Məhkəmə qərarları › İş №2(102)-5722/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5722/2021

29.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5722/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: əmlak tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-458/2021 nömrəli iş üzrə 21 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qə bul etdi. İşin halları: 12 fevral 2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən evin qarşısındakı 0,008 ha ölçüdə torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Bakı şəhəri, Qara Çuxur qəsəbəsi, Trubnayabaza, 35 “q” ünvanında yerləşən fərdi yaşayış evi isə 11 oktyabr 1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququ əsasında Cavabdeh1 mülkiyyətindədir. Tərəflər qonşu olmaqla aralarında mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2016-cı ilin may ayında İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin onlara məxsus torpaq sahələrinin arasında hasar çəkməklə eni 2 metr və uzunluğu 10 metr olan cəmi 20 kv.metr torpaq sahəsini zəbt etməklə onun mülkiyyət hüququnu pozmalarını əsas göstərməklə həmin hasarın sökülməsi və zəbt olunmuş 20 kv.metr ölçüdə torpaq sahəsinin onun mülkiyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh1 qarşılıqlı iddia verərək İddiaçı məxsus torpaq sahəsində inşa edilmiş evin qanunsuz tikili olmaqla ona məxsus evdən hündür olduğu üçün yağışlı havada həmin evin damından axan suyun birbaşa evinin tavanına axmaqla orada nəmişliyin yaranmasına səbəb olmasını əsas göstərməklə İddiaçı tərəfindən inşa edilmiş həmin tikilinin sökülməsinə və mülkiyyətindən sərbəst surətdə istifadə etməsinə törədilən maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdi r. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-19/2018 saylı, 14 sentyabr 2018ci il tarixli qətnaməsi ilə (hakim: R.Y.Həsənov) ilkin iddia qismən təmin edilərək İddiaçı mülkiyyətində olan torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt olunmuş evin sol tərəfində yerləşən və cavabdehlərin hasara alınmış 05 kv.metr torpaq sahəsi və əlavə çatışmayan 14 kv.metr torpaq sahəsinin İddiaçı qaytarılması, hasarın cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin tikinti materiallarından təmizlənməklə əvvəlki vəziyyətinə qaytarılması, qarşılıqlı iddia ərizəsinin təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək onlara məxsus torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəs i ilə üst-üstə düşməməsini, qətnamənin ziddiyyətli ekspert rəyləri əsasında, iddia tələbinin əsaslı olmasını təsdiq edən sübutlar əldə olunmadan çıxarılmaqla qanunun tələblərinə uyğun əsaslandırılmamasını və s. əsas göstərməklə qətnamənin qismən - iddianın təmin olunmuş, qarşılıqlı iddianın isə rədd olunmuş hissəsində ləğv edilib, iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1579/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 14 sentyabr 2018-ci il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə cavabdehlər apellyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1242 saylı, 12 mart 2020-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.K.Kalbalıyev və V.Ə.İbayev) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)1579/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-458/2021 saylı, 2 1 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-19/2018 saylı, 14 sentyabr 2018-ci il qətnaməsi qismən ləğv edilmiş, ilkin iddianın rədd olunmasına və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlkin iddia tələbi üzrə İddiaçı kassasiya şikayəti verərək aralarındakı torpaq sahəsinə hasar çəkərkən cavabdehlərin ona məxsus 20 kv.metr torpaq sahəsini zəbt etmələrini, torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədi onlara göstərdikdə hasarı sök əcəklərini söz versələr də vədlərinə əməl etməmələrini, məhkəmə kollegiyasının sübutlara düzgün qiymət vermədən onun iddia tələbinin rədd etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh3 və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərarda dın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunsa da, iddiaçıya qarşı verilmiş qarşılıqlı iddia rədd o lunduğundan və cavabdehlər tərəfindən qətnamədən kassasiya şikayəti verilmədiyindən, kollegiya qətnamənin qanuniliyi ilkin iddia tələbinin rədd olunmasına dair hissədə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə İddiaçı iddia tələbinin rədd olunmasına dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında yaranmış mübahisənin araşdırılması ilə əlaqədar Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən bir neçə dəfə tədqiqat aparılmış və məhkəmə kollegiyası belə bir nəticəyə gəlmişdir ki, İddiaçı adına verilmiş Reyestrdən Çıxarışda torpaq sahəsinin ölçüsü 0,008 ha göstərildiyi kimi onun faktiki istifadəsində olan torpaq sahəsi də həmin ölçüdədir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmaqla, onun mülkiyyət hüququnu pozan hərəkətlərə yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçıya məxsus torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olması müəyyən olunmadığından apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması barədə nəticəyə gəlmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-458/2021 nömrəli iş üzrə 21 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar