Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-564/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon Fatmayı Bələdiyyəsi və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası,hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1248/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan anbar sahəsinin çöl (yol) hissəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş özbaşına tikilinin onun öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin (hakim Habil Əhmədov) 31 oktyabr 2022-ci il tarixli, e-2(012)-2495/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edi lməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İlqar Dəmirov sədrliyi və məruzəsi ilə, hakimlər Fuad Məmmədov və Lalə Rəhimli ibarət tərkibdə) 12 oktyabr 2023-cü il tarixli, 2(105)-839/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmişdir. İddiaçıya məxsus Abşeron rayonu, Fatmayı kəndində yerləşən A nömrəli qeyri-yaşayış binasının çöl hissəsində cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin sökülməsi, həmin qeyri-yaşayış sahəsinə gedən yola və bağlanmış giriş qapısının (yəni iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə aid texniki pasportda göstərilən giriş-çıxış qapısı) cavabdeh tərəfindən açılması qət edilm işdir.
5. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işə yenidən baxılması üçün təkrar apellyasiya instansiyası məhkəməsinə qaytarılması üçün qərar qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2024-cü il tarixli, 2(102)-958/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-839/2023 nömrəli, 12 oktyabr 2023cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 sentyabr 2024-cü il tarixli, 2(105)-1248/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022- ci il tarixli, e-2(012)-2495/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
8. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 14 dekabr 2024-cü il tarixdə elektron kabinet vasitəsilə kassasiya şikayəti vermis, eyni zamanda, elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2024-cü il tarixli, 2(105)-1248/2024 nömrəli qətnaməsindən “buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə vəsatət əlavə etmişdir.
9. Vəsatət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 sentyabr 2024-cü il tarixli, 2(105)-1248/2024 nömrəli qətnaməsi İddiaçı ünvanına çatmamış, bu səbəbdən iş üzrə nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə qətnaməni götürmüşdür. İddiaçı ağır şəkər xəstəsidir, “hipertan siyon”dan əziyyət çəkir və 2 dəfə ürək tutması – infarkt keçirmişdir. Asan İmzası olsa da xəstəlikləri və yaşı səbəbindən elektron məhkəmə sistemdən istifadə etmək iqtidarında deyil. Bu səbəbdən elektron kabinetdən qətnaməni əldə edə bilməmiş, ümumiyyətlə sistemə qətnamənin yükləndiyini bilməmişdir. Vəkili Vəkil1 ilə də tapşırıq müqaviləsi üzrə xidmət yekunlaşdıqdan sonra əlaqə saxlamamış, yalnız qətnaməni xx.xx.2024-cü il tarixdə götürmüşdür. İddiaçı oğlu Nümayəndə3 vasitəsilə aralarında xx.xx.2024-cü tarixli müqavilə bağlanmış, həmin müqavilə əsasında xx.xx.2024-cü il tarixli order tərtib olunmuşdur. Kassasiya şikayətinin verilməsi üçün müddəti yalnız 1 həftə gecikməklə vermişdirlər.
10. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsilə iddiaçının vəsatətinə etiraz əriz əsi təqdim edərək bildirmişdir ki, məhkəmə qətnaməsi xx.xx.2024-cü il tarixində qəbul olunmuş və xx.xx.2024-cü il tarixdə portala yerləşdirilmişdir. İddiaçının vəkili və nümayəndəsi portala yerləşdirildiyi gündən qətnaməni almış hesab olunur. Ərizədə iddiaçının xəstə olması göstərilməklə həmin halın üzurlü hesab edilməsi kimi xahiş olunmuş, lakin həmin müddət ərzində iddiaçının xəstəlikdən müalicə alınması barədə hər-hansı bir sənəd təqdim edilməmişdir. Bundan əlavə olaraq bildirir ki, iddiaçının 2 ay müddət ərzində kifayət qədər vaxtı olsa da, kassasiya şikayətini vaxtında verməmişdir. Ona görə də qeyd olunan əsaslar müddətin bərpa olunması üçün qanuna müvafiq olaraq üzürlü hesab edilməməlidir. Qeyd olunanların nəzərə alınaraq buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş edir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X1) 2(105)-1248/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2024-cü il tarixli, 2(105)-1248/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətinin bərpa edilməsinə dair vəsatət (ərizə) təmin edilməmiş, kassasiya şikayəti İddiaçı nümayəndəsi və vəkili Vəkil3 geri qaytarılmışdır.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, vəsatətə prosessual müddətin üzrlü səbəblərdən ötürülməsinə dair hər hansı bir sübut əlavə edilməmiş, yalnız ümumi sözlərə istinad edilmişdir. Mülki işin materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2024-cü il tarixli, 2(105)-1248/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə İddiaçı, həmçinin sonuncunun nümayəndəsi və vəkili Vəkil1 məxsus elektron kabinetə yerləşdirilmişdir.
13. Göründüyü kimi, sözügedən qətnamə xx.xx.2024-cü il tarixdə iddiaçıya və onun nümayəndəsinə elektron qaydada çatdırıldığından, qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddətin axımı həmin tarixdən hesablanmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.3, 129.1, 129.2, 130.1, 135.5, 135.6, 403.1, 402.2.2, 408.1 və 408.1.7, 408.1.1, 408.3-ci maddələrinə isti nad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək (Vəkil3) qərardadın ləğv edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya şikayətinə əlavə edilən sənədlərdən görünür ki, İddiaçı şəkər və böyrək xəstəliklərindən əziyyət çəkir. Yaşı etibarı ilə ASAN imzadan istifadə etmək iqt idarında deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır;
19. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır;
20. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur;
21. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur;
22. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir;
23. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır
24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilə n hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
25. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddə tinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
26. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
27. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
28. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya inst ansiyası məhkəməsi tərəfindən qaytarılır.
29. Maddə 408.1.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarı 33....qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu pros essual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçının verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.
37. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
38. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).
39. Hazırkı işin materiallarından müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2024-cü il tarixli qətnaməsi 04 oktyabr 2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili olan Vəkil1 “Elektron Məhkəmə” İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməklə, ona rəsmi qaydada təqdim olunmuşdur. Beləliklə, müəyyən olunur ki, qətnamə iddiaçının səlahiyyətli nümayəndəsi və vəkilinə qanunla müəyyən olunmuş qaydada təqdim olunmuşdur.
40. Hazırkı kassasiya şikayətini və müddətin bərpasına dair ərizəsini 12 dekabr 2024cü il tarixdə vermiş, prosessual qanunvericiliklə müəyyən olunan müddəti ötürməsini üzrlü səbəbdən baş verməsini ağlabatan d əlillərlə əsaslandırmamış və müvafiq sübutları təqdim etməmişdir. İddiaçının kassasiya şikayətinə əlavə etdiyi tibbi sənədləri daha əvvələ aid olan sənədlər olmaqla, mübahisələndirilən müddətlə bağlılığı yoxdur və müddətin üzürlü hesab edilməsini təsdiq edən sübutlar kimi qəbul oluna bilməz. 41. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə ma lik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
42. Beləliklə, kassasiya kollegiyası izah edir ki, zəruri prosessual hərəkətlərinin vaxtında həyata keçirilməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələri ni məhz kassator daşımalıdır.
43. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.
44. Kassasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçının vəkili eyni zamanda etibarnamə əsasında onun nümayəndəsi olduğundan və etibarnamədə üçüncü şəxs vəkilə digər səlahiyyətlərlə yanaşı, məhkəmə aktlarından şikayətlərin verilməsi (imzalanması) səlahiyyətini verdiyindən, həmçinin Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinin məzmununa görə kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli olduğundan, məhkəmə aktın dan şikayətin verilmə müddətinin axımının həmin aktın nümayəndəyə rəsmi verildiyi tarixindən hesablanmalı olmasına dair apellyasiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.
45. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməs in. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2024-cü il tarixli, 2(105)-1248/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.