Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5695/2019 30.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, cavabdeh Ləğv Prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Cavabdeh Ləğv Prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4381/2019 nömrəli iş üzrə 01 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (E.Ə.Mehdiyev) 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 ASC arasında ünvan1 prospektində yerləşən 95 saylı evin 33 saylı mənzili barəsində bağlanmış 02 noyabr 2007-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ünvan1 prospektində yerləşən 95 saylı evin 33 saylı mənzilinə ipoteka hüququna dair 14 noyabr 2007-ci il tarixli, ********** nömrəli qeydin ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.Ə.Hüseyn) 2(103)-4381/2019 nömrəli, 01 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli, 2(006)-20/2013 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən ona məxsus olan ünvan1 prospektində yerləşən 95 saylı evin 33 saylı mənzili Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin sifarişinə əsasən ilkin satış qiyməti 150000 manat məbləğində olmaqla “xxxx” MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır. Mənzilə dair keçirilmiş hərraclar baş tutmadığından "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.5-ci və 43.7-ci maddələrinə əsasən ilkin satış qiyməti təkrar hərracda 15 faiz - 25 faiz enmiş və son qiymət kimi 95625 manat məbləğində Ləğv prosesində olan "Cavabdeh1" ASC-yə də təklif olunsa da əldə edilməmişdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələbləri bank tərəfindən pozulmuş və bank təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipotek a predmetini əldə etməli olduğu halda bu günə kimi mənzili əldə etməmişdir. Bu isə ipotekaya xitam verilməsi üçün əsasdır. Belə ki, qanunvericiliyin tələbinə uyğun olaraq Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 03 oktyabr 2014-cü il tarixli, xxxxxxxxx saylı sifarişi ilə ona məxsus olan ünvan1 prospektində yerləşən 95 saylı evin 33 saylı mənzili ilkin satış qiyməti 150000 manat olmaqla “xxxx” MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır. Hərrac baş tutmadığından mənzil ilkin satış qiyməti 127500 manat olmaqla təkrar hərraca çıxarılmışdır. Lakin keçirilmiş hərracların heç birində alıcı olmamışdır. Hərracın təşkilatçısı hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində elan dərc etməsinə və ipoteka saxlayana ipoteka predmetini əldə etməsinə dair bildiriş (təklif) göndərməsi nə baxmayaraq, Ləğv prosesində olan "Cavabdeh1" ASC həmin mənzili əldə etməmişdir. Bundan sonra Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq ona məxsus olan mənzilin açıq hərracdan satılması üçün "X2" MMC-yə sifariş vermişdir. Qeyd edilən hərrac təşkilatçısı tərəfindən mənzil ilkin satış qiyməti 150000 manat olmaqla 29 sentyabr 2017-ci il tarixdə açıq hərracda satışa çıxarılmışdır. Lakin hərracda iştirakçı olmamışdır. "X2" MMC tərəfindən təkrar hərrac keçirilmiş, hərracların baş tutmadığı barədə qəzetdə elan verilmiş və həmin əmlak ipoteka saxlayana təklif edilmişdir. Lakin hazırkı vaxta kimi "Cavabdeh1" ASC ilə "xxxx" MMC və ya "X2" MMC arasında heç bir protokol bağlanmamışdır. Göstərilənlərə əsasən, onunla Cavabdeh1 ASC arasında bağlanmış 02 noyabr 2007-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, ünvan1 prospektində yerləşən 95 saylı evin 33 saylı mənzilinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində Ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ipoteka hüququna dair 14 noyabr 2007-ci il tarixli, ********** nömrəli qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Ləğv Prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4381/2019 nömrəli iş üzrə 01 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Ləğv Prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında İddiaçı nümayəndəsi X5 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə ə sasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-4381/2019 nömrəli iş üzrə 01 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materillarında olan: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli, 2(006)-20/2013 saylı icra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli, 2(006)-20/2013 saylı qətnaməsi ilə cavabdeh “xxxx” MMC-dən 08 noyabr 2007-ci il tarixli, 443 nömrəli kredit müqaviləsi üzrə yaranmış 140164,29 manat əsas, 29786 manat faiz, ümumilikdə 169950,29 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması, cavabdeh “xxxx” MMC-dən tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ünvan1 prospekti, 95 saylı evin 33 saylı mənzilinə yönəldilməsi və mənzil ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda s atılması və İddiaçı ən geci bir ay müddətinə mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamə 03 dekabr 2013-cü il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. “xxxx” MMC-nin 14 iyul 2014-cü il tarixli, 14-481 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatının surətindən görünür ki, ünvan1 prospekti, 95 saylı evin 33 saylı mənzilinin qiyməti 150000 manat müəyyənləşdirilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin “xxxx” MMC-yə ünvanladığı 03 oktyabr 2014cü il tarixli, 17/70-674/1 saylı məktubunun surətindən görünür ki, “xxxx” MMC-yə Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi tərəfindən borclu İddiaçı məxsus ünvan1 prospekti, 95 saylı evin 33 saylı mənzilinin ixtisaslaşdırılmış açıq hərracda satışının təşkil olunması sifariş edilmişdir. Ə mlakın qiyməti 150000 manat müəyyənləşdirilmişdir. “xxxx” MMC-nin 01 dekabr 2014-cü il tarixli, 2547 saylı bildirişinin surətindən görünür ki, sifarişçiyə (Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi), tələbkara (“xxxx” ASC) və borclulara (“xxxx” MMC və İddiaçı) 07 yanvar 2015-ci il tarixdə baş tutacaq hərracın yeri və vaxtı barədə məlumat verilməsinə dair bildiriş verilmişdir. “xxxx” MMC-nin 12 yanvar 2015-ci il tarixli, 053 saylı bildirişinin surətindən görünür ki, sifarişçiyə (Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi), tələbkara (“xxxx” ASC) və borclulara (“xxxx” MMC və İddiaçı) 13 fevral 2015-ci il tarixdə baş tutacaq hərracın yeri və vaxtı barədə məlumat verilməsinə dair bildiriş verilmişdir. “xxxx” MMC-nin “xxxx” ASC-yə göndərdiyi 16 fevral 2015-ci il tarixli, 249 sayl ı ipoteka predmetinin alqı-satqısı barədə müqavilə bağlanılması barədə bildirişinin surətindən görünür ki, borclu İddiaçı məxsus ünvan1 prospekti, 95 saylı evin 33 saylı mənzili keçirilən hərraclar zamanı satılmamışdır. Hərracın baş tutmaması barədə elan «Market» qəzetində dərc edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci və 43.8-ci maddələrinə uyğun olaraq həmin əmlakı almaq üçün müqavilə bağlanılması “xxxx” ASC-yə təklif olunmuşdur. Əmlak alınmadığı təqdirdə işin sifarişçi icra şöbəsinə geri qaytarılacağı bildirilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin “X2” MMC-yə ünvanladığı 16 avqust 2017-ci il tarixli, xxxxxxxx saylı məktubunun surətindən görünür ki, “X2” MMC- yə Bakı şəhə ri Nəsimi rayon İcra və probasiya şöbəsi tərəfindən borclu İddiaçı məxsus ünvan1 prospekti, 95 saylı evin 33 saylı mənzilinin ixtisaslaşdırılmış açıq hərracda satışının təşkil olunması sifariş edilmişdir. Əmlakın qiyməti 150000 manat müəyyənləşdirilmişdir. “X2” MMC-nin 30 avqust 2017-ci il tarixli, 03/63 saylı açıq hərracın keçirilməsinə dair bildirişinin surətindən görünür ki, sifarişçiyə (Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi), tələbkara (Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) və borclulara (“xxxx” MMC və İddiaçı) 29 sentyabr 2017-ci il tarixdə baş tutacaq hərracın yeri və vaxtı barədə məlumat verilməsinə dair bildiriş verilmişdir. “X2” MMC-nin 11 oktyabr 2017-ci il tarixli, 03/63-1 saylı açıq hərracın keçirilməs inə dair bildirişinin surətindən görünür ki, sifarişçiyə (Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi), tələbkara (Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) və borclulara (“xxxx” MMC və İddiaçı) 10 noyabr 2017-ci il tarixdə baş tutacaq hərracın yeri və vaxtı barədə məlumat verilməsinə dair bildiriş verilmişdir. “X2” MMC-nin Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna göndərdiyi 21 noyabr 2017-ci il tarixli, 954 saylı məktubunun surətindən görünür ki, borclu İddiaçı mülkiyyətində olan ünvan1 prospekti, 95 saylı evin 33 saylı mənzili açıq hərraca çıxarılsa da, sifarişçi olmadığından hərrac baş tutmamışdır. Hərracın baş tutmaması ilə bağlı «Kaspi» qəzetində elan dər c olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7ci maddəsinə əsasən ipoteka saxlayana ipoteka predmetini almaq təklif olunmuşdur. “xxxx” MMC-nin İddiaçı ünvanladığı 13 sentyabr 2018-ci il tarixli, 4188 saylı cavab məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin 03 oktyabr 2014-cü il tarixli, 17/70-674/1 saylı sifarişinə əsasən hərraca çıxarılmış İddiaçı məxsus ünvan1 prospekti, 95 saylı evin 33 saylı mənzilinin hərracları iki dəfə 07 yanvar 2015-ci il və 13 fevral 2015-ci il tarixlərdə keçirilmiş, lakin alıcı olmadığına görə satılmamışdır. Alıcı olmadığına görə 30 mart 2015-ci il tarixdə icra işi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin araşdırılmış hallarından göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2013-cü il tarixli, 2(006)-20/2013 saylı qətnaməsinə əsasən cavabdeh “xxxx” MMC-dən 08 noyabr 2007-ci il tarixli, 443 nömrəli kredit müqaviləsi üzrə yaranmış 140164,29 manat əsas, 29786 manat faiz, ümumilikdə 169950,29 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması, cavabdeh “xxxx” MMC-dən tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ünvan1 prospekti, 95 saylı evin 33 saylı mənzilinə yönəldilməsi və mənzil ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və İddiaçı ən geci bir ay müddətinə mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamə 03 dekabr 2013-cü il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. “xxxx” MMC- nin 14 iyul 2014-cü il tarixli, 1 4-481 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına görə ünvan1 prospekti, 95 saylı evin 33 saylı mənzilinin qiyməti 150000 manat müəyyənləşdirilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi 03 oktyabr 2014-cü il tarixli, 17/70-674/1 saylı məktubla “xxxx” MMC-yə borclu İddiaçı məxsus ünvan1 prospekti, 95 saylı evin 33 saylı mənzilinin ixtisaslaşdırılmış açıq hərracda satışının təşkil olunmasını sifariş etmişdir. “xxxx” MMC tərəfindən sifarişçiyə (Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi), tələbkara (“xxxx” ASC) və borclulara (“xxxx” MMC və İddiaçı) hərracların yeri və vaxtı barədə məlumat verilmiş, 07 yanvar 2015-ci il və 13 fevral 2015-ci il tarixlərdə hərraclar baş tutmuş, lakin borclu İddiaçı məxsus ünvan1 prospekti, 95 saylı evin 33 saylı mənzi li keçirilən hərraclar zamanı satılmamışdır. Hərracın baş tutmaması barədə elan «Market» qəzetində dərc edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci və 43.8-ci maddələrinə uyğun olaraq həmin əmlakı almaq üçün müqavilə bağlanılması “xxxx” MMC-nin “xxxx” ASC-yə göndərdiyi 16 fevral 2015-ci il tarixli, 249 saylı ipoteka predmetinin alqı-satqısı barədə müqavilə bağlanılması barədə bildirişlə “xxxx” ASC-yə təklif olunmuşdur. Əmlak alınmadığı təqdirdə işin sifarişçi icra şöbəsinə geri qaytarılacağı bildirilmişdir. Alıcı olmadığına görə 30 mart 2015-ci il tarixdə icra işi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılmışdır. Sonradan Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi 16 avqust 2017-ci il tarixli, xxxxxx saylı məktubla “X2” MMC-yə borclu İddiaçı məxsus ünvan1 prospekti, 95 saylı evin 33 saylı mənzilinin ixtisaslaşdırılmış açıq hərracda satışının təşkil olunmasını sifariş etmişdir. Əmlakın qiyməti 150000 manat müəyyənləşdirilmişdir. “X2” MMC tərəfindən sifarişçiyə (Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi), tələbkara (Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) və borclulara (“xxxx” MMC və İddiaçı) hərracın yeri və vaxtı barədə məlumat verilərək, 10 noyabr 2017-ci il və 29 sentyabr 2017-ci il tarixlərdə açıq hərrac keçirilmiş, lakin borclu İddiaçı mülkiyyətində olan ünvan1 prospekti, 95 saylı evin 33 saylı mənzili sifarişçi olmadığından satılmamışdır. Hərracın baş tutmaması ilə bağlı «Kaspi» qəzetində elan d ərc olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən “X2” MMC 21 noyabr 2017-ci il tarixli, 954 saylı məktubla ipoteka saxlayan Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ipoteka predmetini almağı təklif etmiş, lakin cavabdeh tərəfindən ipoteka predmeti əldə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşın ar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1-ci maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinin tələbinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 319.4-cü maddəsinin tələbinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 319.5-ci maddəsinin tələbinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac təkrarən keçirilməsinə istinad edilərək birinci hərracın formasında elan edilməli və həmi n qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. 415.1-ci maddəsinin tələbinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunver iciliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanununun 53.3-cü maddəsinə görə əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi i sə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Həmin Qanununun 61.1-ci maddəsinə görə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.2-ci maddəsinə görə ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Həmin Qanununun 62.1-ci maddəsinə görə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə görə ipoteka predmeti qanuna müvafiq olar aq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. 40-cı maddəsinə əsasən tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdən sonra ipoteka predmeti bu Qanunla müəyyən edilmiş qaydada satıla bilər. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. 43.1-c i maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3-cü madd əsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-c i maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “S.Bayramovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 7 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasın a dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 iyul 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka p redmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “xxxx” MMC tərəfindən keçirilmiş 07 yanvar 2015-ci il və 13 fevral 2015-ci il tarixli, “X2” MMC tərəfindən keçirilmiş 10 noyabr 2017-ci il və 29 sentyabr 2017-ci il tarixli açıq hərraclar baş tutmadığına görə ipoteka predmeti Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə təklif olunsa da, bank tərəfindən ötən müddətdə əldə edilmədiyindən iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh1 ASC arasında ünvan1 prospektində yerləşən 95 saylı evin 33 saylı mənzili barəsində bağlanmış 02 noyabr 2007-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Ə mlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ünvan1 prospektində yerləşən 95 saylı evin 33 saylı mənzilinə ipoteka hüququna dair 14 noyabr 2007-ci il tarixli, ********** nömrəli qeydinin ləğv edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymə t verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-c ü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4381/2019 nömrəli iş üzrə 01 ap rel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Ləğv Prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4381/2019 nömrəli iş üzrə 01 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5695/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5695/2019
30.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver