Məhkəmə qərarları › İş №2(102)-5760/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5760/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5760/2020 23.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan “ZaminBank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ölmüş şəxsə qarşı iddia tələbinin yönəldilməsinin yolverizməzliyi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əhmədov Əhməd Abbasoğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1735/2020 nömrə li iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı Ləğv prosesində olan “ZaminBank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan “ZaminBank” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim – Kəmalə Əmirxanova) iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən cavabdehlər və iddiaçı apelyasiya şikayəti ver mişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləapellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 kredit borcunun tutulması, tutmanın ona və Cavabdeh3 məxsus ipoteka predmetlərinə yönəldilməsi, o cümlədən, həmin əmlakların ilkin satış qiymətlərinin müəyyən olunması hissələrində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 2(103)-1735/2020 saylı iş üzrə xx xxxxxx 2020ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hiss ədə (kredit borcu üzrə tutmanın həmin şəxsə məxsus ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsində) ləğv edilmiş, həmin hissədə mülki işin icraatına xitam verilmişdir. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh2 aid hissədə (kredit borcu üzrə tutmanın həmin şəxsə məxsus ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsində) iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, baxılan iş üzrə iddia ərizəsinin məhkəməyə daxil olmasından təxminən 10 ay əvvəl Cavabdeh2 ölmüşdür. Birinci instansiya məhkəməsi onun mülkiyyətində olan evə tutma yönəldilməsi tələbinə də mahiyyəti üzrə baxmışdır. Halbuki qanunvericiliyin tələblərinə əsasən, ölmüş şəxsin mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti olmadığından ona qarşı iddia irəli sürülə və belə iddia i craata qəbul edilə bilməzdi. Həmçinin mülki prosessual qanunvericilikdə prosessual hüquq varisliyinə o zaman yol verilir ki, iş üzrə icraat başladıqdan sonra tərəflərdən biri sıradan çıxmış (ölmüş) olsun. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilməli, həmin hissədə mülki işin icraatına xitam verilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı(Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.1-ci maddəsinə əsasən, işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə hakim iş üzrə icraatı dayandırmalıdır. Göründüyü kimi mülki işə həmin hissədə xitam verilə bilməz, iş üzrə icraat dayandırıla bilər və ya iddianın təmin olunması barədə qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra mərhələsində varəsəliyin müəyyən edilməsi ilə bağlı Cavabdeh2 münasibətdə icraat dayandırıla bilər. Məhkəmə Cavabdeh2 aid hissədə ləğv edilib mülki işin icraatına əsassız olaraq xitam vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək ş ikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 153.2.1. Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Maddə

48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkip rosessual hüquq qabiliyyəti) malikdir Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Maddə 58.1. Mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 25.2. Fizik i şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının şikayətdə istinad etdiyi icraatın dayandırılması ilə bağlı norma, işdə tərəf olan şəxsin ölməsi halını nəzərdə tutur. Hazırki işdə isə iddiaçı bank ölmüş şəxsə qarşı tələb irəli sürmüşdür. Ölmüş şəxs isə “işdə iştirak edən şəxs” kimi qiymət verilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “ZaminBank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1735/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar