Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5803/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə obyektinin boşaldılması və pul tələbi) 06.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı icarə obyektinin boşaldılması və pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5054/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı i craat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. 2. xx.xx.2016-cı il tarixli İcarə müqaviləsinin surətinə əsasən “icarəyə verən” İddiaçı (X3-nümayəndəsi) Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2021-ci il tarixədək 500 manat aylıq icarə haqqı ödəmək şərti ilə “icarəçi” Cavabdeh icarəyə vermişdir. 3. xx.xx.2021-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, “icarəyə verən” İ ddiaçı (X3-nümayəndəsi) Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2022-ci il tarixədək 2000 manat aylıq icarə haqqı ödəmək şərti ilə “icarəçi” X1 icarəyə vermişdir. İcarə müqaviləsinin xx.xx.2022-ci il tarixdə qüvvəyə minməsi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra-iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin tələblərinə əsasən qeyri-yaşayış sahəsinin Cavabdeh (bundan sonra-cavabdeh) tərəfindən boşaldılaraq əvvəlki vəziyyətdə iddiaçıya təhvil verilməsi, qətnamə icra olunanadək əldə çıxmış faydaya görə hər ay 2000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi bar ədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Sonradan iddiaçı ərizə ilə müraciət edərək, iddianın əldən çıxmış fayda hissəsində cavabdehdən onun xeyrinə 2022-ci ilin yanvar, fevral və mart ayları üzrə hər ay 2000 manat olmaqla, cəmi 6000 manatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbləri onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin 9-cu bəndinə əsasən icarəçi icarə müddəti bitdikdən sonra icarəyə götürdüyü sahəni əvvəlki vəziyyətdə icarəyə verənə qaytarmağı öz öhdəsinə götürür. Müqavilənin müddətinin bitməsindən 1 ay keçmiş olmasına baxmayaraq, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi ona təhvil verilməmişdir. Tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət olunmuş, müqavilənin müddətinin uzadılmayacağına dair məlumat verilmiş və xx.xx.2021-ci il tarixədək qeyri-yaşayış sahəsinin əvvəkli vəziyyətində təhvil verilməsi tələb olunmuşdur. xx.xx.2021-ci il tarixdə qeyi-yaşayış sahəsinin xx.xx.2022-ci il tarixdən etibarən yenidən icarəyə verilməsinə dair yeni icarəçi X2 arasında müqavilə imzalanmış, lakin xəbərdarlıq olunmasına baxmayaraq qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən təhvil verilməməsi səbəbi ilə onun tərəfindən öhdəliyini icra etmək mümkün olmamış və əldə olunacaq faydadan məhrum olmuşdur.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(005)-1071/2022 nömrəli 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən müəyyən etmişdir ki, cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin tərəflərin imzası ilə rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Tərəflər şüurlu səviyyədə öz iradə ifadələrini bildirməklə qeyd edilən icarə müqaviləsini imzalamışlar.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müqavilənin qüvvədə olma müddəti başa çatdığına görə cavabdeh sözügedən qeyri-yaşayış sahəsindən çıxarılmalı, müqavilədə nəzərdə tutulan qaydada cavabdeh tərəfindən boşaldılaraq əvvəlki vəziyyətdə iddiaçıya təhvil verməlidir.
10. Həmçinin, birinci instansiya məhkəməsi iddianın əldən çıxmış fayda hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı digər şəxslə qeyd edilən əmlakın icarəyə verilməsinə dair müqavilə bağlamış və həmin müqavilədə aylıq icarə haqqı 2000 manat qeyd edilmişdir. Cavabdeh müqavilə üzrə nəzərdə tutulan qaydada və müddətdə icarə predmeti olan əmlakı təhvil verməməsi səbəbindən, iddiaçı real əldə edə biləcək gəlirlərdən məhrum olmuşdur. Odur ki, həmin əldən çıxmış faydanın əvəzi, yəni 2022-ci ilin yanvar, fevral və mart ayları üzrə hər ay 2000 manat olmaqla, cəmi 6000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin İ və İİ bəndləri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci, «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 443.4, 443.5, 705-ci maddələrinə və «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi və ya iş üzrə icraata xitam verilməsi barədə yeni məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Ona görə ki, qeyd olunan sahə xx.xx.2016-ci il tarixli icarə müqaviləsi əsasında ona aylıq 500 manata icarəyə verilmiş, ötən müddət ər zində icarə haqqının artırılması barədə tərəflər arasında hər hansı mübahisə və narazılıq mövcud olmamış, o, orada VÖEN alıb sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq idman sağlamlıq mərkəzi kimi istifadə etmişdir. Pandemiya ilə əlaqədar bir çox sahələr, o cümlədən idman zalları bağlanılmış, nəticədə isə fəaliyyət göstərmədiyi və qazanc əldə edə bilmədiyinə görə aylıq kirayə haqlarını ödəyə bilməmiş və maddi zərərə uğramışdır. Bundan başqa, o, hər iki tərəfin fərdi sahibkar olması barədə sübutu məhkəməyə təqdim edib sahibkarlıqla bağlı mübahisələrə kommersiya məhkəmələrində baxılmalı olması barədə rəsmi qaydada ərizə ilə məhkəməyə müraciət etsə də, onun həmin ərizəsinə məhkəmə ümumiyyətlə hüquqi qiymət verməmişdir. İddiaçının ona pretenziya məktubu iddia ərizəsi məhkəməyə veriləndən sonra ç atmış, o, iddiaçının icarə münasibətləri ilə bağlı təmsil etdiyi şəxslə dəfələrlə danışıb obyektin təhvil götürülməsini təklif etsə də, həmin şəxs iddiaçının ərinin razılığını gözlədiyini bildirmişdir. Məhkəməyə iddianı verəndən sonra pretenziya göndərməyin nə adı var. Obyekti istəyirsənsə, gəl obyektinə yiyə dur. Bundan başqa, qeyri-yaşayış sahəsi formal olaraq iddiaçının adına bağlanılmış, iddiaçı həmin qeyri-yaşayış sahəsinin yerini də bilmir. Həmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, nə də ki ondan sonrakı müddətdə iddiaçını tanımamış və görməmişdir. İddiaçının onun bağladığı icarə müqaviləsində aylıq icarə haqqının məbləği 500 manat olduğu halda, məhkəmənin hansı əsasla aylıq 2000 manat icarə haqqını əldən çıxmış fayda kimi tutması qanunvericiliyin tələblərinə zidd olmaql a işin hallarına uyğun gəlmir. Məhkəmə ən azından araşdırmayıb ki, iddiaçının təqdim etdiyi icarə müqaviləsi formal görüntü naminə bağlanılıb. İcarə obyekti boşaldılmadan hansı sahibkar hansısa sahəni icarəyə götürmək istəyər, ağlabatan deyil. Məhkəmə, həmin müqavilədə icarəyə götürən Vüsal Məmmədov adlı şəxsin ümumiyyətlə sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün VÖEN-nin olub-olmamasını araşdırmamışdır. Məhkəmənin heç bir araşdırma aparmadan yalnız formal bağlanılmış icarə müqaviləsinə istinad etməsi qondarma və ədalətsiz qətnamənin qəbul edilməsinə əsas olmuşdur. Belə çıxır ki, tərəf həmin müqavilədə 10000 manat da yazsaydı məhkəmə həmin məbləği əldən çıxmış fayda kimi ondan tutmalı idi. Birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin kommersiya mübahisəsi olmasını, h ər iki tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, qeyri-yaşayış sahəsinin mübahisənin məhkəmə araşdrıması dövründə artıq iddiaçıya təhvil verilməsini, dəfələrlə təklif edilməsinə baxmayaraq iddiaçının sahəni yerində qəbul etmədiyini və digər sübutları araşdırmamış, birtərəfli qaydada işə baxaraq qərəzli və ədalətsiz qətnamə qəbul etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi (bundan sonra apellyasiya instasiya məhkəməsi) Mülki kollegiyasının 20 iyul 2022-ci il tarixli, 2(103)-5054/2022 saylı qətnaməsi ilə (hakimlər İmanov Azad (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət və Talışinski Fuad) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmış dır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
16. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırki mübahisənin ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalı olması barədə dəlillə əlaqədar bildirmişdir ki, tərəflərin sahibkar kimi VÖEN-ə malik olması hələ o demək deyil ki, hazırki mübahisə kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəa liyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Beləliklə, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sah ibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Hazırki halda isə tərəflərdən hər ikisinin sahibkar kimi VÖEN-ə malik olsa da, mübahisə təflərin hər ikisinin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə deyildir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 700.1, 700.2, 700.3, 704.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassator şikayətini Mülki Məcəllənin 443.4-cü maddəsini rəhbər tutaraq onunla əsaslandırmışdır ki, əldən çıxmış fayda müəyyələşdirilərkən, iddiaçının onu əldə etmək üçün hansı tədbirlər görməsi və bu barədə hansı hazırlıq işləri görülməsini müəyyən etmək mümkün deyildir.
20. Həmçinin, kassator bildirmişdir ki, birinci və apellyasiya instansiya məhkəmələri Mülki Məcəllənin 700.2, 700.3 və 704.1-ci maddələrinə istinad etsələr də, bu maddələrin tərəflər arasındakı mübahisəyə nə kimi bağlılığının olub-olmamasını araşdırmamışdır.
21. Bundan başqa kassator qeyd etmişdir ki, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən sübutlar səthi araşdırılmış, iddianın təmin edilməsini təsdiq edən hər hansı sübutunun olmaması nəzərə alınmamışdır. İddiaçı tələbinin əsası kimi yalnız Vüsal Məmmədov adlı ş əxs ilə bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsini təqdim etmişdir ki, həmin müqavilənin formal və ya həqiqi əsaslarla bağlanıb-bağlanmaması müəyyən edilməmişdir.
22. Kassator MPM-nin 31.1-ci maddəsini rəhbər tutaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi özünə aid olmayan mübahisəyə baxaraq qətnamə qəbul edib. Məhkəmə tərəfindən aidiyyət qaydaları kobudcasına pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə həmin əsasa ümumiyyətlə hüquqi qiymət verməmişdir.
23. Əlavə olaraq kassator qeyd etmişdir ki, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verməli olduğu halda, MPM-nin tələblərini pozaraq işə mahiyyəti üzrə baxmaqda səhvə yol vermişdir. Bu barədə cavabdeh apellyasiya şikayətində qeyd etsə də, bu hala hüquqi qiymət verilm əyib.
24. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 443.4, 700.2, 700.3, 704.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 31.1, 53, 77.1, 259.0.1, 261.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5054/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
26. Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə 29-un 1-ci bəndi. Hər kəsin mülkiyyət hüququ vardır.
28. Maddə 29-un 2-ci bəndi. Mülkiyyətin heç bir növünə üstünlü k verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Maddə 21.3. zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçə kənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır
34. Maddə 443.5. borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
35. Maddə 70 0.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
36. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
37. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
38. Maddə 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğ vinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.
39. Maddə
705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
40. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəm iyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
42. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
43. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
50. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin ak tı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5054/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.