Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5609/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03 aprel 2019-cu il tarixli qətnaməsindən “xxxx” MMC-nin və onun vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-9/2018 saylı 11 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavab dehlər «xxxx» MMC-dən, X1, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 39950,96 manat əsas borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, cəmi 39980,96 manatın tutularaq iddiaçı Bankın Bakı filialına ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin 85000 manat olmaqla açıq hərracda satılması, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına cavabdehlər «xxxx» MMC-nin, X2, Cavabdeh2 və Cavabdeh1 iddiaçı Bankın Bakı filialına olan borcunun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh «xxxx» MMC-dən əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 manatın alınaraq «xxxx» MMC-nin hesabına, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olaraq 14 5 manatın alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 aprel 2019-cu il tarixli, 2(103)-4075/2019 saylı qətnaməsi ilə (hakimlər X.Cəmilova sədrlik edən, məruzəçi İ.Xəlilov və İ.Kərimli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-9/2018 saylı 11 iyun 2018-ci il tarixli qətnaməsi “cavabdehlərdən əsas və faiz borcunun tutulması” hissəsində dəyişdirilməsi, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 və “xxxx” MMC-dən iddiaçı xeyrinə 002 saylı 28.01.2013-cü il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği 50149.01 manat, faiz borcunun məbləği isə 8738.46 manat müəyyən edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ca vabdehlər Cavabdeh1, X3, Cavabdeh2 və “xxxx” MMC-yə qarşı kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin tutulması, tələbin girov predmetinə yönəldilməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh “xxxx” MMC-ti və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya məhkəməsi sübutları qiymətləndirərkən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərini ciddi olaraq pozmuşdur. Apellyasiya məhkəməsinin qətnaməsi ilə həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2, 6.1 və digər maddələrinin tələblərini pozmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2019-cu il tarixli qətnaməsin in ləğv olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, Cavabdeh1 nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və ape llyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 28.01.2013-cü il tarixli 002 saylı kredit müqaviləsinə əsasən Bakı fil ialı «xxxx» MMC ilə 28.01.2013-cü il tarixdə 36 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 190000 manat məbləğində kredit verilməsi barədə razılığı gəlmişdir. İddiaçı, «xxxx» MMC, Cavabdeh1, Cavabdeh2 və X4 arasında 28.01.2013-cü il tarixdə bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh1, Cavabdeh2 və X4 28.01.2013-cü il tarixli 002 saylı kredit müqaviləsinə əsasən kredit alanın bank qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdələrinə götürmüşlər. İddiaçı Bankın Bakı filialına ipoteka qoyan Cavabdeh1 və borclu «xxxx» MMC arasında bağlanmış 02.12.2011-ci il tarixli 83 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 28.01.2013-cü il tarixli razılaşmanın notarial qaydada təsdiq edilmiş surətindən g örünür ki, İddiaçı ilə «xxxx» MMC-nin direktoru X5 arasında 02 dekabr 2011-ci il tarixdə 200000 manat məbləğində kredit xətti verilməsi barədə 300 saylı kredit xətt müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmişdir. «xxxx» MMC-nin direktoru X5 arasında 28 yanvar 2013-cü il tarixində 190000 manat məbləğinə 36 ay müddətinə 002 saylı kredit verilməsinə dair müqavilə imzalanmışdır. Cavabdeh1 ünvan 1 ünvanda yerləşənmənzili 02 dekabr 2011-ci il tarixli 83 saylı ipoteka müqaviləsinin müddəti İddiaçı ilə «xxxx» MMC-nin direktoru X5 arasında bağlanmış 28 yanvar 2013-cii il tarixli 002 saylı kredit xətt müqaviləsi üzrə öhdəliklərin «xxxx» MMC-nin direktoru X5 tərəfindən tam icra olunması tarixinə qədər uzadılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Ko mitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzili Cavabdeh1 xüsusi mülkiyyətindədir və 28.01.2013-cü il tarixli 002 nömrəli kredit müqaviləsi üzrə Bakı filialının xeyrinə yüklü edilmişdir. Bildirişin və pretenziyanın surətlərindən görünür ki, Bakı filialı tərəfindən cavabdehlərə borcunun ödənilməsinə dair xəbərdarlıq edilərək pretenziya göndərilmiş, borc alanın öhdəliklərinin ünvan 1 ünvanda yerləşən mənzilinə yönəldilməsi proseduruna başlayacağını və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin 25.11.2016-cı il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh 1 məxsus ünvan 1 ünvanda yerləşən mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. «xxxx» MMC-nin 20.07.2017-ci il tarixli 242 saylı rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzilinin qiyməti 85.000 manat təşkil edir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 27.04.2018-ci il tarixli 15464 saylı ekspert rəyindən görünür ki, «xxxx» MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 28.01.2013-cü il tarixli 002 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə «xxxx» MMC-nin 22.02.2016-cı il tarixə (müqavilə bitən tarixə) banka olan borcu 58.887.47 manat məbləğində müəyyən olunur, o, cümlədən, əsas borc üzrə 50.149.01 manat, faiz borcu üzrə 8.738.46 manat. 30.11.2016-cı il tarixli «Hesabat»a əsasən 28 yanvar 2013-cü il tarix li 002 saylı kredit müqaviləsi üzrə «xxxx» MMC tərəfindən Bakı filialına 207.011,51 manat (əsas borcdan ödənilən cəmi məbləğ 138.656,52 manat; faizdən ödənilən cəmi məbləğ- 68.354,99 manat) məbləğində ödəniş edilmişdir. Lakin hesabdan çıxarış məlumatlarına əsasən «xxxx» MMC tərəfindən banka (22.02.2013-cü il tarixdən 29.11.2016-cı il tarixədək) 188.075,00 manat məbləğində ödənişin edildiyi müəyyən edilmişdir. Maliyyə arayışı ilə hesabdan çıxarışdakı ödənişlər arasında fərq 18.936.51 manatdır. «xxxx» MMC-nin İddiaçıya 30.11.2016-cı il tarixə olan borcu barədə iddiaçı tərəfindən tərtib və təsdiq edilmiş hesabatdan görünür ki, «xxxx» MMC tərəfindən əsas borca görə 138656.52 manat, faiz borcuna görə 68.354.99 manat ödənilmiş, ödənilməli vaxtı keçmiş və kredit borcu 51.343.48 manat, ödənilməli vaxtı keçmiş faiz borcu 24642.07 manat təşkil edir. Həmin kredit borcunun ödənilməsi cavabdehlər tərəfindən tam təmin edilmədiyi üçün Bank hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsini işin müəyyən edilmiş hallarına tətbiq etməklə borclunun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan əsas və faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin məhkəmə kredit borcu üzrə yaranmış əsas və faiz borcunun məbləğinə münasibətdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən 26.05.2017-ci il tarixli qərardadla keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 15464 saylı 27.04.2018-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdi ki, 002 saylı 28.01.2013-cü il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə “xxxx” MMC-nin 22.02.2016-cı il tarixə banka olan borcu 58887.41 manat, o cümlədən əsas borc üzrə 50149.01 manat, faiz borcu üzrə 8738.46 manat təşkil edir. Buna baxmayaraq birinci instansiya məhkəməsi sözügedən ekspet rəyində «Qeyd»ə və həmin «Qeyd»də göstərilən 30.11.2016-cı il tarixli hesabata (i.v. 22) əsaslanaraq, 28 yanvar 2013-cü il tarixli 002 saylı kredit müqaviləsi üzrə «xxxx» MMC tərəfindən Banka 207011,51 manat (əsas borcdan ödənilən cəmi məbləğin 138656,52 manat, faizdən ödənilən cəmi məbləğin 68354,99 manat) ödəniş edildiyi, lakin hesabdan çıxarış məlumatlarına əsasən «xxxx» MMC tərəfindən Banka (22.02.2013-cü il tarixdən 29.11.2016-cı il tarixədək) 188075 manat məbləğində ödəniş edildiyini müəyyən etmiş və beləliklə də, maliyyə arayışı ilə hesabdan çıxarışdakı ödənişlər arasındakı fərqin 18936,51 (207011,51 – 188075) manat olması ilə razılaşmış, buna görə də cavabdehlərdən cəmi 39950,96 (58887,47 – 18936,51) manat pulun tutulması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi keçirilən mühasibatlıq ekspertizası ilə bağlı verilmiş rəyə hüquqi qiymət verərkən xüsusi biliyə malik olan ekspert tərəfindən cavabdehlərin Banka 58887,47 manat borcunun hesablanması ilə razılaşmış, həmin hesablamanı n düzgün aparılmaması ilə bağlı təkrar və ya əlavə ekspertiza təyin edilməsinə dair vəsatətlər verilməmiş, yəni bu halı tərəflər mübahisələndirməmişlər. Lakin qətnamədən göründüyü kimi, məhkəmə cavabdehlərdən tutulmalı olan kredit məbləğini müəyyən edərkən ekspert rəyindəki «Qeyd»ə əsaslanmışdır. Halbuki ekspertin həmin «Qeyd»də göstərdikləri ekspertin xüsusi biliyi ilə bağlı deyil, mülki prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin səlahiyyətinə aid olan «sübutlara hüquqi qiymət vermə» məsələsi ilə bağlı olmuşdur. Buna baxmayaraq məhkəmə öz səlahiyyətinə aid qiymətləndirməni ekspert rəyindəki məhz həmin «Qeyd»ə əsaslanmaqla düzgün aparmamışdır. Apellyasiya baxışı zamanı ekspert rəyindəki «Qeyd»də göstərilənlər iddiaçının təqdim etdiyi hesabdan çıxarış və həmin hesabdan çıxarış sənədinə əsasən aparılan ödənişləri təsdiq edən ödəniş qəbzləri ilə təkzib olundu. Belə ki, həmin sənədlərdən müəyyən olundu ki, cavabdeh tərəfindən Banka edilmiş ödənişlər həqiqətən 188075 manat təşkil etmişdir ki, bunun da 139850,99 manatı əsas, 48224,01 manatı isə faiz borcuna silinmişdir. Beləliklə, cavabdehin Banka qalmış borcu ekspert rəyində də göstərildiyi kimi, cəmi 58887,47 manat, o cümlədən 50149,01 manat əsas, 8738,46 manat faiz borcu təşkil edir. O ki qaldı ekspert rəyindəki «Qeyd»də göstərilən və iş materiallarında olan «hesabat»a (i.v. 22), apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi həmin «hesabat»da göstərilən ödənilmiş əsas və faiz borcu məbləğlərinin texniki səhv nəticəsində düzgün göstərilmədiyini və bunun texniki səhv olmasının da həm birinci instansiya, həm də ap ellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş hesabdan çıxarış və ödəniş qəbzləri ilə bir daha təsdiq olunduğunu bildirdi. Beləliklə, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi «hesabat» (i.v. 22-dəki) sənədində cavabdeh tərəfindən ödənilmiş əsas və faiz borcu məbləğlərinin texniki səhv nəticəsində düzgün göstərilməməsi faktı həm iddiaçının birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi hər iki hesabdan çıxarış sənədləri və həmin hesabdan çıxarış sənədlərində göstərilən əməliyyatlara dair təqdim olunmuş ödəniş qəbzləri ilə öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi kredit müqaviləsi müddətinin sonuna olan 58887,47 manatdan maliyyə arayışı (i.v. 22-dəki hesabat) ilə hesabdan çıxarış məlumatları arasındakı fərqi- 18936,51 manatı çıxm aqda haqlı olmamışdır. Cavabdeh tərəfindən Banka olan borcunun ekspert rəyində göstərilən 58887,47 manatdan daha az məbləğdə olması, yəni onun tərəfindən daha çox məbləğdə (188075 manat deyil, daha çox- 207011,51 manat məbləğdə) borcun Banka qaytarılması faktını təsdiq edə biləcək hər hansı sübut təqdim olunmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən tutulması müəyyən edilmiş əsas və faiz borcunun məbləği hissələrdə dəyişdirilərək, Bankın xeyrinə tutulmalı olan məbləğ cəmi 58887,47 manat, o cümlədən 50149,01 manat əsas, 8738,46 manat faiz borcu miqdarında müəyyən edilməli, bununla da, iddiaçı Bankı”nın Bakı filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticəl əri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Beləliklə kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəs i ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kоllеgiyаsı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üç ün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 03 aprel 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5609/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5609/2019
04.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver