Məhkəmə qərarları › İş №2(102)-5612/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5612/2019

08.08.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5612/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 avqust 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.H.Qasımov, iş № 2(001)-6299/2016 saylı mülki iş) İddiaçı i ddiasının təmin edilməsi, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus kooperativ binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 241 kv.m olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması və həmin qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən onun sahiblik və istifadəsinə verilməsi, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus kooperativ binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 241 kv.m olan qeyri-yaşayış sahəsində təmir işlərinin aparılmasına şəraitin yaradılmasının, sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılmasının "xxxx" MMC-yə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən, məruzəçi), X.A.Mərdanova və F.F.Babayev, 2(103)1509/2019 saylı mülki iş) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6299/2018 saylı iş üzrə 26 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv olunmaqla iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin edilməsi, ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 241 m2 olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı sahiblik və istifadə hüquqlarının tanınması və həmin qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən onun sahiblik və istifadəsinə verilməsi, ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 241 m2 olan qeyri-yaşayış sahəsində təmir işlərinin aparılmasına şəraitin yaradılmasının, sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılmasının "xxxx" MMC-y ə həvalə edilməsi, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi kimi 30 manat 40 qəpik məbləğində pulun "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə arasında 18.02.2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən kooperativ binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 241 m2 olan qeyri-yaşayış sahəsini hər m2 üçün 730 manat ödəmək şərtilə ümumilikdə 176.000 manat ödəməklə MMC-dən aldığını, müqavilənin 5-ci bəndində qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənildiyinin qeyd olunduğunu, müqavilə üzrə bütün öhdəliklərini vaxtında icra etdiyini, lakin MMC tərəfindən qeyri-yaşayış sahəsin in onun sahiblik və istifadəsinə verilmədiyini irəli sürmüş, buna görə də sözügedən qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahənin sahibliyinə və istifadəsinə verilməsi, həmin sahədə təmir işlərinin aparılmasına şəraitin yaradılması, qeyri-yaşayış sahəsinə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifələrinin MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" MMC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etm işdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı bir inin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi fa ktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən İddiaçı (alıcı) ilə "xxxx" MMC arasında 18 fevral 2017-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə görə adı çəkilən MMC, ünvan 3 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 241 m2 olan qeyri-yaşayış sahəsini son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən bilavasitə alıcıya təhvil verməyi, alıcı isə həmin əmlakın müqabilində 176. 000 manat pulu ödəməyi öhdəsinə götürmüşdür; "xxxx" MMCnin direktoru X. Cəfərovun həmin tarixdə verdiyi maliyyə arayışına görə sözügedən qeyriyaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. İş materiallarından görünür ki, tərəflər arasında mübahisənin yara nmasına səbəb, "xxxx" MMC-nin, iddiaçı ilə bağlamış olduğu müqavilənin şərtlərinə əməl etməyərək sözügedən qeyri-yaşayış sahəsini ona təhvil verməməsi olmuş, MMC-nin nə apellyasiya şikayətində, nə də onun nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi izahatında ünvan 3 ünvanında MMC-nin inşa etdiyi binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 241 m2 olan qeyri-yaşayış sahəsinə dair tərəflər arasında müqavilə bağlandığı təkzib olunmamaqla yanaşı, əmlakın təhvil verilməməsi müqavilənin tərəflərin həqiqi iradəsini əks etdirməməsi, MMC-nin direktorunun iddiaçıya olan borcunun təminatı kimi formal olaraq bağlandığı ilə əlaqələndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri mövcuddur, sözügedə n müqavilənin isə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ləğv, yaxud etibarsız hesab edilmiş olduğu müəyyən olunmamışdır.Cavabdehin nümayəndəsinin, qeyri-yaşayış sahəsinin bazar dəyərinin 964.000 manat olması, onun real bazar qiymətlərindən çox daha aşağı qiymətə satılmasının məntiqsizliyi və bu halın müqavilənin formallığına dəlalət etməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmlak sahibi əmlakının qiymətini müəyyənləşdirməkdə sərbəst olduğundan və yaranmış zərurətlə əlaqədar əmlakını real dəyərindən aşağı qiymətlə satması sonradan müqavilənin etibarsız olması mənasına gəlmədiyindən həmin hal müqavilənin etibarsız hesab olunmasına əsas vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsi n (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -165-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmiş dir ki, iddia tələbi təmin olunmalı, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının sahibliyinə və istifadəsinə verilməli, həmin sahədə təmir işlərinin aparılmasına şəraitin yaradılması və ona dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifələri "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiy ası QƏRARA ALDİ: Cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar