Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5665/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı iddia tələbinə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi” qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı “X1 Az ərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması” tələbinə dair və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6441/2022 nömrəli mülki iş üzrə 6 sentyabr 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İş üzrə qəbul edilmiş məhkəmə a ktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı “X1 Azərbaycan” QSC iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizələr ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən və Cavabdeh2 müştərək (birgə) qaydada ******* AZN (bir milion qırx bir min manat) əsas kredit borcunun, 874727,34 manat (səkkiz yüz yetmiş dörd min yeddi yüz iyirmi yeddi manat otuz dörd qəpik) əsas məbləğə hesablanmış faiz borcunun, 732179,36 manat (yeddi yüz otuz iki min yüz yetmiş doqquz manat otuz altı qəpik) hər gecikdirilnıiş günə görə cərimə borcunun, ümumilikdə 2647906,70 manat (iki milion altı yüz qırx yeddi min doqquz yüz altı manat yetmiş qəpik) məbləğində kredit borcun, 1025 manat (bir min iyirmi beş manat) ipoteka qoyanların əmlaklarının qiymətləndirilməsinə görə bank tərəfindən çəkil miş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat (otuz manat) dövlət rüsumunun «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə, habelə Banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan 1) ümumi sahəsi 259,5 kv metr, yaşayış sahəsi 144,1 kv metr, yardımçı sahəsi 115,4 kv metrdən ibarət ünvan 1 ünvanında yerləşən 15-16 nömrəli mənzilinə, 2) 0,11301 ha torpaq sahəsində ümumi sahəsi 68,0 kv metr, yaşayış sahəsi 39,9 kv metrdən ibarət Bakı şəhəri, Nərimanov rayonu X2 küçəsi, ev 26a ünvanında yerləşən 31 nömrəli mənzilinə, 3) 0,17608 ha torpaq sahəsində ümumi sahəsi 891,4 kv metr, əsas sahəsi 859,5 kv metr, köməkçi sahəsi 31,9 kv metrdən ibarət ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinə yönəldilməsi, açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayyət etmədikdə məbləğin qalan hissəsi borclu və zamindən tutulması, hərracda mənzil «X1 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 (on) gün müddətində boşadılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 19 yanvar 2017-ci il tarixli 43364-5 nömrəli (kredit xəttinin açılması barədə müqavilə) kredit müqaviləsi, 24 yanvar 2017-ci il tarixdə iddiaçı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 43364-6 nömrəli (kredit xəttinin açılması barədə müqavilə) kredit müqaviləsinə dair 1 nömrəli kredit sazişi və iddiaçı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında 19 yanvar 2017-ci il tarixində 43364-6 nömrəli kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə), 24 yanvar 2017-ci il tarixdə iddiaçı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 43364-6 nömrəli (kredit xəttinin açılması barədə müqavilə) kredit müqav iləsinə dair 1 nömrəli və 27 iyul 2017-ci il tarixli iddiaçı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 43364-6 bömrəli (kredit xəttinin açılması barədə müqavilə) kredit müqaviləsinə dair 2 nömrəli kredit sazişlərinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-13/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbi qismən təmin olunmuş, Cavabdeh1-dən və Cavabdeh2 müştərək qaydada 1.041.000 (bir milyon qırx bir min) manat əsas kredit borcu, 342318,9 (üç yüz qırx iki min üç yüz on səkkiz manat doxsan qəpik) manat faiz borcu, 2000 (iki min) manat cərimə borcu, ümumil ikdə 1385318,9 (bir milyon üç yüz səksən beş min üç yüz on səkkiz manat doxsan qəpik) manat məbləğində kredit borcu, 1025 (bir min iyirmi beş) manat ipoteka qoyanNın əmlaklarının qiymətləndirilməsinə görə bank tərəfindən çəkilmiş xərc «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulmuş, cavabdehlər Cavabdeh1-dən və Cavabdeh2 tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin qarşısında ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ümumi sahəsi 259.5 kv metr, yaşayış sahəsi 144,1 kv metr, yardımçı sahəsi 115,4 kv metrdən ibarət ünvan 1 ünvanında yerləşən 15-16 nömrəli mənzilinə, 0,11301 ha torpaq sahəsində ümumi sahəsi 68,0 kv metr, yaşayış sahəsi 39,9 kv metrdən ibarət Bakı şəhəri, Nərimanov rayonu X2 küçəsi, ev 26a ünvanında yerləşən 31 nömrəli mənzilinə və 0,17608 ha torpaq sahəsində ümumi sahəsi 891,4 kv metr, əsas sahəsi 859,5 kv metr, köməkçi sahəsi 31,9 kv metrdən ibarət ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinə yönəldilmiş, həmin əmlakların açıq hərrac yolu ilə realizə edilməsi, əmlakların satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitlər əmlakların mülkiyyətçisi Cavabdeh2 verilməsi, Cavabdeh2 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X2 küç. ev 26a, 31 saylı mənzilin ilkin satış qiyməti 107000 manat, ünvan 4 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 600000 manat və Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küç.ev 118, 15-16 saylı mənzilin ilkin satış qiyməti 380000 manat müəyyən olunması, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsi Cavabdeh1-dən və Cavabdeh2 müştərək qaydada tutulması, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 15-16 nömrəli mənzili, Bakı şəhəri, Nərimanov rayonu X2 küçəsi, ev 26a ünvanında yerləşən 31 nömrəli mənzili ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsi açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmiş, iddiaçı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi, zaminlik və ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. b) Ape llyasiya instansiyası məhkəməsindəki icraat
4. Cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)- 6441/2022 nömrəli iş üzrə 06 sentyabr 2022ci il tarixli qərardadı ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), R.Həsənov və M.Məmmədov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-13/2022 saylı, 08 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti Cavabdeh2 qaytarılması üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmı şdır.
6. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qətnamə Cavabdeh2 elektron kabinetinə 14 iyul 2022-ci il tarixdə yerləşdirilmişdir. Belə olan təqdirdə, qətnamədən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü Cavabdeh2 münasibətdə 14 avqust 2022-ci il tarixi hesab edilir. Lakin Cavabdeh2 tərəfindən apellyasiya şikayəti 21 avqust 2022-ci il tarixdə elektron kabinetə yüklənilmişdir.
7. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət 7 gün ötürülmüşdür. Eyni zamanda Cavabdeh2 Rayon Məhkəməsinə “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizə verməmiş, birinci instansiya məhkəməsi isə prosessual müddətin ötürülübötürülməməsini ümumiyyətlə müzakirə etməmişdir.
8. Birinc i instansiya məhkəməsinin qətnaməsi 22 iyul 2022-ci il tarixdə poçt vasitəsi ilə cavabddeh Cavabdeh2 çatdırılsa belə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə sənədləri elektron kabinet vasitəsi ilə həyata keçirildiyindən qətnamənin Cavabdeh2 çatdırılması müddəti məhz qətnamənin onun elektron kabinetinə yükləndiyi tarixdən hesablanmalıdır.
9. Apellyasiya məhkəməsi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyri-mümkün olduğundan işin apellyasiya baxışına təyin edilməsi hazırki mərhələdə mümkün deyil. Buna görə də, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməli, bu qərardadda göstərilən nöqsan Cavabdeh2 tərəfindən aradan qaldırıldıqdan sonra və yaxud nöqsan ara dan qaldırılmadığı halda şikayətin qaytarılması barədə qərardad qanuni qüvvəsini aldıqdan sonra iş, digər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə aid hissədə apellyasiya şikayətinə əsasən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
10. Apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 135.2, 135.3, 135.6,135.8, 363.1.3 və 366.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, apelyasiyanın mümkün hesab edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 “Elektron məhkəmə ” informasiya sistemində qeydiyyatdan keçməmişdir və onun orada elektron kabineti yoxdur. Buna görə də qətnamə orada yerləşdirilə bilməzdi və təbii ki, Cavabdeh2 fiziki şəxs qismində yerləşdirmə barədə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) heç bir məlumat gəlməyib. Cavabdeh2 ümumiyyətlə fiziki şəxs (zamin və ipoteka qoyan qismində) olaraq birinci instansiya məhkəməsindəki icraatda iştirak etməyib. Elə məhz buna görə də birinci instansiya məhkəməsi qətnaməni ona poçtla göndərib. (elektron kabinetində yerləşdirilmişdisə, poçtla niyə göndərilmişdir) və qərardadın özündə də göstərildiyi kimi qətnamə ona xx.xx.2022-ci il tarixdə çatdırılıb (bunun təsdiqi olaraq poçt zərfinin surətini də əlavə edilir). Apellyasiya şikayəti də xx.xx.2022-ci il tarixdə verilib, deməli müddət ötürü lməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
15. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
16. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabin et”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
17. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
18. Maddə 366.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fakt iki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
24. Belə ki, apellyasiya məhkəməsi düzgün olaraq o nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət 7 gün ötürülmüşdür. Eyni zamanda Cavabdeh2 Rayon Məhkəməsinə “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizə verməmiş, birinci instansiya məhkəməsi isə prosessual müddətin ötürülüb-ötürülməməsini ümumiyyətlə müzakirə etməmişdir.
25. Ona görə də kassasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6441/2022 nömrəli mülki iş üzrə 6 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.