Məhkəmə qərarları › İş №2(102)-565/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-565/2024

20.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-565/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-565/2024 (Açar sözlər: Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi, vindikasiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının naturada qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)5125/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qətnaməsin dən Cavabdeh (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 20 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı xx.xx.2012-ci il tarixdə cavabdeh Azər Abbasovla rəsmi nikaha daxil olmuş, onların birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X8 doğulmuşlar.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-265/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən, tərəflərin arasındakı nikah İddiaçı iddia tələbi əsasında pozulmuş, azyaşlı uşaqların analarının yanında qalması qət edilmişdir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-949/2021 nömrəli, 05 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən, X1rşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması və ya həmin əşyalar olmadıqda dəyərin ödənilməsi tələbinə dair ilkin, X2rşı əşyaların qaytarılması tələbinə dair qarşılıqlı iddiası ilə bağlı iş üzrə ilkin iddia qismən, qarşılıqlı iddia isə tam təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3793/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə Azər Abbasov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e2(010)-949/2021 nömrəli, 05 iyul 2021-ci il tarixli qətnaməsinin qismən, ilkin iddia tələbinin qızıl-zinətlə bağlı təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbinin qızıl-zinətlə bağlı Azər Abbasova münasibətdə təmin edilməmiş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmas ı qət edilmişdir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin müraciətinə əsasən "xxxx" MMC-nin 255/E saylı xx.xx.2021-ci il tarixli rəyi ilə qiymətləndirilmiş qızılların və əşyaların bazar dəyəri - brilyant qaşlı dəst (üzük sırğa) 3.500 manat, qızıl toy dəsti (boyunbağı sırğa, üzük, qolbaq) – 3.200 manat, sırğa hədiyyə - 300 manat, nişan üzüyü – 450 manat, qızıl üzük – 150 manat, tək qaş üzük 150 manat, televizor (smart 123 ekran) – 700 manat, 2 ədəd çılçıraq – 80 manat olmaqla müəyyənləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 Yunis oğlu Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdə saxlanılan - 3.50 0 manat dəyərində brilyant qaşlı dəst (üzük sırğa), 3.200 manat dəyərində qızıl toy dəsti (boyunbağı, sırğa, üzük, qolbaq), 450 manat dəyərində 1 ədəd sırğa hədiyyə, 450 manat dəyərində 1 ədəd nişan üzüyü, 150 manat dəyərində 1 ədəd qızıl üzük, 150 manat dəyərində 1 ədəd tək qaş üzükdən ibarət qızılzinyət əşyalarının alınaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2012-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. İddiaçı ailə qurduqdan sonra, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanına gəlin köçmüşdür. Həmin mənzildə həyat yoldaşı ilə birlikdə Cavabdeh və qaynı Vüqar Abbasovla yaşamışlar. Birgə nikah dövründə ailə mün asibətinə daxil olduqdan bir il sonra, yəni 2013-cü ildə Abşeron rayonu, 1 nömrəli X7 ərazisində yerləşən torpaq sahəsi almışlar və oranı təmir etdikdən sonra, həmin yeni ünvana köçərək orada yaşamışlar. Yeni ünvana köçdükləri zaman, iddiaçı öz qızıl-zinət əşyalarını keçmiş qaynanası Cavabdeh saxlamışdır. Belə ki, yeni köçdüyü evin yerləşdiyi ərazidə oğurluq halları tez-tez baş verdiyindən orada saxlanılması təhlükəli olmuşdur. Bu səbəbdən əsas qızıl-zinət əşyalarını saxlanılması üçün qayınanasına vermişdir. Daha sonra Azər Abbasovla münasibətləri kəskinləşmiş, xasiyyətlərində uyğunsuzluq yaranmış, bu da ailələrinin dağılmasına səbəb olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və xx.xx.2013-cü il təvəllüdlü Nizami Abbasov və x x.xx.2017-ci il təvəllüdlü Nürəddin Abbasovun iddiaçının yanında qalması müəyyən edilmişdir. Eyni zamanda iddiaçı keçmiş həyat yoldaşı Azər Abbasova qarşı cehizlərin qaytarılması ilə birlikdə qızıl-zinət əşyalarının və ya həmin əşyalar olmadıqda dəyərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azər Abbasovdan o cümlədən qızıl-zinət əşyalarından qızıl toy dəsti (üzük, qolbağ, sırğa, sep) 3.200 manat, brilyant qaşlı dəst hədiyyə (üzük sırğa) 1 ədəd 3.500 manat, sırğa qızıl hədiyyə, üzük firuzə qaşlı (hədiyyə) nişan üzüyü 350 manat, qızıl üzük hədiyyə, tək qaş üzük hədiyyə, qızıl uşaq qolbağı 3 ədəd (hədiyyə) cavabdehdən alınaraq qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)949/2021 nömrəli, 05 iyul 20 21-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək qızıl-zinət əşyaları hissəsində brilyant qaşlı dəst (üzük sırğa) 1 ədəd (3.500 manat), qızıl toy dəsti (boyunbağı sırğa üzük, qolbaq) 1 dəst (3.200 manat), sırğa hədiyyə - 1 ədəd (450 manat), qızıl üzük - 1 ədəd, (150 manat), tək qaş üzüyün 1 dəst - (150 manat), cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)3793/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Azər Abbasov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq Suraxanı Rayon Məhkəməsinin 2(010)-949/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətna məsi qismən, ilkin iddia tələbinin qızıl-zinyətlə bağlı təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddia tələbinin qızıl-zinətlə bağlı cavabdeh Azər Abbasova münasibətdə təmin edilməməsi, qətnamənin qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması və iddiaçıya əsl olan cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi bələ hesab etmişdir ki, hazırkı mülki işin materialları ilə də müəyyən olunur ki, iddiaçının ilkin iddia tələbi qızıl-zinət hissəsində əsl olmayan cavabdehə - Azər Abbasova qarşı irəli sürülmüşdür. Belə ki, rayon məhkəməsində işə baxılarkən də müzakirələr zamanı iddiaçı tərəf davamlı olaraq qızıl-zinət əşyalar ının qayınanasında, yəni Cavabdeh olmasını bildirmişdir. Eyni zamanda rayon məhkəməsində şahid kimi dinlənilmiş qayınanası Cavabdeh qızılları müvəqqəti saxladığını, lakin sonra qaytardığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh izahatında göstərmişdir ki, - “qızıl toy dəsti almış, briliant qaşlı dəst olmamış, sırğa qızılı ad günündə vermiş, firuzə dəsti qızılı görmüş, amma qaynanasında olmamış, həri üzüyünü qaynanası almış, ama qaynanasında olmamış, qızıl üzük, tək qaş üzük qızıllar İddiaçı evində olub. Uşaq qolbaqlarını bibisi almışdır. Qalanları özündə olmuşdur. O biri qızıllar onun evində olub. Onda qalan qızılları getməkdən 1 ay əvvəl götürüb. Ayrı paketdə olub qızıllar. Cavabdeh heç bir şəkil göndərməmiş, qızılları gəlib özü götürmüşdür. Götürülən qızılların siyahısını Günel Hacıyevə özü yazmışdır. Siyahıdan qızılları götürmüşdür. Toy olanda verilən qızıllar Cavabdeh olmayıb. Komplekt almışdır. Gül sırğası alınmışdır. Ad günündə dəst qızıl almış, bacısı qızıl üzük alıb üstündə kəpənək. Qolbaq və sep də almışdır, qızılları götürəndə o yanında olmayıb. Şəkil çəkəndə də olmamış. Gəlib qoyub kağıza mücrüyə. Yaddaşla bağlı problemi var. Qızıllar hamısı bir yerdə idi. Gəlin Cavabdeh evinə gəlib gedirdi. Gəlinlə aralarında problem olmamışdır.” Cavabdeh əvvəlki məhkəmə iclasında şahid qismində ifadə verərkən etiraf etmişdir ki, həqiqətən də, İddiaçı yeni ünvana köçərkən ehtiyat üçün qızıl-zinət əşyalarını onda saxlamışdır. Lakin sonra qızılzinət əşyalarını ondan götürmüş və bacısına vermişdir. Eyni zamanda götürdüyü qızılları siyahıya almı ş və həmin siyahını məhkəməyə təqdim etmişdir. Siyahıda göstərilən qızıllar iddia tələbinin predmetinə aid deyil. Belə ki, həmin siyahıda olan qızıllar Cavabdeh saxlanılan qızılların bir hissəsi olmuşdur və siyahının tutulmasında da əsas məqsəd o olmuşdur ki, hansı qızıllar götürülüb və hansı qızılların cavabdehdə saxlanılmasını öz aralarında dəqiqləşdirsinlər.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı Suraxanı Rayon Məhkəməsində cehiz və qızıl-zinət əşyalarının qaytarılması və ya həmin əşyalar olmadıqda dəyərinin ödənilməsi tələbinə dair iddiasına baxılaraq, məhkəmə e-2(010)949/2022 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamə qəbul etmişdir. Həmin qətnamə ilə ilkin iddiaçının iddiası qismən qəbul edilmiş, qarşılıqlı iddia üzrə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3793/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Azər Abbasov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-949/2021 nömrəli, 05 iyul 2021-ci il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin qızıl-zinətlə bağlı təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbi qızıl-zinətlə bağlı cavabdeh Azər Abbasova münasibətdə təmin edilməmiş, qətnamə qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, iddiaçıya əsl olan cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin mülki işə baxılan zaman iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında bildirmişdir ki, iddiaçının bəzi qızılları özündədir, tələb etdiyi qızıl-zinət əşyaları isə qaynanası Cavabdehdır. Suraxanı Rayon Məhkəməsində işə baxılarkən də müzakirələr zamanı iddiaçı tərəf davamlı olaraq qızıl-zinət əşyalarının iddiaçının qaynanasında Cavabdeh olmasını bildirmişdir. Cavabdeh tərəf həmin qızıl əşyalarının mövcud olmasını inkar etmir, həmin qızıl əşyalar və 1.000 manat məbləğində pul iddiaçı tərəfindən qaynanasından siyahı əsasında alınmışdır. Cavabdehdə həmin siyahıda olan zinət əşyaları olub ancaq. Digər zinət əşyalarından xəbəri yoxdur. Əlbəttə ki, toy şəkillərində iddiaçının üzərində olan zinət əşyalarını, nişan üzüyünü onlar hədiyyə etmişlər. Lakin indi onların kimdə olmasından xəbərsizdirlər. Həmçinin cavab deh həmin zinət əşyalarını neçəyə aldıqlarını da xatırlamır. Şəkilə baxaraq qızılın üzərindəki brilliyantın həqiqi olması və onun karatının ölçüsünü müəyyən etmək mümkün deyil. Qızılzinət əşyaları ümumiyyətlə iddiaçıda olmadığı halda qiymətləndirilməsi üçün qiymətləndiriciyə göndərilmişdir. Yalnız şəkillərə istinad edilərək qızılın üzərində olan brilliyantın həqiqi olması və karatının ölçüsünün müəyyən olunması doğru deyil.

8. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, o, Günelin bacısıdır. O, işə girdiyindən bacısına sadə, gündəlik taxmaq üçün qızıl lazım olduğunu demişdir. Özündəki qızılların hamısı komplekt olduğundan bacısından qızıl istəmişdir. Bacısı da ona qızılların şəklini çəkib atmışdır. O, bacısından 12 qızılı seçib almış, sonra da qaytarmışdır. Bacısından götürdüyü bir qaşlı xətli üzük, 1 ədəd kəpənəkli üzük, 1 ədəd bilərzik, bir klonlu sep, 1 ədəd də ürək formalı sep idi. Bacısının qızılı çox olub. Bacısı uşağa atasının adını verdiyinə görə anası da bacısına komplekt alıb vermişdi. Bacısı demişdir ki, qızılları qayınanasındadır, qoy gedib onlarda olanda qızılların şəklini atar. Bacısı qaynanasıgilə gedib qızılların şəklini çəkib ona göndərmişdir. Əmisinin həyat yoldaşı qəflətən cavan yaşında vəfat etdiyi ərəfədə Respublikada karantin vəziyyəti idi. Əmisinin həyat yoldaşını dəfn etmək üçün kəndə getmək üçün hamısı birlikdə getməli idi. Günelin həyat yoldaşı və öz həyat yoldaşı növbəli iş rejimində işlədiyindən Günel qayınanasına zəng edib getmək üçün icazə almışdır. Həmin gün hamısı və Günel də atasıgildə H övsanda qalmışdır. Qaynanası Günelə getmək üçün icazə vermişdir. Günelin həyat yoldaşı Azərin xalası oğlu Günelə uşaqların dəyişik pal-paltarını gətirmişdir. Günel də evinin açarını həmin oğlana vermişdir ki, o, gedir kəndə. Həmin ərəfədə ailəlikcə bilmişdirlər ki, Günellə bunlar arasında böyük problemlər var. Onlar Bakıya gələn axşamı Azər gəlib Güneli döydü. Bundan sonra bacısı düşdü polisə. Günel ona taxmağa qızıl verəndə bacısı həmin qızılları yazıb qayınanasından götürmüşdür ki, yadında qalsın hansı qızılları verib. Həmin yazı yazılan zaman o, orada olmamışdır.

9. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərmişdir ki, iddiaçı bundan əvvəlki məhkəmə işində iddia edir ki, qızıllar ondadır. İddiaçıya alınmış istər geyim, istər qızıl əşyaları d aima iddiaçının bacıları tərəfindən istifadə olunmuşdur. Hətta onun iddiaçı üçün aldığı nişan üzüyü iddiaçının bacılarının barmağında olub, daima istifadə ediblər. Qızılların bir qismi öz evində, bir qismi də özünün anasının evində olub. İddiaçı istədiyi vaxt həmin qızılları həm özü, həm də bacıları istifadə edib. Məhkəmə tərəfindən qəbul edilən qətnamədən də müəyyən olunur ki, iddiaçıya məxsus əşyalar ona təhvil verilmişdir. Birgə nikah dövründə alınmış avtomobil də aralarında bölünüb, pulu tam olaraq iddiaçıya ödənilib. Qızıl əşyaları ilə o, heç vaxt maraqlanmamışdır. Həmin qızıllar daima iddiaçının və onun bacılarının istifadəsində olmuşdur. O, iddiaçının bacısı Röya üçün “İrşad Telekom”dan özünün adına mobil telefon almışdır. Həmin telefonun 1-2 ayını özləri ödəmişdir. İddiaçı kənddə qohumunun ölməsi adı ilə evdən əşyalarını və qızıllarını götürüb getmişdir. Bütün sənədləri, uşaq geyimlərini anası yığıb göndərmişdir. İddiaçı tərəf mobil telefonun kreditini ödəmədiyinə görə, mütəmadi olaraq ona oradan zənglər gəlmişdir. O, da məcbur olub bu barədə məlumat vermək üçün Günelə zəng etmişdir. Günel isə cavabında demişdir ki, ağlın vardı almazdın telefonu, yalvarmamışdım ki, alasan telefonu, özün bacımla danış. Həmin vaxt Günel kənddə yas yerində olmuşdur. Günelə telefonla danışanda dedi ki, əgər telefon pulunu ödəmirsə, anasından qızılları götürüb satacaq ki, krediti bağlasın. O, da anasından qızılı istəyəndə, anası dedi ki, Günel qızıllarını çoxdan götürüb, əlavə də 1.000 manat məbləğində pul almışdır. Günel anasına demişdir ki, Azər bilməsin bu barədə. Günel qızılların ş əklini çəkmiş və aldığı barədə kağız yazmışdır. Özü həmin vaxt növbəli işdə işlədiyi üçün bu barədə ümumiyyətlə məlumatı olmamışdır. Sonradan Günel evə qayıtmamışdır. Günelin əvvəldən niyyəti ayrılmaq olmuşdur. 5 aydan sonra bilmişdir ki, onun aliment borcu var və iddiaçı boşanmaya ərizə verib. Həmin qızıllar olub və həmin qızılların hamısını özləri almışlar. Günel yas adı ilə evdən gedəndə özünə məxsus bütün əşyaları, hətta diplomunu belə özü ilə aparmışdır. Bu iddiaçı tərəfindən əvvəlcədən planlaşdırılmış bir hərəkət olub. Yoxsa iddiaçının diplomunun yasda nə işi vardı. Həmişə evdə pul yığıb qoymuşdur. Lakin iddiaçı gedəndə evdə bir qəpik də qoymayıb, yığıb aparıb gedib. Uşaqlara laqeyd münasibətinə görə iddiaçı ilə aralarında soyuqluq yaranmışdır. Sonradan iddiaçı kənddə olanda zəng edə ndə anası dedi ki, sənə veriləsi qızım yoxdur. Onların yaşadığı evdən 1-2 ev aralı evdə oğurluq olduğuna görə iddiaçı qızıllarını qayınanasına saxlamaq üçün vermişdir. İddiaçının tələb etdiyi qızılların mövcud olmasını nə o, nə də anası heç vaxt mübahisələndirməmişlər. Sonradan iddiaçı qızıllarını və 1.000 manat məbləğində pulu qayınanasından götürmüşdür. Toy vaxtı iddiaçıya hədiyyə edilən zinət əşyalarını neçəyə aldıqlarını xatırlamır. Tələb edilən zinət əşyalarının da digər zinət əşyaları ilə birlikdə anasına niyə saxlanca verilməməsinin səbəbini bilmir. Belə məsələlərə heç vaxt müdaxilə etməmişdir. Günellə münasibətləri pozulandan sonra onunla danışmış və ona bildirmişdir ki, bacısının telefonu üçün götürdüyü krediti qaytarsın, yoxsa Günelin qızıllarını anasından götürüb satacaqdır, bu danışıqdan bir neçə gün sonra anasından öyrənmişdir ki, Günel qızıllarını anasından götürmüşdür. Bunlar aprel ayında baş verib. O, bildirdi ki, iddiaçı ilə onun arasında olan telefon danışığının və vatsap yazışmasının məhkəmədə sübut qismində istifadə edilməsinə etiraz etmir. Telefon danışığı vatsap yazışması avqust ayında baş verib.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(010)-803/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddia qismən təmin edilmiş, cavabdehdən brilyant qaşlı dəst (üzük, sırğa), qızıl toy dəsti (boyunbağı, sırğa, üzük, qolbaq), sırğa hədiyyə, qızıl-zinət əşyalarının naturada qaytarılması mümkün olmadıqda onların dəyəri olan 7.150 manat məbləğində pulun alınaraq iddiаçıya verilməsi, idd ianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının öz əmlakının qanunsuz və faktiki sahibliyində saxlayan cavabdehə yönəlmiş natura şəklində əmlakının geri qaytarılması müqavilədənkənar tələbi təşkil edir. Vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Yəni iddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır (vindikasiya hüququna əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir), mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır və mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır.

12. Görüdünüyü kimi ilk növbədə, istinad edilən komponentlərdən birincisi, yəni iddia ərizəsində göstərilmiş qızıl-zinət əşyalarının mövcud olması və onların iddiaçıya məxsus olub-olmaması müəyyən edilməlidir. Məhkəmə iddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilmiş və hər iki tərəfin iştirakı ilə tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən, həmçinin şahid Azər Abbasovun, Günay Hacıyevanın ifadələrindən müəyyən etmişdir ki, iddia olunan qızıl-zinyət əşyaları - brilyant qaşlı dəst (üzük sırğa), qızıl toy dəsti (boyunbağı, sırğa, üzük, qolbaq), sırğa hədiyyə, nişan üzüyü, tək qaş üzük mövcud olmaqla iddiaçıya məxsus olmuş, onun tərəfindən istifadə olunmuşdur.

13. Siyahıda 5-ci yerdə qeyd olunan 1 ədəd qızıl üzüyə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin üzüyün mövcud olduğuna dair hər hansı sübut təqdim etməmişdir.

14. Vindikasiya iddiasının ikinci və üçüncü komponentləri ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etmişdir: -Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, aprel ayında, iddiaçı Günel Abbasova bacısı Günay Hacıyevaya getdiyi toyda taxmaq məqsədilə ona məxsus və qayınanasında saxlanılan qızıl-zinyət əşyalarının bir qismini vermiş və bu barədə iddiaçı tərəfindən şəxsən qəbz yazılmışdır. Həmin qızıl-zinyət əşyalarını bacısı Günay Hacıyevaya verməzdən əvvəl, iddiaçı öz bacısına qızıl-zinyət əşyalarında seçim etmək üçün vatsap yazışması vasitəsilə onun özünə məxsus olan, cavabdehdə saxlanılan bütün qızıl əşyalarını fotoçəkilişini edərək, onların fotoşəkillərini göndərmişdir.

15. Məhkəmə iddiaçının izahatına əsasən müəyyən etmişdir ki, siyahıda dördüncü yerdə qeyd edilən nişan üzüyü iddiaçının özündədir. Siyahıda 6-cı yerdə qeyd edilən tək qaş üzüyün isə cavabdehə saxlanca verilməsini tədqiq edilmiş fotoşəkillərə əsasən müəyyən etmək mümkün olmamışdır.

16. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə yaşadığı evi yas yerinə rayona getmək məqsədilə tərk etmiş, həmin rayonda qalarkən telefonla cavabdehin oğlu olan keçmiş əri ilə mübahisəsi olmuş və ondan sonra yaşadığı evə qayıtmamışdır və hazırkı günə qədər övladları ilə birlikdə valideynlərinin evində yaşayır İddiaçı cavabdehin oğlu ilə birgə yaşadığı evini tərk edəndə, daimi əsaslarla tərk etməsini, bir də qayıtmamasını və gələcəkdə cavabdehin oğlu ilə boşanmasını planlaşdırmamış, özü ilə cehiz əşyalarını və mübahisə predmeti olan qızılzinət əşyalarını götür məmişdir. Nə şəxsi əmlaklarını, nə də ki, qızıl-zinət əşyalarını götürmək imkanı olmadığından sonradan cavabdehin oğlu olan Azər Abbasova qarşı iddia qaldıraraq əmlakları tələb etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3793/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsində iddiaçıya əsl olan cavabdehə, yəni hazırkı iş üzrə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun izah edilmişdir.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şahid Azər Abbasov ifadəsində “aprel ayında anasının ona iddiaçının qızılları götürdüyünü deməsini” bildirsə də, iddiaçı ilə keçmiş həyat yoldaşı (hazırkı işdə şahid) Azər Abbasov arasında avqust ayında aşağıdakı məzmunda telefon danışığı baş tutmuşdur: “Günel: paltarları yığacam, başqa da bir şey lazım deyil hələ ki.. Azər: Ni zaminin də, sənin də veşlərini yığıb hamısını upakovkalayıb verəcəm sənə.. Günel: Mən razı deyiləm, sən evdə olanda gəlib özüm yığacam sənin nəyinə lazımdı..qızıllarımı da gətir..mümkünsə.. Azər: qızıllar..həə.. Günel: Qızıllar mamanda.. Azər: qızıllar.. hə..mamadadı.. Günel: üzüyünü götürə bilərsən.. Azər: Mən sənə başlayanda nə dedim gəl dost kimi da.. Günel: Mən sənə nə deyirəm ki, bir şey deyirəm?!..”.

18. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 24 avqust 2020-ci il tarixdə aparılmış vatsap yazışmasında iddiaçının keçmiş həyat yoldaşı (hazırkı işdə şahid) Azər Abbasov qeyd edir ki: “Günel İrşaddan hər gün zəng eliyirlər, əgər ödəmirsizsə, mənim də imkanım çatmır. Qızılları sabah aparım satım, irşadı tam bağlıyım. Mənə sabaha bir cavab ver de, o meseleye görə Bakıya gəl mişəm.”

19. Məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd edilənlər qızıl-zinət əşyalarının saxlanılması üçün verilmiş cavabdehdən götürülmədiyini təsdiq edir. Vindikasiya iddiasının 1-ci, 2-ci və 3-cü komponentləri hazırkı işdə mövcuddur və işin halları ilə təsdiq olunur. Yəni iddiaçı ona məxsus qızıl-zinət əşyalarına (brilyant qaşlı dəst (üzük, sırğa), qızıl toy dəsti (boyunbağı, sırğa, üzük, qolbaq), sırğa hədiyyə) faktiki sahiblikdən məhrum olmuşdur və iddiaçının sahibliyindən çıxmış həmin əşyalar cavabdehin faktiki sahibliyindədir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiy a instansiyası məhkəməsindəki icraat:

21. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sonuncu dəfə iddiaçı qızılları ondan tələb edəndə, onun oğlu ilə boşanma ərəfəsində olduğunu bilsə də, iddiaçıya qarşı pis rəftar etməmiş, ondan qızılları gizlətməmiş, iddiaçının ilk tələbi ilə qızılları ona vermiş, lakin siyahı da tərtib etdirmişdir ki, sonradan əsassız tələb irəli sürülməsin. Bundan əlavə, iddiaçının tələbi ilə saxlamaq üçün ona verilən 1.000 manat pulu da iddiaçıya vermişdir. Belə olan halda, iddiaçıdan qızıl gizlətməsi, onu iddiaçıya vermək istəməməsi inandırıcı görünmür. İddiaçı özü də qızı lları siyahı üzrə aldığını, əlavə olaraq 1.000 manat pulu da aldığını etiraf etdiyinə görə onun qızıllarının qalması ağlabatan deyil.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-5125/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi) Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tələb olunan qızıl-zinət əşyalarının mövcudluğu və iddiaçıya məxsus olması mübahisə doğurmamışdır. İddiaçıya məxsus qızıl-zinət əşyaları təhlükəsizlik məqsədi ilə qayınanasına (hazırki iş üzrə cavabdehə) məxsus evdə saxlanılmışdır. Bu əsasla iddiaçı hazırda qızıl-zinət əşyalarını qayınanasından tələb edir. Cavabdeh isə bildirir ki, həmin qızıllar iddiaçı tərəfindən sıyahı tərtib olunmaqla aparılmışdır. Onda siyahıda göstərilənlərdən əlavə qızıl olmamışdır, hazırda da hər hansı qızıl onda qalmamışdır. Müəyyən edilmişdir ki, aprel ayında, iddiaçı Günel Abbasova bacısı Günay Hacıyevaya getdiyi toyda taxmaq məqsədilə ona məxsus və qaynanasında saxlanılan qızıl-zinyət əşyalarının bir qismini vermiş və bu barədə iddiaçı tərəfindən şəxsən qəbz yazılmışdır. Həmin qızıl-zinət əşyalarını bacısı Günay Hacıyevaya verməzdən əvvəl, iddiaçı öz bacısına qızıl-zinyət əşyalarında seçim etmək üçün Whatsupp yazışması elektron tətbiqi vasitəsilə onun özünə məxsus olan, cavabdehdə saxlanılan bütün qızıl əşyalarını fotoçəkiliş edərək, onların fotoşəkillərini göndərmişdir. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı öz yaşadığı evdən yas yerinə rayona getmək üçün tərk etmişdir. İddiaçının rayona yas yerinə gedərkən qızıl-zinət əşyalarını özü ilə aparması inandırıcı və ağlabatan hesab edilmir. İddiaçının keçmiş əri məhkəmədə ziddiyətli ifadələr verərək, əvvəlcə aprel ayında anasının, hazırki iş üzrə cavabdehin iddiaçının qızılları götürdüyünü ona bildirdiyini desə də, daha sonra avqust ayında özü iddiaçı ilə danışarkən qızılları aparıb satacağını bildirmişdir. Buradan aydın olur ki, qızıllar həmin vaxt da cavabdehin saxlancında olmuşdur, yəni cavabdehin “iddiaçının siyahıda qeyd edilərək onda olan qızılları götürməsi” barədə dəlilləri bununla təkzib edilmişdir. Həmçinin cavabdeh tərəf qeyd etdiyi siyahını məhkəməyə təqdim edə bilməmişdir.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə və dəyişdirilməsinə əsas vermirr.

26. Apellyasiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 384.0.1 və 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

27. Qətnamədən cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən hazırkı mülki mübahisədə cavabde h olmayan Azər Abbasovla İddiaçı arasındakı sms yazışmalarına istinad edərək iddia tələbini qismən təmin etmişdir. Halbuki, iş materiallarında olan sms mətnlərindən də göründüyü kimi orada hansı növ qızılların olduğu qeyd edilməmişdir. Ümumiyyətlə cavabdeh heç vaxt hansı növ qızıl-zinyət əşyalarının onda olduğunu etiraf etməmişdir. Hələ Günel X6rşı iddia tələbi irəli sürdüyü dövrdə də Cavabdeh bildirmişdir ki, həqiqətən də qızıl-zinət əşyaları onda olmuş, lakin həmin qızıl-zinət əşyaları siyahı tərtib edilərək götürülən qızıllar olmuşdur. Həmin siyahıda qeyd edilən qızıllardan başqa Cavabdeh İddiaçı məxsus qızıl-zinət əşyası olmamışdır. İddiaçı da iştirak etdiyi məhkəmə proseslərində qeyd edilən siyahının özü tərəfindən tərtib edildiyini və həmin qızıl-zinət əşyalarını götürdüyünü etiraf e tmişdir. Lakin tələb ediyi digər qızıl-zinət əşyalarının cavabdehdə olduğunu təsdiqləyəcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

29. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, “iddiaçının keçmiş əri ziddiyyətli ifadələr verərək, əvvəlcə aprel ayında anasının, hazırkı iş üzrə cavabdehin iddiaçının qızılları götürdüyünü ona bildirdiyini desə də, daha sonra avqust ayında özü iddiaçı ilə danışarkən qızılları aparıb satacağını bildirmişdir. Bununla bağlı qeyd etmək alzımdır ki, məhkəmə hansı ilin aprel və avqust ayından bəhs edildiyini özü belə qətnamədə qeyd etməmişdir. Həqiqətən də Azər Abbasov iddiaçının cavabdehdən qızıl-zinət əşyalarını götürdüyündən xəbəri olmamışdır. Azər Abbasov məhkəmədə ifadə verərkən də təbii ki, növbəti ilin aprel ayında qızıl -zinət əşyalarının cavabdehdən götürüldüyü haqda anasının ona məlumat verdiyini qeyd etmişdir. Lakin hansı səbəbdən məhkəmənin bunu özünün belə qeyd etmədiyi eyni ildə baş verdiyi qənaətinə gəlməsi məchuldur. Bundan başqa, məhkəmə qətnaməsində qeyd edilmişdir ki, “cavabdeh tərəf qeyd etdiyi siyahını məhkəməyə təqdim edə bilməmişdir, (yəni iddiaçının özünün tərtib etdiyi siyahı)”. Bununla bağlı nəzərinizə çatdırmaq lazımdır ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-949/2021 nömrəliı, xx.xx.2021-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, 26 aprel 2021-ci il tarixli məhkəmə iclasında İddiaçı təqdim edilən əlyazmanın ona məxsus olmasını, siyahıda olan qızılları tələb etmədiyini bildirmişdir. Yəni siyahı İddiaçı tərəfindən tərtib edilmiş və o, məhkəmə icla sında bunu etiraf etmişdir. Siyahının mövcudluğu işin mübahisəsiz halıdır. Lakin apellyasiya instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

30. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Yunis oğlu yazılı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd etmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Ma ddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi.

34. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsas ı kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 4

0. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilə n hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

50. Qeyd olunmalıdır ki, iddia tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

51. İş materiallarından görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi işin hallarını bu əsaslar üzrə ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

52. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillər ində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassı z olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

53. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə g örə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

54. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

55. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

57. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təm in edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5125/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar