Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5565/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə və Bakı şəhəri Cavabdeh3nə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tər kibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2(103)-2271/2022 nömrəli qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC adından verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2(103)2271/2022 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(005)-883/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməsi, "xxxx" MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə 28 dekabr 2018-ci il tarixli, 65/02 saylı hərrac protokolunun etibarsız hesab edilm əsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin adından verilmiş kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiy yətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 407.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətinə şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şik ayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilməklə, həmin sistemə şikayətin skan olunmuş surəti əlavə olunmuş və həmin surət cavabdeh bankın ləğvedicisinin səlahiyyətli nümayəndəsi X3 və vəkil X4 tərəfindən fiziki olaraq imzalanmışdır. Lakin “Elektron məhkəmə” informasiya sisteminə baxış keçirilərkən müəyyən olunur ki, cavabdehin kassasiya şikayəti onun səlahiyyətli nümayəndəsi və ya vəkili tərəfindən deyil, X1 tərəfindən elektron imza ilə imzalanmışdır. Həmin şəxsə Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinə uyğun olaraq məhkəmə aktlarından şikayət vermək səlahiyyətinin verilməsini təsdiq edən sənəd (etibarnamə) iş materiallarına və elektron kabinetə yerləşdirilməmişdir. Beləliklə də, müəyyən olunur ki, kassasiya şikayəti səlahiyyətsiz şəxs tərəfindən elektron imza ilə imzalanmışdır. Həmçinin müəyyən olunur ki, cavabdeh kassasiya şikayətində işin faktiki hallarına istinad etməklə, maddi hüquq normalarının pozulması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarını, prosessual hüquq normalarının pozulması kimi isə Mülki Prosessual Məcəllənin 217-ci maddəsini qeyd etmiş, həmin normaların dispozisiyalarını köçürmüş, lakin apellyasiya məhkəməsi tərəfindən qeyd olunan normaların pozulmasının hazırki işdə konkret nədə ifadə olmasını, mübahisəyə aidiyyətini göstərməmişdir. Beləliklə, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyinə, kassasiya şikayətini imzalamağa səlahiyyət verən sənədlər əlavə olunmadığından icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Resp ublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(103)-2271/2022 nömrəli qətnaməsindən Ləğv prosesində olan Cavabdeh1 ASC-nin adından verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-5565/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-5565/2022
27.09.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver