Məhkəmə qərarları › İş №2(102)-5605/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5605/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5605/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 may 2021-ci il tarixli, 2(105)1315/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 29 sentyabr 2010-cu il tarixli, 207/10 saylı kredit müqaviləsi ilə "xxxx" ASC-nin Suraxanı filialı tərəfindən Cavabdeh illik 14 faiz olmaqla, 36 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC və İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqavilə ilə ASC-nin problemli aktivlərinin tələb hüququ İddia çı QSC-yə keçmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 13 avqust 2020-ci il tarixli rəyinə əsasən 29 sentyabr 2010-cu il tarixli, 207/10 saylı krediti müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh "xxxx" ASC-yə 29 sentyabr 2013-cü il tarixə (müqavilə müddətinin sonuna) olan borcu ******* ABŞ dolları, o cümlədən əsas borcu ******* ABŞ dolları, faiz borcu 556500 ABŞ dolları məbləğində müəyyən olunur. Qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, cavabdeh tərəfindən 07 may 2015-ci il tarixindən 18 may 2020-ci il tarixədək 25000 ABŞ dolları məbləğində ödənişlər edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabde h qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə ******* ABŞ dolları, faiz borcu üzrə 513646,53 ABŞ dolları, cəmi 1821596,53 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan cavabdeh müqavilə üzrə kredit vəsaitindən istifadə etsə də, götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(012)-1499/2020 nömrəli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia tələbi iddia müddətinin keçm əsi ilə əlaqədar rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(012)-1499/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 may 2021-ci il tarixli, 2(105)-1315/2021 nömrəli qətnaməsi ilə (hakim T.Q.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və S.A.Qafaridən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(012)-1499/2020 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh tərəfi ndən kredit müqaviləsi üzrə sonuncu ödəniş 18 may 2015-ci il tarixdə aparılmışdır. Göründüyü kimi, kredit müqaviləsinin müddəti bitdikdən 6 il 5 ay Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş, yəni 18 may 2015-ci il tarixdən 4 il 3 ay keçdikdən sonra İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia müddətinin buraxıldığını bildirmiş, mübahisəyə iddia müddətini tətbiq etməklə, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MM-in 372.1, 373.2, 375.2, 377.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 v ə 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına istinad edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası MM-in 375.2-ci maddəsini tətbiq etməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyi üçün iddianı rədd etməsi qanuni və əsaslı olmuşdur. İddiaçının iddia müddətinin axımının Cavabdeh dair sənədlərin "xxxx" ASC tərəfindən İddiaçı QSC-yə təhvil verildiyi 05 aprel 2018-ci il tarixdən tətbiq edilməli olmasına dair apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, "xxxx" ASC ləğv edilməmiş və iddia müddəti ərzində məhkəməyə müraciət edə bilərdi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəl illəri İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 may 2021-ci il tarixli, 2(105)-1315/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, öhdəliyin icra müddəti ilə bağlı şərtlər cavabdehlə bağlanmış kredit müqaviləsində nəzərdə tutulmuş və müqavilə yalnız borcalanın öz üzərinə götürdüyü öhdəlikləri borcalan və ya üçüncü şəxs tərəfindən vaxtında və tam həcmdə yerinə yetirildikdə xitam olunur. Həmçinin məhkəmə MM-nin 430.1-ci maddəsinin qaydaları nəzərə almayaq, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmişdir ki, bununla da qeyd olunan maddənin tələblərinin cavabdeh tərəfindən pozulmasına rəvac verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi cavabdehlə formal bağlanmış, bank tərəfindən cavabdehə kredit verilməmişdir. Hazırki iddia isə iddia müddəti ötürülməklə məhkəməyə verilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında Cavabdeh vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-in 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi fak tlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbayca n Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1 və 380.2-ci maddələrinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə mü əyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olu nmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.1-ci maddəsin ə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı maddi hüquq normaları, habelə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, cavabdeh birinci instansiya mə hkəməsində verdiyi 21 oktyabr 2020-ci il tarixli ərizəsində "xxxx" ASC-dən kredit götürməməsini, bankın rəhbərliyi tərəfindən ona kredit müqaviləsinə imza etdirməsini, banka heç bir ödəniş etməməsini göstərmişdir. Eyni mövqeyi cavabdeh apellyasiya şikayətinə etirazda da ifadə etmişdir. Lakin apellyasiya məhkəməsi tərəfindən cavabdehin qeyd etdiyi hallar araşdırılmamış, yalnız iddia müddətinin ötürülməsinə istinad edilməklə, iddia rədd edilmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müdd ətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarları). Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın əsaslılığına dair dəlillər, o cümlədən tələb olunan kreditin cavabdehə verilib-verilməməsi araşdırılmalı, kredit verən təşkilatın vəzifəli şəxslərinin əməllərində cinayət tərkibi müəyyən edildiyi halda, bununla bağlı aidiyyəti orqanlara məlumat verilməl i, eyni zamanda "xxxx" ASC-nin vəzifəli şəxsləri barədə istintaq olunan və ya məhkəmələrdə baxılan cinayət işlərində Cavabdeh ilə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə pul vəsaitinin qanunsuz olaraq ələ keçirilməsi hallarının müəyyən olunub-olumamasını aydınlaşdırılması üçün aidiyyəti orqanlara sorğular verilməli və alınan nəticələrə əsasən qərar qəbul olunmalıdır. Digər tərəfindən apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdehlə rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə sonuncu ödəniş 18 may 2015-ci il tarixdə həyata keçirilmişdir. İddia müddətinin axımı həmin tarixdən hesablandığı halda, müddət 18 may 2018-ci il tarixdə bitmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QS C-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə əsasən hazırki kredit müqaviləsi üzrə sənədlər 05 aprel 2018-ci il tarixdə, yəni iddia müddətinin bitməsindən 1 ay 13 gün əvvəl hazırki iş üzrə iddiaçıya təhvil verilmişdir. İddiaçı apellyasiya şikayətində həmin hala istinad etmiş, apellyasiya instansiyası məhkəməsi isə iddiaçının dəlilini rədd edərkən bir cümlə ilə göstərmişdir ki, "xxxx" ASC ləğv ləğv edilməmiş və iddia müddəti ərzində məhkəməyə müraciət edə bilərdi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə sənədlər iddiaçıya təhvil verildiyi tarixdən sonra qalan iddia müddəti ərzində iddia ilə məhkəməyə müraciət edilməsinin mümkünlüyünə, müddətinin buraxılmasının üzrlü səbəblərdən baş verib-verməməsinə və üzrlü olduğu halda, MM-in 382- ci maddəsinə əsasən bərpa edilməli olmasına hüquqi qiymət verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi isə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımın dan düzgün hüquqi qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 may 2021-ci il tarixli, 2(105)-1315/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar