Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5685/2019 09.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı, 3-cü şəxs YYYnın və onların vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh BOKT ASC qarşı “əsassız ödətdirilmiş məbləğin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4382/2019 nömrəli iş üzrə 16 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı, 3-cü şəxs YYY və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayə ti üzrə işə baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh BOKT ASC qarşı “əsassız ödətdirilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “Cavabdeh BOKT” ASC tərəfindən ona əsassız olaraq artıq ödətdirilmiş 14990,56 ABŞ dolları məbləğində pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) 2(006)-4762/2018 saylı, 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş,cavabdeh “Cavabdeh Bokt” ASC-dən əsassız olaraq ödətdirilmiş 9406 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xumar Mərdanova -sədrlik edən və məruzəçi, Elnu r Həsənov və Fuad Babayev) 16 aprel 2019-cu il tarixli 2(103)-4382/2019 nömrəli qətnaməsi ilə Cavabdeh BOKT ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(006)-4762/2018 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. İddiaçı, 3-cü şəxs YYY və onların vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iş materiallarında olan sübutlara əsasən yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üç ün əhəmiyyətli olan halları tam araşdırmamış, tərəflər arasında yaranmış hüquq münasibətinə düzgün qiymət verməmiş, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmişdir. Belə ki, məhkəmə iddiaçı tərəfin sübutlarını hansı əsaslara görə mötəbər sübut kimi qəbul etmədiyini əsaslandırmamışdır. Nəticədə maddi hüquq normalarını səhv tətbiq edərək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən İddiaçı, 3-cü şəxs YYY və onların vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri bar ədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-55/2017 saylı, 30.06.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı 11.06.2015-ci il tarixli 021/15/PBN/PK nömrəli kredit müqaviləsi üzrə 4209 ABŞ dolları əsas, 1361,84 dolları faiz borcu, 13.27 ABŞ dolları cərimə borcu olmaqla 5584,11 dolları, 14.05.2015-ci il tarixli 019/15/PBN nömrəli kredit müqaviləsi üzrə 42824,57 dolları əsas, 7560.64 ABŞ dolları faiz borcu, 24.27 ABŞ dolları cərimə borcu, cəmi 50409,44 ABŞ dolları ondan tutularaq, “CavabdehBank” ASC-nə ödənilməsi, YYYnın mülkiyyətində olan 000, X1 prospektində istifadədə olunan 0.01608 ha torpaq sahəsində yerləşən 64 nömrəli 5 mərtəbəli binada, 104.9 kv.m ümumi sahədən ibarət 5 otaqlı 56 nömrəli mənzili hərracda satılaraq borcun ödənilməsinə yönəldilməsi, ev açıq hərracda satıldıqdan sonra əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda qalan məbləğin borcludan tutulması, satışdan əldə olunmuş vəsaitdən artıq məbləğ qalarsa borcluya qaytarılması qət edilmişdir.Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-713/2018-ci il tarixli 23 fevral 2018-ci il tarixli qətnaməsi ilə Zəngilan Rayon Məhkəməsinin 2(034)-55/2017 saylı 30 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Tərəflər arasındaki razılaşmaya əsasən YYYna məxsus qızını n mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil 65400 ABŞ dollara satılmışdır. Lakin, YYYna məxsus mənzil satıldıqdan sonra cavabdeh artıq qalan məbləği iddiaçıya geri qaytarmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı bank qarşısında olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə YYYnın mülkiyyətində olan 000, X1 prospektində istifadədə olunan 0.01608 ha torpaq sahəsində yerləşən 64 nömrəli 5 mərtəbəli binada, 104.9 kv.m ümumi sahədən ibarət 5 otaqlı 56 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin əmlak 65400 ABŞ dollarına satılmış və borc ödənildikdən sonra artıq qalan məbləğ ipoteka qoyana geri qaytarılmamışdır. Əmlakın satışından əldə olunmuş məbləğdən banka olan borc ödənildikdən sonra qalan məbləğ iddiaçıya deyil, ipote ka qoyana yəni, YYYna qaytarılmalı idi. Belə olan halda iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq qalmış məbləğin ona ödənilməsini tələb etməyə subyektiv hüququ yoxdur Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı müvafiq subyektiv hüquqa, yəni mübahisəli məbləğin ona verilməsini tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin İddiaçı hazırki iş üzrə verdiyi iddianı qaldırmağa subyektiv hüququ olmamasına dair nəticəsi işin araşdırılmış hallarına uyğun olduğu üçün qanuni və əsaslı olmuşdur. Belə ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan mə hkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etm ək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənil məsi üçün tutma girov qoyulmuş əşyaya, borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 47.4-cü maddəsinə əsasən, bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqların ı qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsas dəlili olan ipoteka qoyulmuş əmlak ərarvadın birgə mülkiyyəti hesab olunduğundan həmin əmlakla bağlı İddiaçı iddia qaldırmaq hüququnun olması ilə məhkəmə kollegiyası razılaşmır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən müvafiq iddianın qaldırılması hüququ ipoteka qoyana məxsusdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən etmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı və 3-cü şəxs YYYnın kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4382/2019 nömrəli iş üzrə 16 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5685/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5685/2019
09.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver