Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5572/2019 05.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şadiyev Ənvər Əhməd oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.03.2019-cu il tarixli, 2(103)2645/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Qocalı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Z.Sadiqov) 30.11.2018-ci il tarixli, 2(010)-6007/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Qocalı Cavabdeh1 qarşı qızıl-zinyət əşyalarının qaytarılması tələbinə dair iddiası təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 700 (yeddi yüz) manat dəyərində 750 əyarlı bir ədəd beş qaşlı ağ qızıl həri üzüyü, 950 (doqquz yüz əlli) manat dəyərində 750 əyarlı bir ədəd tək qaşlı ağ qızıl nişan üzüyü, 560 (beş yüz altmış) manat dəyərində 750 əyarlı bir ədəd sarı qızıl qolbağ, 5500 (beş min beş yüz) manat dəyərində 750 əyarlı qızıl kolye, qolbağ, üzük və sırğalardan ibarət brilyant qaşlı ağ qızıl dəsti və bir ədəd beş gül naxışlı 583 əyarlı sarı qızıl üzük və ya həmin əşyalar olmadığı halda onların dəyərinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının (hakimlər İ.Kərimli, X.Cəmilova, İ.Xəlilov) 12.03.2019-cu il tarixli, 2(103)-2645/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Qocalı Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(010)-6007/2018 saylı qətnaməsinin dəyişdirilməsi, iddia tələbinin qismən təmin edilməsi və cavabdehlər Cavabdeh2 və Qocalı Cavabdeh1 müştərək qaydada 650 manat dəyərində 750 əyarlı bir ədəd beş qaşlı qızıl həri üzüyü, 470 manat dəyərində 585 əyarlı bir ədəd beş gül naxışlı qızıl üzük, 650 manat dəyərində 750 əyarlı bir ədəd tək brilyant qaşlı qızıl nişan üzüyü, 700 manat dəyərində 750 əyarlı bir ədəd qızıl qolbağ, 750 əyarlı brilyant qarnitur dəsti: 1980 manat dəyərində qızıl kolye klonla birgə, 990 manat dəyərində qol bağ, 690 manat dəyərində üzük, 640 manat dəyərində 1 cüt sırğa olmaqla, cəmi 6770 manat dəyərində qızıl -zinyət əşyalarının və ya həmin əşyalar olmadığı halda onların dəyərinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 50 manat pul məbləğinin əvəzinin alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2 və Qocalı Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.03.2019-cu il tarixli, 2(103)-2645/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Qocalı Cavabdeh1 qarşı qızıl-zinyət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ona məxsus olan 700 manat dəyərində b ir ədəd beş brilyant qaşlı 750 əyarlı ağ qızıl üzük, bir ədəd 5 gül naxışlı üzük, 950 manat dəyərində olan bir ədəd tək qaşlı qızıl nişan üzüyü, 560 manat dəyərində bir ədəd qızıl qolbağ, 5500 manat dəyərində qızıl kolye, qolbağ, üzük və sırğadan ibarət brilyant qaşlı qızıl dəsti olmaqla, həmin qızıl -zinyət əşyalarının və ya onların dəyərinin cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehlər Cavabdeh2, Qocalı Cavabdeh1 və onların vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halla r araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.03.2019-cu il tarixli, 2(103)-2645/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı, cavabdehlər Cavabdeh2 və Qocalı Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkü n hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin hallarını araşdıran apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən qızıl-zinyət əşyalarının qiymətlərinin müəyyən edilməsi üçün mütəxəssis rəyi alınmamışdır. Hazırkı icraat zamanı cavabdeh tərəfindən mübahisələndirildiyi üçün iddiaçının öz təşəbbüsü ilə alınmış mütəxəssis rəyi ilə qızılzinyət əşyalarının dəyəri müəyyən edilmişdir. Həmin məbləğlər iddia tələbinin həcmindən kənara çıxmamaq şərtilə nəzərə alınmalıdır. Odur ki, apellyasiya kollegiyası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(010)-6007/2018 saylı qətnaməsinin dəyişdirilməsi qənaətinə gəlmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassator kassasiya şikayətində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmadığını, sübutlara düzgün hüquqi qiymət verilmədiyini bildirsə də, bu hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh2 və Qocalı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzr ə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.03.2019-cu il tarixli, 2(103)-2645/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5572/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5572/2019
05.08.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver