Məhkəmə qərarları › İş №2(102)-568/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-568/2023

13.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-568/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2( 103)-6954/2022 nömrəli iş üzrə 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı, Cəmiyyətin İdari işlər bölməsinə nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin şərtlərinə əsasən işçinin əmək haqqı 160 manat, iş vaxtı saat 09:00-dan saat 21:00-dək, nahar vaxtı saat 14:00-dan saat 16:00-dək müəyyən edilmişdir.

2. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə görə, iddiaçı, Cəmiyyətin İdari işlər şöbəsinə nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin şərtlərinə əsasən işçiyə hər ay 432 m anat əmək haqqı ödənilir; işçinin iş saatları gündə 7 saatdan çox olmamaqla növbə cədvəlləri əsasında təyin edilir; işçiyə hər iş günündə iş başlayandan 4 saat sonra 2 saat istirahət və yemək fasiləsi verilir. 3. "xxxx" MMC-nin İdari işlər şöbəsində şöbə müdiri vəzifəsində işləyən X9, İdari işlər şöbəsində inzibati işlər üzrə baş mütəxəssis vəzifəsində işləyən X4, Pərakəndə satış departamentində mağaza müdiri vəzifəsində işləyən X14, İnsan resursları departamentinin əməliyyat bölməsinin rəhbəri X16 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən MMC-nin İdari işlər şöbəsində nəzarətçi vəzifəsində işləyən İddiaçı vəzifə öhdəliklərini yerinə yetirən zaman subordinasiya qaydalarına riayət etmir. Belə ki, nəzarətçi mağazaya gələn şirkət nümayəndəsi ilə kobud şəkildə və əl-qol hə rəkətləri ilə danışaraq aşkar hörmətsizlik nümayiş etdirmiş, məsələnin araşdırılması üçün İnsan resursları departamentinə göndərildikdə belə eyni formada davranışı davam etdirmiş və hadisə ilə bağlı izahat yazmaqdan kobud formada boyun qaçırmışdır. 4. "xxxx" MMC-nin Baş direktorunun xx.xx.2022-ci il tarixli “34T” nömrəli əmri ilə rəhbərliyin qanuni təlimatlarını yerinə yetirməkdən boyun qaçırdığına, üst rəhbərlərinə münasibətdə subordinasiya qaydalarına riayət etmədiyinə və onlarla kobud rəftar etdiyinə, nəticədə müəssisə daxili iş ahəngi və daxili nizam-intizam qaydaları kobud şəkildə pozulduğuna görə İdari işlər şöbəsində nəzarətçi vəzifəsində çalışan İddiaçı Ələddin oğluna Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (əmək funksiyasının qaydalarını pozduğuna görə) töhmət verilmiş, əmək intizamı və müəssisədaxili intizam qaydalarına əməl edilməsində əsaslı dönüş yaratması, belə halların təkrarlanacağı təqdirdə barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən daha ciddi tədbirlər görüləcəyi nəzərinə çatdırılmışdır. 5. "xxxx" MMC-nin Təhlükəsizliyə nəzarət şöbəsində şöbə müdiri vəzifəsində işləyən X10, İdari işlər şöbəsində şöbə müdiri vəzifəsində işləyən X9, İdari işlər şöbəsində inzibati işlər üzrə baş mütəxəssis vəzifəsində işləyən X4 və pərakəndə satış departamentində satıcı (meyvə-tərəvəz) vəzifəsində işləyən X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə vəzifə öhdəliyini yerinə yetirməyərək, mal qəbul otağını və anbarı nəzarətsiz qoymuş, uzun bir müddət tele fon ilə danışmış, həmçinin, mağazanı tərk edən işçiləri və qəbul edilən malları yoxlamamışdır. Bu halı təsbit edən Təhlükəsizliyə nəzarət şöbəsinin müdiri XXX ona öz iradını bildirsə də, İddiaçı bu dəfə də vəzifə səlahiyyətlərini və subordinasiya qaydalarını ciddi şəkildə pozaraq tabesizlik göstərmiş və XXXla kobud şəkildə danışmışdır. İddiaçı artıq heç bir xəbərdarlıq və intizam tənbehlərinə məhəl qoymur, rəhbər şəxslərlə çox kobud şəkildə davranış sərgiləyir və mağazada olan digər bütün işçilərə çox mənfi nümunə olur. 6. "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli Ümumi Yığıncağının protokoluna əsasən İdari işlər şöbəsində nəzarətçi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi ilə bağlı məsələyə baxılmış, Komitə tərəfindən x x.xx.2022-ci il tarixindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi qanunauyğun hesab edilmişdir. İddiaçı Həmkarlar İttifaqı Komitəsinin yığıncağına qatılmamışdır.

7. İddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə" bəndinin (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) tələblərini pozması səbəbi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən İşəgötürənin xx.x x.2022-ci il tarixli əmri ilə xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin baş direktorunun xx.xx.2022-ci il tarixli 1326 К nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddianın əsaslarına görə, xx.xx.2022-ci il tarixdə 07:00 radələrində XXX1 (“XXX" MMC əməkdaşı) əmək fəaliyyətini yoxlamağa gəlmiş və yoxlama nəticəsində idarəyə ondan narazı olduğunu bildirmişdir. Bu səbəbdən də Cavabdeh1 MMC-nin əsas idarəsinə çağırılmış, baş vermiş hadisə barədə danışdıqdan sonra heç bir təqsirinin olmadığı bildirilmiş və ertəsi gün adi qaydada işə ge tmişdir. Buna baxmayaraq, xx.xx.2022-ci il tarixdə işdən sonra saat 17:30 radələrində işlədiyi ərazi üzrə sahə rəhbəri XXX2 ("xxxx" MMC əməkdaşı) ona zəng edərək bildirmişdir ki, “sən sabahdan işə gəlmə! Disiplin (yəni şirkətdaxili araşdırma komissiyası) keçirilən günədək işə getməyəcəksən”. Onun bildirdiyinə görə şirkətin daxili araşdırma komissiyası araşdırma ilə bağlı qərarı verib. XXX2un tabeliyində olduğundan və onun təlimatı əsasında işlədiyi üçün səhəri gün artıq işə çıxmamışdır. xx.xx.2022-ci il tarixdə ƏƏSMN X8 gedərək işə çıxmadığı və Cavabdeh1 MMC-yə aidiyyəti olmayan "xxxx" MMC-nin əməkdaşları olan XXX1, XXX, XXX3, XXX2, XXX4 tərəfindən əsassız olaraq barəsində yoxlamanın aparıldığını bildirmişdr. Cavabdeh1 MMC ilə əmək müqaviləsi bağladığı üçün “XXX” MMC-yə hansısa tabeçiliyin in olduğundan məlumatlı deyildi. Bütün bunları dəqiqləşdirmək üçün xx.xx.2022ci il tarixdə şirkətə yazılı müraciət ünvanlamışdır. Nəyə görə "xxxx" MMC-nin əməkdaşları tərəfində yoxlanılmağına dair heç bir əsaslı cavab verilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 10:00-da şirkətin daxili araşdırma komissiyasına çağrılmış və aparılmış yoxlama ilə bağlı sorğu-sual edilmişdir. Komissiya tərəfindən yol verdiyi pozuntuya görə töhmət veriləcəyi bildirilmişdir. Töhmətlə razılaşmadığını bildirərək məsələnin yenidən və obyektiv araşdırılmasını xahiş etmiş, lakin, qərarla razılaşması bildirilmiş və əks halda iş yerinin dəyişdiriləcəyi ilə hədələnmişdir. xx.xx.2022-ci tarixdə iş yeri yaşadığı yerdən 35 km uzaq məsafədə olan Nəsimi 2 Cavabdeh1 mağazasına dəyişdirilmiş və qeyd edilmişdir ki, “əgər bir d aha narazılıq etsən səni daha uzaqda yerləşən mağazalara göndərəcəyik”. Hesab edir ki, işəgötürən və onun vəzifəli şəxsləri ona qarşı qərəzli mövqe tutmuşlar. Ona görə ki, dəfələrə onlarla nahar fasiləsinin verilməməsi və ya hər həftə əlavə bir növbə artıq işlərə cəlb edilməsi ilə bağlı mübahisələr etmiş, bundan sonra ona qarşı qərəzli mövqe tutmaqla təzyiqlərin başladığını hiss etmişdir. İşdən çıxarılmasına əsl səbəb şirkətdaxili araşdırma komissiyasında işəgötürən tərəfindən qeyri-qanuni tələblərin mövcudluğu barədə söylədikləri olmuşdur. Bu günə kimi daxili intizam qaydalarını heç vaxt pozmamış və heç bir intizam tənbeh tədbiri almamışdır. Hətta iş zamani xəsarət aldığı zaman şirkətin mənafeyini üstün tutub, adı hallanıb mənfi rəy gəlməsin deyə şikayət etməmiş və təzminat istəməmişdir. Öz əqidəsinə uyğun olaraq yaranmış bu vəziyyətdən sui-istifadə etməmişdir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4053/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur.

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Cavabdeh tərəfindən təqdim olunmuş video görüntülərə baxış keçirilərkən müəyyən olunur ki, birinci epizodda İddiaçı 19.4.2022-ci il tarixdə saat 15:17- də mağazanı tərk etmiş, 2 dəqiqə sonra isə, saat 15:19-da mağazaya qayıtmışdır. İkinci epizodda İddiaçı mağazaya qayıtdıqdan sonra qısa müddət ərzində daxil olmuş malların yerləşdirilməsi ilə məşğul olduğu görünür, onun X7 tabesizlik göstərməsi və onunla çox kobud şəkildə danışması, həmçinin, həmin halların digər işçilər tərəfindən müşahidə olunması müəyyən edilmir.... Konkret mübahisəyə gəldikdə, cavabdeh etirazının dəlili kimi bildirir ki, iddiaçıya töhmət verildikdən bir müddət sonra, xx.xx.2022-ci il tarixində iddiaçı vəzifə öhdəliklərini yerinə yetirməyərək çalışdığı Nəsimi-2 mağazasında mal qəbul otağını və anbar sahəsini nəzarətsiz qoyaraq həmin ərazini tərk edərək, uzun bir müddət telefonla danışmış və mağazaya gətirilən məhsullara, həmçinin işçilərə nəzarət etməyərək əmək funksiyalarını kobud şəkildə pozmuşdur. Əmək münasibətləri çərçivəsində iddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə, Cavabdeh1 Nəsimi-2 mağazasında əmək və icra intizamının normal iş ahəngi pozulmuşdur. İddiaçının əmək funksiyalarını düzgün yerinə yetirməməsi nəticəsində onunla rəhbəri XXX arasında münaqişə yaranmış, iddiaçı tərəfindən XXXa digər personalların müşahidə edə biləcəyi şəraitdə kobud rəftar edilmiş, nəticədə mağazada olan digər personallara çox mənfi nümunə olmuş, digər işçilərin də oxşar hərəkətlərə yol verməsinə şərait yaratmışdır. İşinə olan etinasızlığı, səhlənkarlığı digər işçilər üçün də neqativ təsir oyatmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh yuxarıda qeyd edildiyi kimi istinad etdiyi hallara dair sübutlar təqdim edə bilməmişdir. Digər bir tərəfdən, işin faktiki hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının yuxarıda qeyd edilən əmək funksiyasını pozması müəyyən edilsə də, bu pozuntunun xarakteri və ağırlıq dərəcəsi onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "ə" bəndinin tələblə rini pozması səbəbi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə mütənasib deyildir. İşəgötürən olan cavabdeh iddiaçının 2017-ci ildən Cəmiyyətdə qüsursuz işləməsini, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almadan onun barəsində ən ağır intizam tənbeh tədbirini tətbiq etmişdir. Habuki, qanunvericilik işəgötürənə imkan verir ki, əmək intizamının pozulmasına görə işçi barəsində qanunvericiliklə nəzərdə tutulmuş alternativ intizam tənbeh tədbirlərindən birini tətbiq etsin.”

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndi, 71-ci maddəsinin 3-cü hissəsi, 71-ci maddəsinin 3-cü hissəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Bir inci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlillərinə görə, video görüntülərə məhkəmə iclasında baxılmasına dair şifahi vəsatət verilsə də, məhkəmə buna münasibət bildirməmiş, görüntüləri məhkəmə iclasından kənar tədqiq edərək yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qətnamədə video görüntülərdə iddiaçının cəmi 2 dəqiqə mağazadan kənarda telefonla danışdığını və qısa müddət ərzində mağazaya qayıtdığını qeyd etmişdir. Bununla da iddiaçının yol verdiyi nöqsanları vəzifə öhdəliklərinin kiçik pozuntusu kimi qiymətləndirmiş və pozuntunun xarakteri və ağırlıq dərəcəsinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinn “ə” bəndinə əsasən ləğv edilməsi nə mütənasib olmadığını qeyd etmişdir. Halbuki məhkəmə iddiaçıya daha əvvəl də yol verdiyi əmək vəzifələrinin pozuntusuna görə tətbiq edilən intizam tənbeh tədbirini nəzərə almamışdır. İddiaçının iş yerində əmək vəzifələrini pozması çalışdığı mağazada firmaların mallarının düzgün və vaxtında təhvil alınmasına mane olmuş, iş yerində gərginliyə səbəb olmuş, o cümlədən iddiaçının bu məsələ ilə bağlı mərkəz ofisə dəvət olunması, xx.xx.2022-ci il tarixdə işə çıxmamasına, çalışdığı mağazada olmalı olan iki nəzarətçidən birinin iş yerində olmaması isə həm digər nəzarətçi əməkdaşın iş yükün artmasına, eyni zamanda iddiaçının işdə olmadığı müddətdən mağazaya yeni nəzarətçi təyin olunan müddətə qədər mağazanın normal iş ahəngi pozulmuşdur. Məhkəmə həmin halları nəzərə almamış, əmək kollektivinin h üquqlarının pozulmasını, normal iş ahənginin pozulmasını diqqətdən kənara qoymuş, işin faktiki hallarından aydınca görünən məsələlərin maddi sübutlarla sübut olunmadığını qeyd etmişdir. İddiaçı məhkəməyə şahid qismində X1 çağırılmasını və ifadə verməsini xahiş etmişdir. Məhkəməyə həmiş şəxsin işin halları barədə məlumatı olmadığını, iddiaçı ilə heç zaman eyni vaxtda birlikdə çalışmadığını göstərən sübutlar təqdim etsə də, verəcəyi ifadələrin iş üçün heç bir əhəmiyyəti olmayacağını bildirən yazılı vəsatət versə də, məhkəmə vəsatətə məhəl qoymadan şahidi məhkəmə iclasında dindirmiş, sonda isə vəsatətlə bağlı qərardad belə qəbul olunmamışdır.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6954/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Əmək Məcəlləsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər (maddə 70, ç). Bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamın ın normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 71). Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddə 72, bənd “ə”). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur (maddə 80). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda, həmçinin əmək müqaviləsinin ləğv edilməsinin əsası; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir (maddə 84.1). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər (maddə 84.2). Əmək qanunvericiliyinin yuxarıda istinad olunan müddəalarına əsasən işçi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öh dəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, iddianın əsaslı olub-olmadığına ilk növbədə mübahisələndirilən əmrin özünün əsaslı olub-olmaması, əmrdə kobud səhv kimi qeyd olunan halların əmək müqaviləsinin xitamına əsas verib-vermədiyi baxımından qiymət verilməlidir. Mübahisələndirilən əmrin məzmunundan göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən "xxxx" MMC-nin Baş Direktoru tərəfindən MMC-nin Həmkarlar İttifaqı Komitəsin ünvanlanmış xx.xx.2022-ci il tarixli təqdimat, "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsini n xx.xx.2022-ci il tarixli Ümumi Yığıncağının protokolu əsas götürmüşdür. Yəni, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 80ci maddəsinin tələblərinə əməl olunmuş və əmək müqaviləsinə xitam verilməsi üçün Həmkarlat İttifaqı Komitəsinin qabaqcadan razılığı alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının barəsində tətbiq olunmuş intizam tənbehinin onun törətdiyi xətanın xarakterinə və ağırlıq dərəcəsinə uyğun olmadığına və iddiaçının 2017-ci ildən qüsursuz işləməsinin işəgötürən tərəfindən nəzərə alınmadığına istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin müəyyən edilən hallarına zidd sayaraq qeyd edir ki, iddiaçının fəaliyyətində bundan əvvəl də qüsurlar olmuş, bununla bağlı aktlar tərtib edilmi ş, xx.xx.2022-ci il tarixli əmrlə barəsində töhmət növündə intizam tənbeh tədbiri tətbiq olunmuşdur. Məhz elə bu səbəbdən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi əsas götürülmüşdür. xx.xx.2022-ci il tarixli əmrlə verilmiş töhmət iddiaçının üzərindən götürülməmişdir və qüvvədədir. Belə ki, "xxxx" MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022- ci il tarixli akta əsasən iddiaçı vəzifə öhdəliklərini yerinə yetirən zaman subardinasiya qaydalarına riayət etməyərək mağazaya gələn şirkət nümayəndəsi ilə kobud şəkildə və əl- qol hərəkətləri ilə danışaraq aşkar hörmətsizlik nümayiş etdirmiş, məsələnin araşdırılması üçün insan resursları departamentinə göndərildikdə belə eyni formada davranışı davam etdirmiş və hadisə ilə bağlı izahat yaz maqdan kobud formada boyun qaçırmışdır. "xxxx" MMC-nin İdari işlər şöbə müdiri tərəfindən bu barədə Baş direktora xx.xx.2022-ci il tarixli Xidməti məlumat ünvanlanmış və "xxxx" MMC-nin Baş direktorunun xx.xx.2022-ci il tarixli “34T” nömrəli əmri ilə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (əmək funksiyasının qaydalarını pozduğuna görə) töhmət verilmiş, əmək intizamı və müəssisədaxili intizam qaydalarına əməl edilməsində əsaslı dönüş yaratması, belə halların təkrarlanacağı təqdirdə barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən daha ciddi tədbirlər görüləcəyi nəzərinə çatdırılmış, iddiaçı intizam tənbehi barədə məlumatlandırılmış, lakin əmrin nüsxəsini imzalayıb təhvil almaqdan imtina etmişdir. Həmin hadisədən sonra 6 ay ərzində, yəni xx.x x.2022-ci il tarixdə iddiaçı tərəfindən onunla əmək müqaviləsinin xitam verilməsinə səbəb olan ikinci xəta törədilmişdir. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə vəzifə öhdəliyini yerinə yetirməyərək mal qəbul otağını və anbarı nəzarətsiz qoymuş, uzun bir müddət telefon ilə danışmış, həmçinin, mağazanı tərk edən işçiləri və qəbul edilən malları yoxlamamışdır. Bu halı təsbit edən Təhlükəsizliyə nəzarət şöbəsinin müdiri XXX ona öz iradını bildirsə də, İddiaçı bu dəfə də vəzifə səlahiyyətlərini və subardinasiya qaydalarını ciddi şəkildə pozaraq tabesizlik göstərmiş və XXXla kobud danışmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iddiaçının xx.xx.2022-ci il tarixdə postu tərk edərək 24 dəqiqə telefonla danışdığını və anbarı nəzarətsiz qoyduğunu bildirdi. İddiaçı bu halı etiraf ed ərək həqiqətən də 24 dəqiqə telefonla danışdığını təsdiq etdi. Apellyasiya baxışı zamanı iddiaçının telefonla danışmasını əks etdirən kamera görüntülərinin olduğu disk də izlənildi və qeyd olunan hal təsdiq edildi. Göründüyü kimi, iddiaçı, barəsində tətbiq olunmuş intizam tənbehindən nəticə çıxarmamış, 6 ay ərzində eyni xarakterli pozuntu təkrarlanmış və bu dəfə işəgötürən iddiaçını işdən azad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş, hər hansı pozuntuya yol verilməmişdir. Bu baxımdan iddiaçının barəsində görülən intizam tənbeh tədbiri onun törətdiyi intizam xətasının xarakterinə və ağırlıq dərəcəsinə uyğun olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı MPM-nin 77-ci maddəsinin tə ləbinə əməl etməyərək öz iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.”

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11b, 70c, 72ə, 71.2, 71.3, 83.1, 186.2, 186.3-cü maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, birinici instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

19. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin 36-cı bəndində göstərilir ki, "xxxx" MMC-nin İdari işlər şöbə müdiri tərəfində bu barədə Baş direktora xx.xx.2022-ci il tarixli Xidməti məlumat ünvanlanmış və "xxxx" MMC-nin Baş direktorunun xx.xx.2022-ci il tarix “34T” nömrəli əmri ilə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (əmək funksiyasının qaydaların pozduğuna görə) töhmət verilmiş, əmək intizamı və müəssisədaxili intizam qaydalarına əməl edilməsində əsaslı dönüş yaratması, belə halların təkrarlanacağı təqdirdə barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən daha ciddi tədbirlər görüləcəyi nəzərinə çatdırılmış, iddiaç intizam tənbehi barədə məlumatlandırılmış, lakin əmrin nüsxəsini imzalayıb təhvil almaqdan imtina etmişdir. Cavabdehin və apellyasiya instansiyası məhkəməsinin istifadə etdiyi “əmək funksiyasının qaydalarını”nın nədən ibarət olduğu hələ də bizə məlum deyil. Eləcə də məhkəmə baxışı zaman ı da məhkəmə tərəfindən qətnamədə “əmək funksiyasının qaydalarını”nın nədən olduğuna aydınlıq gətirməməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində yalnız “əmək funksiyası” anlayışından istifadə edilir. Lakin, cavabdehin istifadə etdiyi “əmək funksiyasının qaydaları” anlayışının hansı qanunvericilik aktından götürdüyü məlum deyil. Həmçinin, nə iddiaçıya intizam tənbehinin verilməsi barədə xx.xx.2022-ci il tarixli əmrdə, nə də iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli əmrdə işçinin yerinə yetirmədiyi əmək funksiyalarının nədən ibarət olmasına aydınlıq gətirilməmiş və onun hansı əmək funksiyasından irəli gələn öhdəliyini icra etmədiyi göstərilməmişdir. Ancaq bütün bunlara baxmayaraq apellyasiya məhkəməsi bu halların heç birinə hüquqi qiymət verməmi ş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Bunlarla yanaşı, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsində göstərilir ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu hal ilə bağlı onu qeyd etmək zəruridir ki, xx.xx.2022-ci il tarixdə iddiaçının törətdiyi intizam xətasının xarakteri ilə işəgötürən (cavabdeh) tərəfindən tətbiq edilmiş intizam tənbehinin ağırlıq dərəcəsi və xarakteri eyni olmamışdır. Belə ki, iddiaçının (işçinin) əmək funksiyasını pozması cavabdeh tərəfindən müəyyən edilsə də, bu pozuntunun xarakteri və ağırlıq dərəcəsi onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə (Əmək Məcəlləsinin 71-ci mad dəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəticələr baş vermədiyi üçün) ləğv edilməsinə mütənasib deyil. Bu halda, qanunvericilik işəgötürənə imkan verir ki, əmək intizamının pozulmasına görə işçi barəsində qanunvericiliklə nəzərdə tutulmuş alternativ intizam tənbeh tədbirlərindən birini tətbiq etsin. Lakin, cavabdeh tərəfindən qeyri-obyektiv qərar qəbul edilərək iddiaçı barəsində ən ağır intizam tənbehi əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi növündə intizam tənbehi seçilmişdir. Bu da cavabdehin Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərini nəzərə almadığını və maddi hüquq normasının tələblərini pozduğunu sübut edir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Cavabdeh1 MMC-ni Qaradağ filialında nəzarətçi işl əyir. İddiaçı intizamlı işçi kimi tanıyır. Əvvəllər barəsində heç bir narazılıq eşitməmişdir. Bu şahid ifadəsi özlüyündə əmək kollektivində iddiaçının şəxsiyyətini müsbət xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Lakin, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən bu halları nəzərə almamışdır. Həmçinin, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsində qeyd edilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin, cavabdeh (işəgötürən) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1326K nömrəli intizam tənbehi əmrinə baxsaq görərik ki, işəgötürən intizam tənbehinin tətbiq edilməsinin zəruriliyini əsaslandırmamışdır. Cavabdeh1 MMC-nin Həmkarlar İttifaqı Komitəs inin xx.xx.2022-ci il tarixli 21 №-li iclas protokoluna əsasən, “idari işlər şöbəsində nəzarətçi vəzifəsində işləyən İddiaçı vəzifə öhdəliyini yerinə yetirməməsi və rəhbər şəxslərlə kobud şəkildə davranışı ilə bağlı məsələ” HİK-in iclasının gündəliyində duran məsələ olmuşdur. Protokolun giriş hissəsində iclasda iştirak edən şəxslərlə bağlı göstərilir ki: “yığıncaqda iştirak edirlər: HİK üzvləri - 4 nəfər”. Lakin iclas protokolunun sonuna baxsaq görərik ki, sonda 5 nəfər şəxs iclası ptotokoluna imza etmişdir. İclasda 4 nəfər iştirak etdiyi halda 5 nəfər hansı formada iclas protokoluna imza edə bilər bu məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. HİK-nin iclası keçirilməmiş, iclas protokolu isə formal olaraq tərtib edilmişdir: barəsində iclas keçirilən iddiaçı (işçi) X3 həmin icl asın keçirilməsindən xəbərsiz olmuşdur. Əmək Məcəlləsinin 189-cu maddəsinin 3-cü hissəsində göstərilir ki, intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Lakin cavabdeh iddiaçını əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli 913 nömrəli əmrlə tanış etməmiş, eləcə də iddiaçının həmin əmrlə tanış olduğunu təsdiqləyən heç bir yazılı sübut məhkəməyə təqdim etməmişdir. Bununla da Əmək Məcəlləsinin 189-cu maddənin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 913 nömrəli əmrlə iddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” b əndinə əsasən xitam verilmişdir (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində göstərilən halda əmək vəzifələrini kobud şəkildə pozduğu üçün). Qeyd edək ki, göstərilən əmrdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi göstərilsə də, iddiaçının əmək kitabçasında əmək müqaviləsinin xitamı əsası fərqli göstərilmişdir. Bu da “əmək kitabçası” ilə “əmək müqaviləsinə xitam verilməsi barədə əmr”in bir-birinə uyğun tərtib edilmədiyini və bu iki hüquqi əhəmiyyət kəsb edən sənəd arasında ziddiyyət olduğunu göstərir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı cavabdehin etirazın dəlilləri apellyasiya şikayətinin dılilləri ilə eyni olmuş, etirazda göstərilmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və pro sessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; Maddə

11. İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə

71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla ə mək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə

72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; Maddə

83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə

84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu

1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Maddə

186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın x arakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya in stansiyasının yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Baxılan iş üzrə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı rədd etməklə işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün nəticəyə gəlmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmış, iş üzrə sübutetmə yükü düzgün bölüşdürülmüş və sübutlara hüquqi qiymət verilmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları” Əmək Məcəlləsinin onuncu fəslində təsbit edilmişdir. Bu fəsil Əmək Məcəlləsinin 68-76-cı maddələrini əhatə edir və əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtləri müəyyən edən 76-cı maddə ilə tamamlanır. Bu fəsildə əvvəlcə ümumilikdə əmək müqaviləsinə xitam verilməsinin əsasları, sonra əmək müqaviləsinin işçi tərəfindən lə ğv edilməsinin qaydası (69-cu maddə), işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsi 6 bənddən ibarətdir. Bu maddənin “ç” bəndində deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu maddə ilə bağlı qeyd olunmalıdır ki, qanunun bu göstərişi imperativ xarakter daşımır. Belə ki, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Əmək Məcəlləsinin 72-ci maddəsi isə işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halları nəzər də tutur.

30. Bu kontekstdə, iddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər cavabdeh tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrar əmək funksiyasının tələblərini yerinə yetirməyərək, əmək vəzifələrini kobud şəkildə pozduğu üçün əmək müqaviləsi cavabdeh tərəfindən ləğv edilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş, hər hansı pozuntuya yol verilməmiş, iddiaçının barəsində görülən intizam tənbeh tədbiri onun törətdiyi intizam xətasının xarakterinə və ağırlıq dərəcəsinə uyğun olmuşdur.

31. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, dəlillər işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.

32. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6954/2022 nömrəli iş üzrə 26 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar