Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5633/2022 05.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “artıq ödənilmiş pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun və əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yeni tikilən binada alınan mənzilin çatışmayan sahəsinə görə pul tələbi, əsassız varlanma, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyun 2022-ci il tarixli, 2(103)4362/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 19 fevral 2013-cü il tarixli, 16698 nömrəli müqavilə ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində, Sabunçu rayonu ərazisində 2595 nömrəli məhəllədə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 5 nömrəli binanın, 1-ci blok, 9-cü mərtəbə, 90 nömrəli iki otaqdan ibarət, ümumi sahəsi 103 kv.metr olan mənzili İddiaçı satmış, alıcı mənzilin dəyəri (qiyməti) kimi razılaşdırılmış 57341,55 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir. 2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mənzil Təhvil Komissiyasının sədri və iki nəfər üzü, habelə İddiaçı arasında bağlanmış 19 fevral 2013-cü il tarixli akta görə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595 nömrəli məhəllədə 5 nömrəli binanın, 1-ci blok, 9-cü mərtəbə, 90 nömrəli iki otaqdan ibarət, ümumi sahəsi 103 kv.metr olan mənzil 16698 nömrəli 19 fevral 2013-cü il tarixli müqavilənin 3.1.2.3-cü maddəsinə uyğun olaraq İddiaçı təhvil verilmişdir. Tərəflərin bir birinə qarşı binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyası mövcud deyildir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17 fevral 2020-ci il tari xli **********68 nömrəli məktubuna əsasən ünvan 1 ünvandakı mənzil iki otaqlı, yaşayış sahəsi 39,4 kv.metr, köməkçi sahəsi 42,8 kv.metr, ümumi sahəsinin 82,2 kv.metr təşkil etdiyi müəyyən edilmişdir (eyvan sahəsi ümumi sahəyə 0,3 əmsalı ilə daxil edilmişdir (8,2x0,3=2.4)). İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı tərəfindən artıq ödənilmiş 13225,68 manat məbləğində pul vəsaitinin, ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun, etibarnamə verilməsi üçün ödənilmiş 11,50 manat və hüquqi xidmət üçün vəkilə ödənilmiş 560 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia on unla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 19 fevral 2013-cü il tarixli mənzil alqı-satqısına dair müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh tərəfindən iddiaçıya 103 kv.metr olan mənzil əvəzinə, ümumi sahəsi 82,2 kv.metr mənzil verilmişdir. Bununla, müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. İddiaçı tərəfindən müqavilə şərtləri pozulmaqla az verilmiş 21 kv.metr sahə üçün ödənilmiş məbləğ ona qaytarılmalıdır. Cavabdehə dəfələrlə etdiyi yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq, aldatma yolu ilə əldə etdikləri pul vəsaitini qaytarmaq istəmir.
6. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 ərizə verərək, iddia müddətinin tətbiq edilməklə, iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi nin 05 oktyabr 2020-ci il tarixli, 2(005)2224/2021 nömrəli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 372.1, 372.2, 373.1, 373.2, 373.3, 373.4, 373.4, 375.1, 375.2, 376, 377.1, 377.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, hazırki iddiaya iddia müddəti tətbiq edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(005)-2224/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasın ın 23 avqust 2021-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595 nömrəli məhəllədə yerləşən 5 nömrəli binanın, 90 nömrəli iki otaqdan ibarət mənzilin iddiaçı və cavabdeh arasında bağlanmış 19 fevral 2013-cü il tarixli, 16698 nömrəli alqı-satqı müqaviləsinə əsasən 103,0 kv.metr, faktiki olaraq mənzilin ümumi sahəsi 89,08 kv.metr, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 09 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin tələblərinə əsasən sözügedən mənzilin balkonunun sahəsinin 2,4 kv.metr (8,2x0,3) təşkil etdiyi müəyyən olunur. Belə olan halda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti M əcəlləsinin 59-cu maddəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 09 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595 nömrəli məhəllədə yerləşən 5 nömrəli binanın, 90 nömrəli mənzilin ümumi sahəsi 83,28 kv.metr təşkil edir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(103)-1390/2021 nömrəli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovun və X.Ə.Sarıyevin iştirakı ilə) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(005)-2224 /2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunmuş, cavabdeh "xxxx" ASC-dən mənzilə görə artıq ödənilmiş 10978 manatın və 25 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
12. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü, Mülki Məcəllənin 5.3, 16.1, 390.1, 390.2, 425-ci, Mənzil Məcəlləsinin 12.5, 13.3 maddələrinə istinad edərək göstərmişdir ki, tərəflər arasında bağlanmış 19 fevral 2013-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıya sahəsi 103 kv.metr olan mənzili satmağı öhdəsinə götürmüş, mənzilin sahəsi müəyyən edilərkən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr mənzil qanunvericiliyinin tələblərinə uyğun olmayan qaydada hesablanaraq daxil edilmişdir. Cavabdeh iddiaçıya razılaşdıqları 103 kv.metr əvəzinə 83,28 kv.metr sahəsi olan mənzil təhvil vermiş, buna görə 10978 manat (1 kv.m dəyəri olan 556,7 manat x mənzilin sahəsindəki fərq 19,7 kv.metr) artıq pul vəsaiti almışdır.
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 3 illik iddia müddətinin tətbiqi barədə qeyd edilən mövqeyi ilə razılaşmamış və göstərmişdir ki, tərəflər arasında olan hazırkı mübahisə daşınmaz əmlaka dair müqavilə üzrə artıq ödənilmiş pul vəsaitinin qaytarılması ilə bağlıdır və iddia müddətinin axımının başlanması anı məhkəmə tərəfindən düzgün müəyyən edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı aldığı mənzilin sahəsinin mü qavilədə göstərilən ölçüyə uyğun gəlməməsini aşkar etdiyi vaxtdan sonra mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(103)-1390/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 aprel 2022ci il tarixli, 2(102)-1338/2022 nömrəli qərarı ilə (hakim Z.Ə.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər A.Q.Hüseynovun və İ.R.Xələfovun iştirakı ilə) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(103)1390/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
16. Kassasiya məhkəməsi göstərmişdir ki, hazırki işdə apellyasiya instansiyası məhkəməsi baxdığı mübahisə üzrə öhdəlik münasibətlərinə və iddia müddətinə dair maddi hüquq normalarına istinad etsə də, tərəflər arasındakı öhdəlikləri nə vaxt icra edildiyini və ya pozulduğunu, buna müvafiq olaraq cavabdehin tətbiq etdiyi iddia müddətinin əvvəlinin hansı andan hesablandığını lazımi qaydada əsaslandırmamış, bu xüsusatlara dair konkret maddi hüquq normaların dispozisiya şərtləri üzrə hüquqi dəyərləndirmə aparmamışdır.
17. Kassasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdə keçiri lə bilər. Bununla belə, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal – cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzil sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmeti olmuşdur. Hazırki işdə iddiaçı mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 17 fevral 2020-ci il tarixli məlumata istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi bu xüsusatı yoxlamaq məqsədi ilə tikinti-texniki ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 23 avqust 2021-ci il tarixli rəyi alınmışdır. Rəyin təsviri hissəsindən görünür ki, ekspert hesablamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə aparılmışdır. Apellyasiya məhkəməsi də qətnaməsində həmin normaya istinad etmişdir.
18. Ekspertin rəyi məcburi qüvvəyə malik olmayıb, sübut növlərindən biri kimi məhkəmə tərəfindən qiymətləndirilməlidir. Hazırkı işdə isə alınmış ekspertiza rəyində mənzilin ümumi sahəsi 83,28 kv.metr göstərilsə də, məhkəmə bu sübutu tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirməmişdir. Belə ki, apellyasiya məhkəməsi, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məc əlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, daha dəqiq desək iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edildiyini əsaslandırmamışdır.
19. Nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, terras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Odur ki, cavabdehin müqavilədə göstərilən sahəni real olaraq iddiaçıya verib-vermədiyi yerində (mənzilin içərisində) ölçmə iş ləri aparılmaqla müəyyən edilə bilər.
20. Bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdehin iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra edib-etməyi aydınlaşdırılmalı və iddia tələbinə yekun hüquqi qiymət verilməlidir.
21. O da nəzərə alınmalıdır ki, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir. Qanunvericiliyə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu biləbilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Bundan başqa, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzin də irəli sürə bilər.
22. Apellyasiya məhkəməsi iddia müddətinin əvvəlini hesabladığı vaxtı aydın şəkildə ifadə etməmişdir. Qətnamədə həmin vaxt “mənzilin sahəsinin müqavilədə göstərilən ölçüyə uyğun gəlməməsini aşkar etdiyi vaxtdan” kimi qeyd olunmuşdur. Əgər bununla iddiaçının 17 fevral 2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən aldığı məlumat nəzərdə tutulursa, iddia müddətinin əvvəlinin hansı səbəbdən həmin tarixdən hesablanmalı olması əsaslandırılmamışdır.
23. Cavabdeh mənzili iddiaçıya 19 fevral 2013-cü il tarixdə təhvil verdiyini bildirərək bu barədə aktı məhkəməyə təqdim etmişdir. Belə olan halda, apellyasiya məhkəməsi mənzilin iddiaçı tərəfindən təhvil alındığına dair akta, bu zaman onun daxili sahəsinin həcmi barədə məlumatlı olub-olmadığına, əgər olmamışsa mənzildə təmir işlərinin nə zaman görüldüyünə, belə işlərin görülməsinə dair podratçılarla adətən kv.m. ölçü vahidi ilə razılaşma aparıldığı halda iddiaçının istinad etdiyi qüsurla bağlı öz hüququnun pozulduğunu bilməli olub-olmamasına dair hüquqi qiymətləndirmə aparmamışdır.
24. Kassasiya kollegiyası hesab etmişdir ki, qüsur aşkar edildiyi təqdirdə yuxarıdakı xüsusatlar üzrə lazımi dəyərləndirmə aparılmaqla, iddiaçının məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edib-etmədiyinə, yaxud bu qüsur üzrə iddiaçının hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu məqama, buna müvafiq olaraq tələb üzrə iddia müddətinin keçib-keçmədiyinə mülki qanunvericiliyin normaları əsasında hüquqi qiymət verilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2022-ci il tarixli, 2(103)-4362/2022 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovun və Q.A.Əsgərovun iştirakı ilə) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(005)-2224/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Mülki Məcəllənin 21, 324, 372-390, 421-441, 560, 567-607, 646-650, 752-776; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarına, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59, Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx.xx.2002-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlarına, Mülki Prosessual Məcəllənin 77, 81-82, 88, 372, 385-390, 420-cı maddələrinə və kassasiya instansiya məhkəməsinin göstərişlərinə istinadla əsaslandırmışdır.
27. Mülki Məcəllənin 21, 324, 372-390, 421-441, 560, 567-607, 646-650, 752-776ci; Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu, Mülki Prosessual Məcəlləsinin 77, 81-82, 88, 372, 385-390, 420-ci maddələrinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti o byektinin sahəsinin və həcminin hesablanması” Qaydalarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlarına və kassasiya instansiya məhkəməsinin göstərişlərinə istinad edən apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəldiyindən qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
28. Belə ki, müəyyən edilən qaydalar və əmsallar üzrə, habelə tikilialtı sahələr nəzərə alınmadan ölçülərin aparılması mö vcud faktiki sahənin fərqli olmasını müəyyən etmir və buna dair digər mötəbər sübutlar təqdim edilməmişdir. Əmlakın müvafiq normalara uyğun ölçülərin fərqli göstərilməsi isə cavabdeh tərəfindən öhdəliklərinin lazımınca yerinə yetirilməməsini sübuta yetirmir və qanunun tələbi kimi qəbul edilən ölçülərlə faktiki tikinti sahələrinin eyniləşdirilməsi fərqli meyyarlardır. Belə ki, müqavilədə əks edilmiş mənzilin ölçüləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, və (ya) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının tələbləri nəzərə alınmaqla göstərilməmiş və belə bir qeyd əks edilməmişdir. Qeyd edilməl idir ki, iddiaçının iddia etdiyi ona göstəriləndən az sahənin verilməsi və bununla öhdəliyinin lazımınca yerinə yetirilməməsi üzrə pulun tələb edilməsi ilə nəzərə alınanda, təqdim edilmiş sənədlərdə ümumiyyətlə alınan zaman mənzilin hansı meyyarlarla qiymətləndirilməsi müəyyən edilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti-satıcı ilə İddiaçı-alıcı arasında bağlanmış mənzilin alqı-satqı müqaviləsinin 1.1-ci bəndində qeyd edilən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmə sahəsinin, dəhliz və eyvanların sahəsinin, habelə yardımçı sahələrin də daxil olduğu qeyd edilmişdir (1.2-ci bənd).
29. Qeyd edilənlərdən əlavə, iddiaçı müqavilə öhdəlikləri üzrə tələbinin əsası kimi istinad etdiyi halları və hüquqi əsasları dəqiq müəyyən etməmiş, pul tələbinin müqavilə öhdəliklərinin lazımi qayd ada yerinə yetirilməməsi, ondan irəli gələn zərər və ya əsassız varlanma kimi qiymətləndirməyə dair mötəbər və təkzibedilməz sübutlar müzakirəyə təqdim etməsə də, məhkəmə kollegiyası sadalanan və ya digər xüsusatlar üzrə mülki hüquq pozuntuları müəyyən etməmiş, iddia edilən əsaslarla iddia müddətini isə iddiaçı ötürmüşdür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
30. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(103)-4362/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 373.2, 377.1-ci, Mənzil Məcəlləsinin 12.5-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü, Mülki Prosessual Məcəlləsinin 6, 8, 9 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı mənzili əldə etdikdən sonra həmin mənzildə ayrı-ayrı vaxtlarda hissəhissə təmir işləri aparmışdır. Mənzilə 2018-ci ildə köçmüş, axırıncı təmir işləri aparıldıqdan sonra, təmir işləri aparan ustalardan neçə kv.metr yerdə təmir işlərinin aparıldığının hesablamasını xahiş etmiş, aparılmış hesablamalarla mənzilin sahəsinin müqavilədə göstəriləndan aşağı olduğu müəyyən olmuşdur. Bununla bağlı sübut əldə edilməsi üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilmiş, mütəxəssislərin iştirakı ilə mənzil ölçülmüş və ona təhvil verilmiş mənzilin ümumi sahəsinin 82.2 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Cavabdehə dəfələrlə etdiyi yazılı və şifahi xəbərda rlıqlara baxmayaraq, aldatma yolu ilə əldə etdikləri pul vəsaitlərini geri qaytarmamışlar. İddia müddəti ötürülməmişdir. İddianın əsaslı olması iş üzrə keçirilmiş ekspert rəyi ilə təsdiq olunmuşdur.
32. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
33. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
34. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olu nmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
35. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının hədlərini qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludu rlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
37. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
38. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər süb utlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya in stansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.
42. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndində mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrin sahəsinin, dəhliz və eyvanların sahəsinin, habelə yardımçı sahələrin daxil edilməsi nəzərdə tutulmuşdur.
43. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisəyə Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının tətbiq edilməli olmasına dair kassasiya şikayətinin dəlili əsassızdır.
44. Digər tərəfdən apellyasiya məhkəməsi əsaslı olaraq mübahisəyə iddia müddətini tətbiq etmişdir.
45. Müəyyən olunmuşdur ki, mübahisəli mənzil iddiaçıya 19 fevral 2013-cü il tarixdə təhvil verilmişdir.
46. Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur.
47. Cavabdeh Şirkət birinci instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək, hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
48. Məhkəmə kollegiyası iddiaya iddia müddətinin tətbiq edilməsinin qanuna zidd olması ilə bağlı dəlillərini əsaslı hesab etmir.
49. İlk olaraq iddiaçı bununl a bağlı etirazında göstərilən hallara (mənzili uzun müddət ərzində təmir etməsi və mənzilin real ölçüləri barədə məlumatlı olmaması) dair sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
50. Digər tərəfdən Mülki Məcəllənin 776.1-ci maddəsinin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Hazırki işdə isə iş iddiaçıya 19 fevral 2013-cü il tarixdə rəsmi təhvil verilmiş, iddia ilə isə məhkəməyə 7 il 4 ay sonra, 04 iyun 2020-ci il tarixdə müraciət olunmuşdur.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzə rə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar).
52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarında iddia müddətinin məqsədi ilə bağlı göstərmişdir ki, qanunvericilikdə müəyyən o lunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 4 19 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyun 2022-ci il tarixli, 2(103)-4362/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.