Məhkəmə qərarları › İş №2(102)-5559/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5559/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5559/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)280/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə (hakim S.İ.Əliyev, iş 2(008)-4757/14) iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərə k Cavabdeh əsas kredit borcuna görə 14.142,56 ABŞ dolları, faiz borcuna görə 173 ABŞ dolları, cəriməyə görə 3,80 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla bankın xeyrinə tutulması, tutmanın girovun predmeti olan “CHEVROLET AVEO” markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsaitin hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə qismən, yəni kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinin tam təmin ol unmasına dair hissədə ləğv edilərək iddianın həmin hissədə qismən təmin olunub tərəflər arasında bağlanmış “Avtomobil krediti müqaviləsi” əsasında yaranmış əsas kredit borcuna görə 9.959,53 ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla tutulub banka ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, xx xxxx 2014-cü il tarixli qətnamə tutmanın ipoteka predmetinə - Cavabdeh mülkiyyətində olan avtomobilin açıq hərracdan satılması və əldə edilmiş pul vəsaitinin hesabına banka olan borcun ödənilməsi və dövlət rüsumuna görə ödənilmiş 30 manatın bankın xeyrinə tutulması hissəsində apelyasiya baxışının predmeti olmamışdır. İşin halları: xx xxxxxx 2012-ci il tarixdə tərəflər arasında “Avtomobil krediti müqaviləsi” bağlanmış və həmin müqaviləyə əsasən bank t ərəfindən Cavabdeh avtomobilin alınması üçün illik istifadə dərəcəsi 18 faiz olmaqla 60 ay müddətinə 16.350 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin avtomobil cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi bank qarşısında girov qoyulmuş və bankın girov hüququ dövlət qeydiyyatına alınmışdır. 2014-cü ilin aprel ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borcun qaytarılması ilə əlaqədar üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi səbəbindən xx xxxxx 2014-cü il tarixə 14.319,36 ABŞ dolları məbləğində borcunun yaranması əsas göstərilməklə həmin borcun cavabdehdən tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək onun tərəfindən banka edilmiş ödənişlərin düzgün hesablanmamasını və faizlərin şişirdilməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi m əsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Cavabdeh bankla xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsini bağlamaqla kreditin müqavilədə müəyyən olunmuş qaydada və müddətdə banka qaytarılması barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsəl ən, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müəyyən olunduğu kimi cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyin icrasını lazımınca təmin etməmiş, banka borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşə apelyasiya qaydasında baxılarkən borcun məbləğinin dəqiqləşdirilməsi məqsədi ilə məhkəmə kollegiyası tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertin xx xxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehin xx xxxxxx 2017-ci il tarixə olan əsas borcu 14.025,46 ABŞ dolları, faiz borcu isə 147,24 ABŞ dolları təşkil etmişdir. Lakin ekspert tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən xx xxxxx 2014-cü il tarixdə edilmiş 4217 ABŞ dolları məbləğində ödəniş borcun məbləği hesablanarkən nəzərə alınmamışdır. Həmin məbləğ ümumi borcdan çıxıldıqdan sonra ekspert tərəfindən borcun məbləğinin cəmi 9.959,53 ABŞ dolları olması müəyyən edilmişdir. Kassasiya şikayətində ödənişlərin düzgün hesablanmaması və faizin şişirdilməsi iddia olunsa da, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə həmin dəlillər təkzib olunduğundan, kollegiya hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apel lyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar