Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5678/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5678/21 (Açar sözlər: əmlak tələbi, sübutların qiymətləndirilməsi) Bakı şəhəri, 13 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl–zinət əşyalarının və ya onların dəyərinin alınması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-95 2/2021 nömrəli, 09 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh oğlu 17.06.2014-cü il tarixdə nikaha daxil olmuş, nikahları məhkəmə qətnaməsi ilə 10 mart 2020-ci il tarixdə pozulmuşdur.
2. Mübahisə tərəflər arasında iddiaçının qızıl və cehiz əmlaklarının qaytarılması ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, 10490 manatlıq dəyərində 16 adda qızıl, 3710 manatlıq dəyərində 5 adda məişət əşyalarının naturada və ya dəyərinin Cavabdeh oğlundan (bundan sonra cavabdeh) alınıb ona verilməsi barədə qətnamə çıxarılma sını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, nikaha daxil olarkən iddiaçıya hədiyyə edilmiş qızıl-zinət və cehiz əşyaları cavabdehdə qalmışdır. Cavabdeh həmin qızıl-zinət və cehiz əşyalarını könüllü olaraq qaytarmaqdan imtina edir.
5. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2, 225.2-ci, Ailə Məcəlləsinin 32.1 və 34.1-ci maddələrinə istinad etmişdir.
6. Cavabdehin vəkili və nümayəndəsi Vəkil iddiya etiraz edib. Etirazn dəllləri: - iddiaçının iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyaları uydurmadır. Cavabdeh özünə məxsus olan qızları özündə saxlayıb; - cavabdehin həmin qızıllardan xəbəri olmayıb; - cehiz əşyası kimi göstərilən mətbəx mebeli və kondisioner ümumiyyətlə mövcud olmayıb; - soyuducunu boşanmamışdan əvvəl iddiaçı özü satıb, paltaryuyan maşını i sə özü ilə aparıb; - həmçinin iddiaçı cavabdehin yaşadığı Bərdə şəhərində yerləşən evin bir otağını bağlayıb, həmin otağın açarı da iddiaçıdadır.
7. Ağdam Rayon Məhkəməsinin 2(013)-1020/2020 nömrəli, 04.09.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Rafiq Məmmədov).
8. Birinci instansiya məhkəməsi iş materiallarına, şahid ifadələrinə əsasən qeyd edib ki, iddiaçı iddia tələbini sübut edə bilməyib, iddiaçıya iddia ərizəsində göstərilmiş qızılzinət, cehiz əşyalarının və ya onların dəyərinin alınıb ona verilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı bu barədə məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 225.2, Ailə Məcəlləsinin 34.1, Mülki Pros essual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı X3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Apellyaisya şikayətinin dəlilləri: - birinci instansiya məhkənəsi onun tərəfindən təqdim edilən dəlil və sübutları nəzərə almamışdır; - onun gətirdiyi şahidlər səthi dindirmiş, hətta qızılların cavabdeh tərəfindən "xxxx" ASC-nin Bərdə rayon filialına girov qoyulduğunu bildirsə də, məhkəmə buna əhəmiyyət verməmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-952/2021 nömrəli, 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 2(013)-1020/2020 nömrəli, 04.09.2020-ci il tarixli qətnaməsi l əğv edilmiş, yeni qətnamə çıxarılmaqla idia tələbi qismən təmin edilmiş 2100 manat dəyərində kale dəsti (boyunbağı 18 qram 583 əyarlı, bilərzik 8 qramlı 585 əyarlı, sırğa-üzük dəsti 9 qram 585 əyarlı, cəmi 35 qram), dəyəri 730 manat, 583 əyarlı çəkisi 8 qram olan beş qaşlı nişan üzüyü, 800 manat dəyərində 750 əyarlı 10 qram çəkisi olan boyunbağı, 820 manat dəyərində 585 əyarlı çəkisi 15 qram olan klon sal, 280 manat dəyərində 585 əyarlı çəkisi 5 qram olan üzük, 550 manat dəyərində 585 əyarlı, çəkisi 10 qram olan bilərzik, 1070 manat dəyərində, 583 əyarlı 19,7 qram çəkidə lentvari boyunbağı, 175 manat dəyərində 583 əyarlı, çəkisi 3,5 qram olan klon, 220 manat dəyərində 585 əyarlı, çəkisi 4,2 qram olan üzük, 330 manat dəyərində 585 əyarı çəkisi 6 qram olan halqalı sırğa, 1100 manat dəyərində 583 əyarlı, çəkisi 20 qram olan bilərzik, 400 manat dəyərində 583 əyarlı, 7.5 qram çəkidə olan ad yazılı klon və 900 manat dəyərində soyuducudan ibarət əşyaların naturada, həmin əşyalar naturada mövcud olmadığı halda isə onların dəyərinin Cavabdeh alınaraq iddiaçı X2 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Şamil Rzaquliyev)
13. Apellyasiya instansiyası müəyyən etmişdir ki, "xxxx" ASC ilə bağlanmış 13 fevral 2015-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyan Cavabdeh 19.7 qram çəkidə 585 əyarlı bir ədəd boyunbağı, 1.9 qram çəkidə 585 əyarlı və 4.2 qram çəkidə 585 əyarlı bir ədəd üzük, 8 qram çəkidə 585 əyarlı bir ədəd barmaqcıl və 3.5 qram çəkidə 585 əyarlı bir ədəd klondan ibarət qızıl-zinət əşyalarını 13 fevral 2015-ci il tarixli kredit müqaviləsinin təminatı qismində girov qoymuşdur. 17 iyun 2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair saziş və girov müqaviləsinə əlavəyə əsasən kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti 17 dekabr 2018-ci il tarixədək uzadılmışdır.
14. Apellyasiya instansiyası qeyd edib ki, cavabdeh tərəf qeyd olunan qızılların bacısına məxsus olduğunu iddia etsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Digər tərəfdən tərəflərin evliliyi vaxtı cavabdehin bacısına məxsus qızılları girov qoyması ehtimalı da inandırıcıdır. Qeyd edilən halda cavabdehin arvadına məxsus qızılları girov qoyması ehtimalı daha inandırıcı hesab edilməkdədir.
15. Apelly asiya instansiyası məhkəməsinə görə girov qoyulmuş qızıllarla iddiaçının tələb etdiyi qızıl-zinət əşyalar arasında cüzi çəki fərqləri ilə eyniliyin olması da müəyyən edilmişdir ki, bu da iddiaçıya məxsus qızıl-zinət əşyalarının cavabdehdə qaldığı qənaətinə gəlməyə əsas verir.
16. Bununla belə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı qızıl-zinət əşyarından iki ədəd çinar boyunbağının, brilyant qaşlı 6 qram çəkidə olan üzüyün və 6 qram çəkidə üzüyün mövcudluğunu sübuta yetirməmişdir. Digər qızıl-zinət əşyalarının mövcudluğu isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillər və girova dair bank sənədləri ilə təsdiq edilmişdir.
17. Apellyasiya instansiyası hesab edib ki, girov sənədində mövcudluğu təsdiq olunan qızıl-zinət əşyaları həmin sənəddə qeyd olunan çəkil ər nəzərə alınmaqla cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin, girov sənədinə əsasən bank tərəfindən qızılın 1 qramının dəyəri 19 manatdan götürülmüşdür ki, qeyd olunan qiymət hazırkı zamana olan dəyərlə uyğun deyildir. Buna görə də qızıl əşyalarının dəyəri iddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə müvafiq olaraq müəyyən edilməlidir.
18. Apellyasiya instansiyası iddiaçı tərəfindən tələb edilən məişət əşyalarına münasibətdə də qeyd edib ki, iddiaçı tərəfindən 850 manat dəyərində paltaryuyan maşın, 160 manat dəyərində “Qalaksi” markalı elektrik sobası, 1100 manat dəyərində kondinsioner və 700 manat dəyərində mətbəx mebelindən ibarət əşyaların mövcudluğu ilə bağlı iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. İddiaçı ilk dəfə əl ilə işləyən paltaryuyan ma şını, daha sonra isə avtomat paltaryuyan maşını alındığını, əl ilə işləyən paltaryuyan maşını özü apardığını, digərinin isə cavabdehdə qaldığını iddia etsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmiş, həmçinin cehiz qismində iki paltaryuyan maşının alınması da inandırıcı olmadığından, qeyd olunan məişət əşyaları hissəsində iddia təmin edilməməlidir.
19. Apellyasiya instansiyası hesab etmişdir ki, cavabdehdən tələb edilən soyuducu hissəsində iddia təmin edilməlidir. Belə ki, soyuducunun mövcudluğu cavabdeh tərəfindən etiraf edilməklə, həmin soyuducunun iddiaçı tərəfindən satıldığı bildirilmişdir. İddiaçı isə soyuducunun cavabdeh tərəfindən satıldığını bildirmişdir ki, işin hallarına əsasən iddiaçının izahatı inandırıcı hesab edilməlidir. Belə ki, qadın olaraq iddiaçını n soyuducuya müştəri tapması və satması ehtimalı cavabdehə münasibətdə daha az ehtimal olunandır.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 225.1-225.3-cü Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İddiaçını n qeyd etdiyi qızıl-zinət əşyaları heç bir zaman olmayıb. Cavabdeh məcburi köçkün olmaqla yanaşı Bərdə şəhəri Mərkəzi Rayon xəstəxanası ilə üzbəüz binada balaca bir evdə məskunlaşıb yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir və iddiaçının qeyd etdiyi qızılları almağa heç bir zaman maddi imkanı yol verməyib; - iddiaçının birinci instansiya məhkəməsində təqdim etdiyi foto şəkillər isə evlənməmişdən öncə çəkilmiş şəkillərdir və evləndikləri zamandan sonra cavabdeh saçlarının rənglərini dəyişərək sarı etmişdir; - həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiyi və tələb etdiyi qızıl-zinət əşyalarından 583 əyarlı çəkisi 8 qram olan beş qaşlı nişan üzüyü 680 manat olduğu halda məhkəmə qətnamənin nəticə hissəsində 730 manat, 583 əyarlı çəkisi 19,7 qram olan lentvari boyunbağı 1100 manat olduğu h alda 1070 manat olaraq qeyd etmişdir; - iddiaçı iddia ərizəsində tələb etdiyi qızıl-zinət əşyalarının siyahısında 175 manat dəyərində 583 əyarlı, çəkisi 3,5 qram olan klonu qeyd etmədiyi halda, məhkəmə "xxxx" tərəfindən verilmiş girov müqaviləsinə baxaraq qətnamənin nəticə hissəsində 175 manat dəyərində 583 əyarlı, çəkisi 3,5 qram olan klonu qeyd etmişdir. Buradan da görünür ki, məhkəmə iddia predmentindən kənara çıxmışdır; - qəbul olunmuş qətnamə heç bir ekspertiza təyin edilmədən qəbul olunmuşdur; - təmin olunmuş 900 manat dəyərində soyuducu iddiaçının qardaşı vasitəsilə dayısının iştirakı ilə satılmışdır. Soyuducu satılan zaman isə cavabdeh Bakı şəhərində işləyirdi və həmin zaman Bərdə rayonunda deyildi. Soyuducunun satılması və pulunun necə xərclənməsi barədə cavabdehin heç bir məlumat ım olmamışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazın dəlilləri
23. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
25. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasına teleqram ünvanlayaraq yas məclisi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işin təxirə salınmasını xahiş etmişdir. Teleqramda göstərilən xüsusatla bağlı sübut əlavə edimədiyi üçün məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilə n hüquq Mülki Məcəllə Maddə 157.2-ci maddəsinə əsasən sahibliyindən öz əmlakını geri tələb edə bilər. isə mülkiyyətçi özgəsinin qanunsuz Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün ka ssasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində qətnamənin ləğvi məs ələsi qoyulsa da, şikayətin məzmunundan görünür ki, qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirilir. Bu baxımdan məhkəmə kollegiyası qətnaməni iddianın təmin edilən hissəsində yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilən hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının müəyyən edilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
29. İşdən görünür ki, iddiaçı cavabdehdən qızıl-zinət və məişət əşyalarının alınmasını tələb edir. İşin mübahisəli halı həmin əşyaların hazırda cavabdehdə olması və onların dəyəridir.
30. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi i ddianı qismən təmin edərkən "xxxx" ASC ilə bağlanmış 13 fevral 2015-ci il tarixli girov müqaviləsinə və qızıl-zinət əşyalarının mövcudluğu ilə bağlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərə istinad etmişdir.
31. Lakin apellyasiya məhkəməsinin istinad etdiyi girov müqaviləsinə əsasən girov qoyan Cavabdeh 19.7 qram çəkidə 585 əyarlı bir ədəd boyunbağı, 1.9 qram çəkidə 585 əyarlı və 4.2 qram çəkidə 585 əyarlı bir ədəd üzük, 8 qram çəkidə 585 əyarlı bir ədəd barmaqcıl və 3.5 qram çəkidə 585 əyarlı bir ədəd klondan ibarət qızıl-zinət əşyalarını 13 fevral 2015-ci il tarixli kredit müqaviləsinin təminatı qismində girov qoymuşdur.
32. Əvvəla, göründüyü kimi, girov müqaviləsi üzrə banka 5 adda qızıl-zinət əşyaları girov qoyulsa da, apellyasiya məhkəməsi həmin müqavilədə göstərilənl ərdən əlavə də qızıl əşyalarının cavabdehdən tutulmasını qət etmiş, digər qızılların cavabdehdə olmasının da fotoşəkilllərlə təsdiq edilməsinə istinad etmişdir. İddiaçının istinad etdiyi halın fotoşəkillərdən savayı, daha nə ilə sübut edilməsini apellyasiya məhkəməsi qətnamədə göstərməmiş, əmlakların cavabdehdə olması halının təsdiqi kimi fotoşəkillərin nə dərəcədə mötəbər sübut olmasına qiymət verməmişdir.
33. Bundan əlavə, 2015-ci ildə girov qoyulmuş qızılların hazırda harada və kimdə olması (cavabdehə qaytarılıb-qaytarılmaması, tələbə yönəlib-yönəlməməsi və s.) halına aydınlıq gətirilmədən yalnız həmin qızılların girov qoyulması faktına söykənməklə iddianın təmin edilməsi əsaslı sayıla bilməz.
34. Eyni pozuntu soyuducuya münasibətdə də təkrarlanmış, apellyasiya məhkəməsi soyuducu ilə də bağlı hər hansı mötəbər və ziddiyyətsiz sübutlara istinad etməmişdir.
35. Prosessual qanunvericilik tələb edir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, qızılların qiyməti ilə bağlı gəlinən nəticə də qanuni və əsaslı deyil.
37. Apellyasiya məhkəməsi girov sənədinə əsasən bank tərəfindən qızılın 1 qramının dəyərinin 19 manatdan götürülməsi ilə razılaşmayaraq həmin qiymətləri hazırkı zamana olan dəyərə uyğun hesab etməmiş və əmlakların dəyərini iddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə (i.v. 8) müvafiq olaraq müəyyən etmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin girov sənədinə əsasən bank tərəfindən qızılın 1 qramının dəyərinin 19 manatdan götürülməsi ilə razılaşmamasını qəbul etsə də, qiyməti müəyyən etmək üçün mütəxəssis rəyinə istinad etməsini qəbul etmir. Çünki apellyasiya məhkəməsi həmin rəyi Mülki Prosessual Məcəllənini 88-ci maddəsinin tələbinə uyğun olaraq qiymətləndirməmiş, həmin rəyin mötəbərliyi ilə bağlı mövqeyini əsaslandırmamışdır.
39. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
40. Məhkəmə kollegiyası qeyd edir ki, bu normanın tətbiqi üçün əmlakı tələb edən şəxs mülkiyyətçi olmalı və əmlak özgənin qanunsuz sahibliyində olmalıdır. Qeyd edilən normanın dispoziti v şərtindən biri olan əmlakın özgənin qanunsuz sahibliyində olması halı müəyyən edilmədən həmin normanın tətbiqi istisna edilir. Hazırki işdə də iddiaçının tələb etdiyi əmlakların cavabdehin qanunsuz sahibliyində olması halı sübutların qanunvericiliyin tələblərinə uyğun olmayan qiymətləndirilməsi ilə müəyyən edilmişdir. Bu baxımdan, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri işin hallarına uyğun gəlmir.
41. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, q anunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 43. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
44. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı ol ması barədə tələbinin məqsədlərindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır.
45. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilən hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yuxarıda qeyd olunan prosessual normaların tələblərinə cavab vermir.
46. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam və hərtərəfli araşdırmamışdır. Bu səbəbdən iddianın təmin edilən hissəsində onun gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. 4
7. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin edilən hissəsində) ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, sübutlara prosessual qanunvericiliyin tələblərinə uyğun qiymət verməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilsin. Gəncə Apel yasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-952/2021 nömrəli, 09 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin edilən hissəsində) ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.