Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5673/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və X4 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və X5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin paylara uyğun bölünməsi, sübuetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İlk idda üzrə iddiaçıların Cavabdeh4 qarşı əmlakın açıq hərracdan satılaraq, əldə olunmuş pul vəsaitinin paya uyğun bölünməsi tələbinə dair ilk iddia tələbi üzrə, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh4 cavabdehlər İddiaçı1 və X5 qarşı əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin paylara uyğun bölünməsi tələbinə dair qarşılıqlı iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)1961/2022 nömrəli 22 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə 13 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan-da yerləşən sahəsi 52.47 kv.m olan 2 say lı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4 74\105 hissədə, İddiaçı1 31\210 hissədə, X4 31\210 hissədə payı müəyyən edilməklə, dövlət qeydiyyatına alınmışdır. 2. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, QXM 304\M №li ekspert rəyinin məzmunundan aydın olur ki, ünvan-da yerləşən sahəsi 52.47 kv.m olan 2 saylı mənzilin bazar dəyəri 50000.0 (əlli min) manat təşkil edir. Aparılmış ekspert tədqiqatının dəyəri 600 manat təşkil edir. 3. 15274 №li 12 sentyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinin məzmunundan aydın olur ki, ünvan-da yerləşən sahəsi 52.47 kv.m olan 2 saylı mənzilin naturada paylara uyğun bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. 4. 1 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 827175 nömrəli ölüm haqqında şəhadətnamənin məzmunundan görünür ki, XXX 05 iyul 2016-cı il tarixində ölmüşdür.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubun məzmunundan aydın olur ki, ünvan-da yerləşən sahəsi 52.47 kv.m olan 2 saylı mənzil aşağıda qeyd olunanların mülkiyyətindədir: İddiaçı1 31\210 hissədə, Cavabdeh4 74\105 hissədə, X4 31\210 hissədə mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «əmlakın naturada bölünməsi » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan-da yerləşən 2 saylı mənzilin real bölünməsinə və uşaqları İddiaçı1 və X6 çatan 2/7 hissədə payların naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Daha sonra iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh4 qarşı iddia tələbini irəli sürərək, ünvanda yerləşən 2 saylı mənzilin onun uşaqları İddiaçı1 və X5 çatan 2/7 hissədə payın naturada ayrılmasına dair qətnamə qəbul edilməsinə və ya onun dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Daha sonra iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək, ünvan-da yerləşən 2 saylı mənzilin açıq hərracdan satılaraq, əldə ol unmuş vəsaitin paylı mülkiyyətçilər arasında paylarına uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İlk iddia üzrə iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında ilk iddia tələbini müdafiə edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə verilmiş ərizəni nəzərə alaraq, kompensasiya barədə razılığa gələ bilmədiklərini, ona görə də müvafiq mənzilin açıq hərracdan satılmasını, mənzilin ilkin satış qiymətinin məhz ekspert rəyi əsas götürülməklə müəyyən edilməsini, mənzilin satışından əldə olunmuş pul vəsaitinin üç nəfər arasında paylarına mütənasib bölünməsini istədiyini bildirərək, ilk iddia tələbinin təmin və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdı r ki, Qanuni nümayəndə 1999-cu ildən mərhum XXX ilə vətəndaş nikahında yaşamış, həmin nikahdan 2002-ci ildə İddiaçı1 və 2004-cü il ildə X8 dünyaya gəlmişdir. xx.xx.2016-cı il tarixində isə XXX vəfat etmişdir. XXX vəfat etdikdən sonra 1 saylı ASAN xidmət mərkəzində Notariat Kontorunda V-177/2016 saylı vərəsəlik işi açılmış, qeyd olunan vərəsəlik işi üzrə XXXnun adına miras əmlak yalnız ünvan ünvanında yerləşən ümumi sahəsi 52,47 kv/m, yaşayış sahəsi 30,15 kv/m olan 2 otaqlı 2 saylı mənzildən ibarət olmuşdur. 1 saylı ASAN xidmət mərkəzində Notariat Kontorunda açılmış V-177/2Q16 saylı vərəsəlik işi üzrə miras əmlakın (ünvan ünvanında yerləşən 2 saylı mənzil) 1/2 hissəsi X2 mülkiyyətinə verilmiş, qalan ½ hissəsi isə 8 vərəsə arasında bölünmüş 8 vərəsədən 6-sı öz paylarından X2 xeyrinə imtina etmişdir. Bu əmlakdan yalnız 1/16 hissəsi bir oğlu İddiaçı1 və 1/16 hissəsi digər oğlu X5 pay düşmüşdür. Sözügedən miras əmlakın yuxarıdakı kimi bölünməsinə razı olmayaraq Qanuni nümayəndə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə, 1 saylı ASAN xidmət mərkəzində Notariat Kontorunun xüsusi notarisu X7, X3 qarşı V-177/2016 saylı vərəsəlik işi üzrə 1 saylı ASAN xidmət mərkəzində Notariat Kontoru tərəfindən verilmiş vərəsəlik şəhadətnamələrinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın ləğv olunması və ünvan 1 ünvanında yerləşən əmlakın qanun üzrə vərəsələr arasında yenidən bölünməsi və onların hər birinə düşən pay müəyyən olunmaqla yeni vərəsəlik şəha dətnamələrinin verilməsi, ünvan 1 ünvanında yerləşən əmlaka vərəsələrə düşən payları müəyyən olunmaqla ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən yeni Çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Qaradağ Rayon Məhkəməsinin qəbul etdiyi 2(002)-371/2018 saylı, 28 mart 2018-ci il tarixli qətnamə ilə iddia rədd edilmiş, daha sonra iddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə Qaradağ Rayon Məhkəməsinin 2(002)-371/2018 saylı 28 mart 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iddianın təmin olunmasına dair 2(103)-6993/2018 saylı, 19 iyul 2018-ci il tarixli qətnamə qəbul olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6993/2018 saylı, 19 iyul 2018ci il qətnaməsi qanuni qüvvəsini almış, qeyd olunan qətnamə əsasında ünvan 1 ünvanında yerləşən əmlak mərhumun vərəsələri arasında yenidən bölünmüş, hər bir vərəsəyə əmlakın 1/7 hissədə pay müəyyən olunmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən yeni RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Belə ki, ərizəçi ərizəsində qeyd etmişdir ki, qeyd olunan əmlaka uşaqlarının pay hüququ yaransa da uşaqları həmin əmlakdan istifadə edə bilmirlər. Belə ki, ərizəçi uşaqları ilə birlikdə qeyd olunan mənzilə dəfələrlə getsə də cavabdehlər onları həmin mənzilə buraxmamış, nəticədə uşaqlarının Azərbaycan Respublikası Konstitusiyasında və Mülki Məcəlləsində, eyni zamanda digər beynəlxalq normativ hüquqi aktlarda təsbit olunmuş hüquqları pozul muşdur. Onu da qeyd etmişdir ki, ərizəçinin və onun uşaqlarının mərhumun digər vərəsələri ilə münasibətləri çox pisdir. Belə ki, onlar yeri gəldi-gəlmədi ərizəçini təhqir edir və hədə qorxu gəlirlər. Mərhumun vərəsələri ərizəçinin barəsində dəfələrlə bir çox instansiyalara şikayət etmiş, bütün hallarda araşdırmalar aparılmış, onların şikayətlərinin əsası olmadığı onlara sübut olunmuşdur. Belə ki, yuxarıda qeyd olunanlardan tam aydın olur ki, Qanuni nümayəndə uşaqları ilə mərhumun digər vərəsələrinin bir yerdə yaşaması, onların mətbəx və digər vasitələrdən birgə istifadə etməsi mümkün deyildir. Bu onun övladları üçün təhlükə mənbəyi olacaqdır. Ona görə də hesab edir ki, ünvan 1 ünvanında yerləşən əmlak real bölünməli və onun övladlarına çatan 2/7 hissədə pay naturada ayrılmalıdır. Bu səbəbd ən ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan-da yerləşən 2 saylı mənzilin real bölünməsinə və uşaqları İddiaçı1 və X6 çatan 2/7 hissədə payların naturada bölünməsi, bu mümkün olmadıqa isə mənzilin hərracda satılaraq paylarına uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh4 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd olunaraq, qarşılıqlı iddianın təmin edilməsi, ünvan-da yerləşən 2 saylı mənzilə dair X4-1\7 hissədə payına görə 4.000 manat, İddiaçı1 1\7 hissədə payına görə 4000 manat, ümumi 8000 manat kompensasiya onların qanuni nümayəndəsinə ödənilməklə yetkinlik yaşına çatmayan X4 və İddiaçı1 mənzilə olan paylarına (mülkiyyət hüquqlarına) xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. Q arşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışlar ki, ilkin iddia üzrə iddiaçı Qanuni nümayəndə (qanuni nümayəndə) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "əmlakın naturada bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda ilkin iddiaçı Qanuni nümayəndə (qanuni nümayəndə) iddia tələbini MPM-nin 53-cü maddəsinə əsasən artıraraq mübahisəli olan mənzilin 2/7 hissədə payının naturada ayrılmasına dair qətnamə qəbul edilməsini və ya onun dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Həmçinin hazırki tələbində cavabdeh qismində yalnız o qoyulmuşdur. Hazırda qarşılıqlı iddianın verilməsinə zərurət məhkəmə baxışında yaranmışdır. Belə ki, iddiaçı iddia tələbini artıraraq naturada bölünməsi və ya 2/7 hissədə paya onun dəyərinin ödənilməsini tələb edir. Məhkəməyə təqdim etdiyi çıxarışın surətindən görünür ki, ünvan saylı binada yerləşən 2 nömrəli mənzil ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. Həmin çıxarışa əsasən 4/7 hissədə onun, 1/7 hissədə X4, 1/7 hissədə İddiaçı1 və 1/7 hissədə mərhum Cavabdeh5 payları mövcuddur. Göründüyü kimi X4 və İddiaçı1 mübahisə olan mənzildə payları cüzidi, onlar heç vaxt həmin mənzildə yaşamayıblar, ümumi əmlakdan istifadə edilməsində onların mühüm mənafeyi olmayıb, sadəcə həmin cüzi paylar vərəsəliklə keçibdir. İş materiallarında olan Məhkəmə Eksper tiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 5274 №-li rəyindən görünür ki, ünvan-da yerləşən 2 saylı mənzili naturada bölünməsi texniki cəhəddən mümkün olmadığı müəyyən edilmişdir.
13. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 xx.xx.2021-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, ünvan nömrəli evin 2 saylı mənzilin açıq hərracda satılması və satışdan əldə olunan pulun mülkiyyətçilərin paylarına mütənasib yəni, çıxarışa əsasən 74/105 hissədə onun, 15/105 hissədə X4, 15/105 hissədə İddiaçı1 və 1/105 hissədə Cavabdeh5 münasibətdə bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
14. İlk iddia üzrə cavabdeh qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh4 xx.xx.2021-ci il tarixli iddia tələbinə dəqiqləşdirmə ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə C avabdeh5 vəfat etmişdir. Mülki işin icraatı dayandırılmış və onun mübahisəli olan əmlakda 1/7 hissəsi vərəsələr arasında payları müəyyən edilmişdir. Mübahisəli ünvan saylı binada yerləşən 2 nömrəli mənzil ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********08-05101-093006 nömrəli Çıxarış verilmişdir. Həmin çıxarışa əsasən 74/105 hissədə onun, 15/105 hissədə X4, 15/105 hissədə İddiaçı1 və 1/105 hissədə Cavabdeh5 payları mövcuddur. Mülki iş materiallarında olan 12 sentyabr 2019-cu il tarixli, 15274 №-li ekspertin rəyindən göründüyü kimi mübahisəli olan ünvan saylı binada yerləşən 2 nömrəli mənzilin naturada bölünməsi mümkün deyil. Həmçinin ko mpensasiya ödənilməsi ilə bağlı razılığa gələ bilmirlər. Hazırda iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Belə ki, ünvan-da yerləşən 2 saylı mənzil bina evi olduğu üçün naturada bölünməsi qeyrimümkündür və kompensasiya ödənilməsi ilə bağlı razılığa gələ bilmirik, yalnız açıq hərrac vasitəsi ilə satılmalıdır. Qeyd olunan halların nəzərə alınaraq qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
15. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Əhmədova, iş № 2(002)-27/2021) ilk iddia tələbi təmin edilərək, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, ümumi paylı mülkiyyətdə olan ünvan, 2 saylı mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin payına mütənasib, yəni 74\105 hissədə Cavabdeh4, 31\210 hissədə İddiaçı1, 31\210 hissədə X5 verilməsi, ümumi paylı mülkiyyətdə olan ünvan, 2 saylı mənzilin ilkin satış qiymətinin 50000 (əlli min) manat müəyyən olunması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ilk iddia tələbi üzrə ödənilmiş 10 manat məbləğində və qarşılıqlı iddia tələbi üzrə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu ilk və qarşılıqlı iddia tələbi üzrə tərəflərə aid edilməsi, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat məbləğində pul vəsaiti ilk iddia və qarşılıqlı iddia tələbi üzrə tərəflərdən bərabər qaydada tutularaq dövlət büdcəsinə köçürülməsi, iş üzrə aparılmış qiymətləndirmə ekspertizasının dəyəri olan 600 manat məbləğində pul vəsait inin ilk iddia tələbi və qarşılıqlı iddia tələbi üzrə tərəflərdən bərabər qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
16. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan mənzil ümumi paylı mülkiyyət hüququ əsasında 74\105 hissədə Cavabdeh4, 31\210 hissədə İddiaçı1, 31\210 hissədə X5 məxsus olmaqla, həmin hüquq dövlət qeydiyyatına alınmışdır. Ümumi paylı mülkiyyətçilər həmin mənzilin açıq hərracdan satılaraq, mənzilin satışından əldə olunmuş pul vəsaitinin onların payına mütənasib olaraq bölünməsi barədə iddia tələbini irəli sürmüşlər. Həmçinin, məhkəmə araşdırması zamanı təyin edilmiş müvafiq ekspertiza rəyinin məzmunundan aydın olur ki, mübahisə predmeti olan mənzilin naturada paylara uyğun olaraq bölgüsü texniki cəhətdən mümkün deyildir. Eyni zamand a, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər öz paylarına uyğun kompensasiya ödənilməsi barədə də razılığa gələ bilməmişlər. Bu halda, məhkəmə mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq, ümumi paylı mülkiyyətçilərin hər birinin payının aşkar olduğunu, müvafiq əmlakın naturada paylara uyğun bölgüsünün texniki cəhətdən mümkün olmadığını və paya uyğun kompensasiya ödənilməsi barədə qarşılıqlı razılığın əldə olunmadığını əsas götürərək, hesab edir ki, müvafiq mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaiti ümumi paylı mülkiyyətçilərin arasında onların paylarına mütənasib olaraq bölünməlidir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi qismən tə min edilməlidir. Belə ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbində Cavabdeh5 1\105 hissədə payına uyğun bölünməsi tələbini qeyd etsə də, məhkəmə araşdırması zamanı Cavabdeh5 vəfat etdiyi və ona məxsus payı vərəsəsinə keçdiyindən, habelə hazırda o mübahisə predmeti olan mənzilin mülkiyyətçisi qismində çıxış etmədiyindən, həmin əmlaka dair hər hansı paya malik olmadığından, qarşılıqlı iddia tələbi bu hissədə əsassız olmaqla, təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, mənzilin ilkin satış qiyməti yenidən müəyyən edilməklə qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehtiyev və Xəyal Sarıyev, iş № 2(103)-4925/2021) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ünvan-da yerləşən 2 №-li mənzilin ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mənzil 3 nəfərin ümumi paylı mülkiyyətindədir: İddiaçı1 payı 31/210 hissə; XXXnin payı 31/210 hissə; Cavabde h4 payı 74/105 (148/210) hissə. Hazırkı mübahisəyə Mülki Məcəllənin 220-ci maddəsindəki norma tətbiq edilməlidir. Həmin normada ümumi əşyanın bölünməsinin və ya ondan payın ayrılmasının 3 qaydası nəzərdə tutulub: payın naturada ayrılması; payın dəyərinin ödənilməsi; ümumi əşyanın açıq hərracda satılması və satış pulunun bölüşdürülməsi. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd olunub ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tət biq edilməsindən sonra mümkündür. 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar isə 1-ci və 2-ci qaydalardır. Müəyyən olunur ki, 1-ci və 2-ci qaydanın tətbiqi mümkün deyil. Bu, birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Ona görə də 3-cü qayda tətbiq edilməli, yəni mənzil açıq hərracda satılmalı və satış pulu bölünməlidir. Lakin qətnamədə mənzilin ilkin satış qiymətinin göstərilməsi qanuna uyğun deyil. İlkin satış qiymətinin anlayışı “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsində müəyyən edilib, bu qiymət yalnız ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi barədə qətnamə qəbul edilərkən qətnamədə göstərilməlidir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddi açı Cavabdeh4 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(102)-6608/2021 nömrəli qərarı ilə (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4925/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün həmin məhkəməyə geri qaytarılması qərara alınmışdır.
22. Kassasi ya məhkəməsi qərarında qeyd edilmişdir ki, ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən mübahisəli mənzil üzərində mülkiyyətçilərin sayı 7 olmuş, bundan sonra məhz məhkəmə icraatı dövründə digər mülkiyyətçilər sıradan çıxmış (əmlakın bağışlanması, vərəsələrdən birinin vəfat etməsi, onun əmlakının vərəsələri arasında bölünməsi, miras əmlakın bağışlanması qaydasında) və faktiki olaraq miras əmlak üzərində payı bəlli 3 mülkiyyətçi qalmışdır. Bundan sonra məhkəmələr faktiki olaraq yeni yaranmış paylara uyğun mənzilin naturda ayrılmasının mümkünlüyünü araşdırmamış, məhz əvvəl müəyyən olunmuş paylara münasibətdə bölgünün mümkünsüz olması ilə bağlı rəylə razılaşmışlar.
23. Halbuki Mülki Məcəllənin 220.6-cı maddəsində qeyd edilir ki, bu Məcəllənin 220.3220.5-ci maddələrində müəyyənləşdirilmi ş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda hərrac vasitəsi ilə əmlakın satılması mümkündür. Baxılan iş üzrə yaranmış vəziyyətdə isə tərəflərin əvvəlki qaydalara əməl edilməsi nəticəsinə gəlmək mümkünsüzdür.
24. Bununla yanaşı nəzərə alınmalı idi ki, həm ilk, həm də qarşılıqlı iddia ərizələri və əlavələr (hərracda satılma və satış pulunun paya uyğun bölünməsi) verilərkən miras əmlak üzərində baxılan iş üzrə tərəf olan mülkiyyətçilərin tam mülkiyyət hüquqları yaranmamışdır. Çünki Cavabdeh5 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, onun payının hazırki mülkiyyətçilər arasında bölünməsi xx.xx.2020-ci ildə başa çatmışdır. Belə olan halda isə baxılan iş üzrə mülkiyyətçilərin payın naturada ayılmasını tələb etmək və müvafiq kompensasiyanın ö dənilməsi ilə bağlı təklifi irəli sürmək hüququna məhz miras əmlak üzərinə paylarına uyğun hüquqlarının qeydiyyata alınması anından malik ola bilərdilər.
25. Digər tərəfdən nə qədər ki, yeni qaydada paylar müəyyən olunmuşdur və tərəflərin qarşılıqlı olaraq mənzilin açıq hərracda satılması ilə bağlı tələbləri mövcuddur, bu halda yeni paylara münasibətdə qarşılıqlı olaraq ayrılmaq istəyən mülkiyyətçilər birbirindən payın dəyərini digər mülkiyyətçilərdən tələb etməli və bu təkliflərə digər tərəfin hər hansı münasibət bildirməsi müəyyən olunduqdan sonra 3-cü qaydanın tətbiqi mümkün hesab edilməlidir. Göstərilən qaydalara əməl olumaması halında isə hərraca çıxarılma və satış pulunun paylara müvafiq olaraq bölünməsi istisna edilir.
26. Hətta ona da diqqət yetirilməlidir ki, paylı mülkiyyətçilər əvvəlki paylarına münasibətdə də öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etməmişlər, belə olan halda da 3-cü qaydanın (hərracda satılma satış pulunun paylara uyğun bölünməsi) tətbiqi mümkünsüz olmuşdur.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1,213.1,213.2,220.1-220.6-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14, 77, 81, 88, 417-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. Kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki еkspеrtizаsı təyin еdilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 aprel 2022-ci il tarixli, 10/1740 nömrəli rəyi əldə edilmişdir.
29. Həmin rəyə əsasən Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsi Bəxtiyar Əliyev küçəsi ev 49-da yerləşən 2 saylı mənzili naturada təcrid mənzillər şəkilində 3 hissəyə İddiaçı1 (payl 31/210 hissə), XXX (payı 31/210) və Cavabdeh4 (payı 74/105 (148/210) hissə) paylarına uyğun şəkildə bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9 bəndlərinin və Məhkəmə TikintiTexniki X1 tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1961/2022 nömrəli 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-27/2021 saylı iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk iddia üzrə iddiaçıların Cavabdeh4 qarşı “əmlakın açıq hərracdan satılaraq, əldə olunmuş pul vəsaitinin paya uyğun bölünməsi” tələbinə dair ilk iddiası və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh4 cavabdehlə İddiaçı1 və X5 qarşı “əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair qarşılıqlı iddialarının təmin olunmaması qət edilmişdir.
31. Kollegi ya qeyd etmişdir ki, yeni qaydada paylar müəyyən olunmuşdur və tərəflərin qarşılıqlı olaraq mənzilin açıq hərracda satılması ilə bağlı tələbləri mövcuddur, bu halda yeni paylara münasibətdə qarşılıqlı olaraq ayrılmaq istəyən mülkiyyətçilər birbirindən payın dəyərini digər mülkiyyətçilərdən tələb etməli və bu təkliflərə digər tərəfin hər hansı münasibət bildirməsi müəyyən olunduqdan sonra 3-cü qaydanın tətbiqi mümkün hesab edilməlidir. Hazırki halda isə göstərilən qaydalara əməl olumadığından mübahisəli əmlakın hərraca çıxarılma və satış pulunun paylara müvafiq olaraq bölünməsi mümkün deyildir.
32. Hətta ona da diqqət yetirilməlidir ki, paylı mülkiyyətçilər əvvəlki paylarına münasibətdə də öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmədik lərindən 3-cü qaydanın (hərracda satılma satış pulunun paylara uyğun bölünməsi) tətbiqi mümkünsüz olmuşdur.
33. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə yekun nəticəyə gələrkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən və yuxarıda qeyd edilən maddi hüquq normasının tələblərini pozduğundan iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, hər iki iddia tələbi təmin edilməməlidir.
34. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1,213.1,213.2,220.1-220.6-ci və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14, 77, 81, 88 -ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)K assasiya şikayətinin dəlilləri
35. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 220.6-cı maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Qanuni nümayəndə da müahisəli olan mənzili açıq hərracda satılmasını istəyir. Göründüyü kimi burada bir-birimizə kompensasiya verilməsindən söhbət gedə bilməz. Həmçinin məhkəmə tərəfindən paylarla bağlı mənzilin naturada ayrılmasının mümkün olub-olmaması ilə bağl ı ekspertiza keçirilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 aprel 2022-ci il tarixli, 10/1740 nömrəli rəyinə əsasən, ünvan-da yerləşən 2 saylı mənzilin naturada bölünməsi texniki cəhəddən mümkün olmadığı müəyyən edilmişdir. Burada mübahisənin həlli yalnız məhzilin açıq hərracdan satılması vasitəsi ilə mümkündür. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
38. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublik asının Mülki Məcəlləsi
40. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
41. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
42. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
43. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
44. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
45. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
46. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol v erilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
47. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 417.1.4. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə mübahisə ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, işin müəyyən edilən halları apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iş üzrə yeni qərar qəbul edilməsini zəruri edir.
54. İlk iddia ərizəsində tələb olunur ki, paylı mülkiyyətdə olan, ünvan-da yerləşən 2 №-li mənzil açıq hərracda satılsın və satışdan əldə olunan pul mülkiyyətçilər arasında paylara uyğun bölünsün. Qarşılıqlı iddia ərizəsində tələb olunur ki, mənzil açıq hərracda satılsın və satışdan əldə olunan pul mülkiyyətçilər arasında paylara uyğun bölünsün, yəni satış pulunun 74/105 hissəsi Cavabdeh4, 15/105 hissəsi XXXyə, 15/105 hissəsi İddiaçı1, 1/105 hissəsi XXXyə verilsin. Məhkəmə gedişi zamanı vərəsələrdən birinin sıradan çıxması ilə bağlı paylar dəyişmiş və 74/105 hissə Cavabdeh4, 31/210 hissə İddiaçı1, 31/210 hissə XXXyə m əxsus olması barədə dövlət qeydiyyatı aparılmışdır. Miras əmlakda payların həcmi ilə bağlı mübahisə yoxdur. Hər iki tərəf paylı mülkiyyətdə olan əmlakın hərracda satılaraq paylarına uyğun bölünməsini tələb edirlər.
55. Beləliklə, məhkəmələr müəyyən etmişlər ki, mənzil 3 nəfərin ümumi paylı mülkiyyətindədir: 1) İddiaçı1 payı 31/210 hissə; 2) XXXnin payı 31/210 hissə; 3) Cavabdeh4 payı 74/105 (148/210) hissə.
56. Hazırkı mübahisəyə Mülki Məcəllənin 220-ci maddəsindəki norma tətbiq edilməlidir. Həmin normada ümumi əşyanın bölünməsinin və ya ondan payın ayrılmasının 3 qaydası nəzərdə tutulub: 1) payın naturada ayrılması; 2) payın dəyərinin ödənilməsi; 3) ümumi əşyanın açıq hərracda satılması və satış pulunun bölüşdürülməsi.
57. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd olunub ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. 220.3220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar isə 1-ci və 2-ci qaydalardır. Müəyyən olunur ki, 1-ci və 2-ci qaydanın tətbiqi mümkün deyil.
58. Çünki tərəflərdən heç biri digər tərəfə əmlakın dəyərini ödəmək istəmir və bundan imtina edirlər. Mübahisənin yeganə həlli əmlakın açıq hərrac vasitəsi ilə satılması və əldə edilən vəsaitin paylara uyğun olaraq tərəflər arasında bölünməsindən ibarətdir.
59. Mənzilin naturada ayrılmasının mümkün olmadığı aşkar olduğundan, hətta müvafiq rəylərlə bu hal iki dəfə təsdiq olunduğundan, hər iki tərəf digər tərəfə əmlakın dəyərini ödəmək iradəsi olmadığı halda, iddianın rədd edilməsi anlaşılan deyil. Formal əsaslarla tərəflərin yenidən məhkəmə mübahisəsi açmaq üçün göndərilməsi məhkəməyə qənaət prinspinə ziddir və apellyasiya məhkəməsinin maddi hüquq normasını (MM-in 220ci maddəsini) düzgün tətbiq etməməsinin nəticəsidir.
60. İşin halları hazırkı halda Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan 3cü qaydanın tətbiq olunmasını istisna etmir. Ona görə mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçilərin payına uyğun olaraq bölünməsi barədə yeni qərar qəbul edilməlidir.
61. Mənz ilin ilkin satış qiymətinin göstərilməsi qanuna uyğun deyil. İlkin satış qiymətinin anlayışı “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsində müəyyən edilib, bu qiymət yalnız ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi barədə qətnamə qəbul edilərkən qətnamədə göstərilməlidir.
62. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflər arasında bölünməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1961/2022 nömrəli 22 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İlk və qarşılıql ı iddialar qismən təmin edilsin. ünvan, 2 saylı mənzil açıq hərracdan satılsın. Mənzilin satışından əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin payına mütənasib, yəni 74\105 hissədə Cavabdeh4, 31\210 hissədə İddiaçı1, 31\210 hissədə X5 verilsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 200 manat tərəflərdən bərabər qaydada tutularaq dövlət büdcəsinə ödənilsin, qiymətləndirmə ekspertizasının dəyəri olan 600 manat məbləğində pul vəsaiti həmin qaydada tutularaq "xxxx" MMC-yə ödənilsin. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.