Məhkəmə qərarları › İş №2(102)-558/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-558/2021

01.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-558/2021 01.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh X8 və İddiaçı qarşı, İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə; cehiz əşyalarının məcburi qaydada çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı Cavabdeh vəkili X2, cavabdeh İddiaçı vəkili Vəkil iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1598/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh X8 qarşı evə köçürülmə tələbi, İddiaçı Cavabdeh qarşı cehiz əşyaların məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı Cavabdeh razılığı ilə İddiaçı qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə cavabdeh kimi mülki işə cəlb olunmuşdur. Birinci instansiya məhkəməsi, icraatında olan mülki işlərin eyni növlü həmçinin, tərəflərin olmasını nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən həmin mülki işləri birlikdə baxılmaq üçün bir icraatda birləşdirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh X8 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı övladları xx.xx.2014-cü il tarixdə anadan olmuş X12 və xx xxxx 2015-ci ildə anadan olmuş X14 il birlikdə Kürdəmir rayon Çöl-Qubalı kəndində yerləşən cavabdeh X5 evinə məcburi qaydada köçürülməsi və həmin evdən istifadə hüquqlarının tanınmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X13 ilə evlənib ailə qurmuşdur. Nikahları xx.xx.2015-ci ildə rəsmi qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Nadir və xx.xx.2015-ci il tarixdə Uğur adlı iki uşaqları olmuşdur. Onlar 5 il bir yerdə yaşadıqdan sonra ailə münasibətləri pisləşmiş, Kürdəmir rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən nika hları pozulmuş və uşaqların onun yanında qalması qət edilmişdir. Hazırda uşaqları ilə birlikdə o valideynlərinin himayəsində Kürdəmir rayon Çöl-Qubalı kəndində yaşayırlar. Valideynlərinin evi darısqal olduğundan yaşamağa çətinlik çəkirlər. Eyni zamanda qeyd edir ki, cehiz əşyalarının hamısı X5 Kürdəmir rayon Çöl-Qubalı kəndində yerləşən evdə qalmışdır. İddiaçı Cavabdeh qarşı cehiz əşyaların məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus və onun mülkiyyətində olan Kürdəmir rayon Çöl-Qubalı kəndində yerləşən fərdi yaşayış evində olan 1 ədəd yataq dəsti, 1 dəst qorki mebel dəsti, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd taxt, 1 ədəd stol, 4 ədəd stul, 1 ədəd televizor, 1 ədəd televizor altlığı, 1 ədəd soyuducu, 3 ədəd xalça, 3 metr darojka, 1 ədəd duxoka, 1 ədəd ət çəkən maşın, 4 dəst yorğan, 4 ədəd döşək, 8 ədəd balış, 6 ədəd döşəkcə, 1 ədəd güldan, 7 ədəd qazan, 3 ədəd tava, 2 ədəd qəfədan, 1 ədəd nahar dəsti, 1 ədəd çaynik, 6 ədəd bakal, 6 ədəd sumka, 1 ədəd divar saatı, 1 ədəd ütü altlığı, 1 ədəd ütü, 2 ədəd vaz, 1 ədəd qaşıq çamadanı, 1 ədəd çaynik, 6 ədəd bakal, 4 ədəd sok bakallarından ibarət əmlakların fərdi yaşayış evindən çıxarılaraq cavabdehə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddba tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon Çöl-Qubalı kəndində özünə məxsus 2 otaqlı fərdi yaşayış evi vardır. X3 Cavabdeh ilə el adəti üzrə evlənib ailə qurduqdan sonra atasının evində yaşmağa imkan olmadığı üçün valideynlərinin məsləhəti ilə özünə məxsus 2 otaqlı evdə müvəqqət yaşamağa razılıq vermişdir. Bundan sonra Elşən arvadı ilə birlikdə onun evində yaşamağa başlamışlar. Gətirilmiş cehiz əşyaları həmin evdə yerləşdirilmişdir. Sonradan onlar arasında münasibətlər pozulmuş və nikahları pozulmuşdur. Cavabdeh hazırda valideynlərinə məxsus olan evdə yaşayır. Cavabdehin öz valideynlərinə məxsus evində yaşamasına baxmayaraq evinə yığdığı cehiz əşyalarını götürməmişdir. Cehiz əşyalarının çıxması mülkiyyətinə olan fərdi yaşayış evindən istədiyi kimi istifadə etməsinə maneçilik törədir. Kürdəmir rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Bayramov, iş № 2(041)-1236/20219) ilk iddia tələbi qismən təmin edilmiş, Cavabdeh azyaşlı uşaqları ilə birlikdə İddiaçı məxsus Kürdəmir rayonunun Çöl-ərəb kəndində yerləşən fərdi yaşayış evinə məcburi qaydada köçürülməsi qət edilmi ş, iddia qalan hissədə və İddiaçı Cavabdeh qarşı cehiz əşyaların məcburi qaydada çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X15 Həsənovla 2013-cü ildə ailə həyatı qurub və İddiaçı məxsus Kürdəmir rayonunun Çöl-ərəb kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçüb. Gəlin köçərkən valideynləri tərəfindən ona verilmiş cehiz əşyalarını da həmin evə gətirib. İddiaçı məxsus evdə yaşadıqları müddətdə Cavabdeh ilə Elşən Həsənovun iki azyaşlı uşaqları anadan olub. Cavabdeh mübahisəli evə həmin vaxt evin faktiki sahibi, hazırda isə ona məxsus olan İddiaçı razılığı ilə heç bir qeyd-şərtsiz köçüb və orada yaşayıb. Həmçinin müəyyən etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınmayıb. Birinci i nstansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Cavabdeh mübahisəli evə Elşən Həsənovla ailə qurduqdan sonra orada yaşayan cavabdehlərin razılığı ilə, heç bir qeyd şərt göstərilmədən köçürülüb və qeydiyyata alınıb, 2013-cı ildən 2019-cı ilin əvvəllərinə kimi, 6 ilə yaxın cavabdehlərlə birlikdə həmin evdə ailə üzvü kimi yaşayıb, birgə təsərrüfat aparıb, onun uşaqları həmin evdə yaşadığı müddətdə, orada anadan olublar. O, cavabdehlərin tələbi və təkidi ilə uşaqları ilə birlikdə 2019-ci ilin ortalarında mübahisəli evdən çıxıb atasının evinə qayıtmağa məcbur olub, sonradan bir neçə dəfə həmin evə qayıtmaq istəsə də sonuncular buna imkan verməyiblər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da cavabdehlərə mə xsusdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı Cavabdeh və azyaşlı uşaqlarının mübahisəli fərdi yaşayış evində yaşamaq hüquqları var və onların bu hüquqları qorunmalıdır. Həmçinin birinci instansiya məhkəməsi Cavabdeh qarşı cehiz əşyaların çıxarılması tələbinə dair qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, o, mübahisəli evdən yaşamaq hüququ əldə etmiş və bu səbəbdən əmlakların çıxarılması yolverilən deyildir. Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Kərimov (sədrlik edən və məruzəçi), Z.Babayev və N.Mirzəyev, iş № 2(106)-1598/2020) birinci iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2 (041)1236/2019 saylı qətnaməsi birinci iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh cehiz əşyalarının mübahisəli evdən çıxarılmasına diar iddiasının təmin olunmaması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Cavabdeh X3 ilə ailə qurduqdan sonra onun istifadəsində olan və Kürdəmir rayonunun Çöl-ərəb kəndində yerləşən fərdi yaşayış evinə köçüb daimi yaşamasına razı olmuşdur. İddiaçı Cavabdeh və X3na onun istifadəsində olan evdə müvəqqəti yaşamalarına icazə verməsini bildirsədə o, bu halı təsdiq edən sübütları məhkəmə kollegiyasına təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsi birinc ı iddiaçı Cavabdeh İddiaçı istifadəsində olan mübahisəli fərdi yaşayış evinə köçürülməsininin hüquqi cəhətdən əsaslı olmasını nəzərə alaraq ikinci iddia üzrə İddiaçı Cavabdeh əmlaklarının onun istifadəsində olan fərdi yaşayış evindən çıxarılmasına dair iddiasının təmin olunmasını mümkün hesab etməməsi səbəbindən İddiaçı apelyasiya şikayətinin təmin olunmasını mümkün hesab etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)1598/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Kasasiya şikayətində göstərilmişdir ki, apelyasiya intansiyası məhkəməsi Mənzil Məcəlləsinin 68.1 və 68.2-ci maddələrini tətbiq etməklə maddi hüquq nomalarının tətbiqində səhvə yol vermişdir. Maddənin məzmunundan aydın olur ki, bu müddəa sosial kirayə müqaviləsi əsasında mənzildə yaşayan şəxslər və onların ailə üzvləri arasındakı münasibətlərə aiddir. Hazırkı işdə isə hər hansı sosial kirayə müqaviləsindən söhbət gedə bilməz. Belə olan halda bu münasibətlərə Mənzil Məcəlləsinin müvafiq maddələrinin nə birbaşa, nə də analogiya üzrə tətbiq edilməsi mümkün deyildir. Bununla yanaşı qeyd edilməlidir ki, evə köçürülmə tələbini o şəxs irəli sürə bilər ki, onun həmin evdə mülkiyyət və ya istifadə hüququ olsun. İstifadə hüququnun yaranması əsasları isə qan unvericilikdə açıq olaraq göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh İddiaçı vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1598/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı Cavabdeh vəkili X4 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yo l verməmişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1598/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ bəndinə əsasən İnsan və Vətəndaş Hüquqlarının və Azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. 43-cü maddəsinin İ bəndinə görə isə heç kəs yaşadığı mənzildən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1 -ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaş ayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci və 27.3-cü maddələrinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 180.1-ci və 180.2-ci maddələrinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almada n və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2-ci maddəsinə əsasən isə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 69.1-ci maddəsinə əsasən kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. 69.2-ci maddəsinə əsasən isə kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. İstinad edilən Məcəllənin 69.3. Vətəndaşların kirayəçinin ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsində kirayəçinin yeni ailə üzvünün qeyd olunması zəruriliyi hissəsində dəyişikliyə səbəb olur. Azərbay can Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə topla nmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı insta nsiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və o, qətnamənin tam ləğv olunmaısnı xahiş edir. Bu səbəbdən kassasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin İddiaçı kassasiya şikayətinə münasibətdə yoxlanması təşkil edir. Kass asiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası hesab edir ki, apellyasiya instasiyası məhkəməsi tərəfindən X6 apelyasiya şikayətinə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İlk olaraq qeyd edilməlidir ki, apellyasiya və kassasiya şikayətində göstərilmişdir ki, ev İddiaçı məxsusdur, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı 2013-cü ildə həmin evdə gəlin köçməsi ilə bağlı yaşamağa başlamış və həyat yoldaşı ilə münasibətləri pozulduqdan sonra iddiaçı Cavabdeh uşaqları ilə birlikdə 2019-cu ilin ortalarında evi tərk etmişdir. O, hazırda valideynlərinə məxsus olan evdə yaşayır. İşin halları ilə müəyyən olunur ki, birinci halda Kürdəmir rayon Ərəbqubalı kənd inzibati ərazi nümayəndəsi tərəfindən verilmiş xx.xx.2019-c u ildə verilən arayışda İddiaçı həmin kənd inzibati ərazi nümayəndəliyi üzrə 6 saylı təsərrüfatbaşına kitabın 87-ci səhifəsində 0,06, torpaq sahəsində 2 otaqdan ibarət sahəsi 20 kv.m yaşayış evinin, ikinci halda isə xx.xx.2019-cu ildə verilən arayışla İddiaçı həmin kənd inzibati ərazi nümayəndəliyi üzrə 6 saylı təsərrüfatbaşına kitabın 87-ci səhifəsinə əsasən 0,06 torpaq sahəsində 3 otaqdan ibarət sahəsi 48 kv.m yaşayış evinin olması qeyd edilir. İşdə olan xx.xx.2019-cu il tarixli arayışla isə Cavabdeh və X1 rayon Çölqubalı kəndində özlərinə məxsus olan evdə yaşamaları qeyd olunur. Belə olan halda müəyyən edilmir ki, tərəflərin yaşadığı ev İddiaçı göstərdiyi kimi ona məxsus olan və ya Lamiyyə Zeynalovanın iddia etdiyi və köçürülməsini tələb etdiyi ev eyni evdir. Bu halda apellyasiya instan siya məhkəməsi işdə olan həmin ziddiyyətlərin aydınlaşdırılması və dəlillərin qiymətləndirilməsi üçün müvafiq araşdırmaları tam və hərtərəfli aparmalı, Cavabdeh köçmək istədiyi evin həyat yoldaşına məxsus olan ev olması və ya İddiaçı özünə məxsus olmasını iddia etdiyi evlə eynilik təşkil etməsi, İddiaçı həmin kənd ərazisində neçə evə malik olması, verilmiş arayışlardakı uyğunsuzluqların (evin otaqlarının sayı və ölçüsü), həmin evin yaxşılaşdırılması ilə bağlı Cavabdeh həyat yoldaşı ilə yaşadıqları müddətdə hər hansı təmir-tikinti işlərinin aparılıb-aparılmaması müəyyən edilməlidir. Göstərilən faktların müəyyən olunmasından asılı olaraq məhkəmələr faktiki olaraq iddiaçının evə köçürülməsi ilə bağlı nəticəyə gələrkən iddiaçının mübahisəli evlə hər hansı bağlılığının qalıb-qalmaması, onun y aşamaq daimi yaşayış yerinin olub-olmaması, cavabdehlərlə birlikdə yaşayan zaman mübahisəli evdə əsaslı təmir işlərinin aparılması və həqiqətən mübahisəli evə ehtiyacının olub-olmaması yoxlanmalıdır. İddiaçının mübahisəli evdə cavabdehlə müəyyən müddət yaşaması faktına istinad edilərək, bu faktın evə köçürülməsi üçün yetərli əsas olması ilə bağlı apellyasiya instansiya məhkəməsinin nəticəsi ilə tam olaraq razılaşmaq mümkünsüzdür. Bu nəticə ilə bağlı məhkəmənin mövqeyi o zaman əsaslı hesab edilə bilər ki, apellyasiya instansiya məhkəməsi Cavabdeh iddia tələbində olan dəlilləri və digər iddia üzrə İddiaçı apellyasiya şikayətində göstərilən dəlillərini araşdırsın və qarşılıqlı olaraq qiymətləndirsin. Bununla yanaşı qeyd edilməlidir ki, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin t ətbiq etdiyi maddi hüquq normaları ilə bağlı mövqeyi ziddiyyətlidir. İlkin olaraq məhkəmə evin özbaşına tikili və ya hüquqi qeydiyyata alınmayan ev olmasını müəyyən etməli və bundan sonra müəyyən etdiyi münasibətlərə tətbiq edilməli olan normalarını müəyyənləşdirməlidir. Hazırkı işin halları baxımından məhkəmənin istinad etdiyi maddi hüquq normaların hazırkı işə hansı aidiyyətinin olmasını müəyyən etmək mümkünsüzdür. Özbaşına tikili MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Lakin müvafiq torpaq ayırma sənədləri əsasında inşa edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verən sənədlərdən birinə malik olan evlər isə həmin reyestrdə qeydə alınmasa da, onların sahiblərinin “gözlənilən mülkiyyət” hüquq vardır və onlar özbaşına tikili sayıla bilməzlər. Qeyd edilməlidir ki, mübahisə predmetini təşkil edən evin hüququ statusunun müəyyən edilməsi, həmin evə dair hansı sənədlərin mövcudluğu araşdırılmalı və yalnız bundan sonra müvafiq münasibətləri tənzimləyən hüquq norması olmazsa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki və ya mənzil qanunvericilik normaları mübahisəyə tətbiq edilə bilər. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məc musunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübut un qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələrə aydınlıq gətirilməli, ziddiyətəli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli qərarı ) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X10rşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” xx xxxx 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onları bu hüquqdan məhrum etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, apellyasiya şiykatəinin dəlillərinin aydınlaşdırlması üçün heç bir cəhd göstərməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Odur ki, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməldir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldı rmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, dəlillərə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88, 217.4-cü -ci maddələrinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1598/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar