Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5747/2020 30.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı cavabdehlər “XXX” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı Şəhəri Cavabdeh2nə və Cavabdeh3 X4 X2 Cəmiyyətinə qarşı iş Açar sözlər: hərracın yekunlarının etibarsızlığı, hərrac barədə məlumatlandırma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının və onun vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1051/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron rayonu, Masazır kəndi, XXX küçəsi, döngə 13 ünvanında yerləşən 21B nömrəli ev (bundan sonra – mübahisəli ev) İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətində olmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5814/2016 nömrəli iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh3 X4 X2 Cəmiyyətinin (bundan sonra – BOKT ASC) iddiası qismən təmin edilmiş, iddiaçıdan həmin hüquqi şəxsin xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 24.692,76 ABŞ dolları əsas kredit borcu, 1.969 ABŞ dolları faiz borcu, 2.000 ABŞ dolları cərimə borcunun və məhkəmə xərclərinin tutulması, tutmanın ilkin satış qiyməti 45.000 manat olan ipoteka ilə yüklü edilmiş, mübahisəli evə yönəldilməsi və həmin evin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1253/2018 nömrəli iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5814/2016 nömrəli iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində dəyişdirilərək, mübahisəli evin ilkin satış qiymətinin 80.000 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə aktının icrası qaydasında mübahisəli ev hərraca çıxarılmış, “XXX” Məhdud Məsuliyyətli C əmiyyəti (bundan sonra – XXX) tərəfindən keçirilmiş hərracın nəticələri üzrə alıcı olmadığından təkrar hərracın baş tutmaması barədə xx.xx.2018-ci il tarixdə qəzetdə elan dərc edilmişdir. Mübahisəli ev 51000 manata tələbkar Cavabdeh3 BOKT ASC-yə təklif edilmiş və sonuncu tərəfindən qəbul edilmişdir. Bu barədə sifarişçi Bakı Şəhəri Cavabdeh2 (bundan sonra – İcra şöbəsi), XXX və alıcı (tələbkar) Cavabdeh3 BOKT ASC arasında hərracın yekunları barədə xx xxxxxx 2018-ci il tarixli, 68/01 saylı protokol (bundan sonra mübahisəli protokol) və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı haqqında müqavilə imzalanmışdır. Mübahisəli evin satışından əldə edilən məbləğ tələbdən artıq olduğu üçün xx xxxxxx 2018-ci il tarixli ödəniş tapşırığı ilə satışdan əldə edilən fərq, yəni 2.244 manat id diaçıya qaytarılması üçün Cavabdeh3 BOKT ASC tərəfindən İcra şöbəsinin depozit hesabına ödənilmişdir. Mübahisəli evə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 BOKT ASC-nin adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli evin satılmasına dair XXX tərəfindən keçirilmiş açıq hərracın yekunları barədə 68/01 nömrəli, xx xxxxxx 2018-ci il tarixli Protokolun və Hərracın yekunları üzrə xx xxxxxx 2018ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2(103)-1253/2018 nömrəli qətnaməsi ona rəsmi qaydada verilmədiyinə və göndərilmədiyinə görə, habelə həmin işə onun iştirakı olmadan baxıldığına görə qeyd olunan qətnamədən məlumatı olmamışdır. Bu barədə İcra şöbəsində şifahi məlumat əsasında xəbər tutduqdan və dərhal müvafiq ərizə ilə müraciətdən sonra sözügedən qətnamənin surəti xx xxxxxx 2018-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinin inzibati binasında rəsmi qaydada ona təqdim edilmişdir. Qətnamədən xx xxxxxx 2019-cu il tarixdə kassasiya şikayəti vermiş və hazırda mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının icraatındadır. Bu müddət ərzində Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2(103)-1253/2018 nömrəli icra sənədinin icraya yönəldilməsi və hərracın keçirilm əsi ilə əlaqədar ona nə İcra şöbəsindən, nə də hərrac təşkilatından heç bir rəsmi məlumat və ya bildiriş verilməmişdir. 2019-cu ilin fevral ayında Cavabdeh3 BOKT ASC ona qarşı yaşadığı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmağı barədə iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Yalnız bu zaman hərrac barədə məlumatlı olmuş və məsələyə aydınlıq gətirilməsi məqsədilə dəfələrlə XXXnə və tələbkarın əməkdaşlarına müraciət etsə də, müxtəlif bəhanələr gətirilərək bu barədə ona heç bir rəsmi sənəd təqdim edilməmişdir. Göründüyü kimi, ipoteka predmeti olan daşınmaz əmlak ona heç bir rəsmi məlumat və bildiriş verilmədən cavabdehlər - hərrac təşkilatçısı olan XXX tərəfindən İcra şöbəsinin sifarişinə əsasən tələbkarın iştirakı ilə Azərbaycan Respublikası q anunlarının tələblərinə zidd olaraq özgəninkiləşdirilmişdir. İddiaçı daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək hərracın nəticələrinə görə mübahisəli evə dair Cavabdeh3 BOKT ASC-yə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, vəkilin xidmətlərinə görə GSM seriyalı 275078 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 200 manat pulun və ödənilmiş dövlət rüsumunun tələbkardan və XXXndən onun xeyrinə tutulması barədə qətnamə və cavabdehlərin hər birinin əməlində əmlakı qəsdən ələ keçirmək niyyətləri olduğuna görə barələrində xüsusi qərardad çıxararaq, hüquqi qiymət verilməsi üçün müvafiq orqana göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavəsində bildirmişdir ki, cavabdeh XXX qanunla müəyyən edilmiş qaydada ona hərracın keçirilməsi vaxtı və yeri barədə ona hər hansı bir məlumat verməmiş və bildiriş göndərməmişdir. Onun məqsədi iddiaçının hərracda iştirakını təmin etməməklə hərracı formal olaraq keçirmək, evin qiymətini süni surətdə azaldaraq onu cüzi qiymətlə ələ keçirmək olmuşdur. Halbuki, iddiaçının tələbkara olan borcu 28.861,76 ABŞ dolları, yəni Azərbaycan manatına görə indiki məzənnə ilə təxminən 49.000 manat təşkil edir. Hərracda isə digər alıcı olmadığına görə tələbkara təklif olunmuş və o, 51.000 manatla razılaşaraq pul əvəzinə evin mülkiyyətçisi olmuşdur. Qalan 2000 manat barədə isə heç bir məlumat yoxdur. Göründüyü kimi, hərrac formal olaraq görünüş üçün keçirilmiş və əməl əmlakın real dəyərinin süni surətdə azaltmaqla ələ keçirilməsi məqsədi daşımışdır. Bu isə Azərbaycan Respublikası Cinayət Mə cəlləsinə əsasən cinayət məsuliyyəti yaradır. Hərracın keçirilməsindən 5 aydan çox keçməsinə baxmayaraq onun evinin neçəyə satılması, onun cavabdehə borcunun qalıb-qalmaması və ya satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etdiyini, yoxsa əldə olunan vəsaitdən ona pul vəsaitinin ödənilib-ödənilməyəcəyi, hərracda əldə olunan vəsaitin 7 faizinin icra şöbəsinə kimin tərəfindən ödənilməsi və s. hallar barədə cavabdehlərin hər hansı bir məlumat verməməsi buna sübutdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-2295/19 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli evin 80.000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi xx xxxxxxxx 2018-ci il tarixə saat 11:00-a, təkrar hərracın keçirilməsi xx xxxxxxx 2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Müvafiq poçt qəbzlərindən məlum olmuşdur ki, qeyd edilən bildirişlərin ünvana çatdırılması “qapı bağlıdır” qeydi ilə mümkün olmamışdır. Məhkəmə qeyd etmişdir ki, mübahisəli evlə bağlı hərracların təşkili və keçirilməsi barədə bildirişlər iddiaçı şəxsə göndərilmiş və bunu təsdiq edən müvafiq poçt xəbərnaməsi mövcuddur. Qapının bağlı olması isə müvafiq hərrac təşkilatının iddiaçı şəxsi məlumatlandırmaması ilə bağlı məsuliyyətini istisna edir. XXX tərəfindən hərracın təşkili və keçirilmə qaydasının tələbləri pozulmamışdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbində hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı- satqısı barədə müqavilənin etibarsızsığı üçün heç bir əsas olmadığından, onun nəticəsi kimi çıxarışın ləğvi də təmin edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152, 337, 339, 340.2, 415.1, 415.2-ci maddələrinə, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1051/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apellyasiya şikayəti təmin edi lməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi işin hallarına «İpoteka haqqında» Qanunun 41.2, 41.3, 41.5, 42.1, 44, 43.7-43.9-cu maddələrini, «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 8-ci maddəsinin 1-ci və 2-ci hissələrini, Mülki Məcəllənin 415.2-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı borcun tutulması və tələbin əmlaka yönəldilməsinə dair verilmiş iddiaya məhkəmə qaydasında baxılmasında iştirak etmişdir. Hər bir halda iddiaçıya aşkar olaraq aydın olmuşdur ki, ipoteka predmetinin hərraca çıxarılması mütləqdir. Belə olan halda mülkiyyətində olan əmlakın taleyi ilə maraqlanmaq və kredit təşkilatı qarşısında kredit öhdəliyinin icra etmək vəzifəsi olmuşdur. Lakin o, nəinki həmin vəzifələrini yerinə yetirməmiş, sonradan hazırkı id dia tələbinin irəli sürülməsi ilə bağlı özü üçün əsas yaratmağa çalışmışdır. Qanunvericilikdə ipoteka saxlayanın əmlakın qəbul etməsinə dair müqavilənin bağlanması üçün təyin olunmuş gündə ipoteka qoyanın həmin hərəkətlərin icra edilməsində iştirakının təmin olunması vacibliyi nəzərdə tutulmamışdır. Qanunla müəyyən edilməyən əsaslara istinad edərək bağlanmış müqavilənin (protokolun) etibarsız hesab edilməsi nəticəsinə gəlinməsi yolverilməzdir. İddiaçı ipoteka predmetinin onun tərəfindən əldə edilməsinə imkan yaradılmadığını göstərir, lakin qeyd edilməlidir ki, qətnamənin qanuni qüvvədə olması və icraya yönəldilməsi, bank qarşısında iddaçının öhdəliklərinin mövcud olması işin mübahisəsiz halıdır. Belə olan halda hərracın keçirilməsindən və edilmiş sifarişdən əvvəl, qətnamə qəbul olunduğu za man iddiaçının hərracdan kənarda ipoteka predmetinin əldə edilməsi üçün kifayət qədər imkanı olmuşdur. Bunun üçün hərracın keçirilməsinin və ona hərrac vasitəsi ilə təklif göndərilməsinin gözləməyin heç bir əhəmiyyəti olmamışdır. Onun istinad olunan dəlili isə ona görə əsassız hesab edilir ki, maddi vəsaitinin olduğu təqdirdə tələbkar qarşısında öhdəliyin icrasını təmin etmək vəzifəsi vardır, lakin o belə vəzifəsini icra etməməklə mülkiyyətində olan əmlaka tələbin yönəldilməsinə razı olmuşdur. Məhkəmə, həmçinin hərrac barədə kütləvi informasiya vasitələrində elanların dərc olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən bu halı iddiaçının hərracın vaxtı və yeri barədə lazımi qaydada məlumat landırılması kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, XXX haqlı olaraq Qanunun 43.7-ci maddəsinin tələbi baxımından ipotoeka predmetinin təkrar hərrac üçün müəyyən olunmuş məbləğdən 25% endirim etməklə əmlakın ipoteka saxlayana təklif etmişdir. Beləliklə, Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatlar ı a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətində göstərilən xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılmamış, işə səthi yanaşılmış, mülki iş üzrə bütün maraqlı tərəflər, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi işə cəlb edilməmiş, mülki mübahisənin ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar nəzərə alınmamış, maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Bundan əlavə, iddiaçının ailə üzvləri ilə birlikdə mübahisəli evdə faktiki yaşadığı məlum olduğu halda hərracın keçirilməsinə dair bildirişin həmin ünvana deyil, qeydiyyat üzrə ünvana göndərilməsi halları da tam araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə ca vabdehlərin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməs i müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiya). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim gü nü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir (madə 43, 47). Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur (maddə 44). Mülki Məcəllə Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır (maddə 415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məh kəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığı ümu mi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1051/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5747/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5747/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver