Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5622/2022 09.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2021-ci il tarixli 2(103)-10167/2021 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil Vəliyəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlaka payın müəyyən edilməsi və qızıl-zinət əşya larının qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2(003)-562/2020 saylı qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(103)-6056/2020 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2608/2021 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(103)-6056/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil Vəliyəddin oğlu apellyasiya instansiyası məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-5622/2022 saylı 7 oktyabr 2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 7 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş kasasiya baxışından çıxarılmalıdır. Belə ki, MPM-in 405 və 405.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilir. İşdən görünür ki, iddiaçı məhkəmə proseslərində nümayəndə və vəkili Vəkil Vəliyəddin oğlu vasitəsi ilə təmsil olunmuşdur. Vəkilin isə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabineti olmuşdur. Baxılan iş üzrə elektron məhkəmə informasiya sistemində olan məlumatlara nəzər yetirilərkən müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 30 noyabr 2021ci il tarixli məhkəmə aktının əsas sənədi xx.xx.2021-ci il saat 17:13-də hakimin elektron imzası ilə imzalanmışdır. Məhkəmə aktı imzalandığı vaxtdan nümayəndənin elektron kabinetinə yerləşdirilmişdir. Bununla da, iddiaçı tərəfin qətnamədən kassasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş 2 aylıq müddəti axımı həmin vaxtdan başlanmışdır. Lakin iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayəti ilə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək qanunla müəyyən edilmiş qətnamədən kassasiya şikayəti vermə müddətini ötürmüşdür. MPM-in 408.1 və 408.1.4-cü maddələrinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. Bundan başqa iş materiallarından görünür ki, kassasiya şikayəti elektron kabinet vasitəsi ilə verilməmişdir. İddiaçınn nümayəndəsi və vəkili Vəkil bu halı apellyasiya instansiyası məhkəməsinə ünvanlandığı ərizədə iddiaçının Rusiya Federasiyası vətəndaşı olması və elektron kabinetinin olmaması ilə əsaslandırmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır, iddiaçı nümayəndə ilə təmsil olunur və kassasiya şikayətini onun səlahiyyətli nümayəndəsi (eyni zamanda vəkili) tərəfindən verilir. Belə olan halda kassasiya şikayəti nümayəndənin elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabineti vasitəsi ilə verilməli olduğu halda bu tələbə riayət edilməmiş, apellyasiya instansiyası məhkəməsi bu halı diqqətdən qaçırmış, qeyd edilən nöqsanlara hüquqi qiymət vermədən kassasiya şikayətini geri qaytarmalı olduğu halda baxılması üçün mülki işlə birlikdə Ali Məhkəməyə göndərmişdir. MPM-in 408.1 və 408.1.7-ci maddələrinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbindən göründüyü kimi e lektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş kassasiya şikayəti bu qaydaya riayət olunmadan verilmişdir. MPM-in 417.1 və 417.1.7-ci maddələrinə əsasən kassasiya instansiya məhkəməsi tərəfindən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)5622/2022 saylı 7 oktyabr 2022-ci il tarixli işin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil Vəliyəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(102)-5622/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-5622/2022
09.12.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver