Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5721/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili X2, Cavabdeh2 MTK-nın vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının 2(103)-5775/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 MTK tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" ASC ilə "XXİ əsr” MTK arasında bağlanmış 23.04.2014-cü il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında tikintisi aparılan “Bakikhanov Residence” çoxmərtəbəli yaşayış və ticarət kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin, illik 12% olmaqla, 3 aydan 60 ayadək, Kooperativin rəhbərliyinin müraciəti əsasında və istisna hallarda isə 120 ayadək müddətinə kreditləşdirilməsi razılaşdırılmışdır. Həmin müqavilənin 5.4-cü maddəsində qeyd edilmişdir ki, sözügedən müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə, Kooperativ Bankın müraciət etdiyi günün sonrakı iş günündən gec olmayaraq ödəniş gününə mövcud olan kredit borcunu, faizlər daxil olmaqla, Banka tam ödənilməsini öhdəsinə götürür. "XXİ əsr” MTK-nın "xxxx" ASC-yə ünvanladığı 02.03.2015-ci il tarixli müraciətə əsasən, Bakı şəhəri Sabunçu rayonu, Baxıxanov qəsəbəsi, S.Qocayev 152, giriş 4 ünvanında yerləən 37 nömrəli, ümumi sahəsi 55,39 kv.m olan mənzilin alqı-satqısı ilə əlaqədar Əsgərova Şəfəq Lətif qızına 10 il müddətinə 12% dərəcəsi ilə 48.729 manat qarşılığında 47.360 ABŞ dolları kredit vəsaitinin ayrılması xahiş edilmişdir. Cavabdeh1 ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış 02.03.2015-ci il tarixli, 1807/15 saylı təminatlı kredit müqaviləsinə əsasə n iddiaçı Cavabdeh1 120 ay müddətinə, illik 12% olmaqla, 47360 (qırx yeddi min üç yüz altmış) ABŞ dolları məbləğində kredit vermişdir. 14.05.2018-ci il tarixli, **********382 saylı arayışa əsasən Cavabdeh1 11.05.2018-ci il tarixinə, 45235,69 ABŞ dolları əsas, 13018,75 ABŞ dolları faiz, 5480,37 ABŞ dolları cərimə, cəmi 63734,81 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə 45235,69 ABŞ dolları əsas, 13018,75 ABŞ dolları faiz, 5480,37 ABŞ dolları cərimə, cəmi 63734,81 ABŞ dolları borcun və dövlət rüs umu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tələbin Cavabdeh1 sahiblik və istifadəsində olan, ünvan 3 ünvanında yerləşən 37 nömrəli, ümumi sahəsi 55,39 kv.m olan 1 otaqdan ibarət mənzilinə (bundan sonra Mənzil) dair Cavabdeh2ndə olan pay hüququna yönəldilməsi, ilkin satış qiymətinin müəyyən olunması, həmin əmlakın hərracdan satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış 02.03.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 47360 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən, Borc alan krediti qəbul etməyi, bu mü qavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən, Borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin illik 24%-i məbləğində Borc verənə dəbbə pulu ödəməlidir. İddiaçı ASC ilə Cavabdeh2 arasında 23 aprel 2014-cü il tarixində bağlanan müqavilənin 5.4-cü maddəsinə qeyd edilmişdir ki, sözügedən müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə, Kooperativ Bankın müraciət etdiyi günün sonrakı iş günündən gec olmayaraq ödəniş gününə mövcud olan kredit borcunu, faizlər daxil ol maqla, Banka tam ödənilməsini öhdəsinə götürür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka hesablanmış 45235,69 ABŞ dolları əsas, 13018,75 ABŞ dolları faiz 5480,37 ABŞ dolları cərimə, cəmi 63734,81 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 04.11.2019-cu il tarixli, 11721 saylı rəyinə əsasən Cavabdeh1 iddiaçıya 11.05.2018-ci il tarixə əsas borc üzrə 45.302,77 ABŞ dolları, faiz borcu üzrə 12.760,00 ABŞ dolları borcu müəyyən edilmişdir. AB Consulting MMC-nin 17 may 2019-cu il tarixli mütəxəssis rəyi ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi, 152 nömrəli evin 4-cü girişində y erləşən 1 otaqlı, 37 nömrəli mənzilin vizual orta bazar qiyməti 68.500 manat müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Pərviz Zamanlı) 2(011)-3389/2019 saylı, 11.12.2019-cu tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək ödəniş gününə qüvvədə olan məzənnə ilə 45235,69 ABŞ dolları əsas, 12760 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, olmaqla cəmi 58195,69 ABŞ dolları məbləğində və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış xərcin 12 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 138 manat hissəsi isə Cavabdeh1 və Cavabdeh2ndən t utularaq dövlət büdcəsinə ödənilməsi, mənzilin qiymətləndirilməsi üçün çəkilmiş xərcin 20 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 230 manat hissəsi isə Cavabdeh1 və Cavabdeh2ndən tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən ona mənzilin alınması üçün 47.360 (qırx yeddi min üç yüz altmış) ABŞ dolları məbləğində kredit verilmiş, o, aldığı krediti aylıq 679,48 ABŞ dolları olmaqla, 120 ay müddətinə, 02.03.2025-ci ilədək ödəməyi öhdəsinə götürmüşüdür. Həmçinin, iddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış müqaviləyə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə, Kooperativ Bankın müraciət etdiyi günün sonrakı iş günündən gec olmayaraq ödəniş gününə mövcud olan kredit borcunu faizlər daxil olmaqla, Banka tam ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh1 iddiaçıdan aldığı kreditin qaytarılmamasına görə Cavabdeh2 MTK öz üzərinə öhdəlik götürdüyündən, öhdəliyin yerinə yetirilməməsinə görə cavabdehlər bərabər məsuliyyət daşıyırlar. Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, faiz borcunun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iddia tələbində əsas borc 45.235,69 ABŞ doll arı göstərilmiş, ekspert rəyində isə 45.302,77 ABŞ dolları müəyyən edilsə də, məhkəmə əsas borca münasibətdə mübahisəyə Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq verilmiş iddia tələbi həcmində baxaraq hesab etmişdir ki, iddia əsas borcun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində isə qismən, yəni 12.760 ABŞ dolları məbləğində tutulmalıdır. Cavabdehlərdən tələb edilən 5480,69 ABŞ dolları məbləğində cərimə borcunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən 200 ABŞ dolları məbləğində tutulmasını məqsədə müvafiq hesab edilmişdir. Tutmanın Cavabdeh1 Mənzilə dair XXİ ƏSRMTK-da olan pay hüququna yönəldilməsi, həmin əmlakın hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi hissəsində məhkə mə iddianı əsassız hesab etmişdir. Belə ki, Cavabdeh1 ilə iddiaçı arasında 02.03.2015-ci il tarixdə bağlanmış 1807/15 saylı təminatlı kredit müqaviləsinin 4.1-ci bəndində bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu alınacaq Mənzilin ipotekası olması qeyd edilsə də, tərəflər arasında mənzilə dair ipoteka müqaviləsi bağlanmadığından iddiaçı tutmanın mənzilə dair pay hüququna yönəldilməsi və s. tələbi barədə iddia irəli sürməkdə haqlı deyil. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 739.1, 739.2, 442, 467, 269.3, 269.4, 307.7, 386.1, 443.1-ci maddələrinə istinad etmişdir. Cavabdeh "XXİ ƏSR” MTK apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3389/2019 saylı 11.12.2019 -cu il tarixli qətnaməsinin qismən ləğv edilərək, ləğv prosesində olan "xxxx" ASC tərəfindən "XXİ ƏSR” Mənzil Tikinti Kooperativindən pul tələb edilməsi hissəsində iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, XXİ əsr MTK Cavabdeh1 ünvan 4 ünvanda yerləşən 37 nömrəli, ümumi sahəsi 55.39 kv.m olan 1 otaqlı mənzili satarkən Cavabdeh1 həmin mənzilin gələcəkdə çıxarışla təmin edilərək bankda ipoteka ilə yüklü edilməsinə dair öhdəlik götürmüşdür. Həmin öhdəlik əsasında bank tərəfindən Cavabdeh1 kredit verilmişdir. Lakin Cavabdeh1 həmin öhdəliyi pozaraq mənzilin ipoteka ilə yüklü edilməsindən imtina etmiş, "xxxx" ASC-yə olan borcunu isə ödəməmişdir. Həmin borc məbləğinin "XXİ ƏSR” MTK tərəfindən ödənilməsin ə dair hər hansı qarantiya verilməmişdir. İddiaçının iddia tələbindən də göründüyü kimi, borcun ödənilməsini mübahisə predmeti olan mənzilə yönəldilməsi yolu ilə satışdan əldə ediləcək vəsait hesabına təmin edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə həmin hissədə iddia tələbini təmin etməmişdir. iddia tələbi ilə əlaqədar "XXİ ƏSR” MTK-dan pul tutulması MTK-nın hüquqlarını ciddi şəkildə pozur. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlarla Cavabdeh1 öhdəliyinə MTK-nın cavabdehlik daşıması təsdiqlənmir. MTK bank qarşısında bununla bağlı hər hansı öhdəlik götürməmişdir. İddiaçının tələb etdiyi məbləğin MTK-ya aidiyyəti olmadığını nəzərə alaraq, həmin pulun tutulması Cavabdeh1 aid edilməli idi. Hazırki vəziyyətdə MTK da öz növbəsində tələb edilən məbləğin təhvil verilmiş mənzilə yönəldi lməsinə etiraz etmir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər A.Tanrıverdiyev - sədrlik edən və məruzəçi, T.Səmədov və İkram Şirinov) 18 iyun 2021-ci il tarixli, 2(103)-5775/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3389/2019 saylı, 11.12.2019-cu tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı ASC tərəflər arasında olan müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş kredit məbləğini borcluya versə də, borclu Cavabdeh1 İddiaçı ASC ilə bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etməmiş, bununla da həm müqavilənin, həm də Mülki Məcəllənin tələblərini pozmuşdur. Həmçinin, iddiaçı ilə Cavabdeh2 MTK arasında 23.04.2014-cü il tarixdə bağlanmış müqavilənin 5.4-cü bəndinə əsasən Cavabdeh1 iddiaçıdan aldığı kreditin qaytarılmamasına görə XXİ ƏSR MTK da öz üzərinə öhdəlik götürdüyündən, öhdəliyin yerinə yetirilməməsinə görə cavabdehlər bərabər məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi haqlı olaraq borcun cavabdehlərdən müştərək qaydada tutulmasını qət etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi ilə bağlı mövqeyini əsaslı hesab edərək göstərmişdir ki, Cavabdeh1 ilə iddiaçı arasında 02.03.2015-ci il tarixdə bağlanmış 1807/15 saylı təminatlı kredit müqaviləsinin 4.1-ci bəndinə görə, bu müqavilə ilə müəyyən edilən kredit öhdəl iklərinin icrasının təminat üsulu alınacaq Mənzilin ipotekasıdır. Lakin Cavabdeh1 ilə iddiaçı arasında Mənzilə dair ipoteka müqaviləsi bağlanmamışdır. İddiaçı iddia ərizəsində tələbinin hüquqi əsası kimi girov və ipoteka müqaviləsinə aid ümumi müddəalara istinad etsə də, Azərbaycan Respublikası MM-nin 269.3 və 269.4-cü maddələrinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa), ipoteka isə daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Qanunvericiliyin qeyd edilən imperativ normasının tələbindən də göründüyü kimi, Mənzillə bağlı yalnız ipoteka müqaviləsi, bağlanmalı və notarial qaydada təsdiqlənməli idi (MM-nin 307.7-ci maddəsi). İddiaçı ilə Cavabdeh1 arasında Mənzilə dair ipoteka müqavi ləsi bağlanmadığından iddiaçı tutmanın Mənzilə dair pay hüququna yönəldilməsi və s. tələbi barədə iddia irəli sürməkdə haqlı deyil. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası MM-nin 470.1, 472.1-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsinə istinad etmişdir. Cavabdeh "XXİ ƏSR” MTK kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MTK birinci instansiya məhkəməsində keçirilən məhkəmə proseslərindən xəbərsiz olduğundan və bununla ba ğlı hər hansı məlumatın əldə edilməsi mümkün olmadığından öz hüquqlarını müdafiə etmək imkanından məhrum olmuşdur. "xxxx" MTK Cavabdeh1 ünvan 4 ünvanda yerləşən 37 nömrəli, ümumi sahəsi 55.39 kv.m olan 1 otaqlı mənzili satarkən Cavabdeh1 həmin mənzilin gələcəkdə çıxarışla təmin edilərək bankda ipoteka ilə yüklü edilməsinə dair öhdəlik götürmüşdür. Həmin öhdəlik əsasında bank tərəfindən Cavabdeh1 kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanan 02.03.2015-ci il tarixli kredit müqaviləsinə nəzər saldıqda müəyyən olunur ki, həmin müqavilədə bankın möhürü yoxdur. Belə ki, Mərkəzi Bankın kredit verilməsinə dair təlimatlarında kredit müqaviləsində bankın möhürünün olması zəruri şərt kimi göstərilmişdir. Odur ki, həmin müqavilə etibarsız hesab edilməli idi. Bu fakt Bakı Apellyasiy a Məhkəməsində keçirilən məhkəmə iclasında məhkəmə kollegiyasının nəzərinə çatdırılsa da, buna heç bir əhəmiyyət verilməmiş, məhkəmənin qəbul etdiyi qətnamədə bu barədə heç bir qeyd aparılmamışdır. Kredit müqaviləsinin təminatçısı kimi fiziki və ya hüquqi şəxsin zamin durması yalnız zaminlik müqaviləsi əsasında mümkündür. "xxxx" MTK ilə "xxxx" ASC arasında Cavabdeh1 kredit müqaviləsinin təminatçısı qismində çıxış edəcək yeganə öhdəlik müəyyənedici sənəd hesab edilə bilən zaminlik müqaviləsi bağlanmamış, "xxxx" MTK Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanan kredit müqaviləsinin şərtlərini qəbul etməmiş, bununla bağlı tərəflər arasında xüsusi şərtlər müəyyən edilməyərək hər hansı müqavilə bağlanmamışdır. Bakı Apellyasiya Məhkəməsi isə göstərilən halı təsdiqləyəcək sənəd kimi "xxxx" MTK ilə " xxxx" ASC arasında bağlanan əməkdaşlıq müqaviləsini və "xxxx" MTK-nın "xxxx" ASC-yə göndərdiyi kreditin ayrılması ilə bağlı xahiş məktubunu əsas götürmüşdür. "xxxx" MTK tərəfindən "xxxx" ASC-yə Cavabdeh1 kreditinə dair zəmanət məktubu göndərilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 471-ci maddəsinin mənasına görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin maddəyə əsasən hazırki mübahisə predmeti olan kredit müqaviləsi üzrə tərəflər arasında bütün şərtlər xüsusi olaraq razılaşdırılmalı, tərəflərin öhdəlikləri ayrıca müəyyən edilməli və bütün bunların yeganə hüquqi yolu hesab edilən zaminlik müqaviləsi hər üç tərəfin iştirakı ilə, yəni "xxxx" ASC, "xxxx" MTK və Cavabdeh1 tərəfindən təsdiqlənməli idi. Yalnız bundan sonra "xxxx" ASC tərəfindən "xxxx" MTK-ya qarşı t ələb hüququ yarana bilərdi və beləliklə MTK-da öz növbəsində götürülmüş kreditə görə zamin kimi üzərinə öhdəlik götürmüş tərəf kimi hesab edilə bilərdi. Cavabdeh1 öz öhdəliklərini pozaraq mənzilin ipoteka ilə yüklü edilməsindən imtina etmiş, "xxxx" ASC-yə olan borcunu isə ödəməmişdir. İddiaçı ASC ləğvetmə prosesində olduğundan, mənzilin "xxxx" ASC-də ipoteka ilə yüklü edilməsi də mümkün deyildir. Bu da Cavabdeh2 MTK-nın hüquqlarını pozan amillərdəndir ki, hazırki mübahisələndirilən qətnamə qüvvədə qalarsa və pulun tutulması MTK-ya da aid edilərsə, "xxxx" MTK heç bir əsas olmadan maliyyə itkisinə məruz qalacaqdır. İddiaçının iddia tələbindən də göründüyü kimi, borcun ödənilməsini mübahisə predmeti olan mənzilə yönəldilməsi yolu ilə satışdan əldə ediləcək vəsait hesabına təmin edilməsini məh kəmədən xahiş etsə də, məhkəmə həmin hissədə iddia tələbini təmin etməmişdir. İddia tələbi ilə əlaqədar ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 MTK-dan pulun tutulmasını heç bir faktla əsaslandırmamış, məhkəməyə təqdim etdiyi sübutlar isə iddia tələbinin mahiyyətinə uyğun deyildir və Cavabdeh2 MTK-ya aidiyyəti yoxdur. Həmin iddia tələbi üzrə Cavabdeh2 MTK-dan borc məbləğinin birgə qaydada tutulması MTK-nın hüquqlarını ciddi şəkildə pozur. İddiaçının tələb etdiyi məbləğin MTKya aidiyyəti olmadığını nəzərə alaraq, həmin pulun tutulması Cavabdeh1 aid edilməli idi. Hazırki vəziyyətdə MTK da öz növbəsində tələb edilən məbləğin təhvil verilmiş mənzilə yönəldilməsinə etiraz etmir. Apellyasiya instansiyası məhkəməsi hazırki işə mahiyyəti üzrə baxa rkən maddi və prosessual hüquq normalarının tətbiq və təfsirində yanlışlığa yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 MTK-nin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili Vəfa Qədirova məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbi q edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Maddə
471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kre ditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, tələbin rədd edilən hissəsini mübahisələ ndirməmiş cavabdeh X3 da borcun ondan tutulması hissəsindən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni Cavabdeh2 apellyasiya şikayətinə əsasən tam yoxlayaraq dəyişdirmədən saxlamışdır. Qətnamədən kassasiya şikayəti verən Cavabdeh2 qətnamənin tam ləğv edilməsini xahiş etsə də, kassator qətnamənin yalnız kooperativdən pulun tutulması hissəsində mübahisələndirdiyindən, qətnamənin digər hissələrindən kassasiya şikayəti verilmədiyindən Cavabdeh2 MTK-dan tutulması hissəsində yoxlanılır. qətnamə yalnız borcun Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, qətnamənin yoxlanılan hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Tərəflər arasında müqavilələr bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı 23.04.2014-cü il tarixli XXİ ƏSR MTK ilə bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra edərək, MTK-nın müraciəti əsasında həmin müraciətdə göstərilən məbləğdə və şərtlər daxilində Cavabdeh1 MTK-da mənzil alqı-satqısı üçün kredit vəsaiti ayırmış, bu barədə sonuncu ilə 02.03.2015-ci il tarixli kredit müqaviləsi bağlayaraq, həmin müqavilə üz rə 47.360 ABŞ dolları kredit vermiş, lakin Cavabdeh1 kredit müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış 23.04.2014-cü il tarixli müqavilədə MTK onun müraciəti əsasında müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə, Kooperativ Bankın müraciət etdiyi günün sonrakı iş günündən gec olmayaraq ödəniş gününə mövcud olan kredit borcunu, faizlər daxil olmaqla, Banka tam ödənilməsini öhdəsinə götürmüşdür. Kassasiya şikayətinin MTK-nın kredit müqaviləsi üzrə zamin olmadığı və zaminliklə bağlı müqavilə bağlamadığı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən öhdəliklə bağlı müqavilə yazılı qaydada bağla nmışdır. Həmin müqavilənin 5.4-cü bəndi Mülki Məcəllənin 470.1 və 470.2-ci maddəsinin tələblərinə cavab verir, MTK gələcəkdə yaranacaq öhdəliyi icrasına təminat vermişdir, həmçinin həmin kreditin ayrılması barədə Cavabdeh2 MTK-nın banka ünvanlanmış 02.03.2015-ci il tarixli müraciətdə isə Əsgərova Şəfəq Lətif qızına 10 il müddətinə 12% dərəcəsi ilə 48.729 manat qarşılığında 47.360 ABŞ dolları kredit vəsaitinin ayrılması xahiş edilmiş, eyni şərtlərlə və eyni məbləğdə də bank tərəfindən kredit ayrılmışdır. Belə olan halda, kassatorun tərəflər arasında xüsusi şərtlər müəyyən edilməklə zaminlik müqaviləsinin bağlanmamasına istinad edərək, bank qarşısında öhdəlik daşımaması barədə dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 460.1-ci maddəsi nə əsasən öhdəlik təkcə girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə deyil, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 MTK mənzil satdığı müştərilərinə mənzilin dəyərinin ödənilməsi üçün ayrılmış kredit üzrə borcun geçikdirilməsinə görə həmin borcu ödəməyi öhdəsinə götürdüyündən Cavabdeh1 iddiaçıdan aldığı kreditin qaytarılmamasına görə məsuliyyət daşıyır. Kassasiya şikayətinin Cavabdeh2 MTK-nin birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 MTK-nin apellyasiya instansiyası məhkəməsində iştirakı təmin edilmiş və hüquqlarının müdafiəsi üçün şərait yaradıl mışdır. Kredit müqaviləsinə bankın möhürünü vurulmamasına görə müqavilənin etibarsız hesab edilməsi barədə kassatorun dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir, belə ki, Mülki Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Tərəflər kredit müqaviləsini bağlamış və onun icrasına başlamışlar, müqaviləyə bankın möhürünün vurulmaması onun etibarsızlığına əsas verən hal deyil. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, mənzilə dair ipoteka müqaviləsi bağlanmadığına və “İpotek a haqqında” Qanunun tələblərinə əsasən ipoteka hüququ qeydə alınmadığından mənzilə tutma yönəldilməsi mümkün deyildir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni kredit borcunun müştərək qaydada Cavabdeh2 MTK-dan tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5775/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni kredit borcunun müştərək qaydada Cavabdeh2 MTK-dan tutulması hissəsində dəyi şdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.