Məhkəmə qərarları › İş №2(102)-5671/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5671/2019

05.09.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5671/2019 05.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun ibarət tərkibdə, X3,Cavabdeh-nın vəkili X6 iştirakı ilə. Cavabdeh-nın Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.E.Rəhimov; 2(009)-1081/2017) iddia tələbi qism ən təmin edilmiş, Cavabdeh tərəfindən sökülmüş Bakı şəhəri, ************************ ünvanında yerləşən 23,4 kv.ırı qeyri-yaşayış sahəsinin əvəzi olaraq yeni inşa edilən binanın 1-ci mərtəbəsində, əvvəlki əmlakın yerləşmə yerinin hüdudları nəzərə alınmaqla, eyni ölçülü (23.4 kv.m) qeyriyaşayış sahəsinin İddiaçı1 mülkiyyətinə verilməsi (müqavilənin bağlanması və tikinti bitdikdən sonra təhvil-təslim aktının tərtib edilməsi) vəzifəsi "Cavabdeh". MTK-nın üzərinə qoyulması, Cavabdeh-nə İddiaçı1 mülkiyyətində olmuş Bakı şəhəri, **************************** ünvanında yerləşən 0.00254 ha (25,4 kv.m) torpaq sahəsinin dəyərinə və qiymətinə bərabər olan yaxın ərazidə, habelə əvvəlki yerləşmə yerinin hüdudları nəzərə alınmaqla, eyni ölçülü (25.4 kv.m) torpaq sahəsinin İddiaçı1 adma rəsmiləşdirilməsi (sahibliyinə və mülkiyyətinə verilməsi) vəzifəsi Cavabdeh-nın üzərinə qoyulması,Bakı şəhəri. ************************** ünvanında yerləşən 23,4 kv.m qeyriyaşayış sahəsinin söküldüyü vaxtdan (02.02.2016-cı il tarixdən) başlayaraq həmin yerdə eyni ölçülü (23.4 kv.m) qeyri-yaşayış sahəsinin təhvil verildiyi vaxtadək (təhvil-təslim aktının tərtib edildiyi günədək) hər ay üçün əldən çıxmış fayda kimi 400 (dörd yüz) manat pul "Cavabdeh” MTK-dan tutularaq İddiaçı1 ödənilməsi, "xxxx” MMC tərəfindən aparılmış 28.04.2017-cı il tarixli ekspertiza tədqiqatının dəyəri 150.0 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin 120.0 (bir yüz iyirmi) manat hissəsi Cavabdeh-dan, digər 30.0 (otuz) manat hissəsi isə İddiaçı1 tutulub "xxxx” MMC-nin hesabına(Bank:”X11” ASC,VÖEN:**********,) müxbir hesab:AZ30NABZ*** *****************Kod:********;SWİFT:*********) ödənilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş 15978№-li məhkəmə ekspertizası tədqiqatının dəyəri 100.0 (biryüz) manat məbləğində pul vəsaitinin 80.0 (səksən) manat hissəsi Cavabdeh-dan, digər 20.0(iyirmi) manat hissəsi isə İddiaçı1 tutulub Azərbaycan Respublikası Dövlət Büdcəsinə(hesab:VÖEN **********,X2,Kod:**********;VÖEN:**********;Müxbir hesab: AZ41NABZ********************;S.W.İ.F.T. Bik CTREAZ 22) köçürülməsi qət edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh” MTK-nın cavabdehlər İddiaçı1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı "çıxarışın etibarsız hesab edilməsi" tələb i təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 may 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışınski (sədrlik edən və məruzəçi), S.F.Hacıyev və R.Ə.Eyvazov; 2(103)-2448/2018) Cavabdeh-nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.A.Mirzəliyev (sədrlik edən və məruzəçi), T.A.Qoldman və G.A.Quliyev; 2(102)-6752/2018) Cavabdeh-nın kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyas ının 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və V.Həsənov; 2(103)-2418/2019) Cavabdeh-nın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, İlk iddianın qismən təmin olunması, zərərin əvəzi kimi 140.000 (yüz qırx min) manat pulun Cavabdeh-dan alınaraq İddiaçı1 verilməsi, ekspertiza xərci olan 100 (yüz) manat Cavabdeh-dan Məhkəmə Ekspertizası Mərkəzinin nəfinəə tutulması, qiymətləndirmə xərci olan 150 (yüz əlli) manat Cavabdeh-dan “xxxx” MMC-nin nəfinə tutulması qət edilmiş, ilk iddia qalan hissəsi təmin edilməmiş, qarşılıqlı iddia rədd olunmuşdur. İşin halları İddiaçı İddiaçı1 Cavabdeh-ya (3-cü şəxs qismində cəlb olunmuş Bakı şəhər İcra Hakimiyyət inə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, ******** şossesində yerləşən 54 "C” saylı qeyri-yaşayış sahəsinə Cavabdeh tərəfindən edilən müdaxilənin və maneənin aradan qaldırılması, iddiaçıya məxsus əmlaka edilən müdaxilələr və yaradılan maneələr nəticəsində ona (ilk iddia üzrə iddiaçıya) Cavabdeh-dan 40.000 manat pulun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslanmışdır ki, Bakı şəhəri, ********************** " saylı qeyri-vaşayış sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsinə dair İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən RX seriyalı ******* saylı Çıxarış verilmişdir. İddiaçı ona məxsus olan əmlakdan rahat maneəsiz istifadə edə bilmir. Buna səbəb iddiaçıya məxsus əmlakın yerləşdiyi ərazinin yaxınlığında (qonşuluğunda) Cavabdeh tərəfindən yüksək mərtəbəli binanın inşa edilməsidir. Tikinti aparan şirkət yaxınlıqdakı ərazini, o cümlədən ona məxsus olan qeyri- yaşayış sahəsini hasara alaraq, mülkiyyətində olan əmlakdan istifadə hüququnu məhdudlaşdıraraq, istifadə qaydalarına maneələr yaradır.Tərəfindən dəfələrlə tikinti şirkətinin rəhbərliyinə maneələrin aradan qaldırılmasına dair şifahi müraciətlər olunsa da, tikinti şirkəti buna baxmayaraq ona məxsus əmlakın yerləşdiyi ərazini hasara almış, həmin əmlakdan istifadə hüququnu məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbayc an Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu naddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mənzil hüququnu təsbit edən Konstitusiyanın 43-cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, cavabdeh qurumun iddiaçının əmlakından isdifadəsinə yaratmış maneələr qanunsuz olmuşdur və cavabdeh qurum yalnız iddiaçının razılığı əsasında həmin əmlakdan istifadə edə bilər. Lakin cavabdeh qurum iddiaçının razılığı olmadan ona məxsus əmlakı hasara alaraq, əmlakdan istifadəyə maneələr yaratmış və bununlada iddiaçıya maddi ziyan vurmuşdur. Məhkə mə baxışında iddia tələbi bir necə dəfə dəyişdirilmiş və yekun olaraq. "Cavabdeh’' MTK tərəfindən sökülmüş Bakı şəhəri.***************** ünvanında yerləşən 23.4 kv.m qeyri-yaşayış sahəsinin əvəzi olaraq yeni inşa edilən binanın 1 -ci mərtəbəsində, əvvəlki əmlakın yerləşmə yerinin hüdudları nəzərə alınmaqla, eyni ölçülü (23.4 kv.m) qeyri-yaşayış sahəsinin İddiaçı1 mülkiyyətinə verilməsi (müqavilənin bağlanması və tikinti bitdikdən sonra təhvil-təslim aktının tərtib edilməsi) vəzifəsi "Cavabdeh“ MTK-nın üzərinə qoyulması. Cavabdeh tərəfindən zəbt olunmuş Bakı şəhəri, ************************* ünvanında yerləşən 0.00254 ha (25.4 kv.m) torpaq sahəsinin dəyərinə və qiymətinə bərabər olan yaxın ərazidə, habelə hazırkı yerləşmə yerinin hüdudları nəzərə alınmaqla, eyni ölçülü (25.4 kv.m) torpaq sa həsinin İddiaçı1 adma rəsmiləşdirilməsi (sahibliyinə və mülkiyyətinə verilməsi) vəzifəsi Cavabdeh-nın üzərinə qoyulması və Bakı şəhəri, ****************** ünvanında yerləşən 23.4 kv.m qeyri-yaşayış sahəsinin söküldüyü vaxtdan (02.02.2016-cı ildə sökülüb) başlayaraq həmin yerdə eyni ölçülü (23.4 kv.m) qeyri-yaşayış sahəsinin təhvil verildiyi vaxtadək (təhvil-təslim aktının tərtib edildiyi günədək) hər ay üçün əldən çıxmış fayda kimi 500 (beş yüz) manat pulun Cavabdeh-dan tutularaq İddiaçı1 ödənilməklə iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh Cavabdeh İddiaçı1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi verərək, Bakı şəhəri, ********* ******** ünvanına 20.09.2016-cı il tarixdə verilmiş, qeydiyyat nömrəsi *****************, reyestr nömrəsi **********65-06301 RX seriyalı, ******* saylı Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının "Kompleks yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında" 30.09.2014-cü il tarixli 464 saylı Sərəncamına əsasən ünvan 4 ünvanda yerləşən özəlləşdirilmiş 1.04643 ha torpaq sahəsində hündürmərtəbəli kompleks yaşayış binalarının tikintisinin layihələndirilməsinə "Cavabdeh Technoloqy" MMC-yə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.11.2016-cı il tarixli, 500 saylı digər sərəncamı ilə "'Cavabdeh Technoloqy" MMC-yə dair verilmiş 3 0.09.2014-cli il tarixli 464 saylı Sərəncam "Cavabdeh" Mənzil T ikinti Kooperativinin adına rəsmiləşdirilmiş və ayrılmış torpaq sahəsinə bitişik, əlavə olaraq 2.84357 ha torpaq sahəsi Kooperativin istifadəsinə verilmiş və torpaq sahəsinin ümumi ölçüsü dəqiqləşdirilərək 3.89 ha müəyyən edilmiş və bu barədə müvafiq ********** saylı Ayrıc Aktı verilmişdir. Bundan sonra Bakı şəhəri, Səbail rayonu İcra Hakimiyyəti Başçısının "Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çox mərtəbəli yaşayış evinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” 12.06.2017-ci il tarixli******* saylı sərəncamına əsasən Səbail rayonu ərazisində yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan *********** küçəsi ******* ünvanda yerləşən 1,2 mərt əbəli binaların söküntüsü Cavabdeh-ya həvalə edilmiş və kooperativə ayrılmış 3,89 ha torpaq sahəsində çox mərtəbəli yaşayış binaların layihələndirilməsi və tikintisinə icazə verilmişdir. Həmçinin ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, köçürülən sakinlərin müvəqqəti kirayə edilən mənzillərdə yerləşdirilməsi üçün maliyyə vəsaitinin ödənilməsi və onlara yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin verilməsi Kooperativə tapşırılmışdır. Yuxarıda qeyd olunan Sərəncamlardan doğan vəzifələr tərəflərindən həyata keçirilməyə başlamış və ərazidə yerləşən xeyli sayda özbaşına tikililər sökülmüş, sakinlər müvəqqəti kirayə edilən mənzillərlə təmin edilmiş və onlara tikilməkdə olan 17 mərtəbəli müasir yaşayış binasından mənzillər verilməsi barədə müqavilələr bağlanmış dır. Hazırkı iş üzrə cavabdeh şəxs olan İddiaçı1 Səbail rayon Məhkəməsində "Cavabdeh” MTK-ya qarşı "mülkiyyət hüququnun" təmin edilməsinə və pul tələbinə dair iddia qaldıraraq, məhkəməyə öz adına olan Bakı şəhəri. ******************** ünvanına 20.09.2016-cı il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** reyestr nömrəsi************ RX seriyalı. ******* saylı Çıxarış təqdim etmiş və sökülmüş ərazidə ona məxsus 23.4 kv.metr qeyri-yaşayış sahəsi olduğunu iddia etmişdir. Səbail rayon Məhkəməsi tərəfindən təyin edilmiş "məhkəmə tikinti-texniki" ekspertizasının 15978 saylı 11 avqust 2017-ci il tarixli rəyi ilə tanış olmuş, həmin rəydə qeyd olunur ki, “xxxx" MMC- nin mütəxəssisi tərəfindən tərtib edilmiş 26.07.2017-ci il tarixli, 93 saylı mütəxəssis rəyinin məlumatına əsasən İddiaçı1 məxsus Bak ı şəhəri. ******************* ünvanında olan torpaq sahəsinin və torpaq sahəsinin üzərindəki qeyri-yaşayış sahəsinin "Cavabdeh” MTK tərəfindən hasara alınmış və söküntü apanlmış ərazidə yerləşdiyi müəyyən edilmişdir. Bununla bağlı tərəflərindən aparılan ilkin araşdırma zamanı məlum olmuşdur ki, MTK- nın istifadəsinə verilmiş ərazidə Bakı şəhəri. ******** şosesi. ******** ünvanı mövcud deyil. Bu hal ******* saylı MKİS-nın Kooperativin sorğusuna verdiyi 27.01.2017-ci il və 02.06.2017-ci il tarixli cavab məktubunda da təsdiq olunur. Həmin məktubda qeyd olunur ki. ********* saylı MKİS-nin xidməti ərazisində *********** şosesi ******* saylı özütikili fərdi ev X1 məxsusdur və Cavabdeh-nın istifadəsinə verilmiş torpaq sahəsi ilə heç bir əlaqəsi olmayaraq 20-ci Sahənin tamamilə başqa bir ərazisind ə yerləşir. X10 Aleksandrovnanın adına olan "mənzil kirayəsi haqqında məlumat"da təsdiq olunur ki, ******* şosesi ***** saylı özütikili fərdi ev onun sahibliyində olmuş və 2007-ci ildən başlayaraq mənzilin kommunal xidmət xərclərini ödəyir. Çıxarışın saxta olması nəticəsinə gəlməyə kifayət qədər əsas var və bu qanunsuzluq Kooperativdən kompensasiya almaq məqsədilə müəyyən şəxslər tərəfindən edilmişdir. İddiaçı1 adna olan Bakı şəhəri, *********** şosesi, ******** ünvanına 20.09.2016-cı il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi ************** RX seriyalı. ******* saylı Çıxarışın həqiqiliyi şübhə yaratdığına görə Bakı şəhəri, 12 saylı Hüquq Məsləhətxanası tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmə ti Bakı Ərazi İdarəsinə həmin Çıxarışda adı çəkilən qeyriyaşayış binasının ilkin özəlləşməsinə əsas olmuş sənədlərin (torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsinə dair qərar və sərəncamlar, icazələr, ayrıc aktı, plan-sxem, tikilinin layihəsi, texniki pasportu) təsdiq olunmuş surətlərinin verilməsi barədə 06.03.2017ci il tarixdə sorğu göndərilmişdir. Lakin həmin İdarə tərəfindən qüvvədə olan qanunvericiliyin ziddinə olaraq, heç bir əsaslandırma gətirmədən 23.03.2017-ci il tarixli məktubla cavab verilmişdir ki. "sənədhrin surəti məhkəmə qərarı əsasında verilə bilər". Ona görə də işin obyektiv və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsindən mübahisəli çıxarışla bağlı yuxarıda sadalanmış sənədlərin təsdiq olunmuş surətlərinin alınmasına dair qərardad çıxarılması barədə vəsatət qaldırmışdır. Lakin vəsatət qərardadla rədd edilmişdir. Tələb edilməsinə baxmayaraq İddiaçı1 iddia etdiyi əmlakla bağlı çıxarışdan başqa heç bir sənəd (qərar və sərəncamlar,ayrıc aktı, plan cizgi, tikilinin layihəsi,texniki pasport və s) təqdim edə bilməmişdir. Çıxarışda göstərilən torpaq sahəsi və qeyri-yaşayış sahəsinin ilkin özəlləşdirilməsi əsas olmuş yuxarıda sadalanmış sənədlərin Daşınmz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsindən götürülüb tədqiq edilməsinin zəruriliyini 15978 saylı, 11 avqust 2017-ci il tarixli ekspert rəyini hazırlamış ekspertə və mütəxəssisə də bildirmiş və tamamilə başqa ərazidə yerləşdiyi bəlli olan ******** yolu ******** ünvanının “Bibihe ybət yolu'nun başlanğıcında necə peyda olmasını onların araşdırmasını xahiş etmişdir. Lakin təəssüflər olsun ki. onlar da bu ciddi sualı araşdırmaqdan yayınmışlar. Dəfələrlə qaldırılmış vəsatətlərə rəğmən adı çəkilən sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Orazı İdarəsindən tələb edib almır, həmin sənədlərin məhkəmədə araşdırılması tərəflər arasında mövcud olan mübahisəyə qanuni yolla birdəfəlik son qoya bilər. Hesab olunur ki, yuxanda qeyd olunan Çıxarışın saxta olması nəticəsinə gəlməyə kifayət qədər əsas var və bu qanunsuzluq Kooperativdən kompensasiya almaq məqsədilə müəyyən şəxslər tərəfindən edilmişdir. Çıxarışda göstərilən torpaq sahəsi və qevri- yaşayış sahəsinin ilkin özəlləşdirilməsi üçün əsas olmuş yuxarıda sadaladığı sənədlər (əgər mövcuddursa) ortaya çıxarsa, y əni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsindən alınıb araşdırılarsa və cavabdeh kimi bu İdarə işə cəlb edilərsə bu və ya digər sualların cavabı tapılar. Yuxarıda göstərilənlərə əsasən Bakı şəhəri. ******** şosesi. ******** ünvanına 20.09.2016-cı il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi *************** RX seriyalı, ******* saylı Çıxanşın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh-nın vəkili X8 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 26.1,60-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Pprosessual Məcəlləsinin 9, 14.1, 53, 78.2, 217, 420-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 137.7, 1115-ci maddələrinin tələbləri pozulmuş, hazırki mübahisə aşağı instansiya məhkəmələrində düzgün və hərtərəfli araşdırılmamış, yekunda düzgün olmayan əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəfin izahatı Məhkəmə kollegiyasının iclasında Cavabdeh-nın vəkili X8 şikayətinə uyğun izahat verərək, şikayətintəminedilməsi barədə qərar çıxarılmasını xahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və 3-cü şəxs heç bir üzürlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəm ə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ver ilmiş 20.09.2016-ci il tarixli, RX Seriyalı, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, ********* rayonu, ******** şossesi ******** ünvanında yerləşən 23.4 kv.m. qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən 0.00254 ha torpaq sahəsi İddiaçı1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 22.02.2017-ci il tarixli arayışa əsasən Bakı şəhəri, ********** rayonu, ******** şossesində yerləşən 0.0254 ha torpaq sahəsi ********* saylı, 30.01.2006-cı il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən əsasən “xxxx” QSC-nin adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri. ******** rayonu. ******** şosscsində ye rləşən 0.0254 ha torpaq sahəsi üzərində tikilən qeyri-yaşayış binası ******** saylı 30.01.2006-cı il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən “xxxx’' QSC-nin adma qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Səbail rayonu. ******** şossesində yerləşən qeyri-yaşayış binası 23 saylı DNK-nın 29.01.2016-cı il tarixli ********** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir və *************** saylı yeni poçt ünvanı almışdır. 2 saylı DNK-nın 24.08.2016-cı il tarixli 4ə-132 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 adına qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.11,2016-cı il tarixli 500 №-li sərəncamına əsasən “Cavabdeh Technoloqy” MMC-yə dair verilmiş 30.09.2014-cü il tarixli ********** sa ylı Sərəncamı “Cavabdeh" Mənzil 'İ'ikinti Kooperativinin adına rəsmiləşdirilmiş və ayrılmış torpaq sahəsinə bitişik, əlavə olaraq 2,84357 ha torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmiş və torpaq sahəsinin ümumi ölçüsü dəqiqləşdirilərək 3,89 ha müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhərinin Suraxanı. Nəsimi. Xətai. Nərimanov. Nizami. Yasamal, Səbail. Pirallahı. Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 №-li qərarının 1.2-ci bəndinə əsaən mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunac aq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahəslərinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılmalıdır. ***** saylı Mənzil-X7 27.01.2017-ci il tarixli 12 saylı məktubunda qeyd olunur ki, Cavabdeh-ya yaşayış kompleksi üçün ayrılmış ərazidə ünvan 8 ünvan yoxdur. “xxxx” MMC-nin 28 aprel 2017-ci il tarixli ************ ********* saylı ekspert rəyinə əsasən qiymətləndirmə məqsədilə Seriya RX*********** №-li Çıxarış əsasında İddiaçı1 məxsus (hazırda sökülmüş) Bakı şəhəri, ************ rayonu, ******** şossesi ****** ünvanında qeyri-yaşay ış biansının sökülmüş ərazisində ümumi sahəsi 23,4 kv.m. qeyriyaşayış sahəsinin (mövcud olsaydı), xüsusi mülkiyyətində olan 0.00254 ha. torpaq sahəsi ilə birlikdə bazar (satış) dəyəri 28.04.2017-ci il tarixinə 140.000 (bir yüz qırx min) manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 01.07.2017-ci il tarixli arayışda Bakı şəhəri, *************** ünvanda yerləşən qeyri-yaşayış binasına dair mərkəzi nöqtənin kordinatları ************ ************* təşkil etdiyi göstərilmişdir. İş materiallında olan xxxx MMC-nin 26.07.2017-ci il tarixli ***** saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki,Seriya RX ******* №-li (qeydə alma tarixi 20.09.2016-cı il, qey diyyat nömrəsi **********) çıxarış əsasında İddiaçı1 məxsus Bakı şəhəri, ****************** ünvanda yerləşən torpaq sahəsi, habelə həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsi(hazırda sökülmüş), Cavabdeh tərəfindən hasara alınmış və söküntü aparılmış ərazidə yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11.08.2017-ci il tarixli 15978 saylı ekspert rəyindən görünür ki, Seriya RX ******* №-li (qeydə alma tarixi 20.09.2016-cı il, qeydiyyat nömrəsi **********) Çıxarış əsasında İddiaçı1 məxsus Bakı şəhəri. Səbail rayonu. ******** şossesi ******* ünvanında yerləşən torpaq sahəsinin, habelə həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinin (hazırda sökülmüş) Cavabdeh tərəfindən hasara alınmış və söküntü aparılmış ərazidə yerləşdiyi m üəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, MTK-nın qarşılıqlı iddiası əsassızdır. Belə ki, qarşılıqlı iddia ərizəsində indiki mülkiyyətçinin (İddiaçı1) adına verilmiş reyestr çıxarışının (cild 1, iş v. 15) etibarsız hesab edilməsi tələb olunub. Reyestr çıxarışı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsasında verilir. Mülkiyyətçinin adma verilmiş reyestr çıxarışının ləğv edilməsi məsələsi müzakirə edilərkən ilk növbədə “daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ”nm hüquqi əhəmiyyətinin nədən ibarət olması müəyyən edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşı nmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasımn (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, qeydiyyatın hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, qeydiyyat vasitəsilə aşağıdakılar tanınır və təsdiq olunur: 1) hüququn əmələ gəlməsi; 2) hüququn məhdudlaşdırılması; 3) hüququn başqasına keçməsi; 4) hüquqa xitam verilməsi. İş materiallarından göründüyü kimi iddiaçı (İddiaçı1) qeyri-yaşayış sahəsini 24.08.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əvvəlki mülkiyyətçidən Rövşən Şirəliyev almışdır. Alqı-satqı müqaviləsinin hüquqi nəticəsi olaraq əmlak üzərində mülkiyyət hüququ bir subyektdən (satıcıdan) digər subyektə (alıcıya) keçir, yəni hüququn keçməsi baş verir. Ona görə də hüququn keçməsinin əsası (alqı-satqı müqaviləsi) etibarsız hesab edilmədən hüququn keçməsinin tanınması və təsdiqi (yəni dövlət qeydiyyatı və həmin qeydiyyatın əsasında verilən reyestrdən çıxarış) ləğv edilə bilməz. Mülkiyyət hüququnun indiki mülkiyyətçiyə (İddiaçı1) keçməsinin əsası (alqı-satqı müqaviləsi) hazırkı işdə mübahisələndirilməyib. Azərbaycan Respublikası MPM-nin 218.3cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır, ona görə də hazırkı işdə mülkiyyət hüququnun keçməsinin əsası etibarsız hesab oluna bilməz. Hətta mülkiyyət hüququn keçməsinin əsası (alqı-satqı müqaviləsi) etibarsız hesab olunsa, bu hal vəziyyəti MTK-nın xeyrinə dəyişməyəcək, qeyri-yaşayış sahəsi yenə də xüsusi mülkiyyətd ə qalacaq, indiki mülkiyyətçidən (İddiaçı1) əvvəlki mülkiyyətçiyə (Rövşən Şirəliyevə) qaytarılacaq, çünki indiki mülkiyyətçidən əvvəl qeyri-yaşayış sahəsi həmin fiziki şəxsin mülkiyyətində olub.Ona görə də apellyasiya instansiyası məhkəməsidüzgün olaraq qarşılıqlı iddianı əsassız hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddiaçının iddiasının qismən əsaslı olması nəticəsinə gəlmişdir. Belə ki, iddiaçının mülkiyyət hüququ pozulub. Ekspertiza rəyi (cild 1, iş v. 184) ilə təsdiq olunur ki, qeyri-yaşayış sahəsi və ona aid torpaq sahəsi MTK tərəfindən hasara alınmış və söküntü aparılmış ərazidə yerləşir. Qiymətləndirmə hesabatı (cild 1, iş v. 107) ilə müəyyən olunub ki, qeyri-yaşayış sahəsinin və ona aid olan torpaq sahəsinin birlikdə bazar dəyəri 140.000 manat təşkil edir. İd diaçı1 mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin özünə qaytarılmasını tələb etməyib, əşyadan məhrum edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Zərərin əvəzi pul ilə ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 135.7-ci maddəsində qeyd olunub: “Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyəd ə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşmar əşyalar əvəzedilən əşyalar sayılır”. Mülkiyyətçiyə məxsus əşya əvəzedilməz əşya sayılır. Məs., o, özünün yerləşdiyi konkret yerə görə başqa əşyalardan fərqlənir, çünki digər əşyaların heç bir onun yerində yerləşmir. Ona görə də naturada onun tam əvəzləşdirilməsi mümkün deyil. Habelə, MTK-nm mülkiyyətində eyni əlamətlərə malik əşyanın olduğu (mülkiyyətçiyə verməsi üçün)müəyyən edilmir, habelə MTK-nm eyni əlamətlərə malik əşyanı əldə etmək imkanına malik olduğu (mülkiyyətçiyə verməsi üçün) müəyyən edilmir. Belə vəziyyətdə zərərin əvəzinin naturada ödənilməsinin qət edilməsi qeyri-müəyyənliyə və yeni mübahisələrə səbəb olacaq. Odur ki, zərərin əvəzi nağd pul verilməklə ödənilməlidir, mülkiyyətçi həmin pulun hesabına istədiyi əşyanı əl də edə bilər. Zərərin əvəzinin bu formada ödənilməsinin qət edilməsi iddiadan kənara çıxma sayılmır. Beləki, iddia “ mülkiyyət hüququnun pozulması nəticəsində vurulan zərərin ödənilməsi barədə” iddiadır, Mülki Məcəllənin 1115-ci maddəsindən görünür ki, məhkəmə belə iddianı təmin edərək, təni zərərin əvəzinin ödənilməli olmasını qət edərək üsulu (zərərin əvəzinin ödənilməsi üsulunu) müəyyən etməkdə sərbəstdir, yəni iddia ərizəsində yazılanlardan asılı deyil, işin hallarına uyğun olaraq bu üsulu özü müəyyən edə bilər. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia qismən təmin olunmali, mülkiyyət hüququnun pozulması nəticəsində vurulmuş zərərin əvəzi kimi 140.000 manat MTK-dan alınaraq mülkiyyətçiyə verilməlidir. İş üzrə Ali Məhkəməsinin Mülki Kollegiyasının şərh o lunmuş MTK tikilini sökərkən indiki mülkiyyətçi hələ mülkiyyətçi deyildi, onun alqı-satqı müqaviləsi söküntüdən 6 ay 22 gün sonra bağlanmasına qiymət verilməsinə dair göstərişi ilə bağlı iş üzrə toplanmış sübutlara qiymət verərək nəticəyə gəlmişdir ki, bu halın hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur. Belə ki, 1 -cisi, alqı-satqı müqaviləsi mübahisələndirilməyib. 2cisi, Mülki Məcəllənin 150-ci maddəsində məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi qaydası müəyyən edilib, lakin indiyə kimi məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi həyata keçirilməyib. 3-cüsü, alqı-satqı mahiyyətcə mülkiyyət hüququnun bir subyektdən (satıcıdan) digər subyektə (alıcıya) keçməsidir, əgər alqısatqıya qədər mülkiyyət hüququna dair qeydiyyatın ləğvi həyata keçirilməyibsə, deməli mülkiyyə t hüququ bir subyektdən digərinə keçib. MTK-nın bu əsasla iddiaya etirazı o halda əsaslı sayılardı ki, o, mülkiyyət hüququ keçənə qədər tikilinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzini əvvəlki mülkiyyətçiyə ödədiyini sübut etsin. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnaməni ləğv edilərək yuxarıda göstərilən qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 10 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar