Məhkəmə qərarları › İş №2(102)-5673/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5673/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5673/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(104)36/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qazax Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim Q.R.Abbasov, iş 2(023)-932/2017) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək Cavabdeh1 iddiaçının xeyrinə cəmi 5701,37 manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan Qazax rayonunun Çaylı kəndində yerləşən 3 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun ödənilməsi, ev satıldıqdan sonra orada yaşayanların 1 ay ərzində evi tərk etmədikləri halda evdən məcburi qaydada çıxarılmaları və evin ASC-yə təhvil verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.V.Bayramov, R.Z.Mamedov və Ə.G.Abdullayev) Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilərək Qazax Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməs i mübahisələndirilən hissədə, yəni borcun tutulmasına aid hissədə dəyişdirilərək Cavabdeh1 4614,25 manat əsas borca görə, 250,58 manat faiz borcuna görə tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. İşin halları: xx xxxxxxx 2013-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 illik istifadə dərəcəsi 23 faiz olmaqla 24 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə borclunun öhdəliklərinin təminatı kimi paylı mülkiyyət hüququ üzrə cavabdehlərə məxsus olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. 2017-ci ilin aprel ayında bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Ca vabdeh1 müqavilə üzrə öhdəliyinin icrasını lazımınca təmin etməməsi səbəbindən banka cəmi 5731,37 manat məbləğində borcunun qalmasını əsas göstərməklə həmin məbləğin Cavabdeh1 tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Bankın ləğvedicisi kassasiya şikayəti verərək kredit müqaviləsi üzrə əsas kredit və faiz borclarının ekspert tərəfindən düzgün hesablanmamasını, lakin apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət vermədən ekspert rəyinə əsaslanmaqla borcun məbləğini müəyyən etməsini əsas göstərməklə qətnamənin həmin hissədə ləğv olunub iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasın ın iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən göründüyü kimi bankın ləğvedicisi tərəfindən irəli sürülmüş iddia tələbində Cavabdeh1 əsas kredit borcuna görə 5007,57 manat, faiz borcuna görə isə 693,80 manat tutulması tələb olunmuş və birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunmuşdur. İşə apelyasiya instansiyası məhkəməsində baxılarkən borcun məbləğinin dəqiqləşdirilməsi məqsədi ilə məhkəmə kollegiyası tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertizası tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh1 xx xxxxxxx 2015-ci il tarixədək olan əsas kredit borcu 4614,25 manat, faiz borcu isə 250,58 manat təşkil edir. Kollegiya hesab edir ki, borcun məbləği əsaslılığı şübhə doğurmayan mütəxəssis rəyi ilə müəyyən olunduğundan apelyasiya instansiyası məhkəməsi iddianı həmin həcmdə təmin etməkdə haqlı olmuşdur. Cavabdeh1 Bank qarşısında icra edilməmiş öhdəliyi ekspert rəyində müəyyən edilmiş məbləğdə olduğundan, kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 385.1, 442, 445, 448.1, 462, 469.1, 465.2 və 467-ci maddələrinə əsaslanmaqla iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar