Məhkəmə qərarları › İş №2(102)-5772/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5772/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5772/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “girovlu istehlak krediti müqaviləsi üzrə borc və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), X3 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkil i X1 iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)107/2020 nömrəli qətnaməsindən Cavabdeh2 (eyni zamanda Cavabdeh1 qəyyumu) tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 1207211-13017 saylı girovlu istehlak krediti müqaviləsinə əsasən bank tərəfindən həmin cavabdehə 36 ay müddətinə, illik 25% hesablanmaqla 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 120721-MEDVİİ-2188 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 mərtəbəsində yerləşən 68,15 kv.m ümumi sahəsi, 44,7 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı, 1A saylı mənzil ipoteka ilə yüklü edilmişdir. xx xxxx 2015-ci il tarixdə bağlanmış razılaşma ilə Cavabdeh1 həmin tarixə olan 15600,76 ABŞ dolları məbləğində borcu kapitallaşdırılaraq, sonuncu borcu 29 ay 1 gün müddətində illik 25% ödəmək şərti ilə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 yuxarıda qeyd olunan krediti qəbul etmiş, lakin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. İddiaçının təqdim etdiyi xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı ASC-yə xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2017ci il tarixə 15358,93 ABŞ dolları məbləğində əsas bor cu, 3231,36 ABŞ dolları məbləğində faiz borcu və 164,80 ABŞ dolları cərimə olmaqla, cəmi 18755,09 ABŞ dolları məbləğində kredit borcu vardır. Birinci instansiya məhkəməsinə təqdim olunmuş “xxxx” MMC-nin xx xxxxxxxx 2018ci il tarixli hesabatına əsasən Cavabdeh1 məxsus ünvan 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, 1A saylı mənzilinin bazar qiyməti 55000 manat təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 10784 nömrəli rəyinə əsasən iş materiallarında olan maliyyə arayışına, hesabdan çıxarış məlumatlarına və xx xxxxxx 2014-cü il tarixli, 120721-1-13017 nömrəli Girovlu istehlak krediti müqaviləsinə əsasən, xx xxxx 2015-ci ildə müqaviləyə dəyişiklik və əlavələr edilməsinə dair razılaşma müqav iləsinin qeyd olunan şərtlərini nəzərə alınmaqla, xx xxxxxx 2017-ci il tarixə Cavabdeh1 banka olan borcu 18755,09 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən 15358,93 ABŞ dolları əsas borc, 3231,36 ABŞ dolları faiz borcu və 164,80 ABŞ dolları cərimə borcu. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 psixi xəstəliyinin olması əsası ilə sonuncu və İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinin, xx xxxxxx 2014-cü il tarixli Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsinin, xx xxxxxx 2014-cü il tarixli 120721-1-13017 saylı “Girovlu istehlak krediti müqaviləsinin” və ona əlavə edilmiş xx xxxx 2015-ci il tarixli 01 saylı Razılaşmanın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edi lməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə isə müvafiq olaraq kasasiya şikayəti təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 xx xxxxxx 2014-cü il tarixli, 120721-1-13017 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2017-ci il tarixə 15358,93 ABŞ dolları əsas borc, 3231,36 ABŞ dolları faiz borcu və 164,80 ABŞ dolları c ərimə olmaqla, cəmi 18755,09 ABŞ dolları kredit borcunun, bildirişin qeydiyyatı ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat rüsumun tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin qiymətləndiricinin rəyi əsasında müəyyən edilməklə, Cavabdeh1 tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 nömrəli, 9 mərtəbəli binanın 1ci girişində, 1-ci mərtəbəsində yerləşən 68,15 kv.m ümumi sahəsindən, 44,7 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı, 1A saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsait hesabına iddiaçıya ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş və nəticədə borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(060)-2739/2018 nömrəli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 kredit müqaviləsi üzrə 15358,93 ABŞ dolları əsas borc, 3231,36 ABŞ dolları faiz borcu və 5 ABŞ dolları cərimə b orcu olmaqla, cəmi 18595,29 ABŞ dolları kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat rüsumun tutularaq İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan ünvan 1 nömrəli, 9 mərtəbəli binanın 1ci girişində, 1-ci mərtəbəsində yerləşən 68,15 kv.m ümumi sahəsi, 44,7 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı, 1A saylı mənzilin ilkin satış qiymətinin 55000 manat müəyyən edilməsi, tutmanın Cavabdeh1 məxsus olan ipotekaya qoyulmuş ünvan 2 nömrəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 68,15 kv.m ümumi sahəsi, 44,7 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı, 1A saylı mənzilə yönəldilməsi, həmin mənzili n açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına İddiaçı ASC-yə olan 15358,93 ABŞ dolları əsas borcun, 3231,36 ABŞ dolları faiz borcunun və 5 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 18595,29 ABŞ dolları kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması qət edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı ASC apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(060)-2739/2018 nömrəli qətnaməsində dəyişi klik edilərək, iddia tələbinin “ipoteka qoyanın və ailə üzvlərinin yaşayış sahəsindən çıxarılması və mənzilin məcburi qaydada boşaldılması” hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh1 qəyyumu Cavabdeh2 apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(060)-2739/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-107/2020 nömrəli qətnaməsi ilə (hakim S.A.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və T.Q.Məmmədovdan ibarət tərkibdə) İddiaçı ASC-nin apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin ipoteka qoyanın və ailə üzvlərinin mənzildən çıxarılmaları və evin boşaldılması hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ünvan 1 nömrəli, 9 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 68,15 kv.m ümumi sahəsi, 44.7 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı, 1A saylı mənzili boşaldaraq, həmin mənzildən çıxarılmaları, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, cavabdehin apelyasiya şikayəti təmin edilməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (eyni zamanda Cavabdeh1 qəyyumu) Cavabdeh2 kasasiya şikayəti verərək, Sumqayıt Apelyas iya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-107/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar əsasında mülki işin ədalətli həllinə imkan verə biləcək əsas hallara hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, kasator və ailə üzvləri xx xxxxxx 2014-cü il tarixli girovlu istehlak kredit və ipoteka müqavilələrinin bağlanmasına razılıq verməmiş və bu müqavilələrdən xəbərləri olmamışdır. Həmçinin apelyasiya məhkəməsi iddianı cavabdehlərin ipoteka predmetindən çıxarılması hissəsində təmin etsə də, həmin mənzilin iddiaçının mülkiyyətinə keçməməsi və mənzilin cavabdehlərin yeganə yaşayış yerinin olmasını nəzərə almamışdır. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinə istinad etsə də, həmin qətnamənin hazırki iş üzrə digər cavabdehlər üçün preyudisial əhəmiyyətə malik olmamasını nəzərə almamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X2 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahi ş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər və ya vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, i ş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Kasasiya şikayətini Cavabdeh2 vermiş və həmin qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində qanuniliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 -ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyy ənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə o nun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi nin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulm uş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bi r ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara t ətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunan və mübahisələndirilməyən hal ondan ibarətdir ki, iddiaç ı ilə Cavabdeh1 arasında kredit və ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Belə olan halda, iddiaçının borcun tutulmasını və ipoteka predmetinə yönəlməsi tələbini irəli sürmək hüququ olmuş və məhkəmələr həmin tələbləri təmin etməklə düzgün nəticəyə gəlmişlər. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iş materiallarına əsasən ipoteka qoyanın ailə üzvü olan Cavabdeh2, habelə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 xx xxxxxx 2014-cü il t arixdə imzaladıqları və Sumqayıt şəhər 3 saylı notariat kontorunda təsdiq olunmuş ərizələrinə əsasən onlar Cavabdeh1 mülkiyyətində olan ünvan 2 saylı evin 1A saylı mənzilinin ipoteka qoyulmasına razılıqlarını bildirmiş və həmin mənzilə tutma yönəldikdə və o, satıldıqda onu qeyd-şərtsiz tərk etməyi öhdəsinə götürmüşlər. Odur ki, cavabdehin ipoteka müqaviləsindən xəbərinin olmamasına dair dəlili əsassızdır. Həmçinin, cavabdehin apelyasiya şikayətinin dəlili bağlanmış müqavilələrin etibarsızlığı ilə əlaqədar olduğundan, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq bu məsələ ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin preyudisial əhəmiyyətə malik olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçı Cavabdeh2 tələbi üzrə mülki işdə tərəf olmasalar da, onlar hazırki qətnamədən kasasiya şikayəti verməmiş və bu səbəbdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin onlara münasibətdə preyudisial qüvvəyə malik olmamasına dair kasasiya şikayətinin dəlili həmçinin əsassızdır. Nəhayət məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğu və ipoteka qoyanla birlikdə yaşayan ailə üzvləri (hazırki iş üzrə cavabdehlər) həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürdükləri üçün, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə istinad etməklə iddiaçının tələbini ipoteka qoyanın və ailə üzvlərinin mənzildən çıxarılmaları və evin boşaldılması hissəsində də təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə mübahisələndirilən hissədə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrin i rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (eyni zamanda Cavabdeh1 qəyyumu) Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-107/2020 nömrəli qətnaməsi mübahisələndirilən (iddianın təmin olunmuş) hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar