Məhkəmə qərarları › İş №2(102)-5628/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5628/2022

21.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5628/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş QƏRARİ iş № 2(102)-5628/22 Açar sözlər: qanunsuz tikilinin sökülməsi Bakı şəhəri 21 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (Sabunçu rayon İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi” barədə ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “özbaşına tikilinin sökülməsi, vurulmuş zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-94/2022 nömrəli, 6 iyul 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sabunçu RİH-nin başçısının xx.xx.2010-cu il tarixli, 73 nömrəli sərəncamı ilə Bakı şəhəri,Sabunçu rayonu,Bakıxanov qəsəbəsi, K.Şamilov küçəsində yerləşən torpaq sahəsində İddiaçı tərəfindən tikilmiş iki mərtəbəli, altı yaşayış otağından ibarət sahəsi 253.5 kv.m., köməkçi sahəsi 400 kv.m., eyvan sahəsi 9,5 kv.m., mansard sahəsi 3 23, 9 kv.m., torpah sahəsi 300 kv.m olan fərdi yaşayış evinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsində yerləşən torpaq sahəsində hüquqi qeydiyyata alınmasına icazə verilmişdir

2. Sabunçu RİH-nin başçısının 11 may 2010-cu il tarixli 200 saylı sərəncamı ilə, İddiaçı həmin əmlakdan “Ticarət obyekti” kimi istifadə olunmasına icazə verilmişdir. 3. xx.xx.2008-ci tarixli Çıxarışla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və xx.xx.2019-cu il tarixli Çıxarışla həmin torpaq sahəsinin üzərindəki tikili, yəni ünvan 1 ünvanında yerləşən 1276 kv.m sahəsi olan fərdi yaşayış evi və 0.046350 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir

4. Sabunçu RİH-nin başçısının xx.xx.2001-ci il tarixli, 772 saylı sərəncamı ilə, şəhid ailəsi X2 Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanda 450 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır

5. Sabunçu RİH-nin Başçısının xx.xx.2008-ci il tarixli sərəncamı ilə, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 772 saylı xx.xx.2001-ci il tarixli sərəncamının 1-ci bəndində dəyişiklik edilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi 7043-cü məhəllə 01/24 saylı torpaq sahəsində yerləşən 450.0 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisini davam etdirmək üçün Cavabdeh adına ayrılmışdır.

6. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-128/2018 nömrəli qətnaməsi ilə, İddiaçı X7 qarşı üçüncü şəxslər Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi olmaqla özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddia tələbinin və X5 İddiaçı qarşı üçüncü şəxslər Bakı Şəhər İcra Hakmiyyəti və Cavabdeh olmaqla özbaşına tikilinin sökülməsi, sərhədlərin müəyyən edilməsi, hasarın çəkilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-13227/2018 nömrəli qətnaməsi ilə İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-128/2018 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-128/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.201 9-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-13227/2018 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-13227/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Məhkəməlr müəyyən etmişdir ki, iddia əsl omayan cavabdehə qarşı qaldırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı Cavabdeh qarşı (Sabunçu rayon İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan obyektə bitişik cavabdeh tərəfindən tikilm iş qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması, mənəvi ziyanın əvəzi olaraq 30000 manat məbləğində pul, maddi ziyanın əvəzi olaraq 50000 manat məbləğində pul və 31 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin oktyabr ayının əvvəllərində cavabdeh X10 onun obyektinin qarşısında tikinti norma və qaydalarına riayət etmədən qanunsuz tikinti işləri aparmağa başlamış, bu barədə aidiyyəti təşkilatlara, o cümlədən, Sabunçu rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə, Sabunçu RPİ-nin 13-cü PB-nə müraciət etmişdir. Aidiyyəti təşkilatlardan gəlib qanunsuz tikintinin dayandırılması tələb olunmuş, onla r gedən kimi cavabdeh tikinti işlərini aparmağa davam etmişdir. Nəticədə onun mülkiyyətində olan əmlaka bitişik, şəhərsalma norma və qaydalarını kobudcasına pozmaqla, evinin şüşələri sındırılmış, kondisioneri yararsız vəziyyətə gətirilmiş, evin pəncərələrinin qarşısı tutulmuşdur. Şəhid ailəsi X2 Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, 4073-cü məhəllə, 01/24 saylı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün 450.0 kv.m. torpaq sahəsi ayrılmışdır.X8 ərazini daş hasara alaraq, tikinti işlərinə başlamış, lakin vəfat etməsi ilə əlaqədar tikinti işlərini başa çatdıra bilməmişdir. Mərhumun qızı Cavabdeh rayon icra hakimiyyəti başçısı aparatına müraciət edərək, mərhumun anasının adına ayrılmış torpaq sahəsinin tikinti işlərini başa çatdırmaq üçün onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli sərəncamı ilə Sabunçu RİH Başçısının 772 saylı xx.xx.2001-ci il tarixli sərəncamının 1-ci bəndində dəyişiklik edilmiş və Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi 7043-cü məhəllə 01/24 saylı torpaq sahəsində yerləşən 450.0 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisini davam etdirmək üçün vətəndaş Cavabdeh adına ayrılmışdır. Lakin cavabdeh ara məsafəsini gözləmədən onun“ mülkiyyətində olan evə bitişik qanunsuz tikili inşa etmişdir. Həmin tikili qanunvericiliyin tələblərini və tikinti normalarını pozmaqla inşa edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə də müəyyən edilmişdir ki, həmin tikili ara məsafəsini gözləmədən tikilmişdir. Lakin həmin vaxt onun mübahisəli əmlaka dair çıxarışı, həmçinin bu iddi anı qaldırmaqda subyektiv hüququ olmadığından, o cümlədən iddia əsl cavabdeh olmayan Zakir Qasımova qarşı qaldırıldığına görə iddia tələbi rədd edilmişdir. Lakin hal-hazırda mübahisəli əmlaka dair mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışı vardır və iddia da əsl cavabdeh olan Cavabdeh qarşı qaldırılmışdır. Məhkəmə tərəfindən iş üzrə ekspertiza keçirilərsə cavabdeh tərəfindən inşa edilən tikilinin şəhərsalma və tikinti normalarına riayət edilmədən inşa edildiyi, ara məsafəsi gözlənilmədiyi müəyyən ediləcəkdir. Bundan əlavə, cavabdehin inşa etdiyi tikilinin ərazisindən yüksək gərginlikli elektrik xətti keçir və tikilinin yol ilə ara məsafəsi gözlənilməmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət, sahiblik və istifadə hüquqları pozulmuşdur

12. Cavabdeh İdd iaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum, şəhid ailəsi X2 məxsus ünvan 4 torpaq sahəsində yerləşən 450 kv.m. torpaq sahəsində inşa edilmiş tikiliyə bitişik onların sahiblik və istifadəsində olan İddiaçı tərəfindən inşa edilmiş tikintinin özbaşına tikili olaraq sökülməsi, əsassız iddia qaldırıldığı üçün maddi və mənəvi zərərin əvəzi olaraq 50000 manat, qanunsuz tikinti inşa etdiyinə görə 50000 manat, 31 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh bundan əvvəl “onun atasına qarşı əsassız iddia qaldırmışdır və eyni tələbi irəli sürmüşdür. Sabunçu Rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsi ilə onun iddiası rədd edilmişdir. Həmin qə tnamə ilə aşağıdakılar müəyyən edilmişdir: həmin iş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizasının 31 oktyabr 2017-ci il tarixli, 14241 saylı rəyindən görünür ki, İddiaçı məxsus tikilinin faktiki ölçülərinin xx.xx.2008-ci il tarixli, **********35 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən ölçülərlə üst-üstə düşmədiyi və həmin ölçülərdən 162 kv.m artıq təşkil etdiyi müəyyən edilir. Ona məxsus tikililərin faktiki vəziyyətinin, yəni planlı yerləşməsinin, ölçülərinin və digər texniki parametrlərinin həmin tikililərə dair tərtib edilmiş layihəyə uyğun olduğunu nəzərə alaraq, həmin tikililərin tikinti altı sahəsinin və yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Torpaq Layihə Smeta Bürosu tərəfindən 2008-ci il tarixli Eskiz layihəyə uyğun olduğu müəyyən edil ir. İddiaçı və ona məxsus tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikillər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2-ci bəndlərinə uyğun olduğu, lakin İddiaçı məxsus tikilinin faktiki vəziyyətinin həmin tikiliyə dair olan eskiz layihəyə uyğun olmadığı müəyyən edilmişdir. İş üzrə keçirilmiş əlavə ekspertizanın 16 may 2018-ci il tarixli, 2636 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhər icra hakimiyyəti Başçısının 772 saylı, xx.xx.2001-ci il tarixli Sərəncamı ilə X2 ayr ılmış torpaq sahəsi barədə Elektron bazada heç bir məlumat aşkar olunmadığından, sərəncamla və ya sərəncama əlavə edilmiş sənədlərlə bu torpaq sahəsinin hüdudlarının İddiaçı verilmiş DƏDRX-nin MH seriyalı, ******* saylı çıxarışı ilə müəyyən olunan **********35 reyestr nömrəli torpaq sahəsinin hüdudları ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhər icra Hakimiyyəti Başçısının 772 saylı, xx.xx.2001-ci il tarixli Sərəncamı ilə X2 ayrılmış torpaq sahəsi Elektron bazada heç bir məlumat aşkar olunmadığından, ona məxsus tikili Bakı şəhər icra Hakimiyyəti Başçsının 772 saylı, xx.xx.2001-ci il“ tarixli Sərəncamı ilə X2 ayrımış torpaq sahəsində inşa olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni ilə tikililərin inşa edilmə müddətinin müəyyən olunmasına dair metodik a olmadığından, ona məxsus həmin tikili həmin ərazidə yerləşən və İddiaçı məxsus olan tikilidən əvvəl, yoxsa sonra inşa edilməsinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Qarşılıqlı iddia üzrə cavabdeh ondan sonra inşa etmiş və ona məxsus tikili ilə bağlı ara məsafəsi saxlmamışdır. Eyni zamanda ekspertiza rəyi ilə müəyyən olunur ki, layihədən kənara çıxmaları vardır. Bu səbəbdən həmin tikili cavabdehin hesabına sökülməlidir. Eyni zamanda əsassız iddia qaldırıldığına görə vurulmuş zərər həmçinin ödənilməlidir. Belə ki, əsassız olaraq ona qarşı ikinci dəfə iddia qaldırılmış və şəhid ailəsi olaraq onsuz da psixoloji stress vəziyyətində olan ailəsinə ağır mənəvi zərər vurmuşdur.

14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2(008)592/2020 nömrəli qətnaməsi ilə (hakim Əşir Səmədov) ilk iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən 0.046350 ha torpaq sahəsindəki 1276 kv.m. fərdi yaşayış evinə bitişik Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun 16 manat məbləğinin Cavabdeh alınaraq İddiaçı verilməsi, qalan 15 manat məbləğinin İddiaçı aid edilməsi, ilk iddia tələbinin qalan hissədə rədd edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi, ödənilmiş 31 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir

15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X9 ilə İddiaçı arasında 15 saylı Dövlət Notariat Kontorunda bağlanm ış 27 dekabr 2007-ci il tarixli AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Südabə Mirzəzadə və ailə üzvləri Bakıxanov qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsini İddiaçı satmışdır. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 05 dekabr 2008-ci ii tarixli 845 saylı sərəncamına əsasən İddiaçı Bakıxanov qəsəbəsi K.Şamilov küçəsində təsdiq edilmiş lahiyə əsasında fərdi yaşayış evi tikmək üçün 0.03 ha torpaq sahəsi ayrılmış və o həmin torpaq sahəsini xx.xx.2008-ci il tarixdə öz adına dövlət qeyddiyyatından keçirərək rəsmləşdirmişdir. Daha sonra Sabunçu rayon İcra Hakirniyyəti Başçısının 11 may 2010-cu il tarixli 200 saylı sərəncamı ilə N.Əİiyevaya həmin torpağ sahəsində yerləşən fərdi yaşayış evindən “Ticarət obyekti” kimi istifadə olunmasına icazə verilmişdir. Az ərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2008-ci il tarixli ******* seriya nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2019- cu il tarixli çıxarışa əsasən həmin torpaq sahəsinin üzərindəki tikili, yəni ünvan 3 ünvanında yerləşən 1276 kv.m sahəsi olan fərdi yaşayış evi və 0.046350 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən İddiaçı tərəfindən uzun müddətdir ki, təyinatına uyğun qey ri-yaşayış sahəsi kimi istifadə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən həmin torpaq sahəsində 2008-ci ildə sözügedən fərdi yaşayış evi (qeyri-yaşayış sahəsi) tikilmişdir. İddiaçı tərəfindən özünə məxsus torpaq sahəsində tikinti başa çatdırılanadək R.Qasımova və Cavabdeh tərəfindən İddiaçı tikilisinə bitişik torpaqda hər hansı tikinti işləri aparılmamışdır. Cavabdeh tərəfindən həmin torpaq sahəsində tikinti işləri 2016-cı ildə başlamışdır.

16. Həmçinin müəyyən edilmişdir ki, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 772 saylı sərəncamı ilə X2 ünvan 4 ünvanda 450 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisini üçün ayrılmışdır. R.Qasımova vəfat etdiyi üçün Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 572 saylı sərəncamı ilə Sabunçu RİHB-nın 772 saylı, xx.xx.2001-ci il tarixli sərəncamının 1-ci bəndində dəyişiklik edilmiş və mərhum, R.Qasımovaya məxsus sözügedən torpaq sahəsi fərdi yaşayış evinin tikintisini davam etdirmək üçün Cavabdeh adına ayrılmışdır. Lakin ilkin iddia üzrə Cavabdeh R.Qasımovanın, sonradan isə Cavabdeh həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, R.Qasımovaya ayrılan torpaq sahəsində tikinti aparmaq üçün nə R.Qasımovaya, nə də Cavabdeh tikintiyə razılıq sərəncamı verilməmiş, tikintiyə dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Lakin Cavabdeh ara məsafəsini gözləmədən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsi kimi istifa də edilən fərdi yaşayış evinə bitişik qanunsuz tikili inşa etmişdir. İş materiallarında olan məhkəmə qətnaməsindən, fotoşəkillərdən və iddiaçının nümayəndəsinin izahatından müəyyən edilir ki, Cavabdeh 2016-cı ildə məlumatdırma icraatına əməl etmədən Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərini pozaraq İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin divarlarına bitişdirərək, İddiaçı evinin pəncərəsinin qarşısında qanunsuz tikili tikmişdir. Cavabdeh isə tikdiyi tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur, tikintinin aparıldığı torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınmamışdır, həmin torpaq sahəsi üzərində Cavabdeh nə icarə, nə istifadə, nə də mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarış verilməmişdir, həmin tikinti avtomobil yolunun kənarında səkidən başlamaqla İddiaçı məxsus tikintiyə birləşdirilməklə inşa edilmişdir. İşdə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il təqdim etdiyi iddia ərizəsindən həmçinin, 2016-cı ilin oktyabrında Sabunçu rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində göstərilir ki, cavabdeh tərəfindən İddiaçı məxsus tikintinin qarşısında 2016-cı ildə qanunsuz tikili aparmağa başlamışdır. xx.xx.2016-cı il tarixdə İddiaçı həmin tikintinin dayandırılması üçün Azərbaycan Respublikası FHN-nə ərizə ilə müraciət etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin xx.xx.2016-cı il tarixli Sabunçu rayon İcra Hakimiyyətinə və İddiaçı ünvanladığı cavab məktubunda göstərilir ki, müraciət araşdırılmış, müraciətdə göstərilən faktlar təsdiq olunmuşdur. 1

7. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, həmin tikili qanunvericiliyin tələblərini və tikinti normalarını pozmaqla inşa edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları (Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin“ xx.xx.2018-ci il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı) ilə də müəyyən edilmişdir ki,“ (İddiaçı cavabdeh Zakir Qasımova qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş) həmin tikili ara məsafəsini gözləmədən tikilmişdir. Lakin həmin vaxt iddiaçının mübahisəli əmlaka dair çıxarışı, həmçinin bu iddianı qaldırmaqda subyektiv hüququ olmadığından, o cümlədən iddia əsl cavabdeh olmayan Zakir Qasımova qarşı İddiaçı qaldırıl dığına görə iddia tələbi rədd edilmişdir. Lakin hal-hazırda ünvan 3 ünvanında yerləşən 0,046350 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1276 kv.m sahəsi olan fərdi yaşayış evinə, daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışı vardır və iddia da əsl cavabdeh olan Cavabdeh qarşı qaldırılmışdır. Bundan əlavə, Cavabdeh inşa etdiyi tikilinin üzərindən yüksək gərginlikli elektrik xətti keçir və tikilinin avtomobil yolu ilə ara məsafəsi gözlənilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən“ inşa edilən tikili şəhərsalma və tikinti normalarına riayət edilmədən inşa edilmiş, ara məsafəsi gözlənilməmiş, bununla da İddiaçı mülkiyyət, sahiblik və istifadə hüquqları pozulmuşdur

18. Qeyd edilən əsaslarla məhkəmə belə nəticəyə gəlmişdir ki, ilk iddia tələbi “qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması” hissəsində təmin edilməli və“ İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında 0.046350 ha torpaq sahəsində yerləşən 1276 kv.m. fərdi yaşayış evinə (qeyri-yaşayış sahəsinə) bitişik Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikili Cavabdeh vəsaiti hesabına sökülməli və həmin torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır

19. Həmçinin, Əliyeva X1 Zeynəb Zakir qızından mənəvi ziyanın əvəzi olaraq 30.000 manat məbləğində pul, maddi ziyanın əvəzi olaraq 50 000 manat məbləğində pul tələb etsə də, göstərilən məbləğlərin hansı meyarlarla və hansı əsaslara uyğun olaraq, hesablandığını və məhz qeyd edilən məbləğləri təşkil etməsinə dair məhkəməyə heç bi r əsaslandırıcı sübut təqdim etmədiyindən, göstərilən məbləğlər ağlabatan olmadığından iddia tələbi həmin hissədə rədd olunmalıdır.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13 və 29-cu, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2.3, 69.1, 69.2, 69.3, 69.5, 72-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 180.1, 180.2, 180.4-cü, Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88, 156.1.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

21. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuzdur. İddiaçı iddiası əsassızdır, torpaq sahəsi şəhid ailəsi kimi onlara ayrılmışdır, İddiaçı daha əvvəl də onun atasına qarşı əsassız iddia qaldırmış və iddia tələbi rədd edilmişdir. İddiaçı tikilini onlardan sonra inşa etmiş və ona məxsus tikili ilə ara məsafəsi saxlamamışdır.

23. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5349/2020 saylı 17 avqust 2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 24. 25.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubu ilə t ərtib olunmuş mütəxəssis rəyində göstərilmişdir ki, mübahisələndirilən əraziyə tərəflərin nümayəndələrinin iştirakı ilə baxış keçirilib naturada koordinatları müəyyən edilməklə yerində ölçülmüşdür. Yazılan rəy təqdim edilmiş sənədlərə və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasından verilmiş məlumatlara və hazırlanıb təqdim edilmiş sxemlərə əsaslanmışdır. Elektron kadastr baza məlumatlarına əsasən mübahisələndirilən ərazidə İddiaçı adına vahid əmlak kompleksinə reyestr nömrəsi **********35-10301, qeydiyyat nömrəsi ********** olan çıxarış və Texniki Pasport verildiyi, Cavabdeh və mərhum X3 isə torpaq sahəsinin ayrılması və ya hər hansı hüquqi və texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmişdir. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi və inşa e dilmiş tikililər isə Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli (reyestr nömrəsi **********35-10301, qeydiyyat nömrəsi **********) çıxarış və Texniki Pasportla müəyyən olunan torpaq sahəsinin hüdudları ilə üst-üstə düşür. İddiaçı inşa etdirdiyi tikililər təsdiq olunmuş eskiz layihəsinə, habelə şəhərsalma və tikinti norma və qaydalarına uyğun olub- olmamasını müəyyən etmək tikinti-texniki ekspertinin səlahiyyətlərinə aiddir. Müraciətə əlavə edilmiş sxem koordinatsız, miqyassız, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədən hazırlandığından və hazırlandığı müddətdən uzun illər keçib stiuasiyada ciddi dəyişiklik olduğundan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyət baş çısının 772 nömrəli 23.11 2001-ci il tarixli Sərəncamı ilə mərhum X3 ayrılmış 450 kv.m torpaq sahəsinin dəqiq hüdudlarını müəyyən etmək mümkün deyil. Müraciətə əlavə edilmiş sxem koordinatsız, miqyassız, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədən hazırlandığından və hazırlandığı müddətdən uzun illər keçib stiuasiyada ciddi dəyişiklik olduğundan Cavabdeh məxsus tikilinin Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 772 nömrəli 23.11 2001-ci il tarixli Sərəncamı ilə mərhum X6 ayrılmış torpaq sahəsində inşa edilməsini müəyyən etmək mümkün deyil. Cavabdeh istifadəsində olan və iddiaçı Əliyeva İddiaçı sökülməsini tələb etdiyi tikiliyə (iddiaçıya və ya cavabdehə) heç kimin adına torpaq sahəsinin ayrılması barədə məlumat aşkar edilmədi. Cavabdeh istifadə etdiyi tikililər (tic arət obyekti), şəhərsalma və tikinti norma və qaydalarına uyğun olub-olmamasını müəyən etmək tikinti-texniki ekspertinin səlahiyyətlərinə aiddir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 772 nömrəli 23.11 2001-ci il tarixli Sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən İddiaçı inşa etdirdiyi tikililərlə Cavabdeh məxsus olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 772 nömrəli xx.xx.2001-ci il tarixli Sərəncamı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, ünvan 6 ünvanda yerləşən 450 kv.m torpaq sahəsinə müdaxilə olunubolunmamasını müəyyən etmək mümkün deyil. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 772 nömrəli xx.xx.2001-ci il tarixli Sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilməsinin mümk ün olmaması səbəbindən tərəflərə məxsus torpaq sahəsinə müdaxilə olunub-olunmamasını müəyyən etmək mümkün deyil.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1734 saylı rəyinə görə, 1-ci, 3-cü, 4-cü, 5-ci, 7-ci və 8-ci suallar üzrə - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mühəndisi tərəfindən xx.xx.2021-ci il tarixli **********00 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi və inşa edilmiş tikililər Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2019- cu il tarixli (reyestr nö mrəsi **********35-10301 qeydiyyat nömrəsi **********) çıxarış və Texniki Pasportla müəyyən olunan torpaq sahəsinin hüdudları ilə üst-üstə düşdüyü göstərilmişdir. Müraciətə əlavə edilmiş sxem koordinatsız, miqyassız, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədən hazırlandığından və hazırlandığı müddətdən uzun illər keçib stiuasiyada ciddi dəyişiklik olduğundan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyət başçısının 772 nömrəli 23.11 2001-ci il tarixli Sərəncamı ilə mərhum X3 ayrılmış 450 kv.m torpaq sahəsinin dəqiq hüdudlarını müəyyən etmək mümkün olmadığı göstərilmişdir. Müraciətə əlavə edilmiş sxem koordinatsız, miqyassız, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədən hazırlandığından və hazırlandığı müddətdən uzun illər keçib stiuasiyada ciddi dəyişiklik olduğundan Cavabd eh məxsus tikili Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 772 nömrəli 23.11 2001-ci il tarixli Sərəncamı ilə mərhum X6 ayrılmış torpaq sahəsində inşa edilməsini müəyyən etmək mümkün olmadığı göstərilmişdir. Cavabdeh istifadəsində olan və iddiaçı Əliyeva İddiaçı sökülməsini tələb etdiyi tikiliyə (iddiaçıya və ya cavabdehə) heç kimin adına torpaq sahəsinin ayrılması barədə məlumat aşkar edilmədi. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 772 nömrəli 23.11 2001- ci il tarixli Sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən İddiaçı inşa etdirdiyi tikililərlə Cavabdeh məxsus olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 772 nömrəli xx.xx.2001-ci il tarixli Sərəncamı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, ünv an 6 ünvanda yerləşən 450 kv.m torpaq sahəsinə müdaxilə olunub-olunmamasını müəyyən etmək mümkün olmadığı göstərilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 772 nömrəli xx.xx.2001-ci il tarixli Sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən tərəflərə məxsus torpaq sahəsinə müdaxilə olunub-olunmamasını müəyyən etmək mümkün olmadığı göstərilmişdir. 2-ci və 6-cı suallar üzrə isə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi və inşa edilmiş tikililər Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2019cu il tarixli (reyestr nömrəsi **********35-10301 qeydiyyat nömrəsi **********) çıxarış və Texniki Pasportun məlumatlarında göstərilə n tikililərə uyğun gəldiyini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2- ci bəndlərinə uyğun inşa olunduğu müəyyən edilmişdir. Cavabdeh istifadə etdiyi tikililərə dair mülki iş materialında müvafiq İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş eskiz layihə sənədləri olmadığından (ticarət obyekti), Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq o lunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2-ci bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən edilmişdir.

26. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, 4073cü məhəllədə tikiləcək fərdi yaşayış evinin Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş eskiz layihəsi təqdim edilmişdir. Cavabdeh tərəfdən Şəhid ailəsi X4 Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4073-cü məhəllədə fərdi yaşayış evinin tikintisi üçün 450 kv.m torpaq sahəsinə ayrılmasına dair sxem təqdim edilmiş dir. Həmçinin həmin sxemdə X2 ayrılmış torpaq sahəsinin yerləşdiyi yer öz əksini tapmışdır.

27. Həmin sxem əsasında torpaq sahəsinin dəqiq yerini və hüdudlarını müəyyən etmək, həmçinin mübahisənin həlli üçün müvafiq sualların cavablandırılması mümkün olduğundan məhkəmə kollegiyanın xx.xx.2021-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 may 2022-ci il tarixli 10/5009 nömrəli ekspert rəyinə əsasən 1-ci sual və 2-ci sualın 1-ci hissəsi üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 06 dekabr 2021-ci il tarixli **********64 saylı mütəxəssis arayışına əsasən müraciətə əlavə edilmiş sxe m koordinatsız, miqyassız, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədən hazırlandığından və hazırlandığı müddətdən uzun illər keçdiyindən, stiuasiyada ciddi dəyişiklik olduğundan torpağın ayrılmasına dair təqdim olunan sxem əsasında Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 772 nömrəli xx.xx.2001-ci il tarixli Sərəncamı ilə mərhum X2 ayrılmış 450 kv.m torpaq sahəsinin dəqiq hüdudlarının, eləcə də, Cavabdeh məxsus tikilinin Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti başçısının 772 nömrəli xx.xx.2001-ci il İİ tarixli Sərəncamı ilə mərhum anası X2 ayrılmış torpaq sahəsində inşa olunubolunmamasının müəyyən edilməsi mümkün olmamışdır. 2-ci sualın 2-ci hissəsi üzrə Cavabdeh məxsus tikiliyə dair tərtib edilmiş və Sabunçu rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış 2008-ci il t arixli Eskiz layihəsinin məlumatları ilə həmin tikili üzrə baxış zamanı əldə olunmuş məlumatlar, o cümlədən tikilinin planlı yerləşməsi, ölçüləri, sahəsi və digər texniki parametrləri müqayisə edilərkən, Cavabdeh məxsus tikilinin faktiki parametrlərinin 2008-ci il tarixli Eskiz layihəsinin parametrlərinə uyğun olduğu və həmin tikilinin Eskiz layihəsində qeyd olunan hüdudlar daxilində inşa edildiyi müəyyən edilmişdir. 3-cü sual üzrə tədqiq olunan tikililərin yanaşı sahələrdə ayrı-ayrılıqda inşa edildiyini, hər iki tikililərə küçə tərəfdən ayrı-ayrılıqda girişçıxış qapıları olduğunu nəzərə alaraq, Cavabdeh istifadəsində olan tikili ilə İddiaçı tikilisinin bir-birinə maneəçiliyi (müdaxilə) olmadığı müəyyən edilmişdir.

29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apell yasiya instansiya məhkəməsi) 2(103)-94/2022 nömrəli, 6 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqovun sədrliyi və məruzəsi ilə, Xumar Mərdanova və Elnur Həsənovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilkin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmaqla ilkin iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, ekspert rəyinə əsasən mübahisəli tikililərin yanaşı olmaqla ayrı-ayrılıqda inşa edilməsi, hər ikisinin ayrılıqda giriş-çıxış qapısının olması və bir-birinə maneəçiliyi lmaması müəyyən e dilmişdir.

31. Belə olan halda, cavabdehin tikilisi ilə iddiaçının mükiyyət, sahiblik və istifadə hüquqlarının pozulması qənaətinə gələrək İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında 0.046350 ha torpaq sahəsində yerləşən 1276 kv.m fərdi yaşayış evinə bitişik Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin Cavabdeh vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmamışdır.

32. Qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli və iddia tələbi həmin hissədə əsassız olduğu üçün rədd edilməlidir.

33. Qarşılıqlı iddia tələbinə aid hissədə məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi ekspert rəyi ilə iddiaçının və cavabdehin tikilisinin bir-birinə maneəçiliyi olmadığı, ayrı-ayrılıqda inşa edilmiş yanaşı tikililər olduğu müəyyən edilmişdir. Cavabdehin iddiaçı tərəfindən inşa edilmiş tikintinin özbaşına tikili olaraq sökülməsi barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda qarşılıqlı iddia tələbi digər hissələrdə də əsassızdır.

34. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən MPM-in 81, 101.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. İlk iddia üzrə İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rə dd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 380.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən Reyva Qasımovaya torpaq sahəsinin ayrılmasına dair sxemi sübut kimi iş materiallarına əlavə edərək hüquqi qiymət vermiş, eyni zamanda onun əsasında ekspertiza təyin etmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi həmin sübutun birinci instansiya məhkəməsinə təqdim olunmasının qeyri-mümkünlüyünü araşdırmamışdır.

37. Kassasiya şikayətinin digər dəlilinə görə, apellyasiya icraatı zamanı iş üzrə rəy vermiş ekspertin məhkəmədə dindirilməsinə dair vəsatətlər əsassız olaraq təmin edilməmişdir. b)

38. Kassasiya şikayətin ə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

40. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

41. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş“hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə gör ə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Qətnamədən yalnız iddiaçı tərəf kassasiya şikayəti verdiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin rədd edilməsi hissəsində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya baxışının predmeti lan h issədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddianın rədd edilməsi hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyek tiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

53. Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə əsasən iddiaçı qanunsuz inşa ediliş tikilinin sökülməsini o halda tələb edə bilər ki, bu onun maraqlarına toxunsun.

54. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

55. Məhkəmə işin düzgün həlli üçün önəmli o lan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

56. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

57. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

58. Həmçinin ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqa yisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

59. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırmaları zamanı cavabdehin inşa etdiyi tikililərin iddiaçıya hər hansı bir maneə yaratması halı müəyyən edilməmiş, əksinə iddiaçının və cavabdehin tikilisinin bir-birinə maneəçiliyi olmadığı, ayrıayrılıqda inşa edilmiş yanaşı sahələr olduğu, hər ikisinin ayrılıqda giriş-çıxış qapısı oduğu müəyyən edilmişdir.

60. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, qanunsuz tikildiyi iddia edilən tikililərin iddiaçının hüquq mənafelərini pozmadığı müəyyən edildiyindən iddiaçının həmin tikililərin sökülməsini tələb etmək hüququ yoxdur.

61. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən sübutların qəbulu və qiymətləndirilməsi ilə bağlı prossesual hüquq normalarının pozulmasına yol verilməmişdir. İlkin iddianın rədd edilməsinə əsas cavabdehin tikilisinin qanuniliyi deyil, yanaşı inşa edilmiş hər iki tərəfə məxsus tikililərin bir-birinə maneçiliyinin olmaması və iddiaçının mənafelərinin pozulmaması olmuşdur.

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

63. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, ilkin iddianın rədd edilməsi hissəsində, dəyişiklik edilmədən saxlanılmalıdır.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2( 103)94/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, ilkin iddianın rədd edilməsi hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar