Məhkəmə qərarları › İş №2(102)-5566/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5566/2022

14.11.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5566/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ilk, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələbləri üzrə QƏRARİ (Açar sözlər: müqavilə bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilənin etibarsız hesab edilməsi və dəymiş maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı “icarə müqaviləsi bağl amaq vəzifəsinin cavabdehin üzərinə qoyulması və dəymiş maddi zərərin ödənilməsi” barədə ilk, Cavabdeh BOKT "xxxx" QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4011/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı BOKT "xxxx" QSC-nin kassasiya şikayətinə 14 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mülkiyyətçi X4 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən sahəsi 105,3 kv.m. olan qeyri-yaşayış sahəsini (bundan sonra – qeyriyaşayış sahəsi) 03 mart 2020-ci il tarixli icarə müqaviləsi ilə BOKT "xxxx" QSC-yə (bundan sonra “iddiaçı” və ya “QSC”) aylıq icarə haqqı 6395,35 manat razılaşdırılmaqla 5 il müddətinə icarəyə vermişdir. Müqavilə notarial qaydada təsdiq etdirmişdir. Müqavilənin 9cu bəndinə əsasən icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz.

2. Qeyri-yaşayış sahəsi X4 tərəfindən X1, sonra da X3 02 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə qeyri-yaşayış sahəsini Cavabdeh (bundan sonra-cavabdeh) satmışdır. Qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə cavabdehin adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.

3. Cavabdeh tam mülkiyyət hüququ üzrə ona məxsus olan qeyri-yaşayış sahəsini xx.xx.2021-ci il tarixli ilkin icarə müqaviləsi ilə X6 icarəyə verməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ilə cava bdeh və X7 arasında qeyriyaşayış sahəsininın icarəyə verilməsinə dair müqavilə bağlanmış, müqavilə notarial qaydada təsdiq edilmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ərizə ünavanlanmış və iddiaçıdan qeyriyaşayış sahəsini xx.xx.2021-ci il tarixə kimi boşaldaraq təhvil verilməsini tələb etmişdir.

5. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların surətinə əsasən qeyri-yaşayış sahəsi üzərində xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır.

6. QSC-nin Müşahidə Şurasının iclasının 01 dekabr 2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 148 ünvanında yerləşən BKT12/5 saylı icazəli “İnşaatçılar” filialının adı dəyişdirilərək “Yevlax” filialı, ünvanının isə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 148-də yerləşən ünvandan ünvan 3rtəbəsi ünvanına köçürülməsinə dair qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi (tələbin həcminin artıtırlması barədə ərizə) ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək QSC ilə qeyri-yaşayış sahənin icarəsinə dair 03 mart 2020-ci ildə notariat qaydasında təsdiqlənmiş icarə müqaviləsilə eyni şərtlərlə icarə müqaviləsi bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması və QSC-yə dəymiş 164.325,56 manat zərərin cavabdehdən alınıb QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbi belə əsaslandırılıb ki, 2021-ci ilin iyul ayında cavabdde h müraciət edərək, icarə sahəsini aldığını bildirmiş, QSC-dən sahənin boşaldılaraq ona təhvil verilməsini tələb etmişdir. Bundan sonra, dəfələrlə obyektə müdaxilə edilmiş, reklam yazıları cırılmış, qapının üzərinə müəssisənin bağlanmasına dair yazılar yapışdırılmışdır. QSC beş illik müqavilə bağlamaqla həmin obyektə istifadə hüququ əldə etmiş və buna uyğun olaraq kommersiya fəaliyyətini həyata keçirmək üçün təmir işləri görmüş, reklam işləri aparmış, işçilər cəlb etmiş, müəyyən müddət ərzində müştəri kontingenti toplamağa çalışmışdır. QSC təmirə 14.500 manat xərc çəkmiş, 03 mart 2020-ci il tarixdən başlayaraq ilk altı ayı birdəfəlik (33.000 AZN) ödəməklə hər ay 6.395,35 manat icarə haqqı ödəmişdir. Bununla da, təkcə bizneslərini qurmaq üçün bu müddət ərzində 102.325,6 manat icarə haqqı ödə mişlər.

9. Bundan əlavə, həmin filialın fəaliyyəti üçün işçilər götürməklə işçilərlə əmək müqavilələri bağlanmış və onlara ümumilikdə 47.500 manat məbləğində əmək haqqı ödənilmişdir. Lakin həmin işçilərin tam işləməsi mümkün olmamışdır. Belə ki, xx.xx.2021-ci il tarixdən hazırkı iş üzrə cavabdeh oğlunu və digər şəxsləri göndərməklə kobud hərəkətlər etməklə QSC-nin fəaliyyət göstərməsinə, müştərilərini qəbul etməsinə imkan verməmişdir. Buna görə də, həmin obyektdə 2021-ci il noyabr ayınadək qalmış olsalar da, xx.xx.2021-ci il tarixdən hər hansısa bir kommersiya fəaliyyətləri olmamışdır.

10. Eyni zamanda həmin müddət ərzində, eləcə də obyektdən çıxdıqdan sonra 2022-ci ilin fevral ayınadək işçiləri üçün əmək haqqlarını da ödəmişlər. Lakin sonda işçilərlə əmək müqavilələrinə xitam vermək qər arına gəlmişlər.

11. Qanunvericiliyin tələbinə görə alıcı hər hansı bir əşyanı alarkən onun üçüncü şəxslərin yüklülüyündən azad olub-olmamasını bilməlidir, əgər bunu bilərək əşyanı almışsa, o halda həmin riskləri daşımalıdır. Göründüyü kimi, cavabdeh qeyri-yaşayış sahəsini alarkən QSC-yə aid biznesin olduğunu görmüş və açıq-aydın bilmişdir ki, burada başqa bir şəxsin hüquqları, istifadəsi var. Buna baxmayaraq, həmin obyekti satın almış, yuxarda qeyd edilmiş hərəkətləri davam etdirmişdir. Bundan əlavə, cavabdeh qeyriyaşayış sahəsini satın aldıqdan sonra onlara heç bir icarə haqqına dair təklif verməmişdir. Bəlkə artırmış olduğu məbləği onlara təklif etsə idi, həmin təklifi qəbul edib fəaliyyətlərinə davam edəcəkdilər.

12. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 158, 567, 568.1, 5 68.2, 570.1.1, 570.1.2, 572.1, 572.2 və 648.2-ci maddələrinə istinad edilib.

13. Cavabdeh də qarşılıqlı iddia ərizəsi (sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə) verərək, iddiaçı ilə qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçi olmuş X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 55.352,50 manat məbləğində faktiki zərər, 6.000 manat mənəvi zərər, 310 manat hüquqi yardım üçün vəkil xərci, 31 manat dövlət rüsumu və 11,50 manat etibarnamənin təsdiq edilməsi üçün notariat haqqı olmaqla, ümumilikdə 61.325,50 manat məbləğində pulun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində istinad olunan nömrəsiz və seriyasız xx.xx.2020-ci il tarixli icarə müqaviləsi Mülki Məcəlləsinin 146.8-ci maddəsinə zidd olduğundan, reyestrdə qeyd edilmədiyindən və informasiya sisteminə daxil edilmədiyindən etibarsız hesab edilməlidir. Sözügedən obyektin 2 dəfə keçirilmiş alqı-satqısı zamanı Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən qeyri-yaşayış sahəsinin üzərində məhdudiyyət və yüklülüyün qeydiyyata alınmaması göstərilmişdir. Cavabddeh bir mülkiyyətçi olaraq mülkiyyətində olan əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından QSC-nin istəyi ilə məhrum edilmişdir.

15. Qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqi əldə etdikdən sonra cavabdehə məlum olmuşdur ki, X5 ilə QSC arasında bağlanmış icarə müqaviləsi reyestrdə qeydiyyata alınma mış və informasiya sisteminə daxil edilməmişdir, həmçinin həmin icarə müqaviləsinin surətinin təqdim olunmasını qarşı tərəfdən dəfələrlə istəsə də, QSC onu təqdim etməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Bundan sonra, cavabdeh və etibarnamə üzrə nümayəndəsi QSC-nin rəhbərliyinə daşınmaz əmlakın boşaldılması barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq etmiş və sonuncular da boşaldacaqlarına vəd vermişlər və qısa müddətə möhlət istəmişlər. Eyni zamanda məlum olmuşdur ki, həm 1-ci mülkiyyətçi – icarə müqaviləsini bağlamış X4, həm də 2-ci mülkiyyətçi X3 daşınmaz əmlakın satılması, özgəninkiləşdirilməsi ilə bağlı qeyri-yaşayış sahəsinin boşaldılması barədə QSC-nin rəhbərliyini qabaqcadan həm rəsmi, həm də şifahi qaydada xəbərdar etmişlər. Göründüyü kimi, QSC-nin rəhbərliyi icarəçisi olduqlar ı daşınmaz əmlakı boşaltmalı olduqlarını qabaqcadan bilə-bilə cavabdehə və etibarnamə üzrə nümayəndəsinə obyekti ən qısa müddətdə boşaldacaqları barədə yalan vəd verməklə, məhkəmədə iddia qaldırmaq, məhkəmə vasitəsilə vaxtı uzatmaq istəmişlər.

16. Qeyd olunan daşınmaz əmlak xx.xx.2021-ci il tarixdən artıq cavabdehin sahibliyində və istifadəsindədir və bu əsasla da cavabdeh hər ay üçün ƏDV daxil olmadan icarəçi X8 ilə ilkin razılaşma bağlamış, zəmanət olaraq Ü.Xəlilbəyli cavabdehə beh qismində 5000 manat pul vermişdir. Məhz QSC-nin yuxarıda göstərilən qanunsuz hərəkətləri nəticəsində cavabdeh həm almış olduğu behi ikiqat məbləğində qaytarmalıdır, həm də 2021-ci ilin iyul-2022-ci ilin yanvar ayları üçün ƏDV-siz 7500 x 6 =45.000 manat aylıq icarə haqqından məhrum olmuşdur.

17. Qarşılıqlı id diada tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 146.1, 146.8, 152 və 178.1-ci maddələrinə istinad edilib.

18. Cavabdeh ilkin iddia tələbinin həcminin artırılması barədə ərizəyə qarşı yazılı etiraz vermişdir. Etirazın dəlilləri: QSC-nin qeyri-yaşayış sahəsinin 1-ci mülkiyyətçisi ilə bağlanmış icarə müqaviləsinə əsasən hər-hansı xərcin çəkib çəkməməsinin cavabdehə nə hüquqi baxımdan, nə də işgüzar adətlər baxımından heç bir aidiyyəti yoxdur. Belə ki, cavabdeh qeyri-yaşayış sahəsini əldə edərkən qanunvericiliyin bütün tələblərinə riayət etmiş və həmin mülk üzərində heç-bir yüklülük olmamış və barədə üzərinə öhdəlik götürməmişdir; QSC tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin tərtib etdiyi hesabat tamamilə saxtadır. Həmin “hesabatın” 1-ci və sonrakı səhifələrində “ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 105,3 kv.m olan qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərclərinin dəyərinin müəyyən edilməsi barədə” qeydə əsasən əgər, söhbət cavabdehə məxsus obyektdən gedirsə, bu “qapı 10 ünvanı” onun üçün bir yenilikdir. Həmin “hesabatın” 2-ci və sonrakı səhifələrində sözügedən qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərclərinin dəyərinin 14.500 manat təşkil etdiyi göstərilmişdir, bu məbləğin hansı meyarlara və hansı normativ sənədlərə əsaslanması göstərilməmişdir; hesabatın 3-cü səhifəsi üzrə 1.1-ci qrafada QSC-nin müraciəti qeyd edilsə də, lakin müraciətin tarixi, nömrəsi göstərilməmişdir. 1.4-cü bənddə "Qiymətləndirilməsi” aparılan obyektin mülkiyyətçisi QSC göstərilmişdir, bu qrafada yazılanlardan belə məlum olur ki, bu hesabat cavabdehin deyil, məhz QSC-nin mülkiyyətində olan o byektinə aiddir. 1.7-ci bənddə “daxilolma tarixi” və 1.8-ci bənddə "xxxx" qrafalarından belə qənaətə gəlinir ki, QSC bu “Qiymətləndirmə haqqında məlumatın” 1.4-cü bəndinə əsasən mülkiyyətində olan obyektin qymətləndirilməsi üçün xx.xx.2022-ci il tarixdə, həftənin cümə günü "xxxx" MMC-yə müraciət etmiş və nəticəsi 05-06 fevral 2022-ci il tarixlər – şənbə və bazar gününə təsadüf etmiş və bazar ertəsi, yəni xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-yə təhvil verilmişdir; halbuki, nə göstərilən tarixlərdə, nə ondan öncə, nə də ondan sonra heç bir qiymətləndirici cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə gəlməmiş və heç-bir qiymətləndirmə aparılmamışdır. Eyni zamanda, QSC tərəfindən iddia həcminin artırılması barəsində irəli sürdüyü tələblər biri-birinə ziddiyyət təşkil edir. Belə ki, QSC bir tərəfdən icarə müqaviləsi bağlanılmasını tələb edir, digər tərəfdən isə onun biznesinin qurulmasına, inkişaf etdirilməsinə heç bir aidiyyəti olmayan və heç-bir hüquqi öhdəliyi olmayan şəxsdən kompensasiya tələb edir.

19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-190/2022 nömrəli, 03 mart 2022-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. (hakim Kərim Xudayev)

20. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin icarə müqaviləsi bağlamaq vəzifəsinin Cavabdeh üzərinə qoyulması hissəsi ilə bağlı qeyd etmişdir ki, X4 ilə BOKT "xxxx" QSC arasında bağlanmış icarə müqaviləsi notarial qaydada təsdiq edilsə də, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. Əmlaka dair X3 ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanarkən notarius tərəfi ndən daşınmaz əmlakın dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində əldə edilmiş arayışa əsasən qeyri-yaşayış sahəsi üzərində məhdudiyyət və yüklülüyün qeydə alınmadığı müəyyən edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydə əsaslanaraq müqavilə bağlamış və mülkiyyət hüququ əldə etmişdir. Belə olan halda, yeni müqavilənin bağlanması cavabdehin vəzifəsi deyil, hüququdur və onun iradəsinə zidd olaraq üzərinə belə vəzifə qoyula bilməz. Həmçinin BOKT "İnternational” QSC-nin Müşahidə Şurasının iclasının 01 dekabr 2021-ci il tarixli 01/21 nömrəli qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 148 ünvanında yerləşən BKT-12/5 saylı icazəli İnşaatçılar filialının adı dəyişdirilərək Yevlax filialı, ünvanının isə ünvan 5ax ş əhəri, Heydər Əliyev prospekti, bina 24, mənzil 7A, 1-ci giriş qapısı, 1- ci mərtəbəsi ünvanına köçürülməsinə dair qərar qəbul edilmişdir. Bu da artıq yeni müqavilənin bağlanmasının iddiaçı üçün əhəmiyyət kəsb etmədiyini göstərir.

21. Birinci instansiya məhkəməsinin ilkin iddia üzrə iddiaçının pul tələbinə dair iddiasi ilə bağlı mövqeyi belə olmuşdur ki, iddia tələbinin maddi zərərin ödənilməsi hissəsinin əsaslılığı o zaman əhəmiyyət kəsb edə bilərdi ki, tələbin əsas hissəsi təmin edilmiş olsun. Ancaq tələbin əsas hissəsi təmin olunmadığından ondan doğan törəmə tələb də təmin edilə bilməz. Belə ki, icarə müqaviləsi daşınmaz əmlakın dövlət qeydiyyatına alınmamış, cavabdeh isə onun yüklülüyünün olmasına münasibətdə vicdanlı olmuşdur. Bu səbəbdən onun yeni müqavilə bağlamaması iddiaçıya qarşı qanunsuz və təqsirli hərəkət sayıla və üzərinə zərərin ödənilməsi (həmçinin, işçilərə ödənilmiş əmək haqqının və qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərclərin ödənilməsi) öhdəliyi qoyula bilməz.

22. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, QSC-nin həm cavabdehin əmlakı əldə etməmişdən əvvəl işləmiş işçilərə ödənilmiş əmək haqqını, həm də ilkin iddia üzrə cavabdehin onunla yeni müqavilə bağlamaq niyyətinin olmadığı və məhkəmə prosesinin getdiyi dövrdə işə götürülmüş və ya işləyən işçilərə ödədiyi əmək haqqını cavabdehdən tələb etməsi absurddur. Həmçinin, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 9-cu bəndinə əsasən icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməzdi. İddiaçı 14500 manat qeyri-yaşayış sahəsinin təmirinə çək ilmiş xərcləri tələb etsə də, həmin təmir işlərinin nə vaxt, kim tərəfindən aparılması, iddiaçı tərəfindən aparıldığı halda mülkiyyətçinin razılığının olması barədə sübutları da məhkəməyə təqdim etməmişdir.

23. Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində idiaçıya zərər vurulması təsdiq edilmədiyindən ilkin iddia bu hissədə təmin edilməməlidir.

24. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin QSC ilə qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçi olmuş X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı qeyd etmişdir ki, işin hallarından göründüyü kimi, cavabdeh (qarşılıqlı iddiaçı) əqdin daşınmaz əmlakın dövlət qeydiyyatına alınmamasına istinad edərək onun etiba rsızlığını tələb edir. Qeyd edilən müqavilə mülki qanunvericiliyə uyğun olaraq bağlanılmış və notarial qaydada təsdiq edilmişdir. Əqdin qanunvericilikdə müəyyən edilmiş şərtləri pozmaqla bağlanması onun etibarsızlığına səbəb ola bilər. Müqavilənin bağlanması zamanı isə hər hansı pozuntuya yol verilməmişdir. Əqdin daşınmaz əmlakın dövlət qeydiyyatına alınmaması onun etibarsızlığı üçün əsas ola bilməz.

25. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin dəymiş zərərin ödənilməsi ilə bağlı hissəsində mövqeyini belə əsaslandırmışdır ki, QSC-nin qeyri-yaşayış sahəsindən çıxmaq niyyəti olmamasına və xx.xx.2021-ci il tarixdə yeni müqavilə bağlaması öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə müraciət etməsinə baxmayaraq, cavabdeh xx.xx.2021-ci il tarixdə X8 ilə ilkin icarə müqaviləsi v ə xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlamışdır. Bununla da o həmin müqavilə üzrə öhdəliyin icrası ilə bağlı riski öz üzərinə götürmüşdür. Buna görə də, qarşılıqlı iddia tələbi bu hissədə təmin edilə bilməz.

26. Birinci instansiya məhkəməsi cavabdehin 6000 manat məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd etmişdir ki, bu hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkətlər və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin bu hallar hansısa mötəbər sübutlarla təsdiq edilmir. Buna görə də, qarşılıqlı iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi də inandırıcı deyildir.

27. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia tələbi digər hissələrdə təmin edilmədiyindən, hüquqi yardım üçün ödənilmiş pulun tutulması hissəsində də təmin edilə bilməz. Çünki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.1.5, 21.1, 21.2, 139.1, 144.1, 144.3, 148.2, 337.1, 337.2, 337.3, 390.1, 390.3, 1096.1, 1097-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 121.1-ci ma ddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

29. İddiaçı və cavabdeh qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddialarının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

30. İddiaçı və cavabdeh apellyasiya şikayətləri verərək onların iddia ərizələri eyni məzmunda əsaslandırılmışdır.

31. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1 03)-4011/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı BOKT "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi qismən – qarşılıqlı iddianın maddi zərərin əvəzinin ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv olunmuş və göstərilən hissədə yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddianın həmin hissədə qismən təmin edilməsi və dəymiş zərərin əvəzi olaraq 44.767,45 manat pul vəsaitinin BOKT "xxxx" QSCdən alınıb Cavabdeh ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli, Elşən Kazımov)

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ilkin iddia ilə bağlı hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, Mülki Məcəlləyə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (maddə 389.3). Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tu tulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir (maddə 148.2). Bu baxımdan, yeni müqavilənin bağlanması cavabdehin vəzifəsi deyil, hüququdur və onun iradəsinə zidd olaraq üzərinə belə vəzifə qoyula bilməz.

33. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən QSC-nin mübahisəli ünvanı 2022-ci ilin fevral ayınadək artıq tərk etdiyini və həmin ünvanda fəaliyyət göstərən filialın lisenziyasının ləğv olunmaqla artıq fəaliyyət göstərmədiyini də nəzərə almışdır.

34. İlkin iddianın zərərin ödənilməsi hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi mövqeyi ondan ibarət olub ki, Mülki Məcəllənin 21.2, 1096.1 və 1097.1-ci maddələrinin mənasına görə, zərərin vurulub-vurulmamasını müəyyən etmək üçün aşağıdakı halların aydınlaşdırılması və həmin halların eyni vaxtda mövcud olması zəruridir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. İş materialları ilə iddiaçıya dəymiş zərərin məhz cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizlikləri nəticəsində vurulması, habelə iddiaçıya dəymiş zərərlə cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizlikləri arasında hər hansı səbəbli əlaqənin olması, bir sözlə iddiaçıya dəymiş zərərə görə bilavasitə cavabdehin təqsirli olması iş materialları ilə təsdiq olunmur. Nəzərə alınmalıdır ki, səbəbli əlaqə dedikdə-hüq uqa zidd hərəkətlə baş verən zərərli nəticə arasında bilavasitə əlaqənin olması nəzərdə tutulur. Səbəb ya bilavasitə nəticəni doğurur, ya da onun əmələ gəlməsi üçün real imkan yaradır. Eyni zamanda səbəbli əlaqə düzünə və yanakı formada ola bilər. Təqsir isə hüququ pozan şəxsin özünün hüquqa zidd hərəkətlərinə və onların nəticələrinə olan psixi münasibəti başa düşülür. Hər bir davranış aktı iradə ifadəsi olaraq bilinir. Baxılan iş üzrə icarə müqaviləsi daşınmaz əmlakın dövlət qeydiyyatına alınmamış, cavabdeh isə onun yüklülüyünün olmasına münasibətdə vicdanlı olmuşdur. Bu səbəbdən onun yeni müqavilə bağlamaması iddiaçıya qarşı qanunsuz və təqsirli hərəkət sayıla və üzərinə zərərin ödənilməsi (həmçinin, işçilərə ödənilmiş əmək haqqının və qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərclərin ödənilməsi) öhdəliyi qoyula bilməz. Həmçinin iddiaçının əmlakı əldə etməmişdən əvvəl işləmiş işçilərə ödənilmiş əmək haqqını həm də cavabdehin onunla yeni müqavilə bağlamaq niyyətinin olmadığı və məhkəmə prosesinin getdiyi dövrdə işə götürülmüş və ya işləyən işçilərə ödədiyi əmək haqqını cavabdehdən tələb etməsi absurddur.

35. Həmçinin xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 9-cu bəndinə əsasən icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. İddiaçı 14500 manat qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərcləri tələb etsə də, həmin təmir işlərinin nə vaxt, kim tərəfindən aparılması, iddiaçı tərəfindən aparıldığı halda mülkiyyətçinin razılığının olması barədə sübutları da məhkəməyə təqdim etməmişdir.

36. Qarşılıqlı iddia tələbinə mün asibətdə apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, qarşılıqlı iddia tələbi 3 hissədən – icarə müqaviləsinin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin ödənilməsindən ibarətdir. İcarə müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı tələbə gəldikdə, icarə müqaviləsi mülki qanunvericiliyə uyğun olaraq bağlanılmış və notarial qaydada təsdiq edilmişdir. Əqdin qanunvericilikdə müəyən edilmiş şərtləri pozmaqla bağlanması onun etibarsızlığına əbəb ola bilər. Müqavilənin bağlanması zamanı isə hər hansı pozuntuya yol verilməmişdir. Əqdin daşınmaz əmlakın dövlət qeydiyyatına alınmaması onun etibarsızlığı üçün əsas ola bilməz. Mülki Məcəllə nəzərdə tutur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiy yətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3). Bu mənada birinci instansiya məhkəməsi icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbini rədd etməkdə haqlı olmuşdur.

37. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianı maddi zərərin əvəzinin ödənilməsi hissəsində qismən əsaslı saymış və göstərmişdir ki, mübahisəsiz haldır ki, mübahisəli sahə icarə müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdən cavabdehin sahibliyi və istifadəsində olmasına baxmayaraq, iddiaçının qeyri-yaşayış sahəsini boşaltmaması səbəbindən cavabdeh aylıq icarə haqqından məhrum olmuşdur. Yəni, iddiaçının qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində cavabdehin bir mülkiyyətçi kimi zərərə məruz qald ığı müəyyən edilir. xx.xx.2020-ci il tarixli icarə müqaviləsində aylıq icarə haqqı 6395,35 manat nəzərdə tutulmuşdur. İşdən göründüyü kimi, cavabdeh xx.xx.2021-ci il tarixdən mübahisəli sahənin mülkiyyətçisidir və o, bu barədə dərhal QSC-yə məlumat vermişdir. Lakin QSC 2022-ci ilin fevral ayına qədər həmin qeyri-yaşayış sahəsindən istifadə etmiş, faydalanmış, lakin icarə haqqı ödəməmişdir. QSC mübahisəli sahəni 2022-ci ilin fevral ayında tərk etmişdir. xx.xx.2021-ci ildən 2022-ci ilin fevral ayına qədər olan müddət isə 7 (yeddi) ay təşkil edir. Yəni, iddiaçının mübahisəli obyektdə qaldığı, mülkiyyətçinin razılığı olmadan və icarə haqqı ödənilmədən istifadə etdiyi müddət 7 ay müəyyən edilir. Belə olan halda, 2021ci ilin iyul-2022-ci ilin yanvar ayları üçün (6395,35 manat x 7ay) 44767,45 m anat zərərin əvəzi iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.

38. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdehin məruz qaldığı real zərər yalnız bu hissədə (44767,45 manat) ola bilər. Cavabdehin sonradan üçüncü şəxslə müqavilə bağlaması, beh alması, yaxud icarə haqqının məbləğini yenidən müəyyən etməsi onun məruz qaldığı zərərin əvəzinin ödənilməsi zamanı əsas və mötəbər sübut kimi qəbul edilə və nəzərə alına bilməz.

39. Qarşılıqlı iddianın mənəvi zərər tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, cavabdehin fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların iddiaçının qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkətlər və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müə yyən edilmir. Bu baxımdan, iddia həmin hissədə düzgün olaraq rədd edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta bi rmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

41. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlib ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri maddi zərərin əvəzinin ödənilməsi tələbinin rədd olunması hissəsində işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə həmin hissədə ləğv olunmalı və i ddia tələbi təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti belə əsaslandırılıb: cavabdeh qeyri-yaşayış sahəsi barədə məlumatlı idi və kirayə müqaviləsi bağladığı şəxsə vaxtında məlumat verməməsi ilə əlaqədar beh verənin düşdüyü zərər üçün şəxsən özü məsuliyyət daşıyır; məhkəmə QSC-nin qeyri-yaşayış sahəsindən məcburi çıxarılmasına görə zərər çəkməsini nəzərə almamışdır; cavabdeh qeyri-yaşayış sahəsini alarkən orada icarədar olduğunu bildirdi; Mülki Məcəllənin 144-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reysteri obyektlərinə dair sərən cam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir və bu zaman notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququq çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada daşınmaz əmlakın dövlət reysteri xidmətinə göndərməlidir; QSC-nin qeyri-yaşayış sahəsindən çıxmaq niyyəti olmamışdır və xx.xx.2021-ci ildə yeni icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq cavabdeh xx.xx.2021-ci ildə X8 ilə ilkin icarə müqaviləsi, xx.xx.2021-ci ildə isə icarə müqaviləsi bağlamışdır. Bunun la da, həmin müqavilə üzrə öhdəliyin icrası üzrə riski öz üzərinə götürmüşdür. b)

44. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzi fəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 144.3. Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlak a başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Prosessual Məcəllə Maddə 14.2. Məh kəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, ya xud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozunt u düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

46. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

47. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Apellyasiya instansiyası məhkəməsi iddia və qarşılıqlı iddia tələbləri, eləcə də apellyasiya şikayətləri üzrə düzgün nəticəyə gəlib.

50. Məhkəmə kolle giyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3241-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

51. Məhkəmə kollegiyası xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə riski öz üzərinə götürməsi kassasiya şikayətinin dəlilini əsassız sayır. Belə ki, qarşılıqlı iddia üzrə maddi zərər həmin müqavilələr üzrə tutulmayıb. Bunu apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində əsaslandırıb. (bax: 37-38-ci bəndlər)

52. Kassasiya şikayətinin digər dəlilləri isə işin faktiki halları ilə bağlıqdır, həmin dəlillərə işə mahiyyəti üzrə baxan məhkəmələr, o cümlədən apellyasiya məhkəməsi tərəfi ndən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin dəlillərlə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur.

53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı BOKT "xxxx" QSC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelly asiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4011/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar