Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5623/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1MMC, Cavabdeh3, Məmmədəliyev Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Hərracın nəticlərinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi) Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Məmmədəliyev Cavabdeh2 qarşı Hərracın nəticlərinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4812/2022 nömrəli, 5 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmi ş kassasiya şikayətinə 28 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Məmmədəliyev Cavabdeh2 və Məmmədəliyeva (Cəfərova) Pərnaz Şirin qızı (bundan sonra iddiaçı ) 24 oktyabr 1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.
2. Məmmədəliyev Cavabdeh2 (bundan sonra cavabdeh ) adına 15 yanvar 2014-cü il tarixdə Qusar rayonun Çiləgir kəndində yerləşən 0,09 ha torpaq sahəsi, 17 yanvar 2014cü il tarixdə Qusar rayonun Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsi və 14 iyul 2017ci il tarixdə Qusar rayonun Çiləgir kəndində yerləşən 0,10 ha torpaq sahəsi (mübahisəli torpaq sahələri) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli icra sənədin ə əsasən Məmmədəliyev Cavabdeh2 57500 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Cavabdeh3 ödənilməlidir. Qətnamə 21 iyun 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
4. İcra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qərardadı ilə icra məmurunun təqdimatı təmin edilərək, Məmmədəliyev Cavabdeh2 mülkiyyətində olan yuxarıda qeyd edilən torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur.
5. Cavabdeh1 MMC (hazırda "xxxx" MMC) tərəfindən Qusar rayonun Çiləgir kəndində yerləşən 0,09 ha və 0,10 ha həyətyanı torpaq sahələrinin, Qusar rayonunun Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsinin açıq hərracdan satılmasına dair keçirilmiş hərracın nəticələrinə dair Cavabdeh1 MMC-nin 17 oktyabr 2019-cu il tarixli 120 saylı, 121 saylı və 122 saylı protokollarına və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrə əsasən həmin torpaq sahələri Cavabdeh3 tərəfindən əldə edilmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı və Məmmədəliyev Cavabdeh2 (bundan sonra cavabdeh) arasında nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Məmmədəliyev Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonun Çiləgir kəndində sahəsi 0,09 ha olan, Qusar rayonun Ləzə kəndində sahəsi 0,19 ha olan və Qusar rayonun Çiləgir kəndində sahəsi 10 ha olan torpaq sahələrinin 17 oktyabr 2019-cu il tarixdə Cavabdeh1 MMC tərəfindən həyata keçirilmiş açıq hərracla satışı nəticələ rinin etibarsız hesab edilməsi, mübahisəli torpaq sahələrinin bərabər şəkildə onunla cavabdeh Məmmədəliyev Lətif Cavabdeh2 oğlu arasında bölünməsi və həmin əmlaklar üzərində bərabər paylı mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırilmışdır ki, Cavabdeh1 MMC nikahda olduğu dövrdə Məmmədəliyev Lətif Cavabdeh2 oğlunun mülkiyyətinə keçmiş mübahisəli torpaq sahələrinin açıq hərracda satışını həyata keçirmişdir. 17 oktyabr 2019-cu il tarixli 122 nömrəli hərracın yekunları barədə protokola əsasən, hərrac zamanı alıcı qismində Cavabdeh3 Tapdıq oğlu çıxış etmişdir. Hərrac qanunsuz keçirildiyindən, onun nəticəsi də etibarsız hesab edilməlidir. Belə ki, 10 oktyabr 1992-ci ildə cavabdeh ilə rəsmi nikaha daxil olmuş, Xətai Rayon Məhkəmisinin 19 oktyabr 2018-ci il taixli 2(011 )-5695/2018 saylı qətnaməsi ilə həmin nikah pozulmuşdur. Mübahisələndirilən torpaq sahələri birgə nikah dövründə əldə edildiyindən, onlar üzərində iddiaçınında mülkiyyət hüququ vardır. İddiaçı Cavabdeh1 MMC-yə onların satışını həyata keçirəcəkləri torpaq sahələri ilə bağlı məhkəmədə əmlak bölgüsü üzrə işin olduğunu, buna görə də satışı əmlak üzrə paylar müəyyənləşənədək dayandırmaları haqqında məktubla müraciət etmişdir. Onlar da satışı dayandırmaq üçün məhkəmənin həmin əmlakın satışının qadağan edilməsi ilə bağlı qərarının olmasının vacib olduğunu vurğulamışdır. Bu səbəbdən məhkəməyə müraciəti əsasında həmin torpaq sahələrinin satışının mülkiyyətçiyə və digər şəxslərə qadağan edilməsi barədə məhkəmə qərardad çıxarmış və iddiaçı onu hərrac təşkilatına təqd im etmişdir. Hərrac təşkilatı mübahisəli torpaq sahələrinin satışını 17 oktyabr 2019-cu il tarixdə həyata keçirmişdir.
9. Cavabdehlər «X1” MMC iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Hərrac Təşkilatının xx.xx.2019-cu il tarixli, 121 saylı hərracın yekunları barədə protokolun təsdiq edilmiş surətinə əsasən Məmmədəliyev Cavabdeh2 məxsus olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0,09 ha torpaq sahəsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1593/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin, Xətai rayon İcra və Probasiya şöbəsinin xx/xx-6488/19 saylı, xx.xx.2019-cu il tarixli sifarişi məktubuna əsasən hərrac təşkil olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən hərracın təşkil atçısı hərracı başa çatdırmışdır. Hərracın ilkin satış qiyməti 18000 manat, əmlakın alış qiyməti 18000 manat, hərrac mərkəzinə ödənilən beh məbləği 900 manat (tələbkar olduğu üçün beh ödəmir), mübahisəli əmlakı tələbkar Cavabdeh3 Tabdıq oğlu hərracda əldə etmiş, bununla bağlı xx.xx.2019-cu il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır.
11. Hərrac Təşkilatının xx.xx.2019-cu il tarixli, 122 saylı hərracın yekunları barədə protokolun təsdiq edilmiş surətinə əsasən Məmmədəliyev Cavabdeh2 məxsus olan Qusar rayonu, Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1593/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin, Xətai rayon İcra və Probasiya şöbəsinin xx/xx-6489/19 saylı, xx.xx.2019-cu il tarixli sifarişi mək tubuna əsasən hərrac təşkil olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. Hərracın ilkin satış qiyməti 38000 manat, əmlakın alış qiyməti 38000 manat, hərrac mərkəzinə ödənilən beh məbləği 1900 manat (tələbkar olduğu üçün beh ödəmir), mübahisəli əmlakı tələbkar Cavabdeh3 Tabdıq oğlu hərracda əldə etmiş, bununla bağlı xx.xx.2019-cu il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır.
12. Hərrac Təşkilatının xx.xx.2019-cu il tarixli, 120 saylı hərracın yekunları barədə protokolun təsdiq edilmiş surətinə əsasən Məmmədəliyev Cavabdeh2 məxsus olan Qusar rayonu Çiləgir kəndində sahəsi 0,10 ha olan torpaq sahəsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1593/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin, Xətai rayon İcra və Probasiya şöbəsinin xx/xx-6487/19 saylı, xx.xx.2019-cu il tarixli sifarişi məktubuna əsasən hərrac təşkil olunmuşdur. Hərracın ilkin satış qiyməti 20000 manat, əmlakın alış qiyməti 20 000 manat, hərrac mərkəzinə ödənilən beh məbləği 1000 manat (tələbkar olduğu üçün beh ödəmir), mübahisəli əmlakı tələbkar Cavabdeh3 Tabdıq oğlu hərracda əldə etmiş, bununla bağlı xx.xx.2019-cu il tarixdə hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə imzalanmışdır. 13. “Kaspi” qəzetlərinin surətinə əsasən mübahisəli torpaq sahələri ilə bağlı hərracın keçirilməsi barədə elanlar verilmişdir.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)- 110/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tari xli qətnaməsi ilə (hakim Solmaz Əbilova) iddia təmin edilmiş, mübahisəli torpaq sahələrinə iddiaçının və cavabdehin hər birinin ikidə bir hissədə payı müəyyən edilərək, həmin əmlaklar üzərində bərabər paylı mülkiyyət hüquqlarının tanınması, mübahisəli torpaq sahəsinin açıq hərracdan satılmasına dair Cavabdeh1 MMC-nin 17 oktyabr 2019-cu il tarixli 120 saylı, 121 saylı və 122 saylı hərracın yekunları haqqında protokolların və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin etibarsız hesab olunması qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.1, 36.1, 36.3, 37.1 və 37.2-ci, Mülki Məcəlləsinin 213.2, 225.1 və 225.6-cı maddələrinə istinad edərək qeyd etmişdir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əg ər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mübahisəli torpaq sahələrinin iddiaçı və cavabdehin nikah müddətində əldə etdikləri ümumi mülkiyyət olması isə mübahisəsizdir, Cavabdeh2 Məmmədəliyevin borclarına görə İddiaçı mülkiyyətində olan əmlakın, yəni torpaq sahəlirinin ikidə bir hissəsinin hərracda satılması qanunsüz olmuşdur.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 415.2, 415.4, 415.5, 416.1 və 416.2-ci maddələrinə, “İcra haqqında” Qanunun 53.2, 62.1 və 62.2-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şi kayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.
18. Cavabdeh3 Tabdıq oğlunun apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh2 Məmmədəliyev iddiaçının keçmiş əridir. Onunla Cavabdeh2 Məmmədəliyev arasında xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, Cavabdeh2 Məmmədəliyevə 57500 ABŞ dolları məbləğində borc vermişdir. Həmin borcun məhkəmə qaydasında tutulmasına dair qətnamə mövcuddur. İddiaçı ilə borclu H.Məmmədəliyev borc müqaviləsi bağlanan zaman nikahda olmuşlar. Sözügedən torpaq sahəsini Cavabdeh2 Məmmədəliyev xx.xx.2017-ci il tarixdə onu aldadaraq borca aldığı pulun əvəzində əldə etmişdir. Qətnamə onun hüquqlarını və qanunvericiliyin tələblərini pozmaqla qəbul edimişdir.
19. Cavabdeh1 MMC apellyasiya şikayəti ni onunla əsaslandırmışdır ki, qətnamə işin faktiki halları araşdırılmadan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı bu iddianı qaldırmaqla Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-6630/2017 saylı icra vərəqəsi üzrə pul tələbinin birgə nikah dövründə əldə edilmiş əmlaka yönəldilməsindən yayınmağa çalışmışdır. Hərrac qanunun tələblərinə uyğun keçirilmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilib iddianın rədd olunmasını xahiş etmişdir.
20. Məhkəmə iclasında Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, ona olan borcun Cavabdeh2 Məmmədəliyev tərəfindən ödənilmədiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kol legiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5306/2021 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan maddi hüquq normalarından əlavə olaraq Mülki Məcəllənin 224-cü maddəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarına istinad etmiş və hesab etmişdir ki, Qusar rayonun Çiləgir kəndində yerləşən 0,09 ha və 0,10 ha həyətyanı, Qusar rayonun Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahələri iddiaçı və cavabdehin birgə nikahları dövründə əldə edilmiş ümumi əmlakları olduğundan və hərrac qanunvericiliyin tələblərinə zidd keçirildiyindən iddia tələbi əsaslıdır. Cavabdehin bildirdiyi kimi alınan borcun ümumi borc olması öz təsdiqini tapmamışdır. Hətta bu birgə borc hesab edilmiş olsa belə, onların bölgüsü kreditor qarşısında birgə borclu olmasını aradan qaldırmır. Qanunverici ümumi mülkiyyətdə olan əmlaka tutmanın yönəldilməsi üçün ayrıca qayda müəyyən etmişdir.
23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 415.2, 415.4, 415.5, 416.1 və 416.2-ci, Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.1 36.1 və 37.1-ci, “İcra haqqında” Qanunun 53.2, 62.1 və 62.2-ci, Mü lki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
24. Cavabdehlər "xxxx" MMC (əvvəlki Cavabdeh1 MMC) və Cavabdeh3 ayrıayrılıqda kassasiya şikayətləri verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(103)- 5306/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətləri apellyasiya şikayətlərinə uyğun əsaslandırılmışdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2022-ci il tarixli, 2(102)-1941/2022 nömrəli qərarı ilə (hakim Elçad Şamayev sədrliyi və məruzəsi ilə, hakimlər E lşanə Vəliyeva və Aqil Abbasov ibarət tərkibdə) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(103)-5306/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
26. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan hüquq norması tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. mübahisələndirilən torpaq sahələrinin iddiaçı ilə cavabdeh Məmmədəli yev Cavabdeh2 ümumi birgə mülkiyyətləri olması mübahisə predmetini təşkil etmir. Mübahisəli məsələ həmin əmlakların cavabdeh Məmmədəliyev Cavabdeh2 borclu kimi tanındığı icra sənədinin icrası qaydasında hərracdan satılmasının qanuniliyidir. Apellyasiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə cavab verməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2(103)-4812/2022 nömrəli qətnaməsi ilə (hakim Qürbət Əsgərov sədrliyi və məruzəsi ilə, hakimlər Azad İmanov və Fuad Talışinskidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(005)110/2021 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul olunmaqla iddia rədd edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi əmlaklar birgə nikah dövründə əldə edilmiş ümumi əmlaklar olsa da, iddiaçının əri olan cavabdeh həmin əmlaklardan bir hissəsini məhz birgə nikah dövründə hazırki iş üzrə Cavabdeh3 aldığı borc pulun hesabına əldə edildiyindən, həmin borc ümumi borc hesab olunmuşdur. Bu səbəbdən də qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə əlaqədar iddiaçının mübahisələndirdiyi əmlaklar üzərinə həbs qoyulub hərraca çıxarılması və hərracda satılması qanuni olmuşdur. İddiaçı iddia ərizəsində, habelə məhkəmə iclaslarında verdiyi izahatlarda hərracın keçirilmə qaydasının pozulması halına istinad etməmişdir. Bu səbəbdən də hərracın keçirilməsinin etiba rsız olması barədə iddiaçının tələbi əsassız olmuşdur. Lakin işə baxan birinci instansiya məhkəməsi hər hansı bir əsas olmadan hərracın nəticələrini etibarsız hesab etməsi qanunun tələblərinə uyğun olmamışdır.
29. Bundan başqa məhkəmə kollegiyas qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin həqiqi halları düzgün müəyyən edilməmiş, işdəki sübutlar prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməmiş, maddi hüquq normaları düzgün tətbiq və təfsir olunmamış, bu səbəbdən də qətnamə qanuni və əsaslı olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
30. İddiaçı (vəkil Sima Yaqubova )kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi,iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın hərracla bağlı olan hissəsinə dair hissədə maddi hüquq normaları ilə əsaslandırılsa da, məhkəmələr tərəfindən ər-arvad arasında birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsinin rədd olunması nəinki əsaslandırılmamış, hətta bu məsələdə məhkəmənin qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında ziddiyyət yaratmışdır. Belə ki, məhkəmə qətnaməsində mübahisəli torpaq sahələrinin iddiaçı ilə Cavabdeh2 Məmmədəliyevin birgə nikah dövründə əldə edilən əmlak olduğunu müəyyən edir və mütləq formada bunu təsdiq etmiş, lakin həmin torpaq sahələrinin bərabər şəkildə onunla cavabdeh arasında bölünməsi və həmin əmlaklar üzərində bərabər paylı mülkiyyət hüququnun tanınmasını rədd etmişdir. Ap ellyasiya instansiyası məhkəməsi iddiaçının konstitusion mülkiyyət hüququnu pozmuşdur.
32. Kassasiya şikayətində daha sonra göstərilmşidir ki, mübahisələndirilən hərracların nəticələrinə dair bütün hüquqi prosedurlar MM-nin 225.6-cı maddəsinin tələblərinə əsasən etibarsızdır. Çünki həmin hüquqi prosedurların aparılması zamanı mübahisəli torpaq sahəsilərə dair iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Həmin torpaq sahələri üzərində yalnız Cavabdeh2 Məmmədəliyevin payına deyil, həm də iddiaçıya məxsus olan ikidə bir hissəsinə qanunsuz müdaxilə olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
34. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddia sı üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən isə hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı müəyyən olunmamış və bununla bağlı əsaslandırma aparılmamışdır..
35. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
36. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
37. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Mülki Prosessual Məcəllə
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üç ün qanuni əsas ola bilməz.
52. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
53. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olun muş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4812/2022 nömrəli, 5 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsı