Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-57/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2, Cavabdeh "xxxx" KB ASC-nin vəkili X1 iştira kı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5657/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" KB ASC ilə Məmmədzadə Malik Cəmil oğlu arasında 25.01.2012-ci il tarixli, 40EK saylı əsas kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Məmmədzadə Malik Cəmil oğluna 119.000 manat məbləğində vəsait 60 ay müddətinə əlavə kredit müqaviləsi bağlanmaqla 25.01.2017-ci il tarixədək Məmmədzadə Malik Cəmil oğluna kredit verilmişdir. 2. "xxxx" KB ASC ilə Məmmədzadə Malik Cəmil oğlu və İddiaçı arasında 25.01.2012-ci il tarixli, 40 EKİ saylı ipoteka müqaviləsi bağlanmış, borcalanın öhdəliklərinin təminatı kimi Məmmədzadə Seymur Malik oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsində yerləşən 71 nömrəli binanın 48 nömrəli mənzili ipoteka saxlayana ipotekaya qoyulmuşdur. 3. 03.07.2015-ci il tarixdə 25.01.2012-ci il tarixli 40EK saylı əsas kredit müqaviləsinə dəyişikliklər edilərək kredit məbləği artırılaraq 1.500.000 manat müəyyən edilmiş və həmin tarixə 26.01.2012-ci il tarixli, 40EKİ saylı ipoteka müqaviləsinə də dəyişiklik edilərək ipoteka müqaviləsinin müddəti 18.06.2030-cu il tarixədək uzadılmışdır. 4. "xxxx" KB ASC ilə Məmmədzadə Malik Cəmil oğlu arasında bağlanmış 08.07.2015-ci il tarixli əlavə kredit xətti müqaviləsinə əsasən, kredit xəttinin ümumi məbləği 55.000 ABŞ dolları təşkil edir, kredit xətti – kreditdən istifadəyə görə illik 16% ödənilməsi şərtilə 24 ay müddətinə 08.07. 2017-ci ilədək açılır.
5. Məmmədzadə Malik Cəmil oğlu ilə "xxxx" KB ASC arasında bağlanmış 26.04.2016-cı il tarixli 23 KDX/15-2 saylı əlavə kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 17% olmaqla 36 ay müddətinə 46.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
6. Məmmədzadə Malik Cəmil oğlu ilə "xxxx" KB ASC arasında bağlanmış 10.08.2017-ci il tarixli 23KDX/15-3 saylı əlavə kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 21% olmaqla 24 ay müddətinə 132.971 manat məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ş əhər Ərazi İdarəsini cəlb etməklə cavabdeh "xxxx" KB ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Məmmədzadə Seymur Malik oğluna məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsində yerləşən 71 nömrəli binanın 48 saylı mənzilin yüklülükdən azad edilməsi və bu faktın reallaşdırılması üçün cavabdeh "xxxx" KB ASC tərəfindən ipotekanın dövlət qeydiyyatını aparan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq ərizənin göndərilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, nə əsas kredit xətti müqaviləsində, nə də ki ipoteka müqaviləsində faiz dərəcələri göstərilməmiş, sonradan faktiki kreditin verilməsi zamanı, yəni əlavə kredit müqavilələrində isə iddiaçının razılığı alınmamışdır. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.5,14 v 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 25.07.2019-cu il tarixli Qərarına əsasən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.1,10.5-ci və Azərbaycan Respublikası 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şər tlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Həm yuxarıda adı çəkilən qərara, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2018-ci il tarixli qərara istinad edərək iddiaçı tərəfindən Nəsimi rayon Məhkəməsində «ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi» tələbi ilə çıxış etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2(006)-4277/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02.12.2019-cu il tarixli 2(103)- 14248/2019 saylı qətnaməsi ilə həmin qətnamə qüvvədə saxlanılmışdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.08.2020ci il tarixli qərarı ilə yeni hüquqi mövqe ortaya qoyulmuşdur. Məhkəmənin yekun hüquqi mövqe ondan ibarətdir ki, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, artıq ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilib, müqavilə artıq mövcud olmadığından «əmlakın yüklülükdən azad edilməsi» barədə iddia qaldırmaq lazımdır. Yəni 25.01.2012-ci il tarixli, 40EK saylı ipoteka müqaviləsi və ipoteka müqaviləsinə dəyişiklik edən 03.07.2015 -ci il tarixli Saziş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25.07.2019-cu il tarixli qərarının hüquqi mövqeyinə əsasən artıq mövcud deyildir. Müqavilə mövcud olmadığından iddiaçıya məxsus əmlakın yüklülükdə qalması üçün heç bir əsas mövcud deyildir. Lakin iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsində yerləşən 71 nömrəli binanın 48 nömrəli mənzil hələdə yüklü vəziyyətdədir. İddiaçı tərəfindən 08.10.2020-ci il tarixdə cavabdeh "xxxx" KB ASC-yə pretenziya məktubu göndərilmiş və əmlakın yüklükdən azad edilməsi üçün tədbirlərin görülməsi xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Müqavilə mövcud olmadığından cavabdehin əmlakı yüklülükdən azad edilməsi barədə tədbirlərin görülməsi barədə öhdəliyi yaranmışdır. Lakin cavabdeh hə min öhdəliyi icra etmir. Bu tədbirlərin görülməməsi mülkiyyət hüquqlarının kobud surətdə pozulmasıdır.
9. Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X2 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı sözügedən qərardadan sonra yaranmış münasibətlərə şamil edilir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Xəlilov) 04 mart 2021-ci il tarixli, 2(006)945/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Məmmədzadə Malik Cəmil oğlu ilə "xxxx" KB ASC arasında bağlanılmış 25.01.2012-ci və 03.07.2015-ci il tarixli, 40EK saylı Əsas Kredit Müqaviləsinin təminatı kimi tutmanın Məmməd Zadə Malik oğlu ilə cavabdeh "xxxx" KB ASC arasında bağlanmış 25.01.2012 və 03.07.2015-ci il tarixdə 40EKi saylı ipoteka müq aviləsi üzrə ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsində yerləşən 71 nömrəli binanın 48 nömrəli mənzili ipoteka yüklülükdən azad edilməsi və cavabdeh "xxxx" KB ASC tərəfindən ipotekanın dövlət qeydiyyatını aparan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə yüklülükdən azad edilmə barədə ərizənin göndərilməsi öhdəliyinin qoyulması qət edilmişdir.
11. Məhkəmə Mülki Məcəllənin 307.4-cü maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, hazırkı halda kredit xətti müqaviləsində və ipoteka müqaviləsində faiz dərəcəsi ümumiyyətlə göstərilməmiş, sonrakı müqavilələrdə ipoteka qoyanın faizlə bağlı hissələrində razılığı alınmamış, valyuta isə kredit xətti müqaviləsində manatl a göstərilsə də, sonradan ipotekaqoyanın razılığı alınmadan borcalana kredit xətti üzrə verilən 26 aprel 2016-cı il tarixli əlavə kredit müqaviləsi üzrə başqa valyuta (ABŞ dolları) ilə kredit verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qərarının hüquqi mövqeyinə əsasən 25.01.2012-ci il tarixli 40EKi saylı ipoteka müqaviləsi və ipoteka müqaviləsinə dəyişiklik edən 03.07.2015-ci il tarixli Saziş artıq mövcud deyildir. Məhkəmə hesab etmişdir ki, müqavilə mövcud olmadığından İddiaçı məxsus əmlakın yüklülükdən azad edilməsi üçün əsasdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Talışinski (sədrlik edən və məruzəçi), Z.Şirinov və Ş.Məmmədova) 23 iyun 2021-ci il tarixli, 2(103 )-5657/21 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" KB ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-945/2021 nömrəli saylı işi üzrə 04 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə) cavabdeh "xxxx" KB ASC-yə qarşı “daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, “...Konstitusiya Məhkəməsinin qərarları normativ xarakterli aktlar sırasına daxil oloduğundan onların ifadə etdi yi hüquqi mövqe hazırki münasibətlərə şamil edilə bilməz. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərardadında ehtiva edilir. Ona görə, münasibətlərin mövcud olan zamanında qanunvericiliyiə riayyət edilməsi baxımından ipotekadan azad edilməsi üçün əsaslar müəyyən edilmir. Digər tərəfdən, posessual mənada qüvvədə olan ipoteka müqaviləsi mübahisələndirilmədən və ya ipotekaya xitam verilməsi üçün tələb olmadan ipotekadan azad edilmə tələbinin müzakirəsi belə böyük sual altındadır və tələb olmadığı təqdirdə bu məzmun yalnız bankın iddiaçıya müvafiq tələbi çərçivəsində qiymətləndirilə bilərdi. Kassasiya instansiya məhkəməsinin digər iş üzrə ümumi mülahizələri hazırki iş üzrə məcburi səciyyə daşıya və qanundan üstün ola bilməz. Beləliklə, mülki qanunvericiliyin zamana görə qüvvəsin, istinad edilən Konstitusiya Məhkəməsi qərarlarının hazırki münasibətlərə tətbiqinin yolverilməzliyini, müqavilə azadlığı və ondan irəli gələn öhdəlikləri, habelə ipoteka müqaviləsində zamanında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlərin göstərildiyini və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirilməsinin müəyyən edilmədiyini, ipoteka qoyanın ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində mülki məsuliyyətini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ləğv edilməli və apellyasiya şikayəti təmin edilməklə iddia rədd edilməlidir”. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıla rının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Seymur Məmmədzadə kassasiya şikayəti verərək qətnamənin ləğv, Nəsimi Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi əsassız olaraq artıq bir dəfə baxılmış mübahisəyə yenidən baxaraq və qətnaməsində hüquqi əsaslandırma edərək qətnamə qəbul etmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin halhazırkı mübahisəyə aid mövcud qərar və qərardadlarının istinad olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.08.2020-ci il tarixli qərarı yekunlaşmışdır. Həmin qərar və qərardadlar bağlanmış hesab edilmə və bunun nə vaxt tətbiq olunmasından ibarət olmuşdur. Ali məhkəmə öz qərarında yuxarıdakı h üquqi mövqeyi ortaya qoyaraq son nəticəni bildirmişdir. Apellyasiya Məhkəməsi MPM-in tələblərinə zidd olaraq eyni tərəflər arasındakı mübahisə üzrə Ali Məhkəmənin mövqeyi ilə razılaşmayaraq “Kassasiya instansiya məhkəməsinin digər iş üzrə ümumi mülahizələri hazırkı iş üzrə məcburi səciyyə daşıya və qanundan üstün ola bilməz” qənaətinə gəlir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.08.2020-ci il tarixli qərarındakı hüquqi mövqe prediyusal qüvvəyə malikdir. Apellyasiya Məhkəməsi işin faktiki hallarına da diqqət yetirməmişdir. Belə ki, Məmmədzadə Malik Cəmil oğlu sahibkarlıq fəaliyyəti üçün kreditlər əldə etməsi üçün Məmmədzadə Seymur əmlakını ipoteka ilə yüklü etmişdir. Məmmədzadə Malik kreditləri təyinatı üzrə sərf edərək əldə etdiyi gəlirlərlə kreditlərini ödəmiş və bankla hər hansı bir mübahisəsi olmamışdır. Bir müddət sonra sağlığında yaranmış problemlərlə əlaqədar müayinə olunan M.Məmmədzadə xərçəng xəstəsi olduğundan sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmədiyindən Ş.Məmmədzadə yeni kreditlərin götürülməsinə qarşı çıxmışdır. M.Məmmədzadə bankla razılaşaraq Seymurun razılığı alınmadan kredit əldə etmiş və krediti Türkiyə Respublikasında əməliyyatlara (xərçəngin götürülməsi) xərcləmişdir. Bank M.Məmmədzadə ilə sövdələşməyə getməklə Seymur Məmmədzadənin hüquqlarını pozmuş və onun əmlakını risk altında qoymuşdur. M.Məmmədzadənin bir neçə əmlakı mövcud olmuşdur. Onun təkcə bağ evi borcdan 4 dəfə yüksək dəyərə malikdir. Dəfələrlə banka bildirilmələrinə baxmayaraq, bank həmin əmlakları vərəsəlik üzrə qəbul edən şəxslərə qarşı iddia qaldırmaması iddiaçıda ci ddi şübhələr yaradır. Bank həm gizli sövdələşmə ilə S.Məmmədzadənin xəbəri olmadan əmlakını risk altında qoyur, digər tərəfdən kredit götürən əsl cavabdehin əmlakları ola-ola onun vərəsələrinə qarşı iddia qaldırmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
20. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
21. Maddə 307.4. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir.
22. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
23. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
24. Maddə 324.1. Əqd mü lki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
25. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
26. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
27. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
28. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
29. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gə ldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “İpoteka haqqında”Azərbaycan Respublikasının Qanunu:
30. Maddə 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
31. Maddə 1.0.7. ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir.
32. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönə ldilə bilər.
33. Maddə 10.5. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növb əliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olara q hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. İddiaçının tələbi ona söykənir ki, əmlakın yüklülüyünə dair cavabdeh bankla rəsmiləşdirilən 25.01.2012-ci il tarixli müqavilə və ona dəyişiklik edilməsi haqqında 03.07.2015-ci il tarixli müqavilədə əsas borcluya verilən kreditin konkret həcmi, müddəti, faizi və digər məlumatlar göstərilməmişdir. Əsas kredit müqaviləsinə uyğun olaraq borcu Malik Məmmədzadəyə verilmiş konkret kreditlər üzrə müqavilələr isə onunla razılaşdırılmamışdır. Bu səbəbdən sözügedən kreditlər üzrə ipoteka müqaviləsi bağlanmamış sayılır. İddiaçı bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.5,14 v 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 25.07.2019-cu il tarixli Qərarına istinad edərək bildirir ki, əmlak yüklülükdən azad edilməlidir.
41. Cavabdeh bank isə həmin qərarın bu iddiaya şamil oluna bilməyəcəyini bildirərək iddiaya etiraz edir.
42. Kollegiya hesab edir ki, ipoteka predmetinin yüklülükdən azad edilməsi iddiasına baxılarkən məhkəmə tərəfindən belə yüklülüyün hüquqi əsası aydınlaşdırılmalıdır.
43. Məlum olduğu kimi ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur (§ 19, 30).
44. Bununla belə, kreditorun əşya hüququ kimi ipotekaya istinad edə (o cümlədən tutmanı ipoteka predmetinə yönəldə) bilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada ipoteka müqaviləsi bağlanmış olmalıdır.
45. İpoteka müqaviləsinin də bağlanmış sayılması, əqdin, o cümlədən müqavilənin bağlanmasına dair Mülki Məcəllədə nəzərdə tutulan tələblərə riayət edilməsindən asılıdır.
46. Məlum olduğu kimi müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Mülki hüquq subyektlərinin sağlam iradə bəyanlarını əks etdirən razılaşmaları etibarlıdır. Başqa sözlə, müqavilənin bağlanmış sayılması üçün hər iki tərəf qarşılıqlı olaraq bir hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən, zədələnməmiş iradələrini bəyan etməlidirlər. Məhz belə müqavilə etibarlı şəkildə bağlan mış sayılır və hüquqi nəticə -tərəflər üçün hüquq və öhdəliklər yaradır (§ 24-28).
47. Təsadüfi deyil ki, Mülki Məcəllənin 405.1-ci maddəsi müqavilənin bağlanmış sayılması üçün tərəflərin müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlmələri şərtini nəzərdə tutmuşdur (§ 29).
48. Əsas öhdəlik üzrə kreditorun tələb hüququnun təminatı kimi əşyanın ipoteka saxlayanın xeyrinə yüklü edilməsi barədə ipoteka müqaviləsi də bu qaydada bağlanmalıdır. Yalnız etibarlı bir ipoteka müqaviləsi bağlandıqda daşınmaz əmlakın dövlət reyestrində ipoteka yüklülüyünə dair qeyd əsaslı sayıla, habelə kreditor məhdud əşya hüququna istinad edərək (əsas öhdəliyin icrası gecikdirildikdə) ipoteka predmetinin məcburi qaydada satılmasını istəyə bilər (§ 20, 22-23).
49. Belə müqavilənin bağl anması üçün kreditora öz əmlakı ilə təminat verən ipoteka qoyan üçün öhdəliyin həcmi məlum olmalı, yaxud öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində bunun qaydası və digər zəruri şərtlər göstərilməlidir. Bu tələblər həm Mülki Məcəllənin 307.4-cü, həm də “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində nəzərdə tutulmuşdur (§ 21, 33).
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edil məsinə dair 31 may 2018-ci il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyutanın və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. İpoteka müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə ipoteka qoyanın razılığı alınmalıdır.
51. Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli “B anklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavil ədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz.
52. Hazırkı işdə məhkəmələr müəyyən etmişlər ki, iddiaçı ilə cavabdeh bank arasında 25.01.2012-ci il tarixli, 40 EKİ saylı ipoteka müqaviləsi rəsmiləşdirilmişdir.
53. İddiaçı bildirir ki, nə əsas kredit xətti müqaviləsində, nə də ipoteka müqaviləsində faiz dərəcələri göstərilməmiş, sonradan faktiki kreditin verilməsi zamanı, yəni əlavə kredit müqavilələrində isə iddiaçının razılığı alınmamışdır.
54. Kollegiya bildirir ki, Konstitusiya Məhkəməsinin yuxarıdakı mövqeyinə uyğun olaraq, əgər kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədiyi və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadığı üçün ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilirsə və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab olunmursa, o zaman təminat verən şəxsin əmlakının daşınmaz əmlakın dövlət reyestrində ipoteka ilə yüklü edilməsinin və belə yüklülüyün davam etməsinin hüquqi əsası izah edilməlidir.
55. Məlum olduğu kimi, ipoteka, kreditorun ipoteka qoyan şəxsin əmlakı barəsində məhdud əşya hüququdur. İpoteka ilə əmlakın mülkiyyətçisinin hüquqları məhdudlaşdırılmaqla yüklü hala gəlir. Belə ki, şəxsi borclu öz öhdəliyini yerinə yetirmədiyi halda kreditor ipoteka ilə yüklü edilmiş əmlakın məcburi satılmasını və dəyərindən alacağının qarşılanmasını təmin etmək imkanına malik olur. Odur ki, reyestrdə ipoteka yüklülü yünün qurulması üçün keçərli hüquqi əsas – etibarlı bir ipoteka müqaviləsi mövcud olmalıdır. Əgər şəxsi borclu ilə bağlanmış konkret kredit müqavilələri üzrə ipoteka müqaviləsi bağlanmamış sayılırsa, gələcəkdə bağlanması ehtimal olunan başqa kredit müqavilələri üzrə ipotekanın yaranması üçün yenə də ipoteka qoyanın razılığı tələb olunursa, belə razılıq verilmədən etibarlı bir ipotekadan söhbət gedə bilməz. İpoteka qurulmadığı halda isə şəxsin əmlakı üzərindəki yüklülük onun mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.
56. Buna baxmayaraq apellyasiya məhkəməsi iddiaçının irəli sürdüyü dəlilləri yoxlamamış, təminat vermək istədiyi əsas öhdəliyin həcminin ipoteka qoyana məlum olub-olmamasına dair mübahisəli hal üzrə sübutetmə yükünü müəyyənləşdirməmiş, bu xüsus at üzrə işdəki sübutları qiymətləndirməmiş, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri nəzərə alınmaqla, şərh olunan maddi hüquq normaları ilə işin müəyyən edilmiş halları arasındakı uyğunluğu dəyərləndirməmiş və iddianın yekun həllinə dair əsaslandırılmış bir nəticəyə gəlməmişdir.
57. Kollegiya, apellyasiya instansiyası məhkəməsinin “Konstitusiya Məhkəməsinin qərarlarının hazırkı münasibətlərə şamil edilməməsi və qüvvədə olan ipoteka müqaviləsi mübahisələndirilmədən ipotekadan azad edilmə tələbinin müzakirəsinin sual altında olması” barədə mövqeləri ilə razılaşmır.
58. Ona görə ki, əvvəla, iddianın hüquqi həlli ilə bağlı yaranan bütün sualları cavablandırmaq işə mahiyyəti üzrə baxan məhkəmənin vəzifəsidir. Hüququn tətbiqinə bilavasitə hakimin cavabdehlik daşıması və tərəflərin fak tlar barəsində hüquqi mövqeyinin hakim üçün məcburi olmamasına dair “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipi Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə vurğulanmışdır.
59. İkincisi, iddiaçı sözügedən ipoteka müqaviləsi və ona edilən dəyişikliyi məhkəmə qaydasında mübahisələndirmişdir. Belə ki, iddiaçı Seymur Məmmədzadə 2019-cu ildə eyni əsasla 25.01.2012-ci il tarixli ipoteka müqaviləsinin və ona dəyişiklik edilməsi haqqında 03.07.2015-ci il tarixli sazişin bağlanmamış hesab edilməsi haqqında iddia qaldırmışdır. Həmin iddianın təmin olunması haqqında birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlayan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, Ali Məhkəmənin 21.08.2020-ci il tarixli, 2(102)-2158/2020 nömrəli qərarı ilə ləğv edilərək iş yeni apellyasiya bax ışına göndərilmişdir. Kassasiya məhkəməsi qərarında göstərmişdir ki, “Məhkəmə kollegiyası...müqavilənin bağlanmamış hesab olunması barədə iddialar irəli sürülməsini əsaslı saymır... Belə hallarda əmlakın yüklülükdən azad olması...barədə iddialar irəli sürülə bilər...”.
60. Bundan sonra iddiaçı Seymur Məmmədzadə 21.10.2020-ci ildə hazırkı iddianı qaldıraraq Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsində yerləşən 71 nömrəli binanın 48 saylı mənzilin yüklülükdən azad edilməsini xahiş etmişdir.
61. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.10.2020-ci il tarixli qərardadı ilə ipoteka müqaviləsinin və sazişin bağlanmamış hesab edilməsi haqqında iddia baxılmamış saxlanılmışdır.
62. Belə olan halda, iddiaçının eyni əsasla qaldırdığı mübahisənin məhkəmənin icraatına qəbul edildiyi tarix də y oxlanılmaqla, Konstitusiya Məhkəməsinin müvafiq qərarındakı hüquqi mövqelərin bu iddiaya şamil edilib-edilməməsi məsələsinə də qiymət verilməlidir.
63. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən maddi və prosessual hüquq normalarını tətbiq etməmiş, sübutların qiymətləndirilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 35-36).
64. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
65. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tu taraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5657/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov