Məhkəmə qərarları › İş №2(102)-5632/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5632/2021

01.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5632/2021 01.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi və mənzilə köçürülmə tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-974/2021 saylı iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 1 oktyabr 2021-ci il tarixdə Ali M əhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə mərhum əri Şahabüddün Mustafayevin qardaşı Cavabdeh arasında miras əmlak bölgüsünə dair mübahisə yaranmış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən miras əmlak üzərində paylar müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 9 nömrəli evin 5 nömrəli mənzilinə X1 (iş üzrə cavabdehin anası) ½ hissə, İddiaçı ½ hissədə pay olmaqla mülkiyyət hüququ qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Mingəçevir şəhəri, N.Gəncəvi küçəsi 5 nömrəli evin 13 nömrəli mənzilinə X1 ½ hissə, İddiaçı ½ hissədə pay olmaqla mülkiyyət hüququ qeydə alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin paylara uyğun naturada bölünməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı məhkəməyə göndərdiyi iddia ərizəsində göstərmişdir ki, Cavabdeh onun məhrum əri Şahabüddün Mustafayevin qardaşıdır. Əri və onun valideynləri vəfat etdikdən sonra Cavabdehlə aralarında miras əmlak bölgüsünə dair mübahisə yaranmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Mingəçevir şəhəri Nizami Gəncəvi küçəsi 5 №-li evin 13 №-li mənzilin və Aydın Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilin ½ hissəsinə onun, ½ hissəsinə cavabdehin miras payı müəyyənləşdirilmişdir. O, mülkiyyət hüquqlarını qeydə aldırıb Çıxarış almışdır. O, ayr ı-ayrı ünvanlarda yerləşən iki otaqlı mənzillərdəki paylarının bərabərləşdirilməsi məqsədilə ümumi razılığa gəlməyi təklif etsə də, cavabdeh heç cür razılaşmamışdır. Hazırda Cavabdeh yaşadığı Mingəçevir şəhəri A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilin ½ hissəsi də ona məxsusdur, o həmin mənzil payından istifadə etmək istəyir. Həmin mənzilə köçürülməsi və mənzilin çöl qapısının açarlarının ona verilməsi hüququ vardır. Ona görə də Mingəçevir şəhəri A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilinin 1 otağına onun köçürülməsi, mənzilin çöl qapısının açarlarının ona verilməsi, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilin və Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 5 №-li evin 13 №-li mənzilin naturada bölünməsi barədə qətnamə çıxarılması xahiş olunur.

4. Birinci instansiya məhkəm əsinin iclasında Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki,onun valideynlərindən miras qalmış mənzillərə İddiaçı payının müəyyən edilməsi barədə məhkəmə qərarları ilə razı deyil, onları ədalətsiz hesab edir. Onun mərhum qardaşının arvadı olmuş iddiaçı tək yaşayır, uşaqları olmamışdır. Onun isə ailəsi və uşaqları vardır. Mübahisələndirilən mənzillərdən başqa digər yaşayış sahəsi yoxdur, bu səbəblərdən iddianın təmin olunmamasını xahiş etmişdir.

5. İş materiallarına əlavə olunmuş məhkəmə ekspertizasının 10/3003 №-li 22 dekabr 2020-ci il tarixli rəyində göstərilmişdir ki, “Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 5 №li evin 13 №-li mənzilinin və A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilinin hər birinin ikidə bir hissədə olmaqla paylara uyğun naturada təcrid şək ildə bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 2.2 bəndinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir”.

6. Mingəçevir Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(051)-81/2021 nömrəli qətnaməsi ilə (hakim M.K.Kərimova) iddianın qismən təmin edilməsi, İddiaçı Mingəçevir şəhəri A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilinə köçürülməsi, mənzilə giriş qapısının (çöl qapısının) açarlarının iddiaçıya verilməsi, iddianın Mingəçevir şəhəri A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilin və Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 5 №-li evin 13 №-li mənzilin naturada bölünməsi tələbinə dair hissədə təmin olunmaması, iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat İddiaçı alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmiş dir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilin ikidə bir hissəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçıya mülkiyyət payı olan mənzilə köçüb yaşamağa, mənzildən istifadə etməyə maneə yaradır. Bununla da iddiaçının mülkiyyətçi kimi hüquqları pozulur. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilinə köçürülmə, mənzilə giriş qapısının (çöl qapısının) açarlarının verilməsi tələbinə dair hissədə təmin olunmalıdır. İddiaçı, həmçinin, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 9 №-li evin 5 №-li mənzilin və Mingəçevir şəhər N.Gəncəvi küçəsi 5 №-li evin 13 №-li mənzilin naturada bölünməsini tələb edir. İş üzrə keçirilmiş məhkəmə tikinti ekspertizasının rəyindən görünür ki, mənzillərin paylara müvafiq ola raq naturada bölünməsi texniki cəhətdən mümkün deyildir.

8. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

9. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Mingəçevir Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(051)-81/2021 nömrəli qətnaməsinin ləğv edilərək, işə mahiyyəti üzrə baxmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-974/2021 saylı mülki iş üzrə 19 may 2021-ci il tarixli qətnamə si ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), İ.H.Şükürov və V.İ.Məlikov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(051)-81/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən qətnamənin mübahisələndirilən hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalıdır.

12. Apellyasiya qaydasın da işə baxan məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

13. Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-974/2021 saylı mülki iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Kass asiya şikayəti onunla əsaslandırılmışdır ki, “valideynlərimdən miras qalan mübahisəli mənzil olan Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 9 nömrəli evin 5 nömrəli mənzildə mən-Cavabdeh həyat yoldaşımla və 3 azyaşlı uzşaqlarımla birlikdə yaşamağımızı nəzərə almadan, bizim əmlak hüquqlarımız və mənzil toxunulmazlıq hüquqlarımızı kobud surətdə pozmaqla, bizim iradəmizin ziddinə bu iş üzrə İddiaçı qeyd olunan mənzilə köçürülməsi barədə məhkəmə qətnaməsi qəbul etmişdir. Bu iş üzrə İddiaçı valideynlərimdən miras qalmış digər mənzil olan Mingəçevir şəhəri, N.Gəncəvi küçəsi 5 nömrəli evin 13 nömrəli mənzilin açarları onda olmasına və mənim də həmin mənzilə yaşamaq hüququmun və istifadə hüququmun olmasına baxmayaraq, iddiaçı qeyd olunan sonuncu mənzilə faktiki olaraq tam sahiblik edərək, mənim Kons titusion hüquqlarımı kobud surətdə pozur. İşi araşdıran Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə bu halı bilməsinə baxmayaraq, bunun üstündən susub keçərək, mənim və ailə üzvlərimin əmlak, mənzil toxunulmazlığı və təhlükəsiz yaşamaq hüququmuzu kobud surətdə pozmuşdur. İddiaçı valideynlərimdən miras qalmış digər mənzil olan Mingəçevir şəhəri, N.Gəncəvi küçəsi, 5 nömrəli evin 13 nömrəli mənzildə faktiki olaraq, tək heç kimin maneçiliyi olmadan yaşamaqla, qanunsuzluq edərək sahiblik etməsinə baxmayaraq, özü qəsdən bizim yaşadığımız Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 9 nömrəli evin 5 nömrəli mənzilinə yaşamaq hüququ əldə etməklə, mənzilə köçürülməsi tələbi qoyaraq, mənə təsir vasitəsi kimi istifadə edərək, digər mənzildən tam formada əl çəkərək, ona verməyimi istəyir. İşi araşdır an Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə bu hala göz yummaqla və qanunsuzluq edərək, iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Mülki işi araşdıran Şəki Apellyasiya Məhkəməsi hansı səbəbdənsə, valideynimdən miras qalmış Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 5 nömrəli evin 13 nömrəli mənzilə isə mənim köçürülməyim barədə tələbimə heç bir hüquqi qiymət vermədən, məhkəmə qətnaməsinin qət etdi hissəsində heç bir göstəriş verməmişdir. Göründüyü kimi, məhkəmə bu məsələlərə hüquqi qiymət verməmiş, Cavabdeh hüquqlarını məhdudlaşdıran qətnamə qəbul edərək, bir vətəndaş kimi mənim hüquqlarımı pozan qətnamə qəbul etməyə müvəffəq olmuşdur.

15. Bundan başqa, kassasiya şikayətində qeyd edilir ki, istifadə hüququ mülkiyyət hüququnun əlamətlərindən biridir, bundan belə nəticəyə gəlmək olar ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası qanunun tətbiqində və təfsirində səhvə yol verərək və yalnış nəticəyə gələrək, İddiaçı Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 9 nömrəli evin 5 nömrəli mənzilə köçürülməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin 10.02.2021-ci il tarixli 2(051)-81/2021 saylı məhkəmə qətnaməsini qüvvədə saxlamaqla, bizim mülkiyyət hüquqlarımızı kobud surətdə pozmuşdur. Şəki Apellyasiya Məhkəməsi qəbul etdiyi qətnamədə işdə olan sübutları sadalamaqla və qətnamənin əsaslandırıcı hissəsində sadaladığı bu sübutları bir daha qısa formada bir daha sadalamaqla kifayətlənmiş, işin müəyyən edilmiş hansı halına hansı hüquq normasının tətbiq edildiyi və bununla da, hansı hüquqi nəticəyə gəldiyini qətnaməsində göstərilməmiş, sübutları sadaladığı kimi tətbiq etdiyi maddi hüquq no rmalarını da sadəcə olaraq sadalamaqla kifayətlənmişdir.

16. Kassator kassasiya şikayətinin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29.1, 29.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Protokolunun 1ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi” haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 6.2-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstit usiyasına uyğunluğunu yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 88, 106, 220-ci maddələrinə istinad etmişdir.

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respub likasının Konstitusiyası:

20. Maddə 29 Hər kəsin mülkiyyət hüquq vardır. Mülkiyyət hüququ, o cümlədən mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 152.1 Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanına və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müva fiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edil mədən, şikayəti təmin etmədən saxlaya bilər.

28. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§25).

30. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§26).

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§25). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnaməni iddianın qismən təmin olunmuş hissəsində mübahisələndirmiş, apellyasiya kollegiyas ı birinci instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirmədən saxlamışdır. İş üzrə Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ilə Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 9 nömrəli evin 5 nömrəli mənzilinə və Mingəçevir şəhəri, N.Gəncəvi küçəsi 5 nömrəli evin 13 nömrəli mənzilinə İddiaçı ½ hissədə pay olmaqla mülkiyyət hüququnun qeydə alındığı müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyət payı olan mənzilə köçüb yaşamağa mülkiyyətçi kimi hüququ olduğundan iddianın A.Məmmədov küçəsi 9 nömrəli evin 5 nömrəli mənzilinə köçürülmə, mənzilə giriş qapısının (çöl qapısının) açarlarının verilməsi tələbinə dair hissədə təmin olunması qan uni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Məhkəmə kollegiyası qeyd edir ki, “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26.09.2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüqu q və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin işə baxılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət ve rmir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsa sları düzgün müəyyən edilmişdir.

39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§27).

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-974/2021 saylı iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar