Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5551/2019 24.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı vəkili X4 və Cavabdeh vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli, 2(107)892/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: XXX rayon məhkəməsinin 14 noyabr 2018-cü il tarixli, 2(037)-92/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.S.Şirinov) İddiaçı Ca vabdeh və digərlərinə qarşı “torpaq sahəsinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışın ləğv edilməsi” barədə iddiası təmin edilərək, JN0770 saylı və JN-0771 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarında göstərilən torpaq sahələrinə dair notarial qaydada bağlanmış 10 dekabr 2016-cı il və 18 yanvar 2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş 27 yanvar 2017-ci il tarixli çıxarışın ləğv edilməsi qət olunub. Eyni zamanda XXX rayon məhkəməsinin 14 noyabr 2018-ci il tarixli xüsusi qərardadı ilə cavabdehlər X5 və X2 əməllərində sənədləri saxtalaşdırma və dələduzluq cinayətlərinin əlamətlərinin olması barədə XXX rayon Prokuroruna məlumat verilib. Cavabdeh qət namədən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli, 2(107)892/2019 saylı qətnaməsi ilə (hakimlər A.A.Mahmudov sədrlik edən, məruzəçi, E.Ş.Hüseynov və V.İ.Məlikov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə XXX rayon məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia ərizəsi rədd edilib. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə və üçüncü şəxslərə qarşı “torpaq sahəsinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışın ləğv edilməsi” barədə iddia iddia qaldırıb və tələblərini onunla saslandırıb ki, XXX rayonu, XXX kəndi ərazisində fərdi təsərrüfatla məşğul olur. 20 aprel 2005-ci il tarixdə notarial qaydada alqı-satqı müqavilələri bağlayaraq pulunu nağd qaydada ödəməklə cavabdehlər XXXdan 3,29 ha, XXXdan 2,57 ha, XXX 2,56 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrini alıb. Qeyd edilən alqı-satqı müqavilələrini XXX rayon notariat kontorunda rəsmiləşdirsə də, lakin sonradan ona məlum olub ki, ötən müddət ərizəndə notariat orqanı tərəfindən qeyd edilən alqı-satqı müqavilələri qeydiyyata alnması üçün reyestr xidmətinə göndərilməyib. Bu barədə reyest orqanına müraciət edərkən ona məlum olub ki, 20 aprel 2005-ci il tarixli alqı-satqı müqavilələri əsasında əldə etdiyi 8,32 ha torpaq sahəsinin 3,29 ha və 2,57 ha hissələri XXX rayon Torpaq Şöbəsi tərəfindən verilən JN-0770 və JN-0771 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları əsas tutulmaqla notarial qaydada bağlanmış 10 dekabr 2016-cı il və18 yanvar 2017-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən cavabdeh XXX satılıb. Həmin alqı-satqı müqavilələrinə əsasən 5,8632 ha torpaq sahəsi reyestr xidməti tərəfindən Cavabdeh adına qeydiyyatdan keçməklə, onun adına 27 yanvar 2017-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarış verilib. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili XXX kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh vəkili XXX məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılışmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdehlər Cavabdeh, XXX, XXX, XXX, XXX, XXX, XXX, XXX, XXX, XXX, XXX, XXX, XXX, XXX, X XX və XXX məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi qeyd edir ki, kassasiya şikayətinin dəlilləri müzakirə olunmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edərkən, mübahisəli torpaq sahələrində dair Cavabdehla alqı-satqı müqavilələrinin qanunverciliyin və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq bağlanmasına, həmin müqavilələrin etibarsız sayılması və to rpaq sahələrində dair Cavabdeh adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın ləğv edilməsi üçün əsasların olmamasına, Cavabdeh mübahisəli torpaq sahələrinə vicdanlı sahib olmasına, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin Cavabdeh torpaq sahələrinə olan hüququnu pozmasına istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 337.1, 338, 339-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol ver məyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 20 aprel 2005-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən cavabdeh X6 rayonu, XXX kəndində yerləşən 3,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 3.000.290 manata (AZM) İddiaçı satıb. Eləcə də 20 aprel 2005-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən cavabdeh X7 rayonu, XXX kəndində yerləşən 2,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2.000.570 manata (AZM) İddiaçı satıb. Bundan sonra 10 dekabr 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı m üqaviləsinə əsasən cavabdeh XXX və digər cavabdehlər XXX, XXX, XXX, XXX, XXX, XXX, XXX və XXXun etibarnamə üzrə nümayəndəsi kimi X8 rayonu, XXX kəndində yerləşən 3,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 650 manata (AZN) təkrar Cavabdeh satıb. Eləcə də 18 yanvar 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən cavabdehlər XXX, X14 X, XXX, XXX, həmçinin digər cavabdeh XXX etibarnamə üzrə nümayəndəsi kimi X7 rayonu, XXX kəndində yerləşən 2,5683 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2.560 manata (AZN) təkrar Cavabdeh satıb. 27 yanvar 2017-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən XXX rayonu, XXX kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,8632 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınıb. Ha zırda iddiaçı, sözügedən torpaq sahələrini notarial qaydada təsdiq edilmiş alqısatqı müqavilələrinə əsasən satın aldığını, lakin cavabdehlərin həmin torpaq sahələrini qanunsuz olaraq təkrar Cavabdeh satdıqlarını göstərib, alqı-satqı müqavilələrinin etibarsız hesab edilib, torpaq sahələrinə dair Cavabdeh adına verilən Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11 iyun 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının 20 aprel 2005-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən, cavabdeh XXXdan satın aldığı 2,57 ha torpaq sahəsi və cavabdeh XXXdan satın aldığı 3,29 ha torpaq sahəsi ilə, Cavabdeh 18 yanvar 2017-ci il tarixli alqısatqı müqaviləsinə əsasən cavabdeh XXX və 10 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən XXXdan satın aldığı torpaq sahələri ilə üst-üstə düşür. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 12 oktyabr 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, 20 aprel 2005-ci il tarixli notariat işinin 15-ci vərəqəsində cavabdeh XXXun adından olan 04 aprel 2005-ci il tarixli, 104-saylı reyestrdə qeydiyyatdan keçən ərizədə “imza” qrafasındakı imza- cavabdeh XXX tərəfindən icra olunub. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları tədqiq edib, apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, Cavabdeh hazırda mülkiyyətində olan mübahisəli torpaq sahələrini özlərinin iradə ifadəsi və könüllü istəklərinə uyğun ol araq digər cavabdehlərdən notarial qaydada təsdiq edilmiş 10 dekabr 2016-cı il tarixli və 18 yanvar 2017-ci il tarixli alq-satqı müqavilələrinə əsasən satın alıb və həmin torpaq sahələri daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüququ üzrə onun adına qeydə alınıb. Apellyasiya instansiyası məhkməsi işə əlavə edilmiş sübutları, işdə iştirak edən şəxslərin izahatları, eləcə də alqı-satqı müqavilələrinin şərtləri ilə müqayisəli şəkildə təhlil edib müəyyən etmişdir ki, cavabdehlər arasında sözügedən torpaq sahələrinə dair notarial qaydada alqı-satqı müqavilələri bağlanarkən və torpaq sahələri daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınarkən, alqı-satqı müqavilələrinin predmeti olmuş torpaq sahələri üzərində hər hansı yüklülük və ya qadağa olmayıb və bu fakt işin mübahisə olunmayan halıdır. Bundan başqa apellyasiya instansiyası məhkəməsi hüquqi müəyyənlik prinsipi baxımından mübahisəli torpaq sahələrinə dair cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin şərtlərini təfsir edərək haqlı olaraq qeyd etmişdir ki, torpaq sahələrinə dair cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün əsaslar olmamışdır. İddiaçı izahatında, iddia ərizəsində mübahisəli torpaq sahələrini uzun müddət əkib becərdiyini, həmin torpaq sahələrinin bilavasitə onun istifadəsində olduğunu göstərsə də, işin bu halları Cavabdeh və məhkəmə iclasında şahid qismində dindirilmiş XXX ifadəsi ilə tam təkzib olunur. Belə ki, Cavabdeh izahatı və şahid XXX ifadəsi ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sah ələri Cavabdeh sahibliyində olmaqla, məhz sonuncu tərəfindən istifadə olunur. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə alıb, “XXX şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında şərh edilən hüquqi mövqeyə əsaslanıb qeyd etmişdir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi və sair) Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alqı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Bu baxımdan hər hansı əqdin (o, cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Eləcə də, Mülki Məcəllənin 338-ci maddəsi həmin Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Həmin Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tə ləb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, apellyasiya şikayətinin dəlillərini əsaslı sayıb haqlı olaraq qeyd edib ki, mübahisəli torpaq sahələrinə dair sözügedən alqı-satqı müqavilələri lazımi subyektlərin, yəni səlahiyyətli şəxslərin iştirakları ilə bağlandığından və alqı-satqı müqavilələri onlar arasında olan iradə və onun bildirilməsi vahidliyinin mövcudluğuna əsaslanmaqla, qanunvericiliyin tələb etdiyi formada və məzmunda bağlandığından və beləliklə də, alqı-satqı müqavilələrinin etibarsız sayılması üçün qanuni əsaslar olmadığından, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasisibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi torpaq sahələrinə dair cavabdehlər arasında alqı-satqı müqavilələri rəsmiləşdirilərkən, həmin torpaq sahələri üzərində hər hansı yüklülük və ya qadağa qeydə alınmamışdır. Mübahisə olunan müqavilələr rəsmiləşdirilər kən müqavilə üzrə tərəflər azad surətdə öz iradələrini ifadə etmiş və onlara qarşı qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrini ifadə etmiş, notarius tərəfindən onlara hüquq və vəzifələri izah olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda haqlı olaraq qeyd etmişdir ki, cavabdehlər arasında sözügedən torpaq sahələrinə dair alqı-satqı müqavilələri bağlanarkən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədə olmaqla, ona riayət etdiyindən Cavabdeh həmin müqavilələr üzrə vicdanlı tərəf olmuşdur. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınm az əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. İstinad olunan maddi hüquq normalarının əsas dispozitiv şərtləri baxımından işin faktiki hallarına yanaşaraq apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi kimi cavabdehlər XXX və XXX tərəfindən aldadılm ası və nəticədə mübahisəli torpaq sahəslərinə hər hansı hüququnun pozulması halı, hazırda mübahisələndirilən alqı-satqı müqavilələri üzrə vicdanlı alıcı olan Cavabdeh torpaq sahələri üzərində hüququnun pozulması və ya məhdudlaşdırılması hesabına aradan qaldırıla bilməz. Bunun üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahələrinə onun hüququnu bilavasitə pozan cavabdehlər XXX və XXXya qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə ayrıca birinci instansiya məhkəməsində iddia qaldıra bilər. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altı na alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbə-üz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya MəhkəməsiPlenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət mü dafiəsinə verilmiş konstitutsiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təmin atı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. İşdən, kassasiya şikayətinin dəlillərindən görünür ki, 25 aprel 2005-ci il tarixli alqısatqı müqavilələrində göstərilən torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmamışdır və sonuncu özü də iddia ərizəsində, kassasiya şikayətində bu faktı inkar etməmişdir. İddiaçı kassasiya şikayətində sözügedən müqavilələrə əsasən, mübahisəli torpaq sahələri üzrində sahiblik, istifadə hüquqlarının əmələ gəlməsini göstər sə də, həmin torpaq sahələrinin 27 yanvar 2017-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Cavabdeh adına qeydə alındığı vaxtdan ötən müddət ərzində həmin torpaq sahələrinə dair dövlət reyestrindəki qeydə Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri baxımından hər hansı etiraz etməmiş və bu barədə məhkəmədə mübahisə açmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəl i hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normaların ın tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya ş ikayətitəmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli, 2(107)-892/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5551/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5551/2019
24.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver