Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5777/2019 16.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh2 ASC-nin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 04 dekabr 2018-ci il tarilxi qətnaməsi ilə 2(005)-4576/2018 saylı qətnaməsi i lə İddiaçı iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 aprel 2019-cu il tarixli, 2(103)-3865/2019 saylı qətnaməsi ilə (hakimlər X.Sarıyev sədrlik edən, məruzəçi, E.Şamayev və Ş.Məhərrəmova) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli. 2(005)4576/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 ASC-nə qarşı hərracın, hərracın nəticələri haqqında protokolun və həmin protokol əsasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilə dair Cavabde h1 tərəfindən onun iştirakı olmadan keçirilmiş Hərrac Təşkilatının Hərracın yekunları barədə 27.07.2018-ci il tarixli, 89/1 nömrəli protokolun etibarsız hesab edilməsi və həmin hərrac protokolu əsasında onun mənzilinə dair Hərrac Təşkilatçısı "Cavabdeh1” MMC ilə Cavabdeh2 ASC arasında bağlanmış hərracın yekunları üzrə əmlakın aiğı-satqısı barədə 27.07.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, işə baxan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası Azərbaycan Respublikası MPM-nin 88, 385, 386, 387, 388, 389, 390-cı maddələrin in tələblərini kobud surətdə pozmuş, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, səmərəli araşdırma aparmamışdır, sübutları düzgün qiymətləndirməmişdir, bu kimi pozuntular sonda düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Ona görə də Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 03.04.2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyaisya instansiaysı məhkəməsinə göndərilməsini xahiş edrilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Cavabdeh2 ASC-nin vəkili Vəkil isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 03.04.2019-c u il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, cavabdeh tərəf üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanu nvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, İddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh2 ASC-nin “Azadlıq” filialı xeyrinə ipoteka (21.08.2013-cü il tarixli 130110840/371904 nömrəli kredit limiti müqaviləsinin təminatı olaraq) ilə yüklü edilmişdir. Daşınmaz əmlak üzərindəki hüquq 29.08.2013-cü il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində 838 nömrəli reyestr kitabının 78058 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh2 ASC-nə məxsusdur. Daşınmaz əmlak üzərindəki hüquq 11.09.2018-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində 838 nömrəli reyestr kitabının 78058 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh1 MMC tərəfindən İddiaçı, Cavabdeh2 ASC-nə və Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 20.04.2018ci il tarixli, ********* nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzillə bağlı hərrac 21.05.2018-ci il tarixdə saat 11:00-da, ünvan 3 ünvanında keçiriləcəkdir. Mənzilin ilkin satış qiyməti 95.000 manat təşkil edir. İş materiallarına əlavə olunmuş İİ463008620AZ nömrəli xəbərnamədən görünür ki, 20.04.2018-ci il tarixli ********* nömrəli açıq hərracın keçiri lməsinə dair bildiriş 30.04.2018ci il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 MMC tərəfindən İddiaçı, Cavabdeh2 ASC-nə və Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 31.05.2018ci il tarixli *********-1 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzillə bağlı təkrar hərrac 29.06.2018-ci il tarixdə saat 11:00- da, ünvan 3 ünvanında keçiriləcəkdir. Mənzilin ilkin satış qiyməti 95.000 manat, endirimli satış qiyməti 80.750 manat təşkil edir. İş materiallarına əlavə olunmuş ********* nömrəli xəbərnamədən görünür ki, 31.05.2018-ci il tarixli *********-1 nömrəli açıq hərracın keçirilməsinə dair bildiriş 07.06.2018-ci il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" qəzetinin surətlərindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracdan satılması barədə elanlar verilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 MMC-nin Hərracın yekunları barədə 27.08.2018-ci il tarixli, 89/1 saylı protokolun surətindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7/2017 saylı, 12.01.2017-ci il tarixli icra vərəqəsinin və Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin 17/74-6552/12 saylı, 30.03.2018-ci il tarixli məktubunun icrasına əsasən İddiaçı məxsus və ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən mənzillə bağlı keçirilmiş hərrac başa çatmışdır. Mənzil hərracdan tələbkar “Cavabdeh2" ASC tərəfindən 60.562 nanata alınmışdır. İş materiallarına əlavə olunmuş 27.07.2018-ci il tarixli “hərrac ın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən 60.562 manata alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi digər nəticədən görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1, 415.2, ”İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə istinad edərək, qeyd etmişdir ki, hərrac təşkilatçısı tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmaqla, hərracla bağlı kütləvi informasiya vasitələrində elan dərc olunmuş, tərəflərə verilməsini təsdiq etmə üsulu ilə hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış birinci elan vermiş və bildiriş göndərmişdir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinc i elan vermişdir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat göstərilmişdir. Göründüyü kimi iddiaçının hərracın keçirilməsindən xəbəri olmuş, ona bu barədə müvafiq bildirişlə ünvanlanmış, lakin iddiaçı hərracda iştirak etməmişdir. Həmin hal iddiaçının izahatı ilə bir daha təsdiqini tapmışdır. Belə ki, iddiaçı öz izahatında Cavabdeh1 MMC tərəfində" keçirilən birinci və ikinci hərracdan xəbəri olduğunu bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. İddi açı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarına qeyri-obyektiv yanaşaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası mülki işlərə baxarkən sübutlara düzgün qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahif ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Konstutisuya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayət i ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməıyi zəruri hesab edir ki, kassasiya şikayətinin qeyd edilən dəlilləri iş materialları ilə təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda, eləcə də məcmu halda qiymət vermişdir. Kollegiya həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılaraq hüquqi qiymət verildiyindən kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq kassasiya şikayətinin dəlillərini eyni əsasla təkrar qiymətləndirilməsinə zəmin görmür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmadan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 03 aprel 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5777/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5777/2019
16.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver