Məhkəmə qərarları › İş №2(102)-5677/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5677/2021

19.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5677/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5677/21 (Açar sözlər: əmlak tələbi) Bakı şəhəri, 19 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1761/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsindən ikl iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş ka sasiya şikayəti üzrə işə 19 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı "hədiyyə verilmiş qızıl-zinət və cehiz əşyalarının ona qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddia ərizəsinin təsviri hissəsində göstərilən qızıl-zinət və cehiz əşyalarının, həmin əşyaların naturada alınması mümkün olmadıqda onlartın plu ilə dəyəri olan cəmi 24232 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “qızıl-zinət və cehiz əşyaları” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın qızıl-zinət hissəsinin bütünlüklə rədd edilməsi, cehiz ə şyaları hissəsində qismən təmin edilməsi və birgə nikah dövründə əldə etdikləri 2900 manat dəyərində olan əşyaların yarısının natura və ya pul formasında alınıb ona verilməsi və 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilk iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cehiz əmlakları siyahısının 24-cü sırada yerləşən, ona aid geyimlər sırasında olan geyimlərinin – kurtka 2 ədəd, plaş 1 ədəd, palto 1 ədəd, jilet 1 ədəd, cins jilet 1 ədəd, yun kofta 5 ədəd, şalvar 2 ədəd, don 2 ədəd, ayaqqabı 2 ədəd, sapoçki 2 ədəd, soroçka 2 ədəd, yubka 2 ədəd, şal 1 ədəd kimi oxunmasını, həmçinin sözügedən cehiz əmlaları siyahısının 116-cı sırasında olan paltaryuyan maşın (Atlant) – 500 manat, 1170ci sırasında olan Qaz sobası (Dinifer) -500 manat, 118-ci sırasında olan Kondisioner (Daewoo) -1000 manat, 119-cu sırasında olan Elektrik sobası (İltimat) – 200 manat dəyərində olan əmlakların onların birgə nikah dövründə alındığı üçün onların yarısının, bu mümkün olmadığı halda onların dəyərinin yarı hissəsinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 20.08.2008-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Cavabdehlə əvvəllər normal münasibətləri olsa da, sonradan münasibətləri pisləşmişdir. Bərdə rayon Məhkəməsinin 04.05.2020-ci il tarixli qətnaməsi ilə aralarınnda bağlanmış nik ah pozulmuşdur. Cavabdeh yaşadığı evdən çıxarkən birgə nikah dövründə ona toy hədiyyəsi edilmiş qızıl-zinət əşyaları və cehiz əmlakı cavabdehin yaşadığı evində qalmışdır. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ona iddia ərizəsində ondan 5390 manat qızıl-zinət əşyaları tələb edir. Qızıl-zinət əşyaları tələbi hissəsində nişan üzüyü ona məxsusdur. Həmçinin Bərdə rayon Məhkəməsinin 04.05.2020-ci il tarixli qətnaməsi ilə hər iki uşaq onun himayəsinə verilmişdir. İddia ərizəsində göstərdiyi qızılların içərisində 6 qram 750 əyyar və 5 qram 750 əyyar olan hər iki sırğalar və 2 qram və 3 qram 585 əyyar klonlar uşaqlarına aiddir. Lakin sabiq həyat yoldaşı bütün qızılları, yəni 20 qram sep istisna olmaqla Bakı şəhərində lombarda və ya banka girov qoyaraq pul gö türüb qardaşı Elşənə vermişdir. İddiaçı 2010-cu ildə xəstələnmişdir, onun razılığı ilə Bərdə bazarında sepi özü sataraq müalicə etdirmişdir. Uşaqlar onun himayəsində olduğuna görə sırğa 6 qr 480 manat, sırğa 5 qr -10 manat, sep 10 qr 500 manat, klonlar 2 və 3 qr 250 manat, və ona aldıqları 5 qr 585 əyarlı 250 manatlıq dəyəri olan nişan üzüyü də cavabdehdə olduğu üçün natura və ya pul formasında alınıb ona verilməlidir. Cehiz əşyalarından isə sadəcə bəzi əşyaları artıq qeyd etmişdir. Belə ki, tək döşəyi 8 ədəd yazıb amma 6 ədəddir, eyni ilə də yorğanı 8 yazıb amma 6 ədəddir. Hətta bu yorğan və döşəyin hərəsindən bir ədəd anası verib. O cehiz yorğan döşəyi 5 dəst gətirib. 12 pastel dəsti yazıb qohum övlada pay da verib qalanı durur. 15 ədəd xalça yazıb 6 ədəd irili xırdalı xalça gətirib. Ser viz iki dəst yazıb lakin bir dəst gətirib, eyni ilə də çaynı servizi 3 dəst yazıb 1 dəst gətirib. Həmçinin birgə nikah dövründə əldə etdikləri əşyalar paltaryuyan maşın 500 manat, qaz sobası inifer 500 manat yazıb, lakin 350 manata alınmışdır. Kondisioner 600 manata alınmış, elektrik sobası 200 manat yazmış, amma 90 manat alınmışdır.. Soyuducu atlantı evlərinin görümünə xalası gətirib, 500 manata alınıb. Bu əşyalar birgə nikah dövründə əldə edildiyi üçün yarı dəyəri ona verilməlidir. Qalan əşyaları yerindədir. Qızılları isə özü aparıb qardaşına pul götürmək üçün Bakıda lombarda girov qoyub. Belə ki, birgə nikah dövründə əldə etdikləri 2900 manat dəyərində olan əşyanın yarı dəyəri alınıb ona verilməlidir. Digər yazdığı cehiz əşyaları yerindədir. Sadəcə bəzilərini artıq yazıb. Hətta ona a ldıqları nişan üzüyünü aparıblar ki, indi də onu tələb edir. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 sentyabr 2020-ci il tarixli 2(021)-1982/2020 nömrəli qətnaməsi ilə (hakim Qamət Əbilov) ilk iddia qismən təmin edilərək,, klon-3 qram, 585 əyyar-250 manat, qolbaq-12 qram, 750 əyyar-960 manat, komplektin üzüyü-5 qram 750 əyyar-400 manat, brilyant qaşlı üzük-5 qram, 750 əyyar-550 manat, sep-10 qram, 585 əyyar-500 manat, nişan üzüyü-5 qram, 585 əyyar-250 manat, sırğa6 qram 750 əyyar-480 manat, sırğa-5 qram-750 əyyar-400 manat, divan-kreslo (Azərbaycan istehsalı)-200 manat, Piano (Belarusiya)-300 manat, qonaq dəsti (Malayziya istehsalı)-700 manat, pərdə (Azərbaycan)-50 manat, lüstur-40 manat, stol-stul (6 ədəd) -200 manat, sandıq 2 ədəd-80 manat, tozsoran (Ov rica) -60 manat, yataq otağı mebeli (taxt, tumba, şifoner, (Malayziya istehsalı)-600 manat, pərdə-40 manat, lüstur-30 manat, taxt döşəyi-50 manat, tək döşək 4 ədəd (4x30)-120 manat, yorğan 4 ədəd (4x25)- 13 manat, 6 ədəd pasdel dəsti (6x20)120 manat, 4 ədəd odyal (4x25) - 100 manat, dəsmallar 6 ədəd əl-üz (8x6) - 48 manat, can dəsmalı 6 ədəd (10x6) - 60 manat, süfrə 5 ədəd (20x5) - 100 manat, 6 yastıq (6x15) - 90 manat, pakrıval 1 dəst -50 manat, xalça 6 ədəd böyük (6x250) - 1500 manat, xalça 9 ədəd kiçik (9x150) - 1350 manat, mətbəx mebeli - 300 manat, ətçəkən (GEPPAS)-50 manat, soyuducu (ATLANT) - 200 manat, qab- qacaq-50 manat, yemək servizi 2 dəst - 200 manat, çaynı serviz 3 dəst (3x40) - 120 manat, qrafin dəsti - 30 manat, meyvə və şirniyyat qabı 12 ədəd (12x20) - 240 manat, dan 2 ədə d (2x20) - 40 manat, kofe üyüdən - 15 manat, samovar 30 manat, blender - 20 manat, çəngəl-bıçaq dəsti - 25 manat, qazan dəsti -40 manat, böyük stol 1 ədəd - 300 manat, çay dəsmalı 12 ədəd (12x2) 24 manat, əl-üz dəsmalı 7 ədəd (7x8) 56 manat natura şəklində, naturada verilməsi mümkün olmadıqda həmin əmlakın dəyərində pulun qətnamənin icra olunduğu vaxt alınıb İddiaçı verilməsi, Cavabdeh 2 ədəd kurtka, 1 ədəd plaş, 1 ədəd palto, 1 ədəd jilet, 1 ədəd cins jilet, 5 ədəd yun kofta, 2 ədəd şalvar, 2 ədəd don, 2 cüt ayaqqabı, 2 cüt çəkmə, 2 ədəd köynək, 2 ədəd yubka, 1 ədəd şalın natura şəklində alınıb İddiaçı verilməsi, Cavabdeh birgə nikah dövründə əldə olunmuş paltaryuyan maşın (Atlant) 150 manat, qaz sobası - 50 manat, kondisioner (80-lik) - 210 manat, elektrik sobası (iltimat) 50 manat natur ada ½ hissəsinin natura şəklində, mümkün olmadıqda yarı dəyərinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh qarşılıqlı iddia tələbinin qismən təmin olunaraq birgə nikah dövründə əldə olunmuş paltaryuyan maşın (Atlant) - 150 manat, qaz sobası - 50 manat, kondisioner (80-lik) - 200 manat, elektrik sobası (iltimat) - 50 manat 1/2 payının müəyyən olunması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, tələb olunan cehiz əmlakların sayı barədə tərəflərin fikri öyrənilmiş, bununla bağlı aşağıdakı qənaətə gəlmiş, həmçinin iddiaçının tələb etdiyi əmlakların real bazar dəyərinin müəyyən edilməsindən ötrü Bərdə şəhər İctimai iaşə Birliyi tərəfindən rəyin verilməsi tapşırılmış və sözügedən əmlaklara yerində baxış keçirməklə qiymət qoyulmuşdur. Divan kreslo (Azərbaycan istehsalı)-200 manat, Piano (Belorusiya)-300 manat, qonaq dəsti (Malayziya istehsalı)-700 manat, pərdə (Azərbaycan)-50 manat, lüstur-40 manat, stol-stul (6 ədəd) -200 manat, sandıq 2 ədəd-80 manat, tozsoran (Ovrica) -60 manat, yataq otağı mebeli (taxt, tumba, şifoner, (Malayziya istehsalı))-600 manat, pərdə-40 manat, lüstur-30 manat, taxt döşəyi-50 manat, tək döşək 4 ədəd (4x30)-120 manat, yorğan 4 ədəd (4x25)-100 manat, 6 ədəd pasdel dəsti (6x20)-120 manat, 4 ədəd odyal 4x25) - 100 manat, dəsmallar 6 ədəd əl-üz (8x6) - 48 manat, can dəsmalı 6 ədəd (10x6) - 60 manat, süfrə 5 ədəd (20x5) - 100 manat, 6 yastıq (6x15) - 90 manat, pakrıval 1 dəst -50 manat, xalça 6 ədəd böyük (6x250) 1500 manat, xalça 9 ədəd kiçik (9x150) - 1350 manat, mətbəx Mebeli - 300 manat, ətçəkən (GEPPAS)-50 manat, soyuducu (ATLANT) - 213 manat, qab-qacaq-50 manat, yemək servizi 2 dəst - 200 manat, çaynı serviz 3 dəst (3x40)- 120 manat, qrafin dəsti - 30 manat, meyvə və şirniyyat qabı 12 ədəd (12x20) - 240 manat, güldan 2 ədəd (2x20) - 40 manat, kofe üyüdən 15 manat, samovar - 30 manat, blender - 20 manat, çəngəl-bıçaq dəsti - 25 manat, qazan dəsti -40 manat, böyük stol 1 ədəd -300 manat, çay dəsmalı 12 ədəd (12x2) 24 manat, əl-üz dəsmalı 7 ədəd (7x8) 56 manat. Cavabdeh iddiaçıya məxsus paltarları etiraf edərək evdə olduğunu bildirmişdir. Həmin əmlakların 2 ədəd kurtka, 1 ədəd plaş, 1 ədəd palto, 1 ədəd jilet, 1 ədəd cins e:. 5 ədəd yun kofta, 2 ədəd şalvar, 2 ədəd don, 2 cüt ayaqqabı, 2 cüt çəkmə, 2 ədəd köynək, 2 ədəd yubka, 1 ədəd şal olduğunu bildirmişdir. Məhkəmə həmçinin aşağıdakı əmlakları birgə nikah dövründə əldə edilmiş əmlak kimi müəyyən etmişdir: Paltaryuyan maşın (Atlant) - 150 manat, qaz sobası - 50 manat, kondisioner (80-lik)-200 manat, elektrik sobası (İltimat) - 50 manat. Məhkəmə qızıl-zinət əşyaları ilə bağlı qeyd edir ki, Cavabdeh əvvəlcə bildirmişdir ki, həmin qızıl-zinət əşyalarını iddiaçı özü ilə aparmış, sonradan isə həmin əmlakların vaxti ilə girova qoyulmasını bildirmiş, bununla bağlı girov müqavilələrini məhkəməyə təqdim etmişdir. Məhkəmə həmin girov müqavilələrini nəzərdən keçirib müəyyən etmişdir ki, həmin müqavilələr müvafiq kredit təşkilatları ilə müxtəlif vaxtlarda X3, X1, Cavabdeh, X2 arasında bağlanmışdır. Cavabdeh etirazını onunla əsaslandırmışdır k i, iddiaçının qohumları tərəfindən əmlaklar girova goyulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin əmlakların çeşidinə və sayına baxdıqda iddiada nəzərdə tutulan əmlaklarla uyğun gəlmir. Həmçinin həmin əmlakların girov müqaviləsinin tərəflərinin şəxsi mülkiyyətində olmamasını cavabdeh sübut edə bilməmişdir. Məhkəmə həmçinin İddiaçı evi tərk etməsi halını da nəzərə almış və müəyyən etmişdir ki, iddiaçı evdən qovularaq evi tərk etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, artıq yuxarıda hansı əmlakların birgə nikah dövründə olması və dəyərinin nə qədər olması müəyyən olunmuş və həmin əşyaların məhz Cavabdeh sahibliyində olmasını da müəyyən etmişdir. Belə ki, həmin əşyalar ona məxsus evdə saxlanılır. Ona görə də Cavabdeh birgə nikah dövründə əldə olunmuş paltaryuya n maşın (Atlant) 150 manat, qaz sobası - 50 manat, kondisioner (80-lik) - 230 manat, elektrik sobası (İltimat) 50 manat ½ payı müəyyən olunmalıdır. O ki, qaldı qarşılıqlı iddia tələbinin 6 qr 480 manat, sırğa 5 qr 400 manat, sep 10 qr 500 manat, klonlar 2 və 3 qr 250 manat və ona aldıqları 5 qr 585 əyyar 250 manatlıq dəyəri olan nişan üzüyünün naturada və ya onlar olmadığı təqdirdə dəyərinin tam şəkildə alınıb ona verilməsinə münasibətdə məhkəmə yenə də yuxarıda qeyd olunan mövqeyini əsas gətirərək cavabdehin məcburi şəkildə evdən qovulmasını əsas tutaraq tələbin həmin hissədə rədd olunması qənaətinə gəlir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2-ci və Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 14.2, 77.1,88 217.4 218.3, 222.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin qızıl-zinət əşyaları hissəsində bütünlüklə rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fikrət Mehtiyev- sədrlik edən və məruzəçi, Rəhman Muradov, Rəşad Mamedov) 2(104)-1661/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bərdə Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2(021)-1982/2020 nömrə li qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, qızıl-zinət əşyalarının mövcudluğu mübahisə olunmur. Cavabdeh isə özünü müdafiə üsulu kimi, iddiaçının əşyaların girov qoyub pul götürməsini bildirsə də, təqdim etdiyi girov müqavilələrində girov qoyan kimi İddiaçı çıxış etməmişdir. Bununla belə həmin girov müqavilələrdə olan əşyaların çeşidi iddiada göstərilən əşyaları ilə eynilik təşkil etməmişdir. Beləliklə də cavabdeh tərəf öz etirazlarının əsası istinad etdiyi dəlilləri nə birinci nə də ki, apelyasiya instansiya məhkə məsinə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası iddiaçı tərəfin dəlillərini əsaslı hesab edərək hesab edir ki, iddiaçı mülkiyyətində olan əmlaklara istifadəyə nəzarətdən məhrum olunduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddianı qızıl-zinət əşyaları hissəsində təmin etmişdir. Eyni zamanda kollegiya cavabdeh iddiaçı tərəfindən 20 qramlıq sepin öz müalicəsi üçün satdığını bildirsə də, nə müalicə olunması barədə sənədləri nə də ki, bunu təsdiq edən digər sübutları təqdim edə bilməmişdir. Həmçinin sırğaların onun uşaqlarına məxsus olması barədə cavabdeh tərəfin dəlilləri məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı apelyasiya şikayətində birinc i instansiya məhkəməsinin qətnaməsinin yalnız qızıl-zinət əşyaları hissəsinin əsassız olmasına münasibət bildirmiş digər hissələrdə qətnamənin əsassız olub-olmamasına toxunmamışdır. Lakin qətnaməm qətnamənin tam ləğv olunmasmı xahiş etmişdir. Ona gorə də Kollegiya hesab edir ki. həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilə bilməz. Beləliklə də işin araşdırıİmış halları ilə müəyyən edilmişdir kı həqiqətən də iddiaçı evdən gedərkən əmlaklara istifadəyə nəzarətdən məhrum olmuş, onları aparmaq imkanı olmamışdır. Cavabdeh tərəf isə həmin əşyaları qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan əmlakı iddiaçıya qaytarılmalıdır. Beləliklə də işin araşdırılmış halları və i ş materialları ilə iddiaçının öz mülkiyyətində olan əmlakına istifadəyə nəzarətdən məhrum olunması öz təsdiqini tapmışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qızıl-zinət əşyaları İddiaçı olaola ondan istəməsi və bu barədə heç bir sübut təqdim edə bilməməsini nəzərə almayan məhkəmə yekunda qanunazidd qətnamə çıxarmışdır. İlk iddiaçının uşaqlarına məxsus qızıllar özündə ola-ola ondan istəməsi onun valideynlik hissələrindən çox qızıl, cehiz və pul həvəsində olmasını aydın göstərir. İşə baxan məhkəmələr ilk iddiaçının xeyrinə qətnamə qəbul edərkən özünün işə əlavə etdiyi banka qızılları girov qoyub pul götürməsi barədə sənədi əsas tutur. Ancaq bankda olan sənədlər özünün adına olmasına baxmayaraq qızılları girov qoyub götürdüyü pulu İddiaçı və onun qardaşına vermişdir. Ancaq sadalananların heç birinə əhəmiyyət verməyən Gəncə Apellyasiya Məhkəməsi apelyasiya şikayətini təmin etməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdı rılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin tam ləğvi xahiş edilsə də, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apelyasiya kollegiyasının qəbul etdiyi qətnaməni qızıl-zinət əşyaları hissəsində mübahisələndirmişdir. Odur ki, məhkəmə aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, ilk iddia üzrə cavabdeh qızıl-zinət əşyalarının bir hissəsinin girov qoyulub pul götürülərək ilk iddiaçının yaxın qohumlarına verilməsini, bir hissəsinin satılıb ilk iddiaçınnı müalicəsinə sərf edilməsini göstərmiş olsa da, hazırki kasasiya şikayətində qızıl-zinət əşyalarının ilk iddiaçının özündə olmasını göstərmişdir. Bundan əlavə, ilk iddia üzrə cavabdeh kasasiya şikayətində ilk iddiaçının uşaqlarına məxsus qızılları da ondan tələb etməsini göstərsə də, apelyasiya kollegiyasının vurğuladığı kimi qızılların uşaqlarına məxsusluğu barədə hər hansı sübuta istinad edə bilməmişdir. Odur ki, apelyasiya kollegiyası iddia tələbinin qızıl-zinət əşyaları hissəsi üzrə düzgün hüquqi mövqedə olmuşdur. Həmçinin qeyd edilməlidir ki, ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1761/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar