “Laptop Lenovo İP 330-15İSK/15,6’ HD/i5-7200U/4GB/500GB/İntel HD/DVD/Free D/Black” markalı kompüterin və “Jedel CP70” markalı kompüter siçanının cavabdeh Kandemir Ahmet Feyzi oğlundan alınaraq İddiaçı MMC-nə verilməsi, cavabdeh XXX vəkilə ödənilmiş xidmət haqqı üçün 150 (bir yüz əlli) manat və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5749/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1621/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Cavabdeh Bakı Apellyasi ya Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5749/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad imanov, Vahid Sadıqov)
6. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini qaytararkən ona istinad etmişdir ki, iş materiallarına əsasən hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti iki min manatdan az miqdar təşkil edir.
7. Apellyasiya məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin işə baxılan vaxt qüvvədə olan 404-1-ci maddəsi ilə əsaslandırıb. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izaha tları a) Kassasiya şikayətinin dəlilləri
8. Cavabdeh XXX (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Kassasiya şikayətinin dəlilləri: - iddia qiymətləndirilməyən iddiadır. Hətta iddiaçının nümayəndəsi də əmlakın qiymətləndirilməsindən imtina etmişdir; - əmlaka qiymət qoyulmadığı halda iddianın qiymətinin 2000 manatdan aşağı olması qeyd edilib. Bununla da cavabdehin şikayət vermək hüququ pozulub. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə (01 oktyabr 2021-ci ilədək olan redaksiyada) Maddə 404-1. Apellyasiya instansiyası məhkəməsində baxılan mül ki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Kassasiya baxışının hədləri
11. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
12. Kassasiya şikayətində cavabdeh apellyasiya m əhkəməsinin qərardadının ləğvini tələb etmişdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.
13. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
15. Apell yasiya instansiyası məhkəməsi kassasiya şikayətini qaytarmaqla qanuni nəticəyə gəlmişdir.
16. Apellyasiya məhkəməsi kassasiya şikayətini qaytararkən ona istinad edib ki, iddianın qiyməti 2 min manatdan aşağıdır.
17. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin işə baxılarkən qüvvədə olan prosessual normanın tələbinə uyğun olaraq istinad etdiyi bu əsasla razılaşır. Çünki MPMin işə baxılarkən qüvvədə olan 404-1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
18. Məhkəmə kollegiyası iddianın qiymətləndirilməyən iddia olması, əmlaka qiymət qoyulmadığı halda iddianın q iymətinin 2000 manatdan aşağı olması barədə gəlinən nəticənin düz olmaması barədə kassasiya şikayətinin dəlillərini əsassız sayır. Əvvəla, Mülki Prosessual Məcəllənin 112.1.2-ci maddəsinə görə əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Hazırki iddia tələbi də əmlakın qaytarılması ilə bağlı olduğu üçün qiymətləndirilən iddiadır.
19. Əmlaka qiymət qoyulmadığı halda iddianın qiymətinin 2000 manatdan aşağı olması barədə gəlinən nəticənin düz olmamasına dair dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5749/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilə bilməməsi həmin qətnamənin özündə də göstərilib. Bu da onunla əsaslandırılıb ki, işd ə olan sübutlara əsasən iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti iki min manatdan az miqdar təşkil edir. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında tələb olunan əşyaların dəyərinin 500 manatdan yüksək olduğunu qeyd etsə də, həmin əşyaların dəyərinin iki min manatdan artıq olması ağlabatan deyil.
20. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır.
21. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5749/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.