Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5601/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5601/22 ( Açar sözlər: evə köçürülmə ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh oğluna qarşı “evə köçürülmə” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3802/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu və maraqlarına toxunan şəxs X9 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin b inasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları
1. Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYYM-1, küçə-16, 1a, d1 ünvanda yerləşən ev özbaşına tikilidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYM-1, küçə-16, 1a, d1 nömrəli evinin açarları ilə birlikdə cavabdehdən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahış etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1959-cu ildə Gədəbəy rayonunun X18 kəndində doğulmuşdur. 1992-ci ildə ünvan 2 ünvanında qeydiyyata düşsə də erməni qəbiristanlığı deyilən ərazidə bağçada yerləşən daxmada bir müddət yaşamışlar. 2 000-ci ildə isə Bakı şəhərinə köçmüşlər və o vaxtdan da Bakı şəhərində yaşayırlar. İlk əvvəl Bakıda evləri olmadığından hamı kimi o, Qaradağ rayonu, Müşfiqabad qəsəbə bələdiyyəsi vasitəsi ilə 1.5 sot torpaq sahəsi alaraq, Müşfiqabad qəsəbəsi, YYM-İ, küçə 16, 1a d1 nömrəli 4 otaqdan ibarət evi öz xərci ilə tikib ailəsini ora köçürdərək 2021-ci ilə qədər həmin evdə yaşamışlar. Sonradan həyat yoldaşının müalicəsi ilə əlaqədar bir müddət xarici ölkələrdə olmuş, qayıtdıqdan sonra oğlu ilə aralarında münasibət pozulmuş, dəfələrlə aralarında söz söhbətlər olmuş və nəticə də oğlu onu evdən qovmuşdur. Hazırda evinin açarları dəyişdirildiyindən və açarlar ona verilmədiyindən o, evinə yaxınlaşa bilmir. Həmçinin evə yaxınlaşacağı halda əgər onu şərləyib tutdura bilməsələr öldürəcəkləri ilə bu gün də t əhdid edirlər. Bütün olanlar barədə sahə müvəkkilinə dəfələrlə müraciət etsə də, oğlu ilə münasibəti olduğu üçün ikinci qrup əlil olmasına baxmayaraq daim onun deyil oğlunun tərəfi tutulur. Bu səbəbdən də öz evi ola-ola hazırda küçələrdə qalmışdır.
4. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYM-1, küçə-16, 1a, d1 nömrəli evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh oğlu iddiaçının ona qarşı olan tələbini qəbul etmədiyini, evi 2011-ci il də özünün tikdirdiyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahid X3 öz ifadəsində bildirmişdir ki, o, iddiaçının dos tudur, onların tanışlığı Gəncədə yaşadıqları dövrlərə təsadüf olunur, iddiaçı 2007-ci ildə Bakıya köçmüş və həmin illərdə mübahisə predmeti olan evi tikməyə başlamış (özü də o vaxtlar həmin evə qonaq gedib-gəlirdi) və iddiaçı təxmini 2019-cu ilədək orda yaşamışdır. Şahid təsdiq etdi ki, həmin evi İddiaçı tikdirib və orda yaşamışdır.
7. Digər şahid X10 öz ifadəsində bildirmişdir ki, o iddiaçı ilə həm eyni kənddəndirlər, həm də qohumdurlar. Şahid E.Cabbarov təsdiqlədi ki, iddiaçı mübahisə predmeti olan evi 2007-ci il də tikdirmişdir, belə ki, onun özü həmin evin tikilməsində usta kimi iştirak edərək, evin damını düzəltmişdir.
8. Birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş digər şahid X6 öz ifadəsində bildirmişdir ki, o həm iddiaçının qonşusudur, həm də sözügedən evin tikintisin də usta kimi işləmişdir. Şahid N.Soltanov təsdiqləmişdir ki, iddiaçı evi 2007-ci ildə tikmişdir və həmin vaxt iddiaçı Rusiyada işləyirdi və evin tikilməsi üçün ailəsinə pul göndərirdi.
9. Digər şahid X12 (Müşfiqabad Bələdiyyə nümayəndəsi) öz ifadəsində bildirmişdir ki, Müşfiqabad qəsəbəsində olan evlərin çoxunun heç bir sənədi yoxdur. Şahid R.Rəsulov təsdiq etmişdir ki, iddiaçı həmin evdə yaşamış və təsərrüfat aparmışdır. Belə ki, onun bələdiyyədə işlədiyi dövrdə yəni, 2014-cü ildən sonra həm iddiaçının özü, həm yoldaşı vergiləri ödəmişdir.
10. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (G.Həşimova) xx.xx.2021-ci il tarixli, 2(002)-1661/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
11. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikilidir. Özbaşına tikililər ə istifadə hüququnun tanınması və həmin tikililərə köçürülmə ilə bağlı hüquq münasibətlərini bilavasitə tənzimləyən hüquq norması yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərini nəzərə almadan iş üzrə düzgün nəticəyə gəlmək mümkün deyildir. Belə ki, həmin maddənin (MPM-nin 13.4-cü maddəsi) tələbinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
12. Məhkəmə qeyd etmişdir ki, mübahisəli özbaşına tikili olan yaşayış evi iddiaçı tərəfindən tikilən evdir və iddiaçının həmin evdən istifadə hüquqları vardır.
13. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı mübahisə predmeti olan mənzildə yaş amaq hüququna malik olmaqla, həmin mənzilə dair mülkiyyətçi qismində “qanuni gözlənti hüququ”na malikdir (çünki ev onun tərəfindən tikilmişdir) Həmçinin, məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının həmin evdən istifadə etməsinə, yaşamasına maneələr törədilir. Bu hal isə iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Mülki Məcəllənin 11.1., 13.4. və 157.8-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Broniovski Polşaya qarşı” və “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə qərarlarına, Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14, 77 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə onun anası X2 arasındakı nikah Gədəbəy rayon məhkəməsinin 2(014)-114/2013 N-li, xx.xx.2013-cü il tarixli Qətnaməsi ilə pozulmuşdur. Həmin Qətnaməyə müvafiq olaraq, Gədəbəy rayon məhkəməsi müəyyən etmişdir ki, “İddiaçı xx xxxxxxx 1959-cu ildə Gədəbəy rayonunun Böyük Qaram urad kəndində doğulmuş hazırda Gəncə şəhəri Kəpəz rayonu 1-ci döngə, ev 4-də yaşayır” Daha sonra Gədəbəy rayon məhkəməsinin Qətnaməsində qeyd olunmuşdur ki, “İddiaçı ilə ər-arvad münasibətlərini kəsməklə birgə təsərrüfat aparmırlar. Onların nikahları formal xarakter daşıyır” İddiaçı 2013-cü ildən sonra başqa qadınla ailə münasibətləri qurmuş və mübahisəli evdən 8 il əvvəl çıxmışdır. Nikah pozulduqdan sonra X2 cavabdehlə və digər ailə üzvləri ilə bir yerdə mübahisəli evdə 2017-ci ildə vəfat edənə qədər yaşamışdır. İddiaçı bu səbəbdən birinci ailəsi ilə heç vaxt münasibət qurmamış və keçmiş həyat yoldaşının müalicəsinə maddi yardım göstərməmişdir. Əksinə, İradə Əmiraslanova dünyasını dəyişərkən onun dəfn mərasimində iştirak etməmiş, bundan sonra dövlət tərəfindən ailəsinə dəfn üçün ayrılmış 300 manatdan yarısını cavabdehdən tələb edərək almışdır. Əlavə olaraq qeyd etmək lazımdır ki, iddiaçının mülkiyyətində Gədəbəy rayonunda və Gəncə şəhərində fərdi evləri olduğu üçün küçələrdə yaşamalı olduğu barədə məlumat həqiqətə uyğun deyil. Göstərilənlərdən məlum olur ki, məhkəmənin qətnaməsində cavabdehin Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYYM-1, küçə-16, 1a, d1 ünvanda qeydiyyatsız yaşaması barədə dedikləri əsassızdır. Ona görə ki iddiaçı mübahisəli evdə 8-9 ilə yaxındır ki, yaşamır. xx.xx.2021-ci il tarixli Qətnamədə mübahisəli evin iddiaçı tərəfindən, iddiaçının vəsaiti hesabına tikilməsi qeyd olunsa da, bunu təsdiq edən sübutlar təqdim edilməmişdir. Məhkəmədə dindirilmiş şahidlər iddiaçının yaxın qohumları və dostları olduğu üçün izahatları birtərəfli olmuş və mötəbər sübut ki mi qəbul edilə bilməz. İddiaçının evin tikintisi üçün kifayət qədər gəlirləri və heç bir zaman daimi iş yeri olmamışdır. İddiaçı tərəfindən buna aid sübutlar təqdim olunmamışdır. İddia ərizəsində mübahisəli evin Nuranə adında xanıma satılması göstərilsə də, məhkəmə bu faktdan yan keçərək araşdırmamışdır. Cavabdeh oğlu və X7 notarial qaydada təsdiq edilmiş 17 sentyabr 2020-ci il tarixli ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 100 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin 31.000 (otuz bir min) manat dəyərində İlkin müqavilə əsasında alqı-satqısını həyata keçirmişlər. Ev artıq bir il ərzində X4 faktiki sahibliyində və istifadəsindədir. Lakin məhkəmə bu faktı araşdırmadığı və nəzərə almadığı üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin tələblərini pozmuş, əsl olmaya n cavabdeh tərəfi əsl tərəflə əvəz etməmişdir. Məhkəmə mübahisənin birbaşa maraqlarına toxunan X5 məhkəmə baxışına cəlb etməmişdir. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYM-1, küçə-16, 1a, d1 ünvanlı mənzilə köçürülməsi həmin ünvanda yaşayan X4 və onun ailə üzvlərinin hüquqlarını pozmuşdur. İddiaçı keçmiş ailə üzvləri mübahisəli evdən köçdüyü üçün, onun həmin ünvana köçürülməsi Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələblərinə ziddir.
17. Maraqlarına toxunan şəxs X9 apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYM-1, küçə 16, 1a, d1 ünvanlı mənzili onun xüsusi mülkiyyətindədir, həmin mənzili xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi və alqı-satqı aktı ilə Cavabdeh oğlundan almışdır. Həmin mənzilə görə 31.000 manat məbləğində pul ödəmişdir. Həmin vaxtdan ailə üzvləriylə bərabər mübahisəli ünvanda yaşayır, bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, kommunal sayğaclar onun adına rəsmiləşdirilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi onun mülkiyyət hüquqlarını pozmaqla qəbul edilmişdir, iddiaçını ümumiyyətlə tanımır, mənzildə yaşadığı müddətdə bir dəfə də olsun, görməmişdir. O, mənzilin mübahisəli olmasından xəbərsiz olmuşdur. Məhkəmə işin faktiki hallarını araşdırmadan qətnamə qəbul etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər R.M.Həsənov - sədrlik edən və məruzəçi, M.A.Məmmədov və Ş.Ə.Məhərəmova) 30 iyu n 2022-ci il tarixli, 2(103)3802/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının öz vəsaiti hesabına inşa etdirdiyi və bir müddət yaşadığı mənzildən öz iradəsinə zidd olaraq cavabdeh tərəfindən qovulması onun bərabərlik və mənzil hüquqları kimi konstitusion hüquqlarının pozulması ilə nəticələnmişdir. Ən əsası, Cavabdeh İddiaçı həmin yaşayış sahəsindən istifadə etməsinə mane olmasının heç bir hüquqi əsası olmamışdır. Bu səbəbdən o, həmin mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur.
21. Mübahisəli yaşayış evinin iddiaçı tərəfindən tikilmədiyi, onun bu evi tikmək üçün kifay ət qədər maddi imkanının olmaması, birinci instansiya məhkəməsində ifadə vermiş şahidlərin iddiaçının yaxın qohumları və dostları olması, bu səbəbdən də düzgün ifadə verməməsi ilə bağlı dəlillərini apelyasiya instansiyası məhkəmə kollegiyası əsassız hesab etmişdir. Belə ki, cavabdeh bu dəlillərini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
22. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25 və 43-cü maddələrinə, Mülki Məcəllənin 157, 164, 165, 166, 180, 144, 337 və 402-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
23. Qətnamədən Cavabdeh oğlu və maraqlarına toxunan şəxs X9 (Vəkil3) kassasiya şikay ətləri verərək hər ikisi qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
24. Hər iki kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində 2000-ci ildən Bakı şəhərinə köçməsini və o vaxtdan da Bakı şəhərində yaşadığını qeyd bildirmiş, həmçinin qeyd etmişdir ki, Bakıda evi olmadığından mübahisə predmeti olan ərazidə 1.5 sot torpaq sahəsi alaraq 4 otaqdan ibarət evi öz xərci ilə tikib ailəsini ora köçürərək 2021-ci ilə qədər həmin evdə yaşamışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi faktlar öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş Gədəbəy rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(041)-114/2013 saylı qətnaməsindən görünür ki, İddiaçı X1 qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddia ərizəsində qeyd etmişdir ki, 2008-ci ilin oktyabr ayına qədər arvadı ilə birlikdə yaşamış hazırda nikahları formal xarakter daşıyır. Eyni zamanda məhkəmə müəyyən etmişdir ki, tərəflərin nikahları formal xarakter daşımaqla onların birgə təsərrüfatları mövcud deyildir. Göründüyü kimi iddiaçı arvadı ilə ölənə qədər mübahisə predmeti olan fərdi yaşayış evində yaşadığını onun müalicəsi ilə məşğul olduğunu qeyd etsə də, Əmiraslanova İradə 2013-cü ildən etibarən heç iddiaçının ailə üzvü olmamışdır. Belə bir vəziyyətdə iddiaçı ailə üzvü olmayan keçmiş arvadı ilə birgə təsərrüfat yaratmaqla onun müalicələri ilə məşğul olması şübhə doğurur. Bu hal iddiaçı tərəfindən məhkəməyə həqiqətə uyğun olmayan məlumatların verilməsinin sübutudur. Lakin nədənsə məhkəməl ər iş üzrə qərar qəbul edərkən bu hala heç bir hüquqi qiymət verməmişlər. Daha sonra iddiaçı öz iddia ərizəsində qeyd edir ki, cavabdeh olan oğlu mübahisə predmeti olan evi Nuranə adlı xanıma satmış və o, Bələdiyyəyə müraciət edərək həmin evin ona məxsusluğu barədə arayışlar əldə etmiş eyni zamanda evə göstərilən kommunal xidmətlərin onun adına rəsmiləşdirildiyini qeyd etmişdir. Məhkəmə araşdırması zamanı tərəflər və məhkəmənin sorğusu əsasında Qaradağ rayonu Müşfiqabad bələdiyyəsi tərəfindən müxtəlif vaxtlarda və müxtəlif nömrələrlə qeydə alınmış məktub və arayışlar tərtib olunmuş həmin arayışların bir qismində iddiaçının, bir qismində cavabdehin digər qismində isə maraqlarına toxunan şəxsin mübahisə predmeti olan evdə qeydiyyatsız olaraq yaşamaları və Bələdiyyədə vergi ödəyicisi kimi qey diyyata alınmaları qeyd olunmuşdur. Qeyd olunmalıdır ki, "Bələdiyyələr haqqında" AR Qanununa görə Bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqan kimi AR Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi müəyyən edilmişdir. Nədənsə işə baxan məhkəmələr eyni yaşayış evinə dair Müşfiqabad Bələdiyyəsi tərəfindən verilmiş müxtəlif məzmunlu arayışların yoxlanılması və onların mötəbərliliyi ilə əlaqədar adıçəkilən mərkəzə sorğu verilməmiş, həmçinin özbaşına tikili statusunda olan və bələdiyyənin mülkiyyətində olub-olmaması sual altında olan ərazi üzrə bələdiyyənin hansı hüquqi əsasla şəxsləri vergi ödəyicisi kimi qeydiyyata alaraq onlardan vergi tutulmasını həyata keçirilməsi məsələsi aydınlaşdırılmamışdır. Məhkəmə işin hallarını, işdəki sübutları tam və hərtərəfli araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə 13, İ hissə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə 43, İ hissə Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllə
28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
29. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutula n əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
30. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
31. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.
32. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.
33. Madd ə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.
34. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
35. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
36. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllə
37. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam bax dıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli ev özbaşına tikili olmaqla, iddiaçı tərəfindən onun öz vəsaiti hesabına, zəbt edilmiş torpaq sahəsində buna lazımi icazə almadan inşa edilmişdir. İddiaçı ilə cavabdeh ata və oğul olmaqla, həmin evdə qeydiyyatsız yaşamışlar. Sonradan aralarında mübahisələr olduğu üçün iddiaçı öz iradəsinə zidd olaraq cavabdeh tərəfindən evdən çıxarılmışdır.
46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh oğlu və maraqlarına toxunan şəxs X9 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3802/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.