Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5603/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5603/21 (Açar sözlər: paylı mülkiyyətdən payın ayrılması barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili Vəkil Noruz oğlu, Cavabdeh: X4 və nümayəndəsi X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(105)-1565/2021 saylı qətnaməsindən İddiaçı kassasiya ş ikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı X2 (bundan sonra iddiaçı) məhkəmədə cavabdeh X3 (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq, JN-057 F saylı “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnamədə göstərilən Xaçmaz rayonu, Qıraqlı kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsindən ona düşən 0,15 ha hissəsinin ayrılaraq onun payına verilməsi, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, habelə torpaq sahəsindən qanunsuz istifadə etdiyi üçün zərərin əvəzi olaraq cavabdehdən 4.500 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansi ya məhkəməsində icraat Xaçmaz Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim İ.Ə.Xəlilov) iddia rədd edilib. Birinci instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, JN-057 F saylı “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnamənin surətinə əsasən, Xaçmaz rayonu, Qıraqlı kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsi iddiaçı və nənəsi Ayşa Qadaşovanın birgə mülkiyyətində olub və sonuncu 17 yanvar 2011-ci ildə ölüb. Qəzetdə verilən elana görə sözügedən Şəhadətnamə itdiyi üçün etibarsız sayılıb. Beləliklə mübahisəli torpaq sahəsi üzərində iddiaçının və mərhum Ayşa Qadaşovanın birgə mülkiyyət hüquqlarını təsdiq edən Şəhadətnamə etibarsız sayıldığına görə hazırki iddianı qaldırmaq üçün iddiaçının müvafiq subyektiv hüququ olmayıb. Ona gör ə də iddia torpaq sahəsindən istifadəyə görə zərərin əvəzi olaraq 4.500 manat pul tələbinə aid hissədə də rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 213.1-213.5, 220.1-220.3-cü maddələrinin və digər maddi və prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən, məruzəçi, G.F.Tağızadə və L.M.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd olunub. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, JN-057 F saylı “Torpağın mülk iyyətinə verilməsinə dair” Şəhadətnamənin surətinə əsasən, Xaçmaz rayonu, Qıraqlı kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsi iddiaçı və nənəsi Ayşa Qadaşovanın birgə mülkiyyətində olub və sonuncu 17 yanvar 2011-ci ildə ölüb. Qəzetdə verilən elana görə sözügedən Şəhadətnamə itdiyi üçün etibarsız sayılıb. Birinci instansiya məhkəməsinin iddia tələblərinin əsassız olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Belə ki, sözügedən torpaq sahəsi Xaçmaz rayon AİK-nın 06 iyul 1998-ci il tarixli, 09 saylı qərarı ilə Ayşa Qadaşova və iddiaçının birgə mülkiyyətinə verilib. JN-057 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə rəsmi olaraq dövlət qeydiyyatına alınmasa da, Xaçmaz rayon AİK-nın 06 iyul 1998-ci il tarixli, 09 saylı qərarı ilə Xaçmaz rayonu, Qıraqlı kə ndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinin Ayşa Qadaşova və iddiaçının birgə mülkiyyətinə verilməsinə əsas olan Şəhadətnamə qüvvədədir və ləğv edilməyib. Göründüyü kimi mübahisəli torpaq sahəsi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmayıb və iddiaçı Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan ardıcıllığa riayət etmədiyi üçün onun cavabdehə qarşı ümumi birgə mülkiyyətdə olan əmlakın bölünməsi, payın naturada ayrılması və zərərin əvəzinin ödənilməsi barədə tələbləri təmin edilə bilməz. Ona görə də iddia tələbləri rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 220.1220.6-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh Rasim Qadaşov və nümayəndəsi Söhrab Qadaşov məhk əmə iclasında iştirak etsələr də vəkillə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsində göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qayd asında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-ci maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, hazırda iddiaçı, JN-057 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Xaçmaz rayon AİK-nın 06 iyul 1998-ci il tarixli, 09 saylı qərarı ilə onun və mərhum nənəsi Ayşa Qadaşovanın mülkiyyətinə verilmiş Xaçmaz rayonu, Qıraqlı kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsindən ona düşən 0,15 ha hissəsinin ayrılaraq ona verilməsini, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılmasını, həmçinin torpaq sahəsindən qanunsu z istifadə etdiyi üçün zərərin əvəzi olaraq cavabdehdən 4.500 manat pulun tutulub ona ödənilməsini iddia edir. Cavabdeh isə sözügedən torpaq sahəsinin anası Ayşa Qadaşovadan ona miras qaldığını, bu barədə vəsiyyətnamə olduğunu, iddiaçıya çatan torpaq sahəsini isə ayırdığını göstərib, iddiaya etiraz edir. Göründüyü kimi cavabdeh iddiaya etiraz etsə də, iddiaçıya çatın torpaq sahəsini ayırdığını göstərib. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla y anaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, iddiaçının tələbini əsaslandırdığı faktları əslində cavabdehin etiraf etməsini nəzərə almadan, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, mübahisəli torpaq sahəsinin mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmamasına dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Halbuki, iddia ərizəsindən, işə əlavə edilmiş sübutlardan, o cümlədən Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 16 fevral 2021-ci il tarixli arayışından və həmin arayışa əlavə edilmiş sənədlərdən görünür ki, Xaçmaz rayonu, Qıraqlı kəndində torpaq islahatı aparılarkən Xaçmaz rayon AİK-nın 06 iyul 19 98-ci il tarixli, 09 saylı qərarı ilə həmin kənddə yerləşən 0,30 ha həyətyanı torpaq sahəsi iddiaçının və nənəsi Ayşa Qadaşovanın mülkiyyətinə verilib və həmin torpaq sahəsi JN-057 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən mülkiyyət hüququ üzrə onların adlarına qeydə alınıb. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan hallara diqqət yetirmədən, iddiaçının məhz sözügedən sənədlərə istinad edərək mübahisəli 0,30 ha torpaq sahəsinin mülkiyyətçisi kimi öz payının ayrılmasını tələb etməsini, iddiaçının və mərhum Ayşa Qadaşovanın mülkiyyətində olan 0,30 ha həyətyanı torpaq sahəsinə faktiki olaraq cavabdehin yiyələnməsini nəzərə almadan və iddianın əsaslılığına Mülki Məcəllənin 220.1-220.3-cü maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, iddia tələbləri ni rədd etməklə əslində iddiaçının torpaq sahəsinə qanunla qorunan mülkiyyət hüququnu pozub və cavabdehin bütövlükdə həmin torpaq sahəsinə yiyələnməsi üçün qanunsuz əsas yaradıb. Halbuki, Mülki Məcəllənin 220.1-220.3-cü maddələrinin mənasına görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan m ülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər və hazırda iddiaçı ilə mərhum Ayşa Qadaşovanın payına faktiki yiyələnmiş cavabdeh arasında 0,30 ha həyətyanı torpaq sahəsinin bölünməsi və ondan payın ayrılması üsulu və şərtləri haqqında razılaşma olmadığından və onlar bu barədə qarşılıqlı razılığa gəlmədiklərindən, paylı mülkiyyətin mülkiyyətçisi kimi iddiaçı öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməkdə haqlı olub. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən mübahisəli 0,30 ha həyətyanı torpaq sahəsindən iddiaçının payına düşən 0,15 ha həyətyanı torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü ilə bağlı iş üzrə müvafiq ekspertiza keçirilməklə iddia tələblərinin əsaslığına düzgün hüquqi qiymət verilməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhk əmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instan siyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(105)-1565/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi anda
Məhkəmə qərarları › İş №2(102)-5603/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5603/2021
07.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver