Məhkəmə qərarları › İş №2(102)-5605/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5605/2019

24.09.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5605/2019 24.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh7 vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2(103)4070/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, 2(006)6176/2018 say lı qətnaməsi ilə (sədrlik edən, hakim R.Ə.Səmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “etibarnamələrin və onun əsasında bağlanmış bağışlama müqavilələrinin, mənzilin addan-ada keçirilməsinə dair sənədləşdirmənin, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışların etibarsız hesab edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması və əmlakların ½ hissəsinə bərabər paylar üzrə vərəsəlik hüququnun tanınması” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2(103)4070/2019 saylı qətnaməsi ilə (hakimlər V.T.Həsənov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 06 dekabr 2018-ci il tarix li qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “etibarnamələrin və onun əsasında bağlanmış bağışlama müqavilələrinin, mənzilin addan-ada keçirilməsinə dair sənədləşdirmənin, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışların etibarsız hesab edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması və əmlakların ½ hissəsinə bərabər paylar üzrə vərəsəlik hüququnun tanınması” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, ünvanin 2 otaqlı ümumi sahəsi 94,0 kv.metr olan 95-ci mənzilinin payçısı, Quba şəhəri 12-ci məhəllədə yerləşən 0,04 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 200,5 kv.metr olan fərdi yaşayış evinin mülkiyyətçisi X4, ünvan 1 ün vanda yerləşən 3 otaqlı ümumi sahəsi 97,9 kv.metr olan fərdi yaşayış evinin, Quba şəhəri 12-ci məhəllədə yerləşən 0,04 ha torpaq sahəsinin mülkiyyətçisi isə atası X olub. X4 28 aprel 2017-ci ildə, atası X isə 10 iyul 2018-ci ildə ölüb. Valideynlərinə bir övlad kimi həmişə qulluq edib onların qayğısını çəkib. Hər iki valideyni ölümlərindən qabaq yaxın qohumların yanında onlara məxsus olan əmlaklara qardaşı Cavabdeh1 ilə birlikdə barəbər pay hüquqlu vərəsə olduqlarını bildiriblər. Heç vaxt valideynlərinin bütün əmlaklarını qardaşı Cavabdeh1 bağışlamaq, vəsiyyət etmək niyyətləri olmayıb və onların ölümündən sonra qardaşı Cavabdeh1 ilə birlikdə onlardan miras qalmış əmlakları faktiki surətdə idarə etməklə qəbul etmişlər. Bu yaxınlarda əmlakları öz adlarına rəsmiləşdirmək üçün qardaşı Cavabde h1 müraciət edərkən ona məlum olub ki, cavabdehlər əvvəl X4ni aldadıb onların adından notarial qaydada təsdiq edilməklə Cavabdeh7 adına 03 fevral 2017-ci il tarixli etibarnamə alıb və bundan sonra həmin etibarnaməyə əsasən sonuncu X4nin adından 18 aprel 2017-ci il tarixli bağaşlama müqaviləsinə əsasən Quba şəhəri 12-ci məhəllədə yerləşən 2 otaqlı ümumi sahəsi 200,5 kv.metr olan fərdi yaşayış evini və həmin ünvanda yerləşən 0,04 ha torpaq sahəsini əri Cavabdeh1 bağışlayıb. Eyni zamanda cavabdehlər atası Xni aldadıb başqa notariat əməliyyatı aparmaq adı altında notariat orqanına aparıb 18 may 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Quba şəhəri 12-ci məhəllədə yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsinin Cavabdeh1 adına rəsmiləşdirilməsinə nail olmuşlar. Halbuki, atası X ölümü nə yaxın ağır xəstə olub və ona özü qulluq edib və atası X öz sağlığında həmişə bütün əmlaklarını ona və qardaşı Cavabdeh1 bərabər paylar üzrə vəsiyyət etdiyini bildirirdi. Eləcə də ona məxsus olan bütün əmlaklar bu günədək valideynlərinə məxsus olan evlərdə yerləşir. Qardaşı Cavabdeh1 mübahisəli əmlaklardan ona pay verməmək üçün valideynlərinin xəstə olmasından sui-istifadə edib, aldatma yolu ilə bütün əmlakı bağışlama müqaviləsinə əsasən öz adına rəsmiləşdirib. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh7 vəkili X2 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdehlər X1, Cavabdeh7, Bakı şəhəri, 18 və 6 saylı Notirat Kontoru, Quba Regional “Asan Xid mət” Mərkəzinin Notariat Kontoru, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi və “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Resp ublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflərin valideynlərinin öz sağlığında bütün əmlaklarını Cavabdeh1 bağaşlamaq üçün sonuncunun arvadı Cavabdeh7 adına bütün əmlak üzərində sərəncam vermək və digər hərəkətləri etməyə dair etibarnamələr vermələrinə, həmin etibarnamələrə əsasən Cavabdeh7 bağışlama müqavilələri ilə əmlakları əri Cavabdeh1 bağışlamasına, etibarnamələrin və bağaşlama müqavilələrinin qanunverciliklə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanmasına, həmin əqdlərin etibars ız sayılması üçün əsasların müəyyən edilməməsinə, tərəflərin valideynlərinin öz sağlağında əmlaklarını Cavabdeh1 bağışlamaqla sonuncunu zənginləşdirmələrinə və bağışlama müqavilələrinin əmlakları qəbul edən Cavabdeh1 tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə, etibarnamələrin və bağışlama müqavilələrinin aldatma təsiri altında bağlanmasının mülki iş materialları ilə təsdiq edilməməsinə, hətta bir əmlak üzərində tərəflərin atası Xnin şəxsən özü tərəfindən sərəncam verilməsinə, tərəflərin valideynlərinin öz sağlıqlarında etibarnamələri və bağışlama müqavilələrini məhkəmə qaydasında mübahisələndirməmələrinə və bu səbəbdən də iddiaçı tərəfdən dindirilmiş şahidlərin ifadələrinin iddia ərizəsinin təmin edilməsi üçün əsas kimi qəbul edilməsinin yolverilməz olmasına və beləliklə də, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 666.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, 03 fevral 2017-ci il tarixli etibarnaməyə əsasən X4 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onların üzərində sərəcam verməyi və digər h ərəkətləri etməyə dair 03 fevral 2018-ci il tarixədək qüvvədə olmaqla gəlini Cavabdeh7 adına etibarnamə verib. Bundan sonra Cavabdeh7 müraciətinə əsasən ünvanin 2 otaqlı ümumi sahəsi 94,0 kv.metr olan 95-ci mənzilinə dair X4 ilə “xxxx” MMC arasında bağlanmış 12 avqust 2006-cı il tarixli müqavilə və eyni tarixli maliyyə arayışı ləğv edilərək, 04 fevral 2017-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən mənzil onun əri Cavabdeh1 adına keçirilib. Eyni zamanda Cavabdeh7 qaynX4nin nümayəndəsi kimi 18 aprel 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan Quba şəhəri, 12-ci məhəllədə yerləşən 2 otaqlı ümumi sahəsi 200,5 kv.metr olan fərdi yaşayış evini və həmin ünvanda yerləşən 0,04 ha torpaq sahəsini əri X1yə bağışlayıb. 28 aprel 2017-ci il tarixdə X4 “süd v əzinin bədxassəli yenitörəməsi” xəstəliyindən ölüb. Eyni zamanda 18 may 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən X mülkiyyətində olan Quba şəhəri, 12-ci məhəllədə yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini oğlu Cavabdeh1 bağışlayıb, 17 iyun 2017-ci il tarixdə isə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onların üzərində sərəcam verməyi və digər hərəkətləri etməyə dair 17 iyun 2027-ci il tarixədək qüvvədə olmaqla gəlini Cavabdeh7 adına etibarnamə verib. Cavabdeh7 isə qaynatası Xnin nümayəndəsi kimi 22 iyun 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 97,9 kv.metr olan fərdi yaşayış evini əri X1yə bağışlayıb. 11 iyul 20 18-ci il tarixdə X “ürəyin hipertoniyası” xəstəliyindən ölüb. Göründüyü kimi Quba şəhəri, 12-ci məhəllədə yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi istisna olmaqla, digər əmlaklar X4nin verdiyi 03 fevral 2017-ci il tarixli və Xnin verdiyi 17 iyun 2017-ci il tarixli etibarnamələrə əsasən gəlinləri Cavabdeh7 tərəfindən əri Cavabdeh1nin adına keçirilməklə faktiki olaraq özününküləşdirilib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən bağışlama müqavilələrinin qanuniliyinə hüquqi qiymət verərkən, onların Mülki Məcəllədə həmin müqavilələrin bağlanması üçün müəyyənləşdirilmiş bütün şərtlərə cavab verib-verməməsini, tərəflərin valideynləri tərəfindən Cavabdeh7 adına verilən etibarnamə lərdə göstərilən səlahiyyətlərin, eləcə də sonuncunun həmin etibarnamələrə əsasən əri Cavabdeh1 ilə bağladığı bağışlama müqavilələrinin bilavasitə onların iradələrini ifadə edib-etməməsini tam, hərtəfəli və obyektiv obyektiv araşdırmadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Əvvəla, mülki qanunvericiliyə görə, əqddə təmsilçilik dedikdə- bir şəxsin (təmsilçinin) almış olduğu səlahiyyət dairəsində başqa şəxsin (təmsil edilənin) marağına müvafiq olan və onun adından əqd bağlaması və digər hüquqi hərəkətlər etməsi anlaşılır. Yəni, şəxs öz mülki hüquqlarını həm şəxsən, həm də təmsilçi vasitəsilə həyata keçirir. Məsələn, fiziki şəxs xəstə olduqda və sair hallarda öz mülki hüquqlarını bilavasitə özü həyata keçirə bilmədikdə təmsilçinin xidmətind ən istifadə edir və hər bir halda təmsilçi öz hərəkəti ilə bilavasitə təmsil olunanın iradə ifadəsinin gerçəkləşdirilməsini təmin etməlidir. Eyni zamanda mülki qanunvercilikdə təmsil edilənin mənafelərinin müdafiəsi və mümkün sui-istifadə hallarının qarşısını almaq məqsədi ilə təmsilçiyə təmsil edilənin adından özü ilə və ya təmsil etdiyi başqa şəxslə əqd bağlaması qadağan olunur (Mülki Məcəllənin 359.1, 359.3-cü maddələri). Göstəriən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiə hüququna malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılm asına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2013-cü il tarixli qərarında da göstərilir ki, təmsilçi vasitəsilə bağlanan əqdlərdə ilk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Hazırki halda təmsilçi X5 təmsil edilənlər X4 və Xnin adından şəxsən özü barəsində əqdlər bağlamasa da, iddiaçını gələcəkdə valideynlərində n miras qalmış əmlaklardan ona çatan paydan məhrum etmək üçün bağışlama müqavilələri əsasında bütövlükdə həmin əmlakları əri Cavabdeh1 adına sənədləşdirməsi, keçirməsi işin mübahisə olunmayan hallarıdır və bu hallar mülki iş materialları ilə də istisna olunmur. Apellyasiya instansiyası məhkəməsi bu halları nəzərə almadan, X4nin 03 fevral 2017ci il tarixdə, Xnin isə 17 iyun 2017-ci il tarixdə bilavasitə notariat orqanına gedib bütün səlahiyyətlərini Cavabdeh7 həvalə etdikləri və hətta X 18 may 2017-ci il tarixdə notariat orqanına gedib bağaşlama müqaviləsi üzrə Quba şəhəri 12-ci məhəllədə yerləşən 0,04 ha torpaq sahəsini oğlu Cavabdeh1 bağışladığı halda, onların həmin vaxt nəyə görə digər əmlakları da sonuncuya bağışlamamalarının səbəblərini, eləcə də bağışlama müqavilələrinin onların iradə lərini ifadə edib etməməsini, həmin əqdlər barədə onların məlumatlı olubolmamalarını aydınlaşdırmadan, yalnız Cavabdeh7 adına verilən etibarnamələrdəki səlahiyyətlərə əsaslanaraq bağışlama müqavilələrinin Mülki Məcəllədə müəyyənləşdərilmiş şərtləri pozmamaqla bağlanması qənatinə gəlmişdir. Halbuki, mülki qanunvericilikdə əqdin etibarlılığı dedikdə- onun qanunun tələblərinə uyğun olaraq tərtib edilməsi və bağlanması başa düşülür ki, yalnız bu halda o, müəyyən hüquqi nəticə doğura bilər. Nəzərə almaq lazımdır ki, əqdə tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir. Əqdin etibarlılığı üçün: əqdin subyektiv tərkibinin qanuniliyi; əqdin (qanuniliyi) məzmununun qanuniliyi; iradə və iradə ifadəsinin uyğunluğu; eləcə də əqdin formasının qanuniliyi şərtlərinin olması zəruri dir. İradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, əqd mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan belə etibarsız sayıla bilər. İradə ifadəsinin olmaması o, zaman olur ki, birincisi, ortada iradə ifadəsi var, lakin onu formalaşdıran daxili iradə yoxdur (məsələn: hədə-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəxsin bağladığı əqd); ikincisi, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadə əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altındadır (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli ya nılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi) (Mülki Məcəllənin 339.1, 339.2, 339.3, 339.4-cü maddələri). İddiaçı iddia ərizəsində, apellyasiya şikayətində Cavabdeh7 adına etibarnamələr verilərkən, eləcə də mübahisəli əmlaklara dair sonuncu ilə əri Cavabdeh1 arasında bağışlama müqavilələri bağlanarkən, valideynlərinin cavabdehlər tərəfindən aldadıldıqlarını göstərdiyi halda, apellyasiya instansiyası məhkəməsi işin bu halları üzrə ümumiyyətlə heç bir araşdırma aparmadan və hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 392.2-c i maddəsinin mənasına görə, apellyasiya şikayəti təmin edilmədikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayəti təmin etmədiyini qətnamədə göstərməyə borcludur. Digər tərəfdən Cavabdeh1 ilə yanaşı, iddiaçı da X4 və Xnin birinci növbəli vərəsəsidir və o, da Cavabdeh1 ilə yanaşı valideynlərinə məxsus olan evdə yaşayır və bu gündə də onun bütün əmlakı mübahisəli evdədir. Eyni zamanda mülki iş materialları və birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə müəyyən olunur ki, iddiaçı, valideynləri öldüyü vaxtdan onlara məxsus əmlaklara sahiblik etməyə və onları idarə etməyə faktik başlamaqla mirası qəbul edib. Cavabdehlər özləri də izahatlarında bu faktı inkar etməmişlər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri i lə razılaşıb hesab edir ki, hədiyyənin vərəsənin payına daxil edilməsini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1277-ci maddəsi 24 iyun 2005-ci il tarixli Qanunla Mülki Məcəllədən xaric edilsə də, həmin Məcəllənin 1200-cü maddəsində oxşar münasibətləri tənzimləyən norma vardır. Həmin normanın mənasına görə, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Maddənin mənasına görə miras payın tam həcmi müəyyənləşdirilərkən, miras qoyanın mirasa vərəsəlik açılanadək iki il ərzində üçüncü şəxsə bağışladığı əşyanın dəyəri nəzə rə alınır. Belə ki, bağışlanmış əşya mirasın kütləsinə daxil olsaydı, miras payı almaq hüququ olan şəxsin alacağı payın arta biləcəyi məbləğdə pay artırılmalıdır. Mirasdan pay almaq hüququ olan şəxsin bağışlanmış əşyaya görə miras payının artırılmasını tələb etmək hüququ miras açıldığı vaxtadək hədiyyənin verilməsindən iki ildən az vaxt keçmiş olduqda yaranır. Əksinə, bu vaxt ötürülərsə, onda hədiyyədən pay almaq hüququ yaranmır. Göründüyü kimi Cavabdeh1 valideynlərinin ağır xəstə olmalarından sui-istifadə edərək, gələcəkdə onlardan miras qalacaq əmlaklardan bacısı X6yə pay verməmək üçün, əvvəl valideynlərinin adından arvadı Cavabdeh7 adına 03 fevral 2017-ci il və 17 iyun 2017-ci il tarixli etibarnamələr almış və bundan sona həmin etibarnamələrə əsasən təxminən 1 ay 15 gündən sonra arvadı Cavabdeh7 ilə öz aralarında bağışlama müqavilələri bağlayaraq, bütün əmlakı öz adına keçirmiş və bununla da iddiaçının həmin əmlaklara qanunla gözlənilən vərəsəlik hüququnu pozmuşdur. Mübahisəli əmlaklara dair bağışlama müqavilələrinin bağlanmasından 10 gündən sonra X4nin, 1 il, 1 aydan sonra isə Xnin ölməsi də qeyd olunan faktları təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər iki qrupa ayrılır- mübahisə edilən və əhəmiyyətsiz əqdlərə. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.2-ci maddəsi). Əhəmiyyətsiz əqd isə məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eti barsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.3, 337.4-cü maddələri). Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən qeyd olunan hallar araşdırılmalı və bağışlama müqavilələrinin sadalanan maddələrdə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanıb-bağlanmaması bir daha yoxlanılmalı və bundan sonra iddiaçının cavabdehlərə qarşı hazırki iddia tələblərinin əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçü n əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan q aldırılmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2(103)-4070/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar