Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5591/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeha oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5591/21 (Açar sözlər: əmlak bölgüsü, mənzildən istifadə hüququna xitam verilməsi) Bakı şəhəri, 12 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeha oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1282/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətn aməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeha oğluna qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeha oğlundan ona məxsus 480 manat dəyərində 8 qramlıq nişan üzüyünün, 480 manat dəyərində hər biri 4 qramlıq 2 ədəd qızıl üzüyün, 960 manat dəyərində 12 qramlıq üzüksırğa dəstinin, 1800 manat dəyərində 32 qramlıq boyunbağının və 1080 manat dəyərində 18 qramlıq qolbaqdan ibarət, cəmi 4800 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin, həmçinin nikahda olduqları dövrdə inşa etdirdikləri evin dəyərinin yarısı olan 31250 manat pulun, cəmi 36050 manat pulun alınıb ona verilməsi barəd ə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeha oğlu ilə 2005-ci ilin sentyabr ayında el adəti ilə toy edərək ailə həyatı qurmuş, rəsmi nikahlarını isə 19 oktyabr 2005-ci il tarixdə Masallı rayon İHB-nin Güllütəpə ərazi nümayəndəliyində bağlamışlar. Cavabdeh tərəfindən toy hədiyyəsi olaraq ona 480 manat dəyərində 8 qramlıq nişan üzüyü, 480 manat dəyərində hər biri 4 qramlıq 2 ədəd qızıl üzük, B50 manat dəyərində 12 qramlıq üzük-sırğa dəsti, 1800 manat dəyərində 32 qramlıq boyunbağı və 1080 manat dəyərində 18 qramlıq qolbaqdan ibarət cəmi 4800 manat dəyərində qzıl-zinyət əşyaları verilmişdir. Cavabdehla təxminən 2010-cu ildə E kəndində fərdi yaşayış evi inşa edərək ora köçmüşlər. Evin inşasına anası böyük köməklik etmiş, öz heyvanlarını satmış, adına bankdan kredit götürmüş, həmin vəsaitləri cavabdehlə onun yaşamaqları üçün evin tikintisinə sərf etmişdir. Bütün əşyalarını həmin evə yerləşdirib bir müddət orada yaşasalar da, sonradan ayrılmalı olmuşlar, hazırda nikahları pozulmasa da, faktiki olaraq ayrı yaşayırlar. Birgə nikah dövründə inşa edilmiş ev cavabdehin istifadəsində qalmasına baxmayaraq, həmin evin tikintisi ilə bağlı çəkdikləri xərcə görə ona heç nə vermir. Həmçinin ayrıldıqları zaman cavabdeh qızıl-zinət əşyalarını ondan almışdır. Nəticədə isə həm qızıllarından ibarət əmlakından, həm da birgə yaşadıqları zaman qazandıqları vəsait hesabına tikilmiş evdəki payından məhrum olmuşdur. Tələb etdiyi qızıl-zinət əşyaları ona toy hədiy yəsi kimi verildiyindən ayrıca mülkiyyəti hesab edilir. Fərdi yaşayış evi isə cavabdehlə birgə nikah dövründə əldə edildiyindən həmin ev ümumi birgə mülkiyyət hesab edilir. Ayrıldıqları zaman həmin ev aralarında bərabər bölünməli idi. Lakin cavabdeh nə qeyd olunan evdən ona çatan hissəni ona verməmiş, nə də onun dəyərini ödəməmişdir. Masallı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 iyul 2019-cu il tarixli, 2(050)-1690/2019 saylı qərardadı ilə (hakim Habil Bəhmənov) iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 14.01.2020-ci il tarixli rəyinə əsasən, E kəndində İddiaçı və Cavabdeha oğluna məxsus 1 mərtəbəli, 4 otaqlı, 105.3 kv.m. ümumi və 85.02 kv.m yaşayış sahəsindən ibarət olan f ərdi yaşayış evinin hazırki vaxta olan orta bazar qiyməti 12000 manat təşkil edir. Birinci instansiya məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(050)-68/2020 saylı qərardadı ilə (hakim Habil Bəhmənov) iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 31.08.2020-ci il tarixli rəyinə əsasən, cavabdeh İddiaçı məxsus E kəndində 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 31.08.2020-ci il tarixinə olan orta bazar qiyməti 20000, likvid dəyəri 17000 manat müəyyən edilir. Birinci instansiya məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(050)-68/2020 saylı qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddia tələbi qismən təmin edilərək, Cavabdeha oğlundan 970 manat dəyərində 583 əyarlı, 12 qramlıq boyunbağının, 6 60 manat dəyərində 583 əyarlı, 8 qramlıq qolbağın, 350 manat dəyərində 583 əyarlı, 4 qramlıq nişan üzüyünün, 720 manat dəyərində 583 əyarlı, 8 qramlıq üzük-sırğa komplekt dəstinin və ya olmayan əmlakın dəyərinin, E kəndində inşa edilmiş 1 mərtəbəli, 4 otaqlı, 105.3 kv.m. ümumi və 85.02 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin dəyərinə görə 8500 manatın, o cümlədən dövlət rüsumuna görə ödənilmiş 15 manatın alınaraq İddiaçı verilməsi, Cavabdeha oğlundan və İddiaçı müştərək qaydada əmlakın qiymətləndirilməsi üçün mütəxəsis rəylərinə görə 300 manatın "xxxx" MMC-nin, 100 manatın "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının tələb etdiyi qızıl-ziynət əşyaları 2 ədəd 480 manat dəyəri ndə üzüklər istisna olmaqla, digər qızılzinət əşyalarının predmeti və sayı cavabdehin izahatı ilə öz təsdiqini tapsa da, onların çəkisi və qiyməti barədə məhkəməyə sübut təqdim etməmiş, bu səbəblə də məhkəmə cavabdehin qeyd etdiyi sayda və çəkidə qızıl-zinət əşyalarının iddiaçıya toy hədiyyəsi olunmasını əsaslı hesab etmişdir. İddiaçı qızıl-ziynət əşyalarının evdən çıxarkən cavabdehdə qalmasını qeyd etmiş, öz razılığı ilə satılması barədə cavabdehin izahatını yalan olmasını bildirmiş, cavabdeh isə onların ümumilikdə 1200 manata iddiaçının razılığı ilə müalicə xərclərinə satmasını bildirmiş, lakin o, qızılların həqiqətən satılmasını sübut edən mötəbər və təkzibolunmaz sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə sübutların yetərliliyi baxımından hesab edir ki, 970 manat dəyəri ndə 583 əyarlı, 12 qramlıq boyunbağı, 660 manat dəyərində 583 əyarlı, 8 qramlıq qolbaq, 350 manat dəyərində 583 əyarlı, 4 qramlıq nişan üzüyü, 720 manat dəyərində 583 əyarlı, 8 qramlıq üzük-sırğa komplekt dəsti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə onların dəyərini müzakirə edərək qeyd edir ki, göstərilən qızıl-zinət əşyalarının dəyəri mütəxəssis rəyinə uyğun qeyd olunmalıdır. Bundan başqa birgə nikah dövründə E kəndində 1 mərtəbəli, 4 otaqlı, 105,3 kv.m ümumi və 85,02 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin inşa edilməsi öz təsdiqini tapmışdır. Evin dəyəri barədə bir neçə qiymətləndirmə rəyi verilsə də, məhkəmə "xxxx" MMC-nin 31 avqust 2020-ci il tarixli qiymətləndirmə barədə mütəxəssis rəyini həqiqətə uyğun hesab etmiş və evin real satış dəyərini likvid qi ymətinə uyğun 17000 manat olmasını nəzərə almaqla, belə qənaətə gəlmişdir ki, evin dəyəri tərəflərin birgə mülkiyyətləri hesab olunmalıdır. Evin faktiki olaraq cavabdehin sahiblik və istifadəsində olması, işin hallarına görə iddiaçının hal-hazırda ailə münasibətlərinin pozulmasına görə birgə nikah dövründə əldə olunmuş əmlaka olan payından məhrum ola biləcəyini, bununla da mülkiyyətindən məhrum olunmaqla hüquqlarının pozulmasını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, evin dəyərinə görə 8500 manat cavabdehdən alınaraq iddiaçı verilməlidir. Belə ki, ev birgə nikah dövründə inşa edilmiş, tərəflər hər ikisi əmək qabiliyyətli olmaqla işləmişlər, müvafiq məbləğlərdə əmək haqqı almışlar, ayrılana qədər təsərrüfatı birlikdə idarə etməklə 10 ildən artıq müddətdə həmin evdə yaşamışlar. Evin h üquqmüəyyənedici sənədləri olmasa da, qanun qarşısında tərəflərin bərabərliyi prinsipinə əsasən onların evin dəyərinə görə hər ikisinin bərabər hüquqları olmuşdur. Məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdehlə birlikdə mübahisəli evə dair “qanuni gözləntiyə" malik hüququ vardır, əks təqdirdə onun mülkiyyət hüquqları pozulmuş olar. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiaysının 29, 125.7-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157, 225.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 34.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 77.3, 78.1, 80, 88, 106.1, 118.3, 119, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin q ətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Nüsrət Mirzəyev- sədrlik edən və məruzəçi, İlham Əsədov, Samir Mayılov) 10 iyun 2021-ci il tarixli, 2(106)-1282/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Masallı Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(050)-68/2020 saylı qətnaməsinin qismən, Cavabdeha oğlundan 970 manat dəyərində 583 əyarlı, 12 qramlıq boyunbağının, 660 manat dəyərində 583 əyarlı, 8 qramlıq qolbağın, 350 manat dəyərində 583 əyarlı, 4 qramlıq nişan üzüyünün, 720 manat dəyərində 583 əyarlı, 8 qramlıq üzük-sırğa komplekt dəstinin və ya olmayan əmlakın dəyərinin alınaraq İddiaçı verilməsi hissəsində lə ğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeha oğlu apelyasiya şikayətinin dəlili olaraq göstərmişdir ki, iddiaçıya məxsus qızıl-zinət əşyalarının onun razılığı ilə satılaraq sonsuzluqdan müalicəsinə sərf edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi qeyd olunan halı nəzərə almadan həmin hissədə iddia tələbini təmin etmişdir. İş materiallarında olan cavabdehin vəkilinin sorğusuna Mərkəzi Klinikanın 24.06.2019-cu il tarixli cavab məktubunda İddiaçı süni mayalanmaya görə müalicəsi və müayinəsi ilə əlaqədar Mərkəzi Klinika MMC-yə 01.06.2016-cı il tarixində 30 manat, 13.06.2016-cı il tarixində 100 manat, 13.06.2016-cı il tarixində 3 97 manat, 17.06.2016-cı il tarixində 536 manat, 17.06.2016-cı il tarixində 1784 manat, 21.06.2016-cı il tarixdə 155 manat, 28.06.2016-cı il tarixdə 31 manat 44 qəpik və 11.07.2016-cı il tarixdə 25 manat olmaqla, cəmi 3058, 44 (üç min əlli səkkiz manat qırx dörd qəpik) manat məbləğində vəsait ödənildiyi göstərilmişdir. İş materiallarında olan «X2»nın sorğuya cavab məktubunda İddiaçı 2018-ci ildə X1 «Medilux» filialında sonsuzluqla bağlı müalicə aldığı və bununla bağlı xəstənin 4000 AZN ödədiyi, lakin əməliyyatın hamiləliklə nəticələnmədiyi, 2019-cu ildə xəstənin təkrar müalicəyə gələrək, iynə və dərmanlarını almaqla (yəni 1500 AZN) ödəniş etdiyi və əməliyyatın yenə uğursuzluqla nəticələndiyi göstərilmişdir. İddiaçı cavabdehlə ayrıldıqları zaman tələb olunan qızıl- zinət əşyalarını cavabdehi n ondan aldığını göstərsə də, onun iradəsinə zidd olaraq cavabdehin həmin qızıl-zinət əşyalarını ondan almasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeha oğlu isə iddiaçı ilə ailə münasibətlərinin davam etdiyi dövrdə onun 1200 manat dəyərində olan qızıl-zinət əşyalarının iddiaçının müalicə və müayinəsinə sərf edildiyini göstərməklə müvafiq tibb müəssisəsinin iddiaçının müayinə və müalicə olunması üçün ödənişlərə dair arayışlarını məhkəməyə təqdim etmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlili olaraq E kəndində inşa etdiyi yaşayış evinin tikintisinin qardaşlarının maddi köməkliyi sayəsində həyata keçirildiyini, cavabdehin valideynləri tərəfindən həmin tikintiyə cəmi 700 manat pul xərcləndiyini göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təq dim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin qızıl-zinət əşyalarına dair təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsi ilə bağlı iddiaçının bunların cavabdehdə olmasına dair sübut təqdim edə bilməməsini əsas götürmüş və həmin qızıl-zinət əşyalarının cavabdehlə birgə yaşadıqları dövrdə satılıb müalicəsinə sərf edilməsi barədə izahatına istinad edib həmin nəticəyə gəlmişdir. Halbuki Cavabdeh özü Masallı Rayon Məhkəməsində verdiyi izahatında gah o, evdən gedərkən onun evdə olmadığını və qızılları apardığını qeyd etmiş, gah da həmin qızılları müalicəsi ilə bağlı satılmasını göstərmişdir. İşə baxan məhkəmə tərkibi eyni şəxsin bu iki fikrinin bir-biri ilə ziddiyyət təşkil etməsini nəzərə almamışdır. Qanunvericiliyin tələbinə əsasən tələb etdiyi qızıl-zinət əşyalarının birgə yaşadıqları dövrdə razılığı ilə satılması və müalicəsinə sərf edilməsi ilə bağlı xüsusatları sübut etmə vəzifəsi iddia tələbinə qarşı etirazın əsası kimi həmin arqumenti irəli sürən cavabdehin üzərinə düşür. Ancaq o, göstərilən x üsusatı təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi onun müalicə olunmasına dair tibbi sənədlər özlüyündə qızılların satılmasının deyil, yalnız müalicə olunmasının göstəricisidir. Uşaqları olmadığından cavabdehin özü də müalicə olunmuşdur. Hər ikisi işlədiyindən gəlir əldə etmişlər. Eyni zamanda ailə üzvləri də müalicəsinə köməklik etmişdir. Bundan ötrü qızılların satılmasına zərurət olmamışdır. Cavabdeh sözügedən qızılların konkret olaraq hansının nə vaxt, harada, kimə, neçəyə satılması barədə nəinki sübut təqdim etməmiş, hətta bunu göstərə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsi isə cavabdehin bu barədə ümumi xarakterli fikirlərini aksioma kimi qəbul edib, sözügedən qızılların hansının nə vaxt, harada, kimə, neçəyə satılmasını araşdırmamış və bu xüs usatları müəyyən etmədən, bu barədə iş materialında heç bir sübut olmadan həmin qızılların satılması qənaətinə gəlmişdir. Bununla da apellyasiya instansiyası məhkəməsi sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmuş və yanlış nəticəyə gəlmişdir. Nəticədə isə onun qızıl-zinət əşyalarının cavabdehdə olmasına baxmayaraq apelyasiya instansiyası məhkəməsi həmin əmlaklara dair iddianı təmin etməməklə mülkiyyətinə olan müdaxiləyə haqq qazandırmış və buna şərait yaratmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsini n səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeha oğlu məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəllə si: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 37.1. Müvafiq olaraq ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzr ə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fa ktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 10 iyun 2021-ci il tarixli qətnaməsi tərəflərin birgə nikahı dövründə inşa etdikləri fərdi yaşayış evinin dəyərinin yarısını təşkil edən məbləğlə bağlı hissədə dəyişdirilməli, fərdi yaşayış evinin dəyərinin 20000 manat olması, həmin məbləğin yarısının, yəni 10000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi müəyyən edilməlidir. İlkin olaraq kasasiya şikayətinin dəlilləri üzrə qeyd edil məlidir ki, iddiaçı kasasiya şikayətinin apelyasiya kollegiyasının tələbinin qızıl-zinət əşyalarına aid hissəsinin təmin etməməsinin əsassızlığı ilə əsaslandırmağa çalışsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh keçirilmiş məhkəmə iclaslarında iddiaçıya məxsus qızıl-zinət əşyalarının satılaraq iddiaçının müalicəsinə sərf edilməsini bildirmiş, bununla da o, qızılların mövcudluğunu dolayısı ilə təsdiq etmiş olduğuna görə qızılların satılaraq iddiaçının müalicəsinə sərf edilməsi ilə bağlı sübutetmə yükünü daşımış olmuş, o, sübutetmə vəzifəsini icra edərək, məhkəməyə vəkilinin sorğusuna Mərkəzi Klinikanın 24.06.2019-cu il tarixli cavab məktubunu və «X2»nın sorğuya cavab məktubunu təqdim etmiş, həmin sübutlarla da müəyyən edilmişdir ki, tərəflərin birgə nikahda oldu qları müddətdə müayinə və müalicəsinə cəmi 8558.44 manat vəsait sərf edilmişdir. Bununla da cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini icra etmişdir. Odur ki, iddiaçının qızıl-zinət əşyalarının və ya onlarının dəyərinin cavabdehdən onun xeyrinə tutulmalı olması ilə bağlı dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Bununla yanaşı, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apelyasiya kollegiyası mübahisə üzrə məhkəmə araşdırmasını həyata keçirərkən işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının pozulmasına yol verilməsinə əhəmiyyət verməmiş və hər hansı münasibət bildirməmişdir. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından da göründüyü kimi, dəyərinin yarıya bölünmə li olması ilə bağlı mübahisə edilən fərdi yaşayış evi ipoteka predmeti deyil, tərəflərin birgə nikahı dövründə onların birgə vəsaiti hesabına tikilmiş evdir. Belə olan halda isə həmin fərdi yaşayış evinin dəyərinin likvid dəyərlə nəzərə alınıb likvid dəyərin yarısının cavabdehdən iddiaçının xeyrinə alınması barədə qənaətə gəlinməsi əsassız və “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının məhkəmə qərarlarının vahidliyi təcrübəsini təmin edən 01 nömrəli, 20.07.2020-ci il tarixli qərardadına ziddir. Çünki adıçəkilən qərardadla yalnız ipoteka predmeti olan mənzillərin (fərdi yaşayış evinin) likvid dəyərlə qiymətl əndirilməsi müəyyən edilmişdir ki, bu qərardadın da məqsədini ipoteka predmetinin qısa müddət ərzində realizə edilməsi və nəticə olaraq tələbkarın tələbinin qısa müddətdə təmin edilməsi təşkil edir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının məhkəmə qərarlarının vahidliyi təcrübəsini təmin edən 01 nömrəli, 20.07.2020-ci il tarixli qərardadına əsasən mübahisəli məsələyə qiymət vermək üçün ilk növbədə “İpoteka haqqında” Qanunun müvafiq müddəaları təhlil edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qər arda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. İpoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəll əsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka sax layanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır. Əldə edilmiş "xxxx" MMC-nin 31.08.2020-ci il tarixli rəyinə əsasən, cavabdeh İddiaçı məxsus E kəndində 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 31.08.2020-ci il tarixinə olan orta bazar qiyməti 20000, likvid dəyəri 17000 manat müəyyən edilir. Odur ki, tərəflərin birgə nikahı dövründə əldə edilmiş adıçəkilən fərdi yaşayış evi nin orta bazar qiymətinin 20000 manat olması nəzərə alınmalı və həmin məbləğ evin dəyəri kimi müəyyən edilməlidir. Belə olan halda, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun olaraq, 20000 manat pulun yarısı, yəni 10000 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.06.2021-ci il tarixli qətnaməsi tərəflərin birgə nikahı dövründə inşa etdikləri fərdi yaşayış evinin dəyərinin yarısını təşkil edən məbləğlə bağlı hissədə dəyişdirilməli, fərdi yaşayış evinin dəyərinin 20000 manat olması, həmin məbləğin yarısının, yəni 10000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi müəyyən edilməlidir. Yuxa rıda göstərilənlərə əsasən və MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.06.2021-ci il tarixli, 2(106)1282/2021 nömrəli tərəflərin birgə nikahı dövründə inşa edilmiş fərdi yaşayış evinin dəyəri və həmin dəyərin yarısının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində dəyişdirilsin. E kəndində inşa edilmiş 1 mərtəbəli, 4 otaqlı, 105.3 kv.m. ümumi və 85.02 kv.m yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin orta bazar qiyməti 20000 manat müəyyən edilsin və həmin həmin məbləğin yarısı, yəni 10000 manat məbləğində pul vəsaiti Cavabdeha oğlundan tutularaq İddiaçı ödənilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.06.2021-ci il tarixli, 2(106)-1282/2021 nöm rəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.