Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5649/2022 05.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh na qarşı ilk, nun İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmlak bölgüsü, mənzilə görə ödənilmiş puldan payın müəyyən edilib verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlundan (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbi barədə ilk və Cavabdeh İddiaçı qarşı “mənzilə görə ödənilmiş puldan payın müəyyən edilib verilməsi, mənzildən çıxarılma və özünün mənzilə köçürü lməsi” tələbinə dair qarşılıqlı iddiası barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1179/2021 nömrəli iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair 05 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh 09 dekabr 2016-cı il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar.
2. X2 31 yanvar 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ana qrafasında X5, ata qrafasında Cavabdeh göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 1265 nömrə ilə qeyd edilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-164/2020 saylı xx.xx.2020-ci il tarixli qətna məsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 anası X3 yanında saxlanılması, Cavabdeh xx.xx.2018-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət olunan xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi, uşaq 3 yaşına çatana kimi Cavabdeh hər ay 50 manat tutularaq X4 verilməsi, X5 ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində 258 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir.
4. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3417/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-164 /2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə mübahisələndirilən - xx.xx.2018-ci il təvəllüdlü X1 3 yaşına çatana kimi Cavabdeh hər ay 50 manat pul tutulması hissəsi dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh ilə X3 nikahının Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulması Nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 359 № ilə qeydiyyat aparılmışdır. Nikah pozulduqdan sonra qadına Allahverdiyeva soyadı verilmişdir.
6. Sumqayıt şəhəri, H.Əliyev prospekti, 2-ci mkr,ev 24/61,mənzil 18 ünvanında yaşayan 1984-cü il təvəllüdlü Cavabdeh Sumqayıt şəhər 3 nömrəli şəhər poliklinikasının revmatoloji kabinetində “Xroniki revmatizm, ürək qüsuru, aortal qapaq çatışmamazlığı və mitral qapaq prolapsu” diaqnozu ilə dispanser qeydiyyatında dır, 2-ci qrup əlildir və vaxtaşırı müalicələr alır. 7. ünvan 3 ünvanında yerləşən 62,7 kv metr mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Bu barədə xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeyd edilmişdir. 8. "xxxx" ASC-nin “İpoteka” filialı ilə Cavabdeh və X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli İK-446-İ saylı kredit müqaviləsinə əsasən, borcalanlara mənzil almaq məqsədilə 300 ay müddətinə illik 4 faiz hesablanmaqla 50000 manat məbləğində kredit verilmişdir. 9. "xxxx" ASC ilə Cavabdeh və X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzili banka ipotekaya qoymuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı (bundan sonra - iddiaçı, yaxud qarşılıqlı iddi a üzrə cavabdeh) Cavabdeh qarşı (bundan sonra cavabdeh, yaxud qarşılıqlı iddia üzrə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehin ailə münasibətlərinin faktiki pozulduğu, ayrı yaşadıqları dövrdən sonra iddiaçı tərəfindən ipoteka krediti, daşınmaz əmlak və həyat sığortası üzrə aparılmış ödənişlərin ümumi məbləğini təşkil etmiş 4152,02 manatın iddiaçının mülkiyyəti hesab edilməsi və həmin məbləğin cavabdehdən tutularaq iddiaçıya verilməsi, ümumi birgə mülkiyyətdə olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən 16 saylı mənzil üzərində iddiaçının 2/3 hissədə və cavabdehin 1/3 hissədə payının müəyyən olunması, iddiaçı və cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 06 mart 2017-ci il tarixli İK-446-İ saylı kredit müqaviləsi üzrə 45623,43 manat ümumi borcun paylara müvafiq olaraq iddiaçı üçün 2/3 hissədə, cavabdeh üçün 1/3 hissədə müəyyən edilməsi, iddiaçı və cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 06 mart 2017-ci il tarixli İK446-İ saylı kredit müqaviləsinin 2-ci maddəsinin 4-cü bəndinin 1-ci və 2-ci yarımbəndlərinə müvafiq olaraq borcalanlar tərəfindən həyata keçirilməsi məcburi ödəniş kimi nəzərdə tutulmuş əmlak sığortası və həyat sığortası müqavilələri üzrə sığorta haqlarının, dəbbə pulunun (əgər varsa) ödəniş bölgüsünün iddiaçı üçün 2/3 hissədə və cavabdeh üçün 1/3 hissədə müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, ailə münasibətlərinin faktiki pozulduğu, ayrı yaşadıqları dövrdən sonra iddiaçı tərəfindən ipoteka kr editi, daşınmaz əmlak və həyat sığortası üzrə aparılmış ödənişlərin ümumi məbləğini təşkil etmiş 5618,52 (beş min altı yüz on səkkiz manat əlli iki qəpik) manatın iddiaçının mülkiyyəti hesab edilməsi və həmin məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, hüquqi yardım göstərilməsi ilə əlaqədar olaraq vəkilə ödənilən 500 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ümumi birgə mülkiyyətdə olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən 16 saylı mənzil üzərində iddiaçının 2/3 hissədə və cavabdehin 1/3 hissədə payının müəyyən olunması, iddiaçı və cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 06 mart 2017-ci il tarixli İK-446-İ saylı kredit müqaviləsi üzrə 45060,49 (qırx beş min altmış manat qırx doqquz qəpik) manat ümumi borcun paylara müvafiq olar aq iddiaçı üçün 2/3 hissədə, cavabdeh üçün 1/3 hissədə müəyyən edilməsi, iddiaçı və cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 06 mart 2017-ci il tarixli İK-446-İ saylı kredit müqaviləsinin 2-ci maddəsinin 4-cü bəndinin 1-ci və 2-ci yarımbəndlərinə müvafiq olaraq borcalanlar tərəfindən həyata keçirilməsi məcburi ödəniş kimi nəzərdə tutulmuş əmlak sığortası və həyat sığortası müqavilələri üzrə sığorta haqlarının, dəbbə pulunun (əgər varsa) ödəniş bölgüsünün iddiaçı üçün 2/3 hissədə və cavabdeh üçün 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, mənzilin əldə edilməsinə görə ilkin ödəniş kimi tələb olunan 20000 manat vəsaitin 15000 manat hissəsini iddiaçının valideynləri, 5000 manat hissəsini isə cavabdeh ödəmişd ir. Həmçinin, tərəflərin faktiki olaraq birgə yaşamadıqları dövrlərdə ödənişlərdə gecikmələr olmuş və bank tərəfindən xx.xx.2019-cu il tarixli 167 saylı xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlıq məktubu ilə bağlı cavabdehə məlumat verilsə də, o banka olan ödənişləri etmədiyindən iddiaçı bank qarşısında özüdə birgə borcalan olduğundan öhdəlikləri özü icra etməyə başlamışdır. 10 sentyabr 2019-cu il tarixdən başlayaraq (10 sentyabr 2019-cu il tarixli ödəniş əvvəlki 3 aylıq gecikmələri də əhatə etdiyindən həmin məbləğ 794,24 manat təşkil etmiş) hazırkı vaxtadək təkbaşına cavabdehin heç bir yardımı olmadan bank və sığorta ödənişlərini ödəyir. Faktiki olaraq ailə münasibətlərinin pozulub ayrı yaşamağa başladıqları vaxtdan 2020-ci ilin sonuna qədər ipoteka krediti ödənişi, əmlak sığortası h aqqı və həyat sığortası haqqı olmaqla, ümumilikdə 5618,52 manat məbləğində ödəniş etmişdir. Həmçinin, qeyd edilən mənzildə qızı ilə birgə yaşayaraq cavabdehin heç bir köməyi olmadan bu müddət ərzində mənzilin qorunub saxlanmasını təşkil etmiş və kommunal ödənişlərini ödəmişdir. Ona görə də, birgə mülkiyyət hesab olunan mənzil üzərində iddiaçının 2/3 hissədə, cavabdehin isə 1/3 hissədə payı müəyyən edilməlidir. Həmçinin tərəflər ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli İK-446-İ saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə hesablanmış ümumi 45623,43 manat borc paylara uyğun olaraq iddiaçının 2/3 hissədə, cavabdehin 1/3 hissədə payı müəyyən edilməlidir. Eləcə də, məhkəmə tərəfindən müəyyən ediləcək borca dair ödəniş üzrə gecikmələr, sığorta haqları ümumi şəkild ə deyil, hər bir borcalandan öz payına müvafiq olaraq ayrılıqda tutulmalıdır. Belə ki, kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən borcalanlar tərəfindən həyata keçirilməsi məcburi olan ödənişlər sırasında əmlak və həyat sığortası müqavilələri üzrə sığorta haqları ilə bərabər dəbbə pulu (əgər varsa) da göstərilmişdir.
13. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd olunması, birgə nikah dövründə alınmış ipoteka predmeti olan mənzilə görə nağd ödənilmiş 20000 manat pulun və birgə yaşadıqları dövrdə borca görə ödənilmiş 6570,14 manat puldan hər birinin ½ hissədə payının müəyyən edilməsi, həmin paya uyğun 13285,07 manat və ayrı yaşadıqları dövrdə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ödənilmiş 3552,02 manat ol maqla, cəmi 16837,09 manat pulun ondan alınaraq qarşılıqlı iddia üzrə cavabdehə ödənilməsi, xx.xx.2017-ci il tarixli İK-446-İ saylı kredit müqaviləsi üzrə qalan borc öhdəliyinin ona keçməsini, qarşılıqlı iddia üzrə cavabdehin mübahisəli mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin alınması üçün nəzərdə tutulmuş 20000 manat məbləğində ilkin ödənişi cavabdeh( qarşılıqlı iddia üzrə iddiaçı) özü ödəmiş və nağd şəkildə Notariat Kontorunun depozit hesabına qoymuşdur. Həmin pulun çox hissəsi hər iki tərəfin birgə vəsaiti olmuş, yalnız çatışmayan cuzi hissəsini cavabdehin valideynləri vermişdir. Həmin məbləğin ödənilməsində iddiaçının valideynləri heç bir köməklik göstə rməmişlər. İddiaçı mübahisəli mənzilə cavabdehi buraxmadığından tərəflər arasındakı münasibətlər pisləşmiş, nikahları pozulmuş və bir uşağa görə cavabdehdən160 manat, uşağın üç yaşınadək hər ay 50 manat aliment tutulmuşdur. Hətta cavabdehin bütün sənədləri hazırkı vaxtadək həmin mənzildədir. Cavabdeh ürək xəstəsidir və mütəmadi olaraq müalicə alır. İddiaçı onu öz mənzilinə buraxmadığından valideynlərinin yanında Sumqayıt şəhərində yaşayır və hər gün işə gəlmək üçün Bakı şəhərinə gəlir. Lakin mənzildə faktiki olaraq iddiaçı yaşasada, cavabdeh ayrıldıqdan sonra ilk 2 ayın ödənişi olan 600 manat borcu ödəmişdir. Qeyd edilən mənzilə görə verilən 50000 manat məbləğində kredit cavabdeh məcburi köçkün olduğu üçün illik 4 faiz hesablanmaqla verilmiş və dövlət qeydiyyatında onun adına rəsmiləşmişdi r. Ona görə də həmin mənzilin bölünməsi mümkün deyildir. Əksinə mənzil üzrə hüquqların və borc öhdəliyinin ona keçməsini, qarşılıqlı iddia üzrə cavabdehin mənzildən çıxarılmasını və mənzilə özünün köçürülməsini xahiş edir. Birgə nikah dövründə alınmış ipoteka predmeti olan mənzilə görə nağd verilmiş olan 20000 manat pulun və birgə yaşadıqları dövrdə kredit borcuna görə ödənilmiş 6570,14 manat puldan hər birinin ½ hissədə payının müyyən edilməsini düzgün hesab edir. Həmçinin həmin paya uyğun 13285,07 manat pul və ayrı yaşadıqları dövrdə qarşılıqlı iddia üzrə cavabdehin ödədiyi 3552,02 manat pul onun mülkiyyətidir. Ona görə də iddiaçıya 16837,09 manat pulu ödəməyə razıdır.
15. Cavabdeh xx.xx.2017-ci il tarixli İK-446-İ saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə 263,92 manat aylıq ödəniş və ona hesablanmış 0,45 manat dəbbə pulu olmaqla, cəmi 264,37 manat məbləğində gecikdirilmiş borcu vardır.
16. Allahverdiyeva (Məmmədova) Vəfa Elxan qızı ilə bağlanmış xx.xx.2017-ci il tarixli İK-446-İ saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə olan borc 45060,49 manat təşkil edir.
17. Şuşa Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(077)-22/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) ilk iddia qismən təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən 16 saylı mənzil üzərində iddiaçı və cavabdehin hər birinin payı ½ hissədə, eyni zamanda tərəflər ilə "xxxx" ASC arasında bağlanmış 06 mart 2017-ci il tarixli, İK446-İ saylı kredit müqaviləsi üzrə 45060,49 (qırx beş mi n altmış manat qırx doqquz qəpik) manat məbləğdə qalıq borcda və həmin kredit müqaviləsinin 2-ci maddəsinin 4-cü bəndinin 1-ci və 2-ci yarımbəndlərinə müvafiq olaraq borcalanlar tərəfindən həyata keçirilməsi məcburi ödəniş kimi nəzərdə tutulmuş əmlak sığortası və həyat sığortası müqavilələri üzrə sığorta haqlarının, dəbbə pulu (əgər varsa) ödəniş bölgüsündə tərəflər birgə borclular olaraq, onların həmin öhdəliyin icrasında hər birinin payı ½ hissədə müəyyən edilmiş, cavabdehdən 2509,01 manat məbləğində kredit borcuna görə ödənilmiş pul və 150 manat vəkilə çəkilən xərcə görə pulun tutularaq iddiaçıya ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, cavabdehin iddiaçıya qarşı mənzilə görə ödənilmiş puldan payın müəyyən edilib verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələ binə dair qarşılıqlı iddia qismən təmin edilmiş, cavabdehin Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən 16 saylı mənzilə köçürülməsi, qarşılıqlı iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə alaraq müəyyən etmişdir ki, tərəflər 14 aprel 2019-cu il tarixdən faktiki olaraq ayrılmışlar, həmin vaxtdan sonra kredit borcundan banka cəmi 5618,52 manat məbləğində pul ödənilmişdir, bu tərəflərin izahatı və işdə olan ödəniş qəbzləri ilə də təsdiq olunmuşdur. İlkin iddia üzrə iddiaçı 600 manatın 5618,52 manata daxil olmadığını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda ödəniş qəbzlərindən göründüyü kimi ödənişlər cavabdehin adından aparılmışdır.
19. Birinc i instansiya məhkəməsi ilkin iddia tələbinin pul tələbi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən 14 aprel 2019-cu il tarixdən sonra aparılmış 5618,52 (beş min altı yüz on səkkiz manat əlli iki qəpik) manatın özü tərəfindən aparılmasını iddia etsə də, həmin məbləğin 600 manatının cavabdeh tərəfindən ödənilməsi iş materialları ilə təsdiq edildiyindən, habelə mübahisəli kreditin təyinatını, ümumi mülkiyyətdə olan mənzildə iddiaçının ½ hissədə payının olmasını nəzərə alaraq 5618,52-600=5018,52 manatın ½ hissəsini təşkil edən 2509,01 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, bu hissədə ilkin iddia qismən təmin edilməlidir.
20. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı göstərmişdir ki, paylı mülkiyyəti n mülkiyyətçisinin öz payının ayrılmasını tələb etmək hüququ ayrılan mülkiyyətçiyə məxsusdur, bu alınmadığı təqdirdə ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
21. Həmçinin, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh)mübahisəli mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, mübahisəli mənzil tərəflərin birgə mülkiyyətidir.Onların hər ikisinin orada yaşamaq,istifadə etmək hüquqları vardır.
22. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki M əcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6, 152.1, 152.5, 157.4, 158.1.2, 213.2, 213.3, 213.4, 213.5, 213.6, 213.7, 213.8, 214.1, 214.2, 214.3, 214.4 və 225.1-ci, Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2.2, 36.1, 36.3 və 37.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
23. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia predmeti olan mənzil hündürmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşdiyindən və mənzilin yalnız bir giriş-çıxış qapısı olduğundan həmin mənzilin real bölgüsü mümkün deyildir. Odur ki, o, iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) “Razılaşma Sazişi” göndərək mənzildən iddiaçıya düşən payın dəyərinin ona ödənilməsi yolu ilə əmlaka olan pay hüququnun itirilməsini, yaxud əksinə, mənzildən onun payına düşən hissənin payının dəyərinin ona ödənilməsi yolu ilə onun əmlaka olan pay hüququnun itirilmiş hşesab olunması təklifini etmişdir. Lakin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) onun bu təkliflərini və paylı mülkiyyətdən istifadə ilə bağlı digər təkliflərini cavablandırmamışdır. Onunla iddiaçının paylı mülkiyyətində olan mübahisəli mənzildə olan payları naturada ayrılmalıdır. Əgər həmin əmlakın naturada ayrılması mümükün olmazsa, onda həmin əmlak açıq hərracdan satıl malı və satış pulu paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməlidir.
25. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, cavabdehin qarşılıqlı iddiada göstərdiyi cüzi hissənin apellyasiya şikayəti verilən zaman artıq 10000 manat məbləğ kimi göstərməsi apellyasiya şikayətində göstərilən digər halların heç birinin cavabdehin təsvir etdiyi kimi olmadığını, apellyasiya şikayətində göstərilənlərin həqiqətə uyğun olmadığını təsdiq edir. Həqiqətdə isə mənzilə görə ilkin ödəniş məbləği olan 20000 manatın 15000 manatını özü, 5000 manatını isə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ödəmişdir. xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilə qədər onun cavabdehlə mənzildə birgə yaşadıqları dövrdə ödənilən məbləğ 7425,34 manat (26 ay x 285,59 manat) təşkil etmişdir. Mənzildə birgə yaşadıqları xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər olan dövrdə (2 ay ərzində) 571,18 manat ödəniş edilməli idi ki, onun da 282,42 manat hissəsi onun payına düşürdü. 2019-cu ilin iyul ayından 2021-ci ilin fevral ayı da daxil olmaqla onun tərəfindən təkbaşına ödənilmiş olan 5884,07 manat məbləğindən 282,2 manat məbləğinin çıxılması əvəzinə birinci instansiya məhkəməsi tərəfindən 600 manat çıxılmışdır. Ümumiyyətlə, cavabdehin ona ümumilikdə 3222,49 manat borcu olduğu halda, birinci instansiya məhkəməsi 2659,01 manat borcun cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar çıxarmışdır. Belə olan halda cavabdehin əvəzinə ödədiyi yerdə qalan 563,48 manatın kim tərəfindən ona qaytarılacağı onda və işlə tanış olan hər bir kəsdə sual doğurur. O, 5884,07 manat məbləğinin 2972,49 manat hissəsini cavabdehin əvəzinə ödəmişdir. 2972,49 manatın 2440,42 manatı cavabdehin məvacibinin 50 faizinə yönəldilərək tutulmuşdur, qalıq borc 532,07 manat təşkil edir. Məhkəmə mübahisəsinin yarandığı xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə qədər (may ayı da daxil olmaqla) 4391,79 manat ipoteka ödənişini icra etmiş, həmin məbləğin 2219,67 manat hissəsi cavabdehin payına düşürdü ki, o ödənişləri etmədiyi üçün ödənişi onun əvəzinə özü icra etmişdir. Beləliklə, xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilə qədər (may da daxil olmaqla) onun tərəfindən mənzillə bağlı 10275,86 manat ödəniş edilmişdir ki, həmin məbləğin 5192,16 manat hissəsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən banka ödənilməli idi. O, bank qarşısında ödənişləri etmədiyi üçün onun azyaşlı qızının yeganə yaşayış yeri olan mübahisəli mənzilin bank tərəfindən hərraca çıxarılaraq satılmasının qarşısının alınması, yaşayış yerindən məhrum edilməməkləri üçün o, cavabdehin əvəzinə ipoteka ödənişlərini özü ödəmişdir. Göründüyü kimi cavabdeh birgə borclu kimi özünün öhdəliklərindən yayınır, mənzilə görə ipoteka ödənişlərini həyata keçirmədiyi halda onun mənzildən çıxarılmağını tələb edir. Halbuki birgə mənzilin mülkiyyətçisidirlər, onlar mənzil üzərində bərabər hüquqlara malikdir, mənzillə bağlı borc öhdəliklərini isə özü təkbaşına icra edir, cavabdeh mənzillə bağlı borc öhdəliklərini icra etməkdən bilərəkdən boyun qaçırır. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində Mülki Məcəllənin 215.2, 220.2, 220.3 və 220.6-cı maddələrinə istinad edərək payların naturada ayrılma sını, həmin əmakın naturada ayrılması mümkün olmadıqda isə həmin əmlakın açıq hərracda satılmalı olmasını və satış pulunun mülkiyyətçiləri arasında paylara mütənasib bölünməli olmasını göstərir. Halbuki qeyd edilən tələblər iş üzrə qarşılqlı iddiada tələb kimi irəli sürülməmiş və həmin tələblər birinci instansiya məhkəməsində müzakirə edilməmişdir. Belə olan halda həmin tələblərə apellyasiya instansiya məhkəməsində baxılaraq müzakirə edilməsi Azərbaycan Respublikası MPM-nin tələblərinin pozulması deməkdir. Apellyasiya şikayətində istinad edilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1276-cı maddəsinə gəldikdə isə həmin norma bu iş üzrə ümumiyyətlə tətbiq oluna bilməz, belə ki, miras əmlakda olan payın vərəsə tərəfindən ayrılması ilə bağlı münasibətləri tənzimləyən normadır ki, hazırki işdə də miras əmlakla bağlı mübahisə mövcud deyildir və mübahisə predmeti olan əmlak miras əmlak deyildir.
26. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1179/2019 nömrəli iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətinin dəlillərinə birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilmişdir.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) birinci instansiya məhkəməsin qətnaməsinin ləğv edilməsi hallarına dair dəlillərini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir.
29. Həmçinin, apellyasiya instansiyası məhkəməsi göstərmşdir ki, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozit iv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
31. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, o, mübahisəli mənzilə köçüb yaşamayacaq – bu mümkün deyil. Çünki hətta iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) qardaşı da onu dəfələrlə hədələmişdir. Bu barədə səs yazısı da mövcuddur. Yaşamayacağı halda isə qalan borcu ödəməli deyil. 10 mart 2017-ci ildən təxmini iyul 2019-cu ilədək, yəni bank xəbərdarlığına kimi pulun ödənişini o, etmişd ir. Bu iki il ərzində o, hər ay 300 manat olmaqla 7200 manat pul ödəmişdir. Bundan da qabaq birgə nikah zamanı cavabdeh tərəfindən 20000, daha sonra 5000 manat da əlavə pul ödənilmişdir. Bunların hamısı 32200 manat təşkil edir. Mənzilin aylıq pulunu o, mütəmadi olaraq ödədiyindən (cavabdeh bunu öz iddia ərizəsində də bildirir) 2019-cu ilin iyul ayından sonra ödəməmişdir. Bankın ödəmək təklifi barədə məktub barəsində iddiaçı ona bildirsə də, cavabdeh həmin mənzildə yaşamadığından pulu ödəməmişdir və o, həmin müddətdən, yəni iyul 2019-cu ildən, pulları təkbaşına ödəməyə başlamışdır. Qeyd etmişdir ki, həmin müddətdən də xeyli əvvəl o, mübahisəli mənzildə yaşamırdı. Nəzərə alsaq ki, nikahın pozulması barəsində qətnamə 07.01.20-ci il tarixində qəbul edilib – təbii olaraq məhkəməyə müraciət 5-6 ay ondan öncə olmuşdur. Bu səbəbdən birgə nikah zamanı cavabdeh tərəfindən ödənilən 32220 manat pul vəsaiti yarı bölünməli və ona çatacaq 16100 manat iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən ödənilməlidir. Bu tələb həm onun, həm də iddiaçının mövqeyinə uyğundur. Belə ki, tərəflər birgə nikah zamanı əldə edilmiş “əmlak bölgüsünü” və yaxud “ödənilmiş puldan payın müəyyən edilib verilməsi” tələbini məhkəmə qarşısında qoymuşdur. Məhkəmə isə iddia tələbindən kənara çıxaraq nikah pozulduqdan sonra ödəniləcək pulu cavabdehin üzərinə qoymuşdur.
32. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 380, 385, 386, 387, 389, 416, 418.1, 418.2, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kass asiya şikayətinə qarşı iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən yazılı etiraz daxil olmuşdur.
34. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) etiraz edərək cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
35. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
36. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi k imi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
37. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb ed ə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
39. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır.
40. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
41. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
42. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaran ır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır.
43. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
44. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
45. Maddə 213.7. Ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər.
46. Maddə 213.8. Ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur.
47. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.
48. Maddə 214.2. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər.
49. Maddə 214.3. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakda n ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir.
50. Maddə 214.4. Paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur.
51. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
52. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.
53. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvaf iq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
54. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
55. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun ol madıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
56. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi
57. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
58. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
59. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
60. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına ə ldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
61. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
62. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qayda sında həyata keçirilir.
63. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
66. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir
67. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
69. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri
70. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
71. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları m üəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmənin iddia tələblərindən kənara çıxmaqla qəbul etməsi barədə dəlillər əsassızdır, iddia ərizələrindən və birinci instansiya məhkəməsinin qətnaməsindən belə bir halın olması müəyyən edilmir. 73. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnamə si maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
74. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara t ətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
76. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1179/2022 nömrəli iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.