Məhkəmə qərarları › İş №2(102)-5586/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-5586/2020

05.10.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5586/2020 05.10.2020 ALİ MƏHKƏMƏ İşin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin X5 nömrəli, 03 sentyabr 2020-ci il tarixli qərardadından Cavabdeh1 MMC-nin nümayəndəsi X5 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə, Cavabdeh3, Cavabdeh4 Möhübbət oğluna, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 oğluna, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 qarşı “kredit məbləğinin geri qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakların boşaldılması tələ bi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi X5 məhkəməyə vəsatət təqdim edərək, mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli, X5 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh1 MMC-nin nümayəndəsi X5 tərəfindən verilmiş şikayət Nərimanov Rayon Məhkəməsinin 15.09.2020-ci il tarixli, qərardadı ilə təmin edilməyərək, şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Hesab edirəm ki, işin icraata qəbul olunmasından imtina edilməli və iş şikayətlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, iş materiall arından müəyyən olunur ki, şikayət vəkil tərəfindən imzalanmamış və vəkil orderi şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 403-1.4-cü maddəsinə əsasən şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instan siyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi əlavə olunmalıdır. Bu səbəbdən hesab edirəm ki, Cavabdeh1 MMC-nin nümayəndəsi X5 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.4cü maddəsinin tələbləri pozulmaqla verildiyindən kassas iya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət onun geri qaytarılması məsələsinin həlli üçün Bakı şəhəri Nərimanov RayonMəhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407.4 və 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli qərardadından Cavabdeh1 MMC-nin nümayəndəsi X5 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin. Şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar