Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5596/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı LPO “xxxx” KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)4314/2020 nömrəli qətnaməsindən iddiaçı LPO “xxxx” KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxara q, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) xx.xx.2020-ci il tarixli, 2(006)-220/2020 nömrəli qətnaməsi ilə iddiaçı LPO “xxxx” KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 23.731,88 ABŞ dolları əsas borc, 3922,41 ABŞ dolları müqavilənin müddəti bitənədək ödənilməmiş faiz borcu, 1371,18 ABŞ dolları müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu olmaqla, cəmi 29.025,47 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun, habelə iddia qaldırılması üçün ödənilmiş 30 manat d övlət rüsumunun və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan "xxxx" KB ASC-nə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 101,7 kv.m, yaşayış sahəsi 81,2 kv.m, yardımçı sahəsi 20,5 kv.m olan 5 otaqlı, 31 saylı mənzilə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 101,7 kv.m, yaşayış sahəsi 81,2 kv.m, yardımçı sahəsi 20,5 kv.m olan 5 otaqlı, 31 saylı mənzilin ilkin satış qiyməti 150.000 manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh qaytarılması, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 101,7 kv.m, yaşayış sahəsi 81,2 kv.m, yardımçı sahəsi 20,5 kv.m olan 5 otaqlı, 31 saylı mənzilə tutma yön əldildikdən və o satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzilin boşaldılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manatın Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 manat məbləğində pulun Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, M.Tağızadə, Ü.Mayılov) xx.xx.2020-ci il tarixli, 2(103)-4314/2020 nömrəli qətnaməsi ilə iddiaçı LPO “xxxx” KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-220/2020 nömrəli qətnaməsinin mü bahisələndirilən-cavabdehdən 3922.41 ABŞ dolları məbləğində faiz, müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) 1371.18 ABŞ dolları məbləğində faiz borcunun tutulması və ipoteka predmetinin qiymətinin müəyyən edildiyi hissələrdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı LPO “xxxx” KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı LPO “xxxx” KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edər ək, cəmi 36338.44 ABŞ dolları məbləğində kredit borcunun-bundan 23731.88 ABŞ dolları məbləğində əsas borc, 11235.38 ABŞ dolları faiz borcunun, 1371.18 ABŞ dolları kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcunun, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat məbləğində rüsumun Cavabdeh tutlaraq ləğv prosesində olan "xxxx" KB ASC-nə ödənilməsi, tutmanın müılkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 101,7 kv.m, yaşayış sahəsi 81,2 kv.m, yardımçı sahəsi 20,5 kv.m olan 5 otaqlı, 31 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin satışından əld ə olunmuş pul vəsaitinin Cavabdeh ləğv prosesində olan "xxxx" KB ASC-nə olan kredit borcunun ödənilməsinə yönəldilməsi və mənzil hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı LPO “xxxx” KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil2 kasasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi yalnız təyin edilmiş mühasibatlıq ekspertizasının rəyinə istinad edərək iddia ərizəsində tələb olunduğu kimi faiz məbləği 11235.38 ABŞ dolları deyil, ekspert rəyində göstərildiyi kimi xx.xx.2017-ci il tarixədək, yəni müqavilənin müddəti bitən tarixədək hesablanaraq faiz borc unun 3922.41 ABŞ dolları məbləğində tutulmalı olması qənaətinə gəlmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı təkrar ekspertizanın keçirilməsi barədə vəsatətləri isə təmin edilməmişdir. Hər iki instansiya məhkəməsi ekspert rəyinə istinad edərək, Mülki Prosessual Məcəllənin tələblərinə məhəl qoymayaraq ekspert rəyini digər sübutlarla birgə tədqiq edilməli olan işə tam, hərtərəfli və obyektiv baxmalı olduqları halda, yalnız ekspert rəyinə istinad edərək qətnamə qəbul etmişlər. Halbuki ekspert rəyi həqiqəti əks etdirmir və borclunun faiz borcunun müəyyən edilməsi üçün təkrar ekspertiza təyin edilməlidir. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-4314/2020 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 13698 saylı xx xxxxxx 2019-cu il tarixli rəyə əsasən cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, ödəniş qəbzləri məlumatları və 221 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu ümumilikdə 28510.41 A BŞ dolları, o cümlədən əsas borc üzrə 24.588 ABŞ dolları, faiz borcu üzrə 3922,41 ABŞ dolları təşkil edir. Eyni zamanda cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, ödəniş qəbzləri məlumatları və 221 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2019-cu il tarixə (kredit müddətindən sonra illik 5%-lə ümumilikdə) banka olan borcu ümumilikdə 30128.19 ABŞ dolları, o cümlədən əsas borc üzrə 24.588 ABŞ dolları, faiz borcu üzrə 5540,19 ABŞ dolları təşkil edir. Apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsini işin müəyyən edilmiş hallarına tətbiq etməklə borclunun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətl əndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan əsas, faiz və cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, kasasiya şikayətində də iddiaçı ekspert rəyinin faiz borcu hissəsi ilə bağlı əsassızlığına dəlil olaraq istinad edib, məhkəmənin ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirmədiyini bildirsə də, ekspert rəyinin qeyri-mötəbərliyi barədə hər hansı sübuta istinad edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, ekspert rəy i iddiaçı tərəfindən məhkəməyə edilmiş hesabdan çıxarış və digər sübutlar nəzərə alınaraq verilmişdir. Bu zaman borc məbləği müəyyən edilərkən iddiaçının qeyd etmiş olduğu sübutlara artıq ekspert tərəfindən istinad edilmişdir. Hazırki halda iddiaçı təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməli olması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ümumilikdə kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstə rməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədi kdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiy yat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməs i üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO “xxxx” KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-4314 /2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5596/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5596/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver